Məhkəmə qərarları › İş №2(103)-3337/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3337/2020

28.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3337/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə qarşı "müavinət” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5175/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxx” X2 əmək haqqının üçdə iki hissəsindən az olmamaqla hesablanmış pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. (Cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxx” X5 nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir- iş səh.56) Birinci instansiya məhkəməsi zamanı müəyyən olunmuşdur ki: "xxxxxxxxxxxxxxxxxxxxx” X5 X7 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə xx xxx 2019-cu il tarixli 09 nömrəli əmrinin müvafiq qaydada təsdiq edilmiş surətinə əsasən, məhsul istehsalı və satışının dayanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq, göstərilən şəxslər istisna olmaqla bütün işçilərin bir ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir (səh.81);"xxxxxxxxxxxxxxxxxxxxx” X5 X7 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə xx xxxx 2019-cu il tarixli 10 nömrəli əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İdarə heyətinin xx xxx 2019-cu il tarixli 09 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddətinin üç ay uzadılması, spirt istehsalı ilə əlaqədar olaraq "Spirtin istehsalı və spirtin saxlanması” və "Kompressor-qazanxana” sexinin işçiləri ödənişsiz məzuniyyətdən geri çağırılması, istehsal başa çatdıqdan sonra ödənişli məzuniyyətdə hesab edilmələri əmr edilmişdir (səh.82); "xxxxxxxxxxxxxxxxxxxxx” X5 X7 işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə xx xxxxxxxx 2019-cu il tarixli 11 nömrəli əmrinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, səhmdar cəmiyyətin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq İdarə heyətinin xx xxxx 2019-cu il tarixli 10 nömrəli əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddəti yenidən xx xxxxxx 2019-cu il tarixədək uzadılması əmr edilmişdir (səh.83); "xxxxxxxxxxxxxxxxxxxxx” X5 Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağının "2017-2019-cu illər üçün kollektiv müqaviləsinin təsdiq edilməsi barədə” xx xxxxx 2017-ci il tarixli 02 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxxxxxxxxxxxxxxxxxxx” X6 İdarə Heyətinin sədri ilə Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış 2017-2019-cu illər üçün kollektiv müqavilənin təsdiq edilməsi qərara alınmışdır; "xxxxxxxxxxxxxxxxxxxxx” X5 2017- 2019-cu illər üçün kollektiv müqavilənin surətindən və məzmuna əsasən, "xxxxxxxxxxxxxxxxxxxxx” X5 işəgötürəni və müəssisə həmkarlar ittifaqı komitəsi əmək, sosial-iqtisadi və istehsalat sahəsində münasibətləri tənzimləyən bu kollektiv müqaviləni bağlayırlar (1.1-ci bənd). İşəgötürən həmkarlar ittifaqı təşkilatını əmək kollektivinin vahid və səlahiyyətli nümayəndəsi kimi qəbul edir (1.2-ci bənd). Kollektiv müqavilə 3 il müddətinə (2017-2019)-cu illər üçün bağlanılır və tərəflər imzaladığı gündən qüvvəyə minir (1.3-cü bənd). Kollektiv müqavilə bütün müəssisə işçilərinə şamil edilir və onun normaları işəgötürə həmkarlar ittifaqı təşkilatı üçün məcburidir (1.4-cü bənd). Kollektiv müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan işçilərə də şamil olunur və işə qəbul olunan işçilər işəgötürən tərəfindən kollektiv müqavilə ilə tanış edilir (1.5-ci bənd). Müqaviləni imzalamış tərəflər onun qüvvədə olduğu müddətdə üzərlərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə birtərəfli qaydada xitam verə bilməzlər. Yalnız bu müqavilənin hər hansı bir müddəasına təsir edən yeni bir qanunvericilik və ya normativ akt qəbul edilərsə qarşılıqlı razılıq əsasında müqaviləyə əlavə və dəyişikliklər oluna bilər (1.7ci bənd). "xxxxxxxxxxxxxxxxxxxxx” X5 əmək haqqının ödənilməsinin forma, sistem və məbləğlərini müstəqil müəyyən edir. Müəssisə üzrə ayrı- ayrı sahələrdə kollektiv əmək müqaviləsi bağlana bilər. Bu zaman əməyin ödənişi qaydası müqavilə üzrə tərəflər arasında razılığa əsasən müəyyən edilir. Respublika qanunvericiliyi ilə müəyyən olunmuş qaydalda iş vaxtından artıq, gecə vaxtı, bayram günlərində görülən işlərə görə əlavə ödəmələr verilməsini (3.7-ci bənd) və əmək haqqının və gəlirin bölüşdürülməsini səhmdarlarla, müəssisənin həmkarlar ittifaqı komitəsi ilə razılaşdırmağı öhdəlik olaraq götürmüşdür (3.8-ci bənd). İşəgötürənin təqsiri olmadan istehsal və satışın olmamasından işin dayandırılması və eləcə də Məhərrəmlik, Ramazan aylarinda spirtli içkilərin satışa tələbatın olmaması və digər hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxila bilər (4.10-cu bənd) (səh.27); "xxxxxxxxxxxxxxxxxxxxx” X6 X7 xx xxxxxx 2019-cu il tarixli 12 nömrəli "işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə” əmrinin müvafiq qaydada təsdiq edilmiş surətinə əsasən, X7 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin geri çağırılması əmr edilmişdir (səh.69); "xxxxxxxxxxxxxxxxxxxxx” X5 İddiaçı ünvanladığı xx xxxxxx 2019-cu il tarixli 94 nömrəli məktubunun surətindən və məzmununa əsasən, ödənişsiz məzuniyyətə buraxılmış işçilər geri çağırıldığı üçün xx xxxxxx 2019-cu il tarixdə saat 08:00-da işdə olması ilə bağlı məlumat verilmişdir (səh.70); Vergi Nazirliyi yanında Milli Gəlirlər Departamentinin məktubuna əsasən, "xxxxxxxxxxxxxxxxxxxxx” X5 fəaliyyətinə xx.xx.2019-xx.xx.2019-cu il tarixədək dayandırılması veri orqanı tərəfindən nəzərə alınmışdır (səh.47-60); Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən, araşdırma zamanı “xxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən 05.11 2019-ci il tarixli, 9 saylı məktubla təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, yazılı razılığınız olmada ödənişsiz məzuniyyətə buraxılmısınız. Bu səbəbdən tərəfimizdən “xxxxxxxxxxxxxxxxxxxxx” AS' barəsində Azərbaycan Respublikası İXM-nin 192.5 maddəsi ilə xx.xx.2019-cu il tarixli, 041096 saylı inzibati xəta haqqında Protokol tərtib edilmişdir (səh.60) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5175/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əmək haqqının 2/3 hissəsi miqdarı hesablanaraq "xxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxx” ASC apellyasiya şikayəti verərək, Nərimanov rayon məhkəməsinin (hakim Solmaz Ədilova) xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 5175/2019 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasını iclasında iştirak edən cavabdehin nümayəndəsi Həsənov Rizvan oğlu apellyasiya şikayətini müdafiə edərək, “xxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə müəssisənin Həmkarlar İttifaqı Komitəsi arasında 2017-2019-cu illər üçün xx.xx.2017-ci il tarixində Kollektiv Müqavilə müqavilənin şərtlərinə əsasən, ödənişsiz məzuniyyətə buraxıla bilməsinin, istehsal və satış olmadığı üçün əmək haqqı ödəyə bilmədiklərini, 100 işçidən yalnız 4 nəfərin məhkəməyə müraciət etdiyini, eyni tipli işlərlə bağlı məhkəmə mübahisələri üzrə Bakı Apellyasiya Məhkəməsinin qərarları olduğunu, həmçinin audit rəyinə etiraz etmədiyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasını iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, xx.xx.2019-cu il tarixdə məzuniyyətdən işə qayıdan zaman işə buraxılmadığını, "xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin fəaliyyətini tam dayandırmadığını, spirt sexinin fəaliyyət göstərdiyini, orada 20-30 işçinin işlədiyini, onun işlədiyi araq sexinin isə fəaliyyət göstərmədiyini, Bakı İnzibati Məhkəmədə məhkəmə prosesləri gedən zaman onları işə çağırdıqlarını, sonra yenidən işə buraxmadıqlarını, 2 ildir ki, evdə oturduğunu, zavodda 5 nəfər işçinin qaldığını bildirmiş, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının 20/61 saylı, xx.xx.2020-ci il tarixli auditor rəyinə əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrə 1 ay 3 günə 206.67 manat məbləğində əmək haqqı hesablanmışdır. (İİ cild, səh.6). Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 28-32, 129, 145, 146-158,169; MM-nin 21, 385-386, 560, 1096; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mülki prosessual və maddi hüquq normalarının ümumi tətbiqi baxımından düzgün olsa da tələbə münasibətdə prosessual formallığa riayət edilməmişdir. Belə ki, iddiaçı əmək haqqının üçdə iki hissəsindən az olmamaqla hesablanmış pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etdiyi halda, məhkəmə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əmək haqqının 2/3 hissəsi miqdarının hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsini qət etmişdir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 218.3 və 222.2-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Ona görə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv (apellyasiya şikayəti isə qismən təmin) edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, audit tərəfindən hesablanmış xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrə (1 ay 3 günə) 206.67 manat məbləğində əmək haqqı üzrə ödənilməmiş pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi təmin edilməlidir. Birbaşa tələb hissəsində göstərilməsə də iddiaçının əsaslandırıcı hissədə müddətlərlə bağlı dəqiq təfərrüatlar əks etdirmədiyindən göstərilənlərə münasibətdə nəticənin qənaət forması prosessual mənada mümkün deyil və tələbdə hesablanmış pul vəsaitinin iddiaçının xeyrinə tutulması göstərildiyindən, məhkəmənin isə əmək haqqının hesablanması üzrə ixtisaslı vərdişləri (vasitələri) olmadığından, habelə digər sübutlar təqdim edilmədiyindən, audit rəyindəki hesablanmalarla kifayətlənməlidir. Tələbə olan başqa cür münasibətin olduğu müstəvidə müzakirələrin aparılması və qənaətin izhar edilməsi səlahiyyətlərdən kənar sui-istifadəyə məruz qalmanın tipik təzahürü kimi yolverilməzdir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5175/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən İddiaçı xeyrinə 206.67 (iki yüz altı manat altmış yeddi qəpik) manat məbləğində pul vəsaitinin tutulması təmin edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar