Məhkəmə qərarları › İş №2(103)-3337/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3337/2022

18.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3337/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(002)-96/2022 nömrəli qərardadından İddiaçı vermiş olduğu şikayətə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-96/2022 saylı, 04 mart 2022-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-96/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 96/2022 saylı, 04 mart 2022-ci il tarixli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, 2(002)-96/2022 saylı, 04 mart 2022-ci il il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-96/2022 saylı 28.03.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayəti iş materialları ilə birgə yoxlayaraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. İş materiallarından görünür ki, 03 mart 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə poçt vasitəsilə İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 96/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti daxil olmuş, məhkəmə sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, iddiaçı hazırda qüvvədə olan mülki–prosessual qanunvericiliyə əsasən apellyasiya şikayətinin verilməsi qaydası ilə bağlı tələblərə riayət etməmiş, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə geri qaytarılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-96/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalı, həmin şəxsə apellyasiya şikayətinin və prosessual müddətin bərpasına dair ərizə ilə qanunamüvafiq qaydada yenidən vermək hüququ izah olunmalıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-96/2022 saylı, 04.03.2022 saylı nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar