Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3337/2025 18.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “X10” publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), X4 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, onların nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 avqust 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçılardan İddiaçı1 2003-cü ildən, İddiaçı2 isə 2005-ci ildən xx.xx.2024-cü il tarixədək fasiləsiz olaraq X8 çalışıblar.
2. İddiaçı2 “X10" publik hüquqi şəxslə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Bioloji kolleksiyalar şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmiş və müqavilənin müddəti 2 iİ müəyyən edilmişdir.
3. İddiaçı1 “X10” publik hüquqi şəxslə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Bitki ekologiyası laboratoriyasının müdiri vəzifəsinə işə qəbul edilmiş və müqavilənin müddəti 2 il müəyyən edilmişdir.
4. “X10” publik hüquqi şəxsin 155/k nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən hər iki iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə) xitam verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "X11" publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X10" publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 155/k saylı əmrinin ləğv edilməsi, İddiaçı2 Bioloji kolleksiyalar şöbəsinin müdiri vəzifəsinə, İddiaçı1 isə Bitki ekologiyası laboratoriyasının müdiri vəzifəsinə bərpa olunması, onlara xx.xx.2025-ci il tarixdən işə bərpa olunduqları tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməsi, həmçinin İddiaçı2 və İddiaçı1 ilə bağlanmış əmək müqavilələrinin dəyişdirilərək, müqavilələrin müddəti müəyyən edilmədən (daimi) bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılarla cavabdeh arasında mövcud olmuş əmək münasibətlərində AR Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Beləliklə, iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə bağlanmış əmək müqavilələri AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü maddəsinin tələbləri pozulmaqla bağlanmışdır. İddiaçıların əmək funksiyalarının daimi xarakterə malik olduğu əvvəlcədən məlum olduğu üçün onlarla bağlanmış əmək müqavilələrinə AR Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilməklə, həmin maddə düzgün tətbiq edilməmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-618/2025 saylı, 02 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) iddia rədd olunmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2022-ci il tarixli 5 nömrəli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “X10”və “Dendrologiya Bağı”publik hüquqi şəxsləri yaradılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2022- ci il tarixli 374 nömrəli qərarı ilə təsdiq edilmiş AMEA-nın yeni strukturuna X10 daxil edilməmişdir. Azərbaycan Milli Elmlər X2 “AMEAnın 19/5 nömrəli, 7 oktyabr 2022-ci il tarixli Qərarına əsasən AMEA-nın yeni strukturunda nəzərdə tutulmayan X10 ləğv edilmişdir. Bundan sonra, yeni yaradılmış “X10" publik hüquqi şəxslə İddiaçı2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Məmmədova X1 şöbəsinin müdiri vəzifəsinə, İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı1 Bitki ekologiyası laboratoriyasının müdiri vəzifəsinə qəbul edilmişdir. Qeyd olunan əmək müqavilələrinin 2.3-cü bəndlərinə əsasən əmək müqavilələri “47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə tərəflərin qarşılıqlı razılığı ilə (Az.Res.Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəbə görə xx.xx.2025-ci il tarixinədək 2 il müddətinə bağlanmışdır. “X10" publik hüquqi şəxs tərəfindən iddiaçılara xx.xx.2024-cü il tarixdə bildiriş göndərilərək, onlarla bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixində qurtardığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq həmin əmək müqavilələri üzrə münasibətlərin növbəti dövr üçün davam etdirilməyəcəyi, xx.xx.2025-ci il tarixdən etibarən onlarla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam veriləcəyi və əmək qanunvericiliyinin tələblərinə görə son haqq-hesab aparılacağı bildirilmişdir. İddiaçılar ilə əmək müqavilələrinin xitam edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, ona görə də, iddiaçıların tələbi əsassızdır və təmin edilməməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin3, 42-ci maddəsinin 1-ci hissəsi, 45, 47, 73-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçılar birgə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
11. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, “X10” publik hüquqi şəxs, Azərbaycan Milli Elmlər X3 Bağının bazasında yaradılmışdır. Xronoloji ardıcıllıqla Milli Elmlər X3 Bağı ləğv edilmiş, iddiaçılar müəssisənin ləğv edilməsi əsası ilə işdən azad edilmişlər. Bundan sonra “MərkəziNəbatat Bağı”publik hüquqi şəxs yaradılmış və iddiaçılar, Azərbaycan Milli Elmlər X3 Bağının digər keçmiş əməkdaşları ilə birlikdə işə qəbul üçün müraciət etdikdə, onların arzusuna zidd olaraq müddətli əmək müqavilələrinin bağlanması işəgötürən tərəfindən təklif olunmuşdur. Əmək müqaviləsinin bağlanmasına dair hüquq münasibətlərinin xarakterindən də göründüyü kimi, burda işəgötürənin iradə ifadəsi, onun şərtləri keçərlidir. Başqa sözlə, iddiaçılar müddətsiz əmək müqaviləsinin bağlanması tələbindəisrar etdikdə, onlarla əmək müqavilələri bağlanmayacaqdı. Çünki, iddiaçıların, cavabdehin qərarını dəyişdirə biləcək təsir imknları olmamışdır. Həmçinin, iddiaçıların işəgötürənin təklifetdiyişərtlərlə razılaşmamaları, qarşı tərəfi(işəgötürəni) müqavilənin bağlanmasına məcbur edə bilməz. Beləliklə, iddiaçılar və cavabdeh arasında əmək münasibətlərinin yaranması (əmək müqaviləsinin bağlanması) iddiçıların deyil, işəgötürənin iradəifadəsindən asılı olmuşdur. Məhkəmə baxışının gedişində tərəfimdən X6 Xidmətinə, cavabdeh tərəfindən neçə işçi ilə əmək müqaviləsinin bağlanması, bu müqavilələrdən neçəsinin müddətli, neçəsinin müddətsiz bağlandığı barədə məlumat əldə edilməsinə dair sorğu verilmiş, sorğunun cavablandırılmasından imtina edilmişdir. Bundan sonra, AR MPM-nin 78.2-cimaddəsinə əsasən, həmin məlumatların məhkəmə tərəfindən sorğu edilməsi barədə vəsatət verilmişdir. Vəsatətin müzakirəsi zamanı, cavabdehin nümayəndəsi bildirmişdir ki, cavabdeh tərəfindən bütün işçilərlə müddətli əmək müqavilələri bağlanmışdır. Nümayəndənin verdiyi məlumat, sorğuda qaldırılmış məsələni işin mübahisəsiz halı etdiyi üçün, vəsatətin baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər. Belə ki, nümayəndənin təqdim etdiyi məlumatdan (işəgötürən tərəfindən bütün işçilərlə müddətliəmək müqavilələrinin bağlanması), tərəflərin həqiqi münasibətlərinin hüquq bərabərliyinə əsaslanmadığı aydın olur. Birinci instansiya məhkəməsi tərəfindən göstərilənlər araşdırılmamış, müqavilələrin formal məzmununa istinad olunmaqla, cavabdehlə iddiaçılar arasında bağlanmış əmək müqavilələrinin guya tərəflərin həqiqi iradə ifadəsinə uyğun olduğu barədə nəticə çıxarılmışdır. c) Apellyasiya instansiyası məhkəməsindəicraat
Apellyasiyaşikayətinə qarşı etirazın dəlilləri
12. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz vermiş və etirazında apellyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçılar və onların nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
14. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 3. İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs; əmək müqaviləsi (kontraktı) isə - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 11, bənd “b”. Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Maddə 42, bənd 1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göründüyü kimi, əmək qanunvericiliyi əmək müqavilələrinin bağlanmasının sərbəstliyi prinsipini müəyyən etmişdir və əmək müqaviləsi bağlamaq işəgötürənin (habelə işçinin) hüququ kimi nəzərdə tutulmaqla o (onlar), qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz(lər). Maddə 45, hissə 1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır. Maddə 45, hissə 4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45, hissə 5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47. İşçi ilə müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; Maddə 73, hissə 1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etsə də, həmin hallara uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bununla da iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır.
19. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
20. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2022-ci il tarixli 5 nömrəli qərarı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “X10” və “Dendrologiya Bağı” publik hüquqi şəxsləri yaradılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2022-ci il tarixli 374 nömrəli qərarı ilə təsdiq edilmiş AMEA-nın yeni strukturuna X10 daxil edilməmişdir. Azərbaycan Milli Elmlər X2 “AMEA-nın 19/5 nömrəli, 7 oktyabr 2022-ci il tarixli Qərarına əsasən AMEA-nın yeni strukturunda nəzərdə tutulmayan X10 ləğv edilmişdir. Bundan sonra, yeni yaradılmış “X10" publik hüquqi şəxslə İddiaçı2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Məmmədova X1 şöbəsinin müdiri vəzifəsinə, İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı1 Bitki ekologiyası laboratoriyasının müdiri vəzifəsinə qəbul edilmişdir. Qeyd olunan əmək müqavilələrinin 2.3-cü bəndlərinə əsasən əmək müqavilələri Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində qeyd olunan səbəbə görə (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə tərəflərin qarşılıqlı razılığı ilə) xx.xx.2025-ci il tarixinədək 2 il müddətinə bağlanmışdır. “X10" publik hüquqi şəxs tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2024-cü il tarixdə bildiriş göndərilərək, onlarla bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixində qurtardığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq həmin əmək müqavilələri üzrə münasibətlərin növbəti dövr üçün davam etdirilməyəcəyi, xx.xx.2025-ci il tarixdən etibarən onlarla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam veriləcəyi və əmək qanunvericiliyinin tələblərinə görə son haqq-hesab aparılacağı bildirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində “X10” publik hüquqi şəxsin 155/k nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən hər iki iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə) xitam verilmişdir.
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçılarla bağlanmış əmək müqaviləsinə müəssisənin ləğv edilməsi əsası ilə yox, əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir və ona görə də mübahisəyə bu prizmadan yanaşmaqla qiymət verilməlidir.
22. İddiaçılar hesab edirlər ki, onlarla cavabdeh arasında mövcud olmuş əmək münasibətlərində Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Belə ki, onların gördükləri işin xarakteri mövsümi yox, daimi xarakter daşımışdır və bu səbəbdən onlarla müddətli əmək müqaviləsi bağlana bilməzdi. Əmək müqavilələri Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulmaqla bağlanmışdır. İddiaçıların əmək funksiyalarının daimi xarakterə malik olduğu əvvəlcədən məlum olduğu üçün onlarla bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilməklə, həmin maddə düzgün tətbiq edilməmişdir.
23. Cavabdeh (işəgötürən) isə istər iddiaçılarla müddətli əmək müqaviləsi bağlanarkən, istərsə də həmin əmək müqavilələrinə müqavilə müddətinin başa çatması əsası ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunduğunu, hər hansı qanun pozuntusuna yol verilmədiyini bildirir.
24. Birinci instansiya məhkəməsi də iddiaçılarla bağlanılmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmadığı qənaətinə gələrək iddiaçıların tələblərini əsassız saymış və rədd etmişdir.
25. Məhkəmə kollegiyası iş materiallarına, o cümlədən iddiaçıların əmək kitabçalarının surətlərinə əsasən müəyyən etdi ki, iddiaçılardan İddiaçı1 2003-cü ildən fasiləsiz olaraq, İddiaçı2 isə 2005-ci ildən fasiləsiz olaraq “X10”nda müxtəlif vəzifələrdə çalışmışlar. X10 əvvəllər Azərbaycan Elmlər Akademiyasının, xx.xx.2022-ci ildən isə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. X10 Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verildikdən sonra iddiaçılarla bağlanılmış əmək müqavilələrinə öz ərizələrinə əsasən xitam verilmiş və onlarla yeni, lakin müddətli əmək müqavilələri bağlanmışdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılarla yeni əmək müqavilələri bağlanarkən onların hansı zərurətdən (onların əmək funksiyalarının, gördükləri işin xarakteri və s.) irəli gələrək müddətli bağlanması işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından aydın deyil.
27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işin halları baxımından Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Lakin müddətli əmək müqaviləsi ilə bağlı yaranan mübahisələrə baxılarkən işin müəyyən edilən konkret hallarına, o cümlədən müddətsiz müqavilə əsasında çalışan işçinin öz xahişi ilə işdən azad olunması və müddətli əmək müqaviləsi bağlaması barədə ərizənin etibarlılığına Əmək Məcəlləsinin 2-ci maddəsində təsbit olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri əsasında obyektiv hüquqi qiymət verilməlidir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün digər halları nəzərə alınmalıdır.
28. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilmiş əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
29. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə birinci instansiya məhkəməsi göstərilən hallar üzrə araşdırma aparmamış, müddətli əmək müqavilələri bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulduğunu nəzərə almamış, istinad olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) əsaslandırmamışdır.
30. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4 və 5-ci hissələrinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında hüquqi mövqe belə olmuşdur ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır.
32. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab etmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni, işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə, həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.
33. Məhkəmə kollegiyasının qənaətinə görə müddətli əmək müqaviləsi üzrə müddətin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələrin həlli zamanı Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarında göstərilənlərlə yanaşı, həmçinin iddiaçılarla bağlanmış əmək müqavilələrində işə başlama tarixinin qeyd olunmasından asılı olmayaraq onların həmin müəssisədə nə vaxtdan işləməsi də nəzərə alınmalıdır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçılardan İddiaçı1 X8 fəaliyyəti 2003-cü ildən, İddiaçı2kı isə 2005-ci ildən başlamışdır. Onlar xx.xx.2023-cü ilədək müddətsiz əmək müqaviləsi əsasında çalışmış, tutduqları vəzifədən asılı olmayaraq gördükləri işin xarakteri daimi olmuşdur. Buna baxmayaraq, müəssisənin tabelik forması dəyişdikdən, yəni, müəssisə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verildikdən sonra onlarla müddətli əmək müqaviləsi bağlanmışdır.
34. Kollegiya hesab edir ki, iddiaçıların yerinə yetirdikləri işin daimi xarakter daşıması qabaqcadan hər kəsə, o cümlədən işəgötürənə məlum olmuş və onlarla müddətli əmək müqaviləsi bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən əsaslar olmamışdır.
35. 47-ci maddənin f) bəndində nəzərdə tutulan «qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır.
36. Kollegiyanın qənaətinə görə, uzun illər eyni müəssisədə çalışmış işçi ilə müddətli əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi iddiaçıların istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, işçinin bu cür, yəni öz xeyrinə olmayan dəyişikliyə getməsi ağlabatan bir səbəblə izah olunmadıqda, bu, həmin müqavilələrin (razılaşmaların) işəgötürənin təzyiqi altında bağlandığı qənaətinə gəlmək üçün əsas verir. Belə müqavilələr işçinin (hazırkı işdə iddiaçıların) razılığı ilə bağlanmış müqavilə kimi qəbul edilə bilıməz.
38. Qeyd edilənlərə əsasən Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmadığından və qətnamə çıxarılarkən Əmək Məcəlləsinin 45, 47, 68, 73-cü maddələri düzgün tətbiq olunmadığından qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbləri qismən təmin olunmalı, işəgötürənin iddiaçılar barəsində xx.xx.2024-cü il tarixli əmri ləğv edilməli, onlarla müddətsiz əmək müqaviləsi bağlanmaqla əvvəlki işlərinə bərpa olunmalı və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar xx.xx.2025-ci il tarixdən bir illik müddətli müqavilə əsasında “Dendrologiya Bağı” publik hüquqi şəxsində çalışdıqlarından və hazırda aldıqları əmək haqqının məbləği “X10" PHŞ-də bərpa olunmaq istədikləri vəzifə üzrə əmək haqqından çox olduğundan məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbi təmin oluna bilməz. İşdən göründüyü kimi, təqdim olunan əmək müqavilələrinə əsasən “X10" PHŞ-də İddiaçı1 ştat cədvəli üzrə aylıq əmək haqqı 670 manat (hazırda isə 770 manat), İddiaçı2 əmək haqqı isə 630 manat (hazırda isə 730 manat) olmuşdur. “Dendrologiya Bağı” publik hüquqi şəxsi ilə bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsində isə aylıq əmək haqqı İddiaçı1 üçün 890 manat, İddiaçı2 üçün isə 790 manat nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdehlə əmək müqaviləsinə xitam verildikdən sonra boşdayanma halı olmamış, onlar işləmiş və əvvəlki vəzifələrində aldıqları əmək haqqından çox əmək haqqı almışlar.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbləri qismən təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində “X10” publik hüquqi şəxsin iddiaçılarla əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 155/k nömrəli əmri ləğv edilsin və onlarla bağlanmış əmək müqavilələri müddətsiz hesab edilməklə İddiaçı1 “Bitki ekologiyası” laboratoriyasının müdiri vəzifəsinə, İddiaçı2 isə “Bioloji kolleksiyalar” şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilsinlər. İddia tələbləri qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.