Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3338/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-246/21 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “auditin keçirilməsinə şərait yaradılması” tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. O, eyni zamanda, iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X2 X1 xx.xx.2017-ci il tarixli qərarına əsasən “xxxx” ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilmişdir. Cəmiyyətin hazırkı maliyyə vəziyyəti barədə məlumat əldə edə bilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bununla bağlı məhkəmə qətnaməsi qəbul edilmişdir. Lakin cavabdeh tərəfindən məhkəmə qətnaməsi icra edilməyərək tələb edilən sənədlər ona təqdim olunmamışdır. Həmçinin, tərəfindən dəvət edilmiş müstəqil auditor ASC-yə buraxılmadığından auditin keçrilməsi mümkün olmamışdır. Auditora audit keçirməsinə şərait yaratmamışlar. Tələm-tələsik şirkətin əmlakını ucuz qiymətə realizə etməyə, vəsaitləri süni şəkildə xərclərə silməyə çalışırlar. Təcili ümumi yığıncağı çağırıb gizlədilən sənədlər əsasında bölgünü apararaq şirkəti ləğv etməyə çalışırlar. Bu səbəbdən yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, işə məhkəmədə baxılıb qurtaranadək və qanuni qüvvəyə minənədək iddianın təmini tədbiri qismində “xxxx” ASCnin Ümumi Yığıncağında əmlak bölgüsü barədə məsələnin müzakirəsi və hər hansı qərarın qəbul edilməsinin qadağan edilməsi zərurəti yaranmışdır. Bu iş üzrə iddianın təmin edilməməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Göstərilənləri nəzərə alaraq iddiaçı işə baxılıb qurtaranadək və çıxarılacaq qətnamə qanuni qüvvəyə minənədək cavabdeh “xxxx” ASC-nin (VÖEN **********) Ümumi Yığıncağında əmlak bölgüsü barədə məsələnin müzakirəsi və hər hansı qərarın qəbul edilməsinin “xxxx” ASC-yə və üçünçü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə işə baxılıb qurtaranadək və çıxarılacaq qətnamə qanuni qüvvəyə minənədək cavabdeh “xxxx” ASCnin (VÖEN **********) Ümumi Yığıncağında əmlak bölgüsü barədə məsələnin müzakirəsi və hər hansı qərarın qəbul edilməsi ləğv prosesində olan “xxxx” ASC-yə qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)- 8870/20 saylı qərardadı ilə “xxxx” ASC-nin şikayəti qismən təmin edilərək Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv olunmuş və mülki iş ididanın təmini tədbiri barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli (kakim Ş.Abdullayev, iş № 2(009)-246/21) qərardadı ilə işə baxılıb qurtaranadək və çıxarılacaq qətnamə qanuni qüvvəyə minənədək cavabdeh “xxxx” ASC-nin Ümumi Yığıncağında əmlak bölgüsü barədə məsələnin müzakirəsi və hər hansı qərarın qəbul edilməsi ləğv prosesində olan “xxxx”xxxx“xxxx” ASC şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi xx xxxxxx 2021-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Lakin, birinci instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin göstərişlərini yerinə yetirməmişdir. Bundan başqa, iddiaçının “audutun keçirilməsinə şərait yaradılması barədə” iddia tələbi qeyri qanuni olmaqla bərabər həm də qeyri müəyyəndir. Əvvəla, iddiaçı əgər özü audit keçirmək istəyirsə, bu qanunvericiliklə mümkün deyildir. Belə ki, Mülki Məcəllənin 106-1.3.6-cı maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək hüququ vardır. Göründüyü kimi, səhmdar, cəmiyyətin fəaliyyətinin auditor tərəfindən yoxlanılmasını tələb edə bilər. Digər tərəfdən, əgər iddiaçı cəmiyyətin fəaliyyətinin auditor tərəfindən yoxlanılmasını istəyirsə, onun buna dair yazılı tələbi olmamasına baxmayaraq, ləğv prosesində olan “xxxx” ASC-də auditin keçiriləcəyi və bu yoxlamada iştirak edə biləcəyi iddiaçıya bildirilmişdir. Məhkəmə qərardadı yalnız iddiaçının həqiqətə uyğun olmayan ifadələrinə istinad olunmaqla qəbul edilmişdir. Belə ki, qərardadda iddiaçının səhmdarı olduğu “xxxx” ASC-nin ona lazımi sənədləri təqdim etmədiyi göstərilir. Əslində isə iddiaçının nümayəndəsi dəfələrlə şirkətdə olmuş və ona hər hansı sənədin təqdim edilməsində problem olmamışdır. Buna dair iddiaçının etibarnamə üzrə nümayəndəsinin imzaladığı akt da mövcuddur. Həmin aktdan müəyyən edilir ki, ləğv prosesində olan “xxxx” ASC-nin 2017, 2018 və 2019-cu il üçün balans və hesabatları iddiaçının nümayəndəsinə rəsmi qaydada təqdim edilib. Yəni, “xxxx” ASC tərəfindən iddiaçının hüququ pozulmamışdır. Lakin, cüzi paya sahib iddiaçının əsassız və heç bir sübuta söykənməyən tələbləri üzrə məhkəmənin qeyri-qanuni qərar qəbul etməsi “xxxx” ASC-nin fəaliyyətinə maneçilik törətməklə bərabər digər səhmdarların hüquqlarını pozur. Məhkəmə qərardadında istinad olunan “xxxx” ASC-nin Ümumi Yığıncağının xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş iclası pandemiya ilə əlaqədar təxirə salınmışdır. Bununla bağlı iddiaçıya da rəsmi bildiriş göndərilib. Bundan sonra, xx xxxxxx 2020-ci il tarixdə 85 % səhm payı olan səhmdarların, o cümlədən iddiaçının 2 nəfər etibarnamə üzrə nümayəndəsinin iştirak etdiyi Ümumi Yığıncağın iclası keçirilmişdir. Həmin iclasda iştirakçılara 2020-ci ilin oktyabr ayına qədərki müddət üçün 9 aylıq audit hesabatı təqdim edilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin nümayəndəsi və vəkiliVəkil2 məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında şikayəti qəbul etməyərək rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilməli və iş iddianın təmini tədbirinin tətbiqinə dair ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, hazırkı iş artıq bir dəfə apellyasiya baxışının predmeti olmuş və apellyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadında işə yenidən baxılması ilə bağlı bir sıra göstərişlər nəzərdə tutulmuşdu. Həmin göstərişlərə görə işə yenidən baxılarkən tətbiqi tələb olunan iddianın təmini tədbiri ilə iddia tələbinin bağlılığının olub-olmaması ilə yanaşı, işin məhkəmə aidiyyəti də yoxlanılmalı idi. Həmin qərardadda qeyd olunmuşdu ki, birinci instansiya məhkəməsi ilkin olaraq iddia tələbinin mahiyyətini dəqiqləşdirməli (bu zaman mübahisənin kommersiya məhkəməsinə aidiyyəti də yoxlanılmalıdır) və ondan sonra iddianın təmini tədbirinin iddia tələbinə müvafiq olub-olmadığını yoxlamalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işə yenidən baxarkən apellyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadında şərh olunan göstərişlər yerinə yetirilməmiş və bununla da Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinin tələbi pozulmuşdur. Həmin maddəyə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx xxxxxxxx 2020-ci il tarixli qərarının 26-cı bəndində məhkəmə aidiyyəti ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: - “Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-nin 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar”. X3 icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən “Cədvəl”də göstərilmişdir ki, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) mübahisə tərəflərinin subyektiv tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır. Göründüyü kimi, iddianı təmin etmə tədbirinin tətbiqinə dair ərizəni müzakirə etməzdən əvvəl hazırkı iddianın məhkəmə aidiyyətinin yoxlanılmasının (müəyyən edilməsinin) zəruriliyi apellyasiya instansiyası məhkəməsinin adı çəkilən qərardadında qeyd olunsa da, birinci instansiya məhkəməsi bu göstərişə əməl etmədən birbaşa iddianı təmin etmə tədbiri tətbiq etmiş və bununla da prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, birinci instansiya məhkəməsi ilk öncə məhkəmə aidiyyətini müəyyənləşdirməli və yalnız işə baxan məhkəmənin hazırkı işə baxmağa səlahiyyətli olduğu müəyyən edildikdən sonra iddianı təmin etmə tədbirinə dair ərizəni müzakirə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-246/21 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilsin, mülki iş iddianın təmini tədbirinin tətbiqinə dair ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-3338/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3338/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver