Məhkəmə qərarları › İş №2(103)-3339/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3339/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3339/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X1 və Kazımov Elşən Cəlaləddin oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Yasamal rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1019/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 48585.66 manat (xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı üzrə 41884.20 manat, dəymiş zərər 6701.46 manat) məbləğində vəsaitin, vəkilin göstərdiyi hüquqi yardıma görə 680 (altı yüz səksən) manat xidmət haqqının və 238 (iki yüz otuz səkkiz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1019/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" MMC-nin verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda isə Nəsimi Rayon Məhkəməsindən sorğu daxil olmuş və Məhkəmənin eyni nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sorğuda qeyd edilən məsələ ilə əlaqədar mülki iş baxışdan çıxarılaraq həmin məhkəməyə qaytarılmalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Həmin normaya müvafiq olaraq, kollegiya hesab edir ki, hazırki mülki iş Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1019/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul qərardadı ləğv olunmaqla apellyasiya baxışından çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1019/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3339/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq həmin Məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar