Məhkəmə qərarları › İş №2(103)-3344/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3344/2021

01.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3344/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı “evin naturada bölünməsi, bu mümkün olmadıqda hərracda satılması” tələbinə dair cavabdehin mülki işin ərazi aiddiyyatı üzrə göndərilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5017/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Cavabdeh1 nümayəndəsi vəkil Cavabdeh2 vəsatət verərək, iddia ərizəsinin baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi qanunvericiliyin tələblərinin pozulması ilə məhkəmənin icraatına qəbul edilmiş və bu səbəbdən də, mülki iş icraatdan çıxarılaraq ərazi aidiyyatı üzrə göndərilməlidir. Belə ki, cavabdeh Bakı şəhəri Nərimanov rayonunda rəsmi pasport qeydiyyatında olmaqla həmin yaşayış məntəqəsində yaşayır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5017/2020 nömrəli saylı işi üzrə xx xxxxxxx 2020- il tarixli qərardadı ilə vəsatətin rədd edilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 31.1, 32.4, 32.5. 39-cu maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisəli mənzil Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi, 22 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evidir və iddiaçı həmin fərdi yaşayış evinin paylarına müvafiq naturada bölünməsi, payın ayrılması mümkün olmadıqda payının əvəzi olan 130000 manat pulun cavabdeh tərəfindən ona kompensasiya kimi ödənilməsi, cavabdeh bundan imtina etdikdə isə qeyd edilən mənzilin hərracdan satılması, əldə olunan pulun paylara uyğun ikisi arasında bölünməsini tələb edir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətdən asılı olmayaraq yalnız MPM-nin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxıla bilər. Həmin maddədə sadalanan işlər üzrə iddianın başqa məhkəmələrə verilməsinə yol verilmir. Müstəsna aidiyyət MPM-nin şərh olunan maddəsində nəzərdə tutulmuş işlərin düzgün və vaxtında həll olunması üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir İddiaçı tərəfindən iddia verilərkən mülki-prosessual qanunvericiliyin tələblərinin pozulmasına yol verilməmişdir, iddia müstəsna aidiyyət qaydalarına uyğun olaraq mübahisənin predmeti olan daşınmaz əmlakın olduğu yerin məhkəməsinə verilmişdir, ona görə də, cavabdehin mülki işin aidiyyatı üzrə göndərilməsi barədə vəsatəti əsassız olduğu üçün təmin edilməməlidir. Cavabdeh qərardaddan şikayət verərək, qərardadı ləğv edib, iddiaçi İddiaçı ona qarşı "evin naturada bölünməsi və s." tələblərə dair iddia ərizəsini baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Nərimanov rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 62; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 39, 35.1, 40.1, 44.2.2, 267.1, 267.2, 269.1, 269.2-269.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, o, Bakı şəhərinin Nərimanov rayonunda rəsmi qeydiyyatdadır və qeydiyyatda olduğu ünvan üzrə faktiki yaşayır. Məhkəmə tərəfindən müvafiq bildirişlər onun rəsmi qeydiyyatda olduğu yer üzrə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən evinə göndərilmişdir. Qüvvədə olan qanunvericilik iddiaçıya hüquq verir ki, o, iddia ərizəsi ilə onun rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5017/2020 nömrəli saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Mülki Prosesual Məcəllənin 33-45-ci maddələrinə əsasən cavabdehin vəsatəti üzrə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, sübut olmayan və düzgün təfsir edilməyən mülahizələr əsasında şikayətin dəlilləri üzrə qeyd edilən prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Qeyd edilməlidir ki, Mülki prosessual məcəllənin 36.13-cü maddəsinə əsasən Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur, ona görə işə baxmağın ərazi aidiyyəti üzrə dəyişdirilməsi istisna edilir. Apellyasiya instansiyasında hazırki şikayət üzrə qəbul edillən məhkəmə aktından şikayət verilməsi nəzərdə tutulmamış və qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 385, 387, 395-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5017/2020 nömrəli saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar