Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3347/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(006)-4809/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli “Razılaşma” və həmin tarixli “Razılaşmaya əlavə“yə əsasən cavabdehlə əvvəlcədən şərtləşdirilmiş muzd kimi ödənilmiş 15000 manat, xx.xx.2019-cu il tarixli “Razılaşmaya (borc müqaviləsinə) əlavə”yə əsasən cavabdehə verilmiş 5500 manat və 4 ay gəlir götürmədən boşqalma səbəbindən həmin obyektin icarə haqqının ödənilməsinə görə dəymiş 14000 manat maddi ziyan, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 34 530 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4809/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 20500 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 18 manat hissəsinin, cəmi 20518 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edərək, buraxılmış müddətin bərpa edilməsini və apellyasiya şikayətinə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-4809/2019 saylı qərardadı ilə ərizə təmin olunmuş, buraxılmış prosessual müddət bərpa edilmiş və qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş məhkəməyə daxil olduqdan bir neçə gün sonra birinci instansiya məhkəməsi məktubla müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardaddan şikayət verildiyini, bu səbəbdən mülki iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 357-358, 366 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3347/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3347/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver