Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3348/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(008)-5417/21 nömrəli qərardadından mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı Səyaf oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X3 cavabdehlər Cavabdeh1 Məhərrəm oğluna, Cavabdeh3, X4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinə giriş-çıxış məqsədilə ayrıca darvazanın quraşdırılmasına cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(008) 1166/21 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-1166/21 nömrəli qərardadı ilə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı cavabdehlər Cavabdeh1 Məhərrəm oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı evə köçürülməsi, fərdi yaşayış evinin kənarında əlavə giriş-çıxış darvazanın quraşdırılmasına cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi, evin kommunal xəttlərindən istifadələrinə, evin kommunal xəttlərindən istifadəsinə maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsinə dair iddia tələbi ayrıca icraata ayırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5417/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, İddiaçı ünvan 2 ünvanında ailəsinin yaşadığı fərdi yaşayış evinə köçürülməsi, həmin evin yerləşdiyi həyətindən istifadəsinə, habelə həmin evin kommunal xəttlərindən istifadəsinə maneələrin yaradılması cavabdehlərə qadağan edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5417/2021 nömrəli qərardadı ilə İddiaçı həmin qətnamədən vermiş olduğu apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5417/2021 nömrəli qərardadı ilə İddiaçı həmin qətnamədən vermiş olduğu apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər yenidən geri qaytarılmışdır. Qətnamədən İddiaçı Səyaf oğlunun nümayəndəsi və vəkili Vəkil yenidən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Bakı Apellasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti geri qaytarılması üçün mülki işin materiallarının Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qətnamədən İddiaçı Səyaf oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4143/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı Səyaf oğlunun nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5417/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5417/2021 nömrəli qərardadı ilə İddiaçı Səyaf oğlunun nümayəndəsi və vəkili Vəkil ərizəsi geri qaytarılmışdır. Bundan sonra mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı Səyaf oğlunun nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətinin bərpa edilməsi barədə ərizə vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5417/21 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı Səyaf oğlunun nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə qətnamədən verdiyi apellyasiya şikayəti Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə yenidən geri qaytarılmışdır. Həmin qərardaddan mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayət verərək onun ləğv edilməsini, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5417/21 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddətinin bərpasına dair ərizənin icraata götürülüb baxışa təyin olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5417/21 nömrəli qərardadından İddiaçı Səyaf oğlu tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət iddiaçıya geri qaytarılması üçün mülki işlə birlikdə Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5417/21 nömrəli qərardadından mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı Səyaf oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılmışdır. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı Səyaf oğlunun nümayəndəsi və vəkili Vəkil yenidən “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(008)-5417/2021 nömrəli qətnaməsindən tərəflərindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddətinin bərpasına dair ərizənin icraata götürülüb baxışa təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-5417/2021 nömrəli qərardadı ilə İddiaçı Səyaf oğlunun Sabunçu Rayon Məhkəməsinin 2(008)-5417/21 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından vermiş olduğu şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı Səyaf oğlunun nümayəndəsi və vəkili Vəkil yenidən “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi və məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı Səyaf oğlunun nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti üçün nəzərdə tutulan prosessual müddətinin bərpasına dair ərizənin icraata götürülüb baxışa təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadında da şikayətdə Əlavə № 2-də yenə də konkret olaraq hansı qrafanın düzgün doldurulmamasına aydınlıq gətirilməyib. Müvafiq apellyasiya şikayətinə nəzər salınarkən isə tam şəkildə müəyyən olunur ki, şikayət Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin müddəalarına riayət olunmaqla verilmişdir. Dəfələrlə, həm yazılı, həm də şifahi şəkildə bildirmişdir ki, əgər hakim səmimi olaraq həqiqətən də qüsurlara görə şikayətləri geri qaytarırsa, bu halda hansı qrafanın düzgün yazılmaması konkret olaraq göstərilsin. Əgər çərçivəyə görə şikayətlər geri qaytarılırsa, çərçivənin çəkilməməsi ondan asılı deyil, bu «Elektron məhkəmə» informasiya sisteminin texniki xüsusiyyətləridir. Hesab edir ki, hakim Tahirə Əsədova sadəcə olaraq apellyasiya şikayətinin şəxsi ədavətinə görə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə suni şəkildə əngəllər yaradır, ona görə də apellyasiya şikayətinin konkret olaraq hansı hissənin düzgün doldurulmamasını qeyd etməkdən yayınaraq «…şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində təsbit edilmiş əlavə 2-də nəzərdə tutulan tələblərə riayət edilmədən verildiyindən…» formal yazı ilə kifayətlənməyə üstünlük verir. Necə olur ki, bu günə qədər onlarla müxtəlif apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Əlavə 2 və Əlavə 3 formatlara uyğun şəkildə verdiyi halda digər hakimlər və ya məhkəmə tərkibləri nöqsan görmürlər və növbəti prosessual tədbirləri həyata keçirirlər, yalnız hakim Tahirə Əsədova hamıdan «diqqətli» olub daimi nöqsan görür? Mülkiprosessual qanunvericiliyi ilə çərçivəyə görə prosessual şikayətlərinin geri qaytarılması nəzərdə tutulmayıb, elektron sistemin texniki imkanlarına müdaxilə edib dəyişdirməyim isə fiziki cəhətdən mümkün deyil. «Elektron məhkəmə» informasiya sistemində yaradılmış şəxsi kabinetində 13 fevral 2023-cü il tarixdə, daha sonra isə 23 mart 2023-cü il tarixdə yerləşdirilmiş şikayətlərindən göründüyü kimi, həmin şikayətləri yuxarıda qeyd olunan Əlavə № 2-yə uyğun verilmiş və apellyasiya şikayətlərinin həmin Əlavə № 2-də nəzərdə tutulan tələblərə riayət edilmədən verilməsi barədə şablon və təkrar-təkrar yanaşması sadəcə olaraq hakim Tahirə Əsədovanın açıq-aşkar nümayiş etdirdiyi qərəz və ədavət nəticəsində uydurmasıdır, hakim Tahirə Əsədova həmin qərardadlarla ondan Məhkəmə Hüquq Şurasına edilən haqlı şikayətlərinə görə kin saxlayaraq, fürsət tapıb şəxsi olan yersiz prinsip və ambisiyalarını təmin edir. Göstərilənlərin nəzərə alınmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-5417/21 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd daxil olmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı Səyaf oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən vəsatət daxil olaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 mart tarixli 2(008)-5417/21 nömrəli və 27 mart tarixli, 2(008)-5417/21 nömrəli qərardadlardan verilmiş şikayətin şifahi məhkəmə iclasında baxılmasına təyin edilməsi və həmin iclasda İddiaçı və onun nümayəndəsinin və vəkilinin iştirakının təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hazırkı işin halları baxımından əlavə araşdırmanın aparılmasına, o cümlədən tərəflərin çağıraraq izahatların alınmasına hər hansı zərurət görməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5417/21 nömrəli qərardadından mübahisə predmeti barəsəində müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı Səyaf oğlunun şikayətinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır; 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir; 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı Səyaf oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin müvafiq qətnaməsindən apellyasiya şikayəti deyil, xx.xx.2022-ci il tarixli, 2(008)-5417/21 nömrəli qərardadından şikayət verilmişdir. Həmin şikayət Mülki-Prossesual Məcəllənin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmişdir. Lakin birinci instansiya məhkəməsi “Apellyasiya şikayətinin forması” başlıqlı əlavə 2-də müəyyən edilmiş formaya uyğun tərtib edilməməsi səbəbindən şikayəti geri qaytarmışdır. Buna baxmayaraq, şikayətin tərtib edilməsi zamanı hansı nöqsana yol verildiyi, hansı məlumatın əlavə edilməli olmasına baxmayaraq, əlavə edilmədiyi konkret olaraq göstərilməmişdir. Nəticədə bu məsələ birinci instansiya məhkəməsi tərəfindən aşkar edilmiş nöqsanları aradan qaldırılması vəzifəsi daşıyan mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı Səyaf oğluna (onun nümayəndəsi və vəkili Vəkil) aydın olmamışdır. Bu tərəf hazırki şikayətində həmçinin, bu məsələni də dəlil kimi irəli sürmüşdür. Hər bir halda, birinci instansiya məhkəməsinin mövqeyindən belə qənaətə gəlmək olur ki, birinci instansiya məhkəməsi şikayəti qeyd edilən formanın tələbləri baxımından tam nəzərdən keçirib və şikayətin geri qaytarılması üçün konkret əsaslar müəyyən edib. Bu da öz növbəsində müəyyən edilən konkret nöqsanların qərardadda bilavasitə göstərilməsini zəruri edir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(008)- 5417/21 nömrəli qərardadı ləğv edilməli, mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5417/21 nömrəli qərardadından verilən şikayətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(008)-5417/21 nömrəli qərardadından mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı Səyaf oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(008)-5417/21 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5417/21 nömrəli qərardadından mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı Səyaf oğlu tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə uyğun olaraq yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3348/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3348/2023
08.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver