Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3348/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(004)-883/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal rayon İcra Hakimyyətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə 06 aprel 2023-cü il tarixli məktubunda qeyd olunur ki, İddiaçı İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək uzun illər faktiki istifadəsində olan Bakı şəhəri Yasamal rayonu, Qanlı gölün cənub hissəsi ünvanında yerləşən 28674,6 kv.m torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə müqaviləsinin bağlanmasına köməklik göstərilməsini xahiş etmişdir. Həmin sahə uzun illərdir ki, İddiaçı faktiki istifadəsindədir və sahibkarlıq məqsədi ilə istifadə olunur.
2. Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2-1(112)-9907/2023 nömrəli qərardadına əsasən İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı icarə müqaviləsinin bağlanması tələbinə dair iddiası mümkün sayılmamışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(103)-4062/2023 nömrəli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, 2-1(112)-9907/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Qanlı gölün cənub hissəsində yerləşən və uzun müddət istifadədə olan 30374,6 kv.metr torpaq sahəsi ilə əlaqədar onunla icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu Qanlı Gölün cənub hissəsi ünvanda cəmi 30374,6 kv.metr torpaq sahəsində lazımi təmizlik işləri apararaq uzun illərdir ki, oradan istifadə və sahiblik etməklə, ərazidə müxtəlif tikinti işləri apararaq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdehnə ərizə yazaraq həmin torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Rayon İcra Hakimiyyəti qeyd edilən torpaq sahəsinin uzun illərdir onun, faktiki istifadəsində olduğunu, 28674 kv.m 1700 kv.m torpaq sahəsinin 5-21/2-İ-7-091/2023 saylı 06 aprel 2023-cü il tarixli məktubla şəhid anası İddiaçı hazırkı müraciətini nəzərə alaraq, qanunvericiliyə uyğun İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi bağlanmasını tövsiyyə etməklə, hər iki torpaq sahəsinin eskiz-planını təsdiq etmişdir. Bakı şəhəri Yasamal rayonu Qanlı Gölün cənub hissəsi ünvanda yerləşən İddiaçı istifadəsində olan torpaq sahəsinin eskiz-planı Bakı şəhəri Cavabdeh tərəfindən tərtib edilmişdir. İddiaçı torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması üçün Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Lakin Bakı şəhəri Cavabdeh əsassız olaraq İddiaçı ilə torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaqdan əsassız olaraq imtina etmişdir. Torpaq sahəsinin İddiaçı ayrılmasına dair hər hansı bir hüquqmüəyyənedici (sərəncam, ayrıc aktı və yerquruluşu planı) sənəd olmasa da, hesab edir ki, bu torpaq sahəsinə dair iddiaçı ilə cavabdehin arasında icarə müqaviləsi bağlanmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(004)- 883/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Qətnamə onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Qanlı gölün cənub hissəsində yerləşən və uzun müddət istifadədə olan 30374,6 kv.metr torpaq sahəsi ilə əlaqədar icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə üzərinə qoyulması tələb etsə də, bu torpaq sahəsinin qanuni əsaslarla (sərəncam, qərar, ayrıc aktı və ya yerquruluşu planı və sair rəsmi sənədlə) ona ayrılmasını və qanuni istifadəsində olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Torpaq sahəsi iddiaçının qanunsuz istifadəsindədir və zəbt edilmiş torpaq sahəsi hesab edilir. Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Hesab edir ki, qətnamənin nəticəsi iş materiallarına əlavə edilən sənədlərə və işin hallarına uyğun olmadığına görə həmin qətnamə qanuni və əsasslı sayıla bilməz. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir: Məhkəmə heç bir əsas olmadan iş üçün əhəmiyyətli olan torpaq sahəsinin kimə məxsus olmasını müəyyən etmədən əsassız nəticəyə gəlmişdir. İş materiallarında görünür ki, cavabdeh İcra Hakimiyyəti həmin torpaq sahəsindən iddiaçının uzun müddət istifadə etdiyini bildirərək, ərazinin sxemini təsdiq etmişdir. Bələdiyyə isə iddiaçının istifadəsində olan torpaq sahəsinin Bələdiyyənin ərazisinə daxil olduğunu lakin onların mülkiyyətinə verilmədiyini bildirməkdə haqlı olmamışdır. Məhkəmə isə göstərilənlərə əhəmiyyət verməmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqanlar hesab olunur.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 2.2.2 və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 3.1-ci bəndində əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
14. . Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 3.1-ci bəndinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqanlar hesab olunur, yəni, cavabdeh inzibati orqandır, qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Yəni, iddianın əsaslı olduğu halda müqavilə bağladığı təqdirdə belə inzibati funksiyanı həyata keçirir.
15. Həmin qərarın 6.1-ci bəndində qeyd olunur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 6.2-ci bəndində isə göstərilir ki, torpaqla bağlı müqavilələrdən (alqısatqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır.
16. 6.2-ci bənddə “torpaqla bağlı müqavilələrdən irəli gələn mübahisələr” söz birləşməsindən istifadə olunur ki, qeyd olnunan mübahisələr müqavilələr bağlandıqdan sonra həmin müqavilələrdən irəli gələn mübahisələri nəzərdə tutur. Hazırkı mübahisənin mahiyyətini isə cavabdehin üzərinə müqavilənin bağlanması öhdəliyinin qoyulması təşkil edir, yəni, 6.1-ci bənddə qeyd olunduğu kimi dövlətin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırkı mübahisənin mahiyyətini də dövlət orqanının (inzibati orqanın) hərəkətsizliyi, yəni, müqavilə bağlamaqdan imtina etməsi təşkil edir və buna görə də mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
17. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir və bu əsasla qətnamə ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir.
18. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(004)- 883/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, eyni məzmunlu iddia ərizəsi ilə inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.