Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3349/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı X11 nümayəndəsi X3, həmçinin onun nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı2 nümayəndəsi X4, cavabdeh X8 Vəkil2 iştirakları ilə, İddiaçılar X28, İddiaçı2 və İddiaçı3 cavabdehlər Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisi və X12 qarşı “hüquqi əhəmiyyəti olan mirasın iddiçilar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və pay bölgüləri aparılmaqla, qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-784/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar X28, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələblərini dəqiqləşdirərək hüquqi əhəmiyyəti olan mirasın iddiçilar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və pay bölgüləri aparılmaqla, qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 09 iyun 2016cı il tarixli qətnaməsi ilə iddiaçı X8 cavabdehlər X28, İddiaçı2, İddiaçı3, Bakı şəhəri 7 saylı xüsusi notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Yaşar Primovun apellyasiya şikayəti qismən təmin edilmiş, Xəzər Rayon Məhkəməsinin 12 sentyabr 2018- ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən cavabdeh İddiaçı2 adına 16 may 2018-ci il tarixdə verilmiş 2V- 109 reyestr nömrəli, cavabdeh X11 adına 16 may 2018-ci il tarixli 2V-108 reyestr nömrəli, cavabdeh İddiaçı3 adına verilmiş 17 may 2018-ci il tarixli 2V-113 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrin doğuracağı bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, X48 Starçuk küçəsi ev 11, mənzil 4 ünvanında yerləşən miras əmlakın İddiaçı2, X28, İddiaçı3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi, Bikə Primovadan miras qalmış Bakı şəhəri, Xəzər rayonu, X48 Starçuk küçəsi ev 11, mənzil 4 ünvanında yerləşən miras əmlakın İddiaçı2, X28, İddiaçı3 hər birinin payının ¼ hissədə müəyyən olunması qət edilmişdir. İddiaçı X2 məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2(102)- 4852/2019 saylı Qərarı ilə qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası Qərarını onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli ünvan 2 ünvanında yerləşən miras əmlaka iddiaçı və cavabdehlərin hər birinin ¼ hissədə payını müəyyən etməklə iddia tələblərindən kənara çıxmışdır. İş materiallarında vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında cavabdehlərə, yaxud üçüncü şəxslərə verilmiş hər hansı çıxarış əlavə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hala əhəmiyyət verməyərək qeyri-müəyyən qətnamə qəbul etmişdir. Ali Məhkəmmənin qənaəti belə olmuşdur ki, apellyasiya məhkəməsinin qətnaməsi cavabdehlərin adına olan vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilməsi, cavabdehlər tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilməsi, Bikə Primovadan miras qalmış mirasın İddiaçı2, X28, X19 və İddiaçı3 Viıli qızının hər birinin ¼ hissədə müəyyən olunması hissədə qüvvədə saxlanıla bilməz. Həmçinin, həmin tələblər iddianın təmin olunmuş hissələri, yəni cavabdehlərin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrin doğuracağı bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, iddiaçı Yaşar tərəfindən mirasın qəbul faktının müəyyən edilməsi tələbləri ilə qarşılıqlı bağlı olmaqla birbirini tamamlayır, bu tələblərə ayrı-ayrılıqda baxılması mümkün deyildir. Bakı Apellyasiya Məhkəmərsinin 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçi X38 oglunun cavabdeh İddiaçı1 oglu, İddiaçı2 oglu, İddiaçı3, Bakı səhəri 7 sayli notariat kontoru və Azərbaycan Respublikasi Əmlak Məsələləri Dovlet Komitəsinin yanında Dasınmaz Əmlakın Dovlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarsı "qanun üzrə vərəsəlik huquququ haqqında səhadətnamənin və huquqi nəticələrinin etibarsiz hesab edilməsi, mirasın qəbul edilməsi faktının muəyyən edilməsi” tələbinə dair mulki is üzrə Bakı səhəri, Xəzər Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçi tərəfindən verilmiş apellyasiya sikayəti qismən təmin edilməmiş, iş üzrə Xəzər Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia qismən təmin olunmuşdur. Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən cavabdeh İddiaçı2 adına 16 may 2018-ci il tarixdə verilmiş 2V-100 reyestr nömrəli, cavabdeh İddiaçı1 adına verilmiş 16 may 2018-ci il tarixli 2V108 reyestr nömrəli, cavabdeh İddiaçı3 adına verilmiş 17 may 2018-ci il tarixli 2V-113 reyestr nömrəli qanunüzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız sayılmış və həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlet Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehlərin adına verilmiş çıxarıs ləğv edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Yuxarıda qeyd edilən və qəbul edilmiş məhkəmə instansiyaları qətnamə və qərarlarından, X28, İddiaçı2 və İddiaçı3 miras əmlakı və onun tərkib hissələrinin faktiki qəbul etmələri xüsusatlarının təkzib edilməməsini, lakin iddia predmeti olmadığlndan bu xüsusatlara qiymət verilməsi mümkün olmaması üzündən hazıırkı halda həmin vətəndaşların məhkəmə qaydasında ərizə ilə müraciət etmək hüququnun saxlanılmasından, yenidən təzə iddia predmeti ilə bağlı, mülki iddia tələbi ilə Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi verilmişdir. Mahiyyət üzrə və təqdim edilmiş sənədlərdən göründüyü kimi, ölüm haqqında akt qeydindən göründüyü kimi 01.12.2015-ci il tarixli 1397 saylı çıxarışa əsasən X6 12.05.1976-cı ildə ölmüşdür. 12.08.2001-ci il tarixli AZ 085395 nömrəli şəhadətnaməyə əsasən X29 05.08.2001-ci il tarixdə ölmüşdür. 07.10.2017-ci il tarixli AZ-1 900901 saylı şəhadətnaməyə əsasən X20 24.09.2017-ci il tarixdə ölmüşdür. Bakı şəhəri 7 saylı Notariat Kontoru tərəfindən təqdim olunmuş 2V-108, 2V109, 2V-113 saylı 30.11.2017-ci il tarixdə başlanıb 17.05.2018- ci il tarixdə qurtarmış qanun üzrə vərəsəlik işinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, X48 Starçuk küçəsi, ev 11, 4 saylı mənzil 27.04.2018-ci il tarixdə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 2850 saylı reyestr kitabının 265836 saylı vərəqində qeydiyyata alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX1271327 saylı çıxarış verilmişdir. X13 12.08.2001-ci il tarixində Bakı şəhərində ölümündən sonra X28, İddiaçı2, eləcə də onların 13.01.2012-ci il tarixdə ölmüş qardaşları X14 arvadı İddiaçı3 notariat orqanına müraciət edərək mirasa dair adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Bikə Primovadan miras qalmış Bakı şəhəri, Xəzər rayonu, X48 Starçuk küçəsi, ev 11, 4 saylı mənzilə dair X14 adına mirasın 14 hissəsində 16.05.2018-ci il, İddiaçı2 adına mirasın ¼ hissəsində 16.05.2018-ci il, İddiaçı3 adına mirasın ¼ hissəsində 17.05.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Mirasın ¼ hissəsi açıq saxlanılmış və 443 saylı 17.05.2018-ci il tarixli məktubla miras payını qəbul etməsi Yaşar Primova təklif edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, X48 Starçuk küçəsi, ev 11, 4 saylı mənzil 30.05.2018-ci il tarixdə hər birinin payı ¼ hissə olmaqla xüsusi paylı mülkiyyət hüququ üzrə X11, İddiaçı2 və İddiaçı3 adlarına daşınmaz əmlakın dövlət reyestrində 2850 saylı reyestr kitabının 265836 saylı vərəqində qeydiyyata alınmışdır. Beləliklə, işin sadalanan faktiki hallarından məlum olur ki, X6 və X13 birgə nikahından X19, X30, X28, İddiaçı2 və İddiaçı2 doğulmuşlar. İddiaçı2 evlənməmiş, övladı olmamışdır. X6 12 may 1976-cı ildə, miras qoyan X29 05 avqust 2001-ci ildə, X21 09 avqust 2011-ci ildə, X30 isə 13 yanvar 2012-ci ildə ölmüşlər. Bakı şəhəri, Xəzər rayonu, X48 Starçuk küçəsi, ev 11, 4 saylı mənzil 27.04.2018-ci il tarixdə X31 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almışdır. Ərizəçilər 30.11.2017-ci iltarixdən notariat orqanına müraciət edərək, mirasa dair adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Notariat orqanına da Bikə Primovadan miras qalmış mənzilə dair hər birinin payı ¼ hissəsi olmaqla cavabdehlərdən Alim Primovun adına 16.05.2018-ci il, İddiaçı2 adına 16.05.2018-ci il və Sayar Primovanın adına 17.05.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, eləcə də mirası qəbul etmiş Yaşar Primov gəlmədiyindən onun ¼ hissə payını açıq saxlayaraq qəbul etməsini Yaşar Primov təklif edilmişdir. Eləcə də qeyd edilməlidir ki, Yaşar Primov ailə qurandan sonra mübahisəli mənzildə yaşamağa başlamış, Bikə Primova öləndən sonra Yaşar Primov arvadının şəhərdə işləməsi səbəbindən bir müddət köçüb şəhərdə yaşayıb, 1-2 ildən sonra yenə həmin mənzilə qayıtmışdır. Bir müddət sonra Yaşar Buzovnada özü üçün ev tikdirib ora köçmüş, miras mənzil sahibsiz qalmışdır. Evin sahibsiz qalmamaması üçün qardaşlar qərara gəlmişlər ki, evi satsınlar, bununla bağlı Yaşar Primova bildirmişlər, sonuncu isə məhkəməyə müraciət etmişdir. Həmçinin, işə əlavə edilmiş 130 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 08 may 2018-ci il tarixli arayışdan görünür ki, mərhumə X29 Bakı şəhəri, Xəzər rayonu, X48 Starçuk küçəsi, ev 11, 4 saylı mənzildə qeydiyyatda olmuş və 05.08.2001-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra mənzildə abadlıq işlərini oğlanları X28, X19, İddiaçı2 aparmışlar və mənzil kommunal xidmətlərini birgə ödəmişlər. Əlavə edilən 29.11.2017-ci il tarixli 182813 nömrəli və 08.05.2018-ci il tarixli 196902 nömrəli mədaxil qəbzlərindən görünür ki, mənzil kommunal xidmət haqqı X28 tərəfindən Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ödənilmişdir. Əlavə edilən sənədlərdən aydın olur ki, mənzilə dair ödəmə sənədləri və bildirişlər X33, Bikə Primovanın adına, telefon xidmətlərindən istifadə üzrə ödəmə sənədləri Yaşar Primovun adına tərtib edilmişdir. Bilavasitə 1-ci və Apellyasiya instansiyası araşdırılmalarından o da məlum olur ki, mərhum Bikə Pirimovanın qırx mərasimindən sonra mirasın daşınar və tərkib hissəsini bölərək, evin miras qoyana məxsus bir sıra əşyalarını Yaşar Primova, paltartikən maşını İddiaçı2 vermişlər. Bundan başqa, qədimi xalçalar İddiaçı2la Adil Primov arasında bölüşdürülmüş, Alim Primova gümüş sırğa və nazik qızıl üzük, qızıl saat verilmişdir. Bu hal faktiki olaraq mirasın tərkib hissələrinin iddiaçılar tərəfindən faktiki qəbul edilməsini tam təsdiq edir. Xəzər Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 05.08.2001-ci il tarixdə vəfat etmiş X15 məxsus olan (Bakı şəhəri, Xəzər rayonu, X48 Starçuk küçəsi ev 11, mənzil 4) miras əmlakın iddiaçılar X28, İddiaçı2 və İddiaçı3 tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi, 05.08.2001-ci il tarixdə vəfat etmiş X15 məxsus olan (Bakı şəhəri, Xəzər rayonu, X48 Starçuk küçəsi ev 11, mənzil 4) miras əmlaka iddiaçılar X28, İddiaçı2 və İddiaçı3 1/4 hissədə payının müəyyən edilməsi, X15 məxsus olan (Bakı şəhəri, Xəzər rayonu, X48 Starçuk küçəsi ev 11, mənzil 4) miras əmlakın ¼ hissəsində iddiaçılar X28, İddiaçı2 və İddiaçı3 qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğvini, iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə belə nəticəyə gəlməklə sanki məqsədli şəkildə öz mövqeyini iddiaçılar tərəfindən miras əmlakın faktiki qəbul edilmiş olmasına yönəltmişdir. Nəticədə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmiş hallar öz təsdiqini tapmamış, mübahisəli işin həlli üçün əhəmiyyət kəsb edən hallar qeyri-müəyyən olaraq qalmışdır. Belə ki, işin qeyri-müəyyən olan tərəflərindən biri ondan ibarətdir ki, məhkəmə daşınar əşyaların iddiaçılar tərəfindən qəbul edilməsi, bununla da miras əmlakın bir hissəsinin faktiki sahiblik və ya idarə edilməsi ilə, miras əmlakın tamamilə qəbul edilmiş olması qənaətində olmuşdur. Daşınar əşyalara münasibətdə miras əmlakın iddiaçılar tərəfindən qəbul edilməsi işin halları ilə sübut edilməmişdir. Hazırki mülki işdə, eyni zamanda bundan öncəki iddiaçı X19 tərəfindən qaldırılmış iddia tələbi üzrə mülki işdə daşınar əşyaların bir hissəsinin Primov Alim, İddiaçı2 tərəfindən sahiblik və ya idarə edilməsi qeyri-müəyyən olaraq qalmışdır. Hazırki iddia tələbində iddiaçılar X32ma məxsus olan paltartikən maşının İddiaçı2 verildiyini, qədimi xalçaların İddiaçı2la Adil Primov arasında bölüşdürüldüyünü, gümüş sırğa və nazik qızıl üzüyün, qızıl saatın Alim Primova verildiyini bildirsələr də, həmin əşyaların həqiqətən miras qoyana məxsus olduğu və o öldükdən sonra əşyaların iddiaçılarda olmasını təsdiq edən sübutları (məsələn fotoşəkillər, videoçəkiliş və s.) məhkəməyə təqdim etməmişdirlər. Halbuki, mülki işlərdə sübutetmə yükü məhz iddiaçının üzərinə düşür. İddiaçılar ilk növbədə, paltartikən maşın, xalça, qızıl saat, gümüş sırğaların mövcudluğunu, daha sonra o əşyaların həqiqətən mərhum X16 məxsus olduğunu və onlara miras olaraq qaldığını, həmin əşyaların hansı formada gəlib iddiaçılara çatmasını; həmin əşyaların iddiaçılarda olduğunu, yəni əşyalara faktiki sahiblik etdiklərini, eyni zamanda həmin əşyaların məhz, mərhumun sağlığında deyil, ölümündən sonra iddiaçılara keçməsini sübut etməli idilər. Lakin iddiaçılar bununla bağlı məhkəməyə sübut təqdim etməmişlər. X34 məxsus yuxarıda sadalanan əşyalar ümumiyyətlə olmamışdır. X34 məxsus yalnız paltartikən maşın olmuşdur, o da öldükdən sonra Yaşar Primovun istifadəsindədir. Məlumdur ki, saat gümüş sırğa və s. kimi əşyalar gündəlik istifadə edilə bilən əşyalardır. Əgər o əşyalar mövcud olsaydı, nə vaxtsa X31 sağlığında istifadə edilməsi istisna deyil. Əşyalar mövcud idisə, iddiaçılar dəlillərini sübut etmək üçün həmin əşyaların mərhuma məxsus olması ilə bağlı fotoşəkilləri (yəni mərhumun əşyaları istifadə etdiyi məqamda çəkilmiş şəkillər və s. ) məhkəməyə təqdim edə bilərdilər. Məhkəmə öz gəldiyi nəticəni iş materiallarına əlavə edilmiş qətnamələrlə əsaslandırmağa çalışmışdır. Lakin nəzərə almaq lazımdır ki, həmin qətnamələrlə də miras əmlakın tərkib hissəsi olan daşınar əşyaların iddiaçılar tərəfindən qəbul edilməsi müəyyən edilməmişdir. Həmin əşyaların harda, nə vaxt, hansı şəraitdə, kimdən alınması sübut edilməmişdir. Qeyd edilən hallar öz təsdiqini tapmadığından daşınar əşyaların (miras əmlakın) faktiki qəbulu kimi qiymətləndirilə bilməz. Miras əmlakın tərkib hissəsi olan daşınmaz əmlak, yəni 05.08.2001-ci ildə vəfat etmiş X15 məxsus olan Bakı şəhəri, Xəzər rayonu. X49 Starçuk küçəsi ev 11, mənzil 4 ünvanında yerləşən əmlakın da hazırkı iddia üzrə iddiaçılar tərəfindən qəbul edilməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə qətnamə qəbul edərkən iş materiallarında olan 130 nömrəli MKİS tərəfindən verilmiş arayışa istinad etmiş, həmin evin iddiaçılar tərəfindən faktiki sahiblik edilməsini müəyyən etməyə çalışmışdır. Həmin MKİS tərəfindən verilmiş arayışla göstərilmişdir ki. X29 öldükdən sonra mənzildə abadlıq işlərinin oğlanları Alim, Nazim, Yaşar aparmış və mənzil kommunal xidmətlərini birgə ödəmişlər. İşə baxan hakim həmin arayışa əsassız olaraq olaraq istinad etmiş, Bikə Primovanın oğlanlarının konkret hansı tarixdə abadlıq işləri apardığını, hansı tarixdə mənzil kommunal xidmətlərini ödədiklərini aydınlaşdırmamışdır. Halbuki məhkəmə tərəfindən “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə” iddia tələbinin təmin edilməsi üçürt iddiaçıların miras əmlakın qəbulu üçün müddəti ötürüb-ötürməməsini aydınlaşdırmalı idi. İddiaçılar heç vaxt kommunal xidmət haqları ödəməmiş, ümumiyyətlə miras əmlakda 1 saat belə olmamış və yaşamamışdırlar. 2017-ci ilə kimi iddiaçılar tərəfindən kommunal xidmət haqları da daxil olmaqla heç bir ödəniş həyata keçirilməmişdir. Bikə Primovanın sağlığında da, ölümündən sonra da o evdə Yaşar Primov yaşamış, 2001-ci ildən etibarən bütün kommunal xidmət haqları Yaşar Primov tərəfindən ödənilmişdir. İddiaçılar yalnız 130 saylı MKİS-dən yuxarıda qeyd edilən arayışın alınmasına nail olmuşdurlar. Həmin arayış isə öz-özlüyündə həqiqəti əks etdirmədiyindən, iddiaçıların konkret hansı tarixdə, hansı məbləğdə kommunal xidmət haqqları ödəməsi göstərilməmişdir. Onların 2001-ci ildən etibarən kommunal haqları ödəmələri, miras əmlaka daxil olan istər daşınar əşyalar, istərsə də daşınmaz əşyaya sahiblik və idarə etmələri işdə olan dəlillərlə sübuta yetirilə bilməmişdir. Biz isə, iddiaçıların dəlillərini təkzib edən 2001-ci ildən sonrakı illərə aid olan kommunal ödəniş qəbzlərini, azəriqaz. azərpoçt, bakı elektrikşəbəkə mədaxil qəbzləri, seçkiyə dair çağırış vərəqələrinin bir hissəsini hakimə təqdim etsək də. hakim onların çox kiçik bir hissəsini bizdən qəbul etmiş, lakin onları iş materiallarına sübut kimi əlavə etməmişdir. Hazırkı iş üzrə iddiaçılar tərəfindən, miras əmlakın faktiki qəbulu ilə bağlı qanunverilikdə müəyyən edilmiş müddət də ötürülmüşdür. İddiaçılar onlara mirasa əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair notariat orqanına müraciət etdikdə, notariat ofisi tərəfindən müddətin ötürülməsi səbəbindən iddiaçılara imtina verilmişdir. Məhz bundan sonra iddiaçılar ötürülmüş müddətin bərpası ilə bağlı deyil, birbaşa qanun üzrə vərəəslik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı hazırki iddianı qaldırmışdırlar. Müddətin tətbiqi ilə bağlı öz fikrimizi məhkəmə iclasında bildirsək də, məhkəmə qanunvericiliyin tələblərindən kənara çıxmış, miras əmlakın iddiaçılar tərəfindən faktiki qəbul edilməsi qənaətində olmuş, bununla da mirasın qəbulu üçün müddətin ötürülmədiyi nəticəsinə gəlmişdir. X31 öldüyü 05.08.2001-ci il mirasın açıldığı vaxtdır və vərəsələrin miras əmlakı qəbul etməsi üçün nəzərdə tutulmuş 6 aylıq müddət məhz 05.08.2001-ci il traixdən hesablanır. Əks təqdirdə, müddət ötürülərsə Məhkəmə qaydasında müddət bərpa edilməli və ya mirası qəbul etmiş cavabdeh X8 razılığı ilə iddiaçılara ötürülmüş müddət bərpa edilmədən qanun üizrə vərəsəlik hüqııqıı haqqında şəhadətnamə verilə bilərdi. İddiaçılar qanunvericiliklə nıiiəyyən edilmiş mirasın açıldığı vaxtdan 6 ay ərzində miras əmlakı qəbul etməmişdirlər. Bununla belə, nə müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməmiş, nə də mirası qəbul etmiş vərəsə X8 razılığı alınmamışdır. Beləliklə, hazırki iddia tələbi üzrə mülki işə baxan birinci instansiya məhkəməsi tərəfindən miras əmlakın qəbulu üçün müəyyən edilmiş müddətin iddiaçılar tərəfindən ötürüldüyünü bilə-bilə işə baxan məhkəmə onların iddia tələbini təmin etmişdir. Həmçinin hazırki iş üzrə iddiaçılar tərəfindən mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürülməsinə bundan əvvəlki məhkəmə proseslərində münasibət bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsində baxılan 01 oktyabr 2019-cu il tarixli mülki üzrə məhkəmə müəyyən etmişdir ki: həmin iş üzrə cavabdehlər X28, İddiaçı2, İddiaçı3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün qanunvericliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Məhkəmə iddiçıların iddia tələbini təmin edərkən iş materiallarında olan AR DƏDRX 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 27.04.2018-ci il tarixli RX serialı ******* saylı çıxarışa istinad etmişdir. Həmin çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, X48 Starçuk küçəsi ev 11, mənzil 4 ünvanında yerləşən yaşayış sahəsi X13 mülkiyyətində olmuşdur. Lakin qeyd etmək istəyirəm ki. Bakı şəhəri, Xəzər rayonu, X48 Starçuk küçəsi ev 11, mənzil 4 ilk dəfə X1, 25.10.1991-ci il tarixində, 30/13225 qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır, iddiaçılar isə 2018-ci il tarixində X13 mülkiyyətində olan həmin evə dair mülkiyyəti təsdiq edən qeydiyyat vəsiqəsi ola-ola, yeni formada mülkiyyəti təsdiq edən 27.04.2018-ci il tarixli RX serialı ******* saylı çıxarış alınmasına nail olmuşdur. İddiaçılar sözügedən 25.10.1991-ci il tarixli qeydiyyat vəsiqəsinin cavabdeh X9 olduğunu bildikləri halda. Yaşarın vərəsəlik işi açılmasından xəbəri olmasın deyə onun xəbəri olmadan notariat ofisinə getmişlər, iddiaçılar 25.10.1991-ci il tarixli qeydiyyat vəsiqəsinin olması barədə notariat kontoruna da məlumat verməmişdirlər. Sonradan notariat kontorunun 2017-ci ilin dekabr ayında AR DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə sorğusu əsasında 2018-ci il tarixində: yeni növ çıxarış verilmişdir. Eyni zamanda iddiaçılar ilk dəfə notariat kontoruna vərəsəlik işinin açılması ilə bağlı ərizə ilə müraciət etdikdə X8 vərəsə olduğunu bildirməmişdilər. Sonradan 130 saylı MKİS tərəfindən ailə tərkibi barədə arayış verildikdən sonra notariat orqanı Yaşar Primovun da vərəsə olduğunu bilmiş, öz təşəbbüsü ilə Yaşar Primova ünvanlanmış 17 may 2018-ci il tarixli məktub göndərərək, vərəsə kimi payı olduğunu bildirmişdir. X42 vərəsə kimi işə qoşulma barədə məktub gedən zaman artıq 17 may 2018-ci il tarixində vərəsəlik işinə dair notariat hərəkətləri də yekunlaşmış, həmin tarixlərdə iddiaçıların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Məhkəmə kollegiyasının iclaslarında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçıların nümayəndələri, həmçinin İddiaçı1 nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək birincin instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisi nümayəndəsini məhkəmə iclasına göndərməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh Y.Primov qətnaməni bütövlükdə mübahisələndirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin 11.12.2019-cu il tarixli, D/639 nömrəli məktunda qeyd edilmişdir ki, mərhum X7 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, X48 Starçuk küçəsi, ev 11, 4 saylı ünvanında yerləşən mənzilə dair yuxarıda qeyd edilən şəxslərin mirasın faktiki qəbul etmələri məhkəmə qaydasında müəyyənləşdirilməli olduğundan həmin şəxslərə vərəslik şəhadətnamələrinin hazırda verilməsi mümkünsüzdür. Yuxarıda yazılanları nəzərə alaraq xahiş edirik ki, məsələnin həlli üçün ərazi üzrə məhkəməyə müraciyət edəsiniz. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 27.04.2018-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, X48 Starçuk küçəsi, ev 11, mənzil 4 X10 mülkiyyətində olmuşdur. İş materiallarında olan 22.10.2014-cü il tarixli, AZ-İ694629 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 09.08.2011-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 23.01.2012-ci il tarixli, AZ-513633 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 13.01.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Saatlı rayon Qeydiyyat şöbəsinin 293164 nömrəli, 23.02.1983-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X22 23.02.1983-cü il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 21 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Primov, arvada Primova soyadı verilmişdir. İş materiallarında olan 130 nömrəli MKİS tərəfindən verilmiş 08.05.2018-ci il tarixli, 222 nömrəli arayışda qeyd edilmişdir ki, mərhumə X23 05.08.2001-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra mənzildə abadlıq işlər oğlanları İddiaçı1, Cavabdeh2, X18 aparmış və mənzilin kommunal xidmətlərini birgə ödəmişlər. İş materiallarında olan 130 nömrəli MKİS tərəfindən verilmiş 29.11.2019-cu il tarixli, 716 nömrəli arayışda X10 ailə üzvləri X24, İddiaçı1, Cavabdeh2, X17, X18 olduğu qeyd edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 cavabdehlər X28, İddiaçı2, İddiaçı3, Bakı şəhəri 7 saylı xüsusi notariat kontoru və AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 04 mart 2019-cu il tarixli, qətnaməsindən görünür ki, iddiaçı X8 apellyasiya şikayəti qismən təmin edilmiş, Xəzər Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilərək Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən cavabdeh İddiaçı2 adına 16 may 2018-ci il tarixdə verilmiş 2V- 109 reyestr nömrəli, cavabdeh X11 adına 16 may 2018-ci il tarixli 2V-108 reyestr nömrəli, cavabdeh İddiaçı3 adına verilmiş 17 may 2018-ci il tarixli 2V-113 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrin doğuracağı bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, X48 Starçuk küçəsi ev 11, mənzil 4 ünvanında yerləşən miras əmlakın İddiaçı2, X28, İddiaçı3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi, Bikə Primovadan miras qalmış Bakı şəhəri, Xəzər rayonu, X48 Starçuk küçəsi ev 11, mənzil 4 ünvanında yerləşən miras əmlakın İddiaçı2, X28, İddiaçı3 hər birinin payının ¼ hissədə müəyyən olunması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsnin 04 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçi tərəfindən verilmiş apellyasiya sikayəti qismən təmin edilməmiş, iş üzrə Bakı səhəri Xəzər Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2 (003)- 2658/2018 saylı qətnaməsi ləğv olunmuş, iddia qismən təmin olunmuşdur. Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən cavabdeh İddiaçı2 adına 16 may 2018-ci il tarixdə verilmiş 2V-100 reyestr nömrəli, cavabdeh İddiaçı1 adına verilmiş 16 may 2018-ci il tarixli 2V108 reyestr nömrəli, cavabdeh İddiaçı3 adına verilmiş 17 may 2018-ci il tarixli 2V-113 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız sayılmış və həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlet Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehlərin adına verilmiş çıxarıs ləğv edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçıların irəli sürdüyü faktiki hallar tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü onların miras əmlakı faktiki (qeyri-rəsmi üsulla) qəbul etmiş olduğu iş materialları ilə ümumiyyətlə müəyyən olunmur, iddiaçıların iddia tələbindən qədimi xalçalar İddiaçı2la Adil Primov arasında bölüşdürülmüş, Alim Primova gümüş sırğa və nazik qızıl üzük, qızıl saat verilmiş olması barədə irəli sürdükləri isə mirasın faktiki qəbul kimi dəyərləndirilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququna dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Həmin Məhkəmənin İvaşkieviç Polşaya qarşı iş üzrə 26 iyul 2011ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında "ədalətli tarazlığa ” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (§ 44). Beləliklə, yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, miras qoyana məxsus olan və miras əmlak kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların G.Atamovaya anası tərəfindən verilməsi məqamının apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının mirası qəbul etməsi kimi qiymətləndirilməsi Mülki Məcəllənin 1243.2, 1243.3 və 1246-cı maddələrinin müddəaları ilə uzlaşmır və mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Azərbaycan Respublikası Miilki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” Göründüyü kimi, iddiaçılar ilk növbədə, paltartikən maşın, xalça, qızıl saat, gümüş sırğaların mövcudluğunu; daha sonra o əşyaların həqiqətən X34 məxsus olduğunu və onlara miras olaraq qaldığını; həmin əşyaların hansı formada gəlib iddiaçılara çatmasını; həmin əşyaların iddiaçılarda olduğunu, yəni əşyalara faktiki sahiblik etdiklərini, eyni zamanda həmin əşyaların məhz, mərhumun sağlığında deyil, ölümündən sonra iddiaçılara keçməsini sübut etməli olsalar da, bu barədə nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsi heç bir sübut təqdim etməmişlər. Buna görə də, həmin hal miras əmlakın iddiaçılar tərəfindən faktiki qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa kollegiya iş materiallarında olan 130 nömrəli MKİS tərəfindən verilmiş 08.05.2018-ci il tarixli, 222 nömrəli arayışıda mötəbər sübut kimi qəbul etmir. Belə ki, göstərilən arayşıda qeyd olunmuşdur ki, “mərhumə X23 05.08.2001-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra mənzildə abadlıq işlər oğlanları İddiaçı1, Cavabdeh2, X18 aparmış və mənzilin kommunal xidmətlərini birgə ödəmişlər. Kollegiya mərhumə Bikə Pirimovanın vəfatından 17 il sonra verilmiş və özündə əvvəlki illəri ehtiva edən arayışı inandırıcı hesab etmir. Belə ki, həmin arayışda iddiaçıların 2001-ci ildən etibarən kommunal haqları ödəmələri sübuta yetirilə bilməmişdir. Həmçinin, kollegiya qeyd edir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1173/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli qətnaməsində cavabdehlər X28, İddiaçı2, İddiaçı3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün qanunvericliklə müəyyən edilmiş müddətin ötürüldüyü qeyd olunmuşdur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır; 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-784/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıların, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatorun özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3349/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3349/2021
23.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver