Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-335/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçı prosessual hüquqi varisi Elnarə Bəkirova və onun nümayəndəsi-vəkili Vəkil4, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, Birinci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzilin boşaldılması və mülkiyyətçinin faktiki sahibliyinə verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, e-2(006)-4414/2022 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə; İkinci iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh X6 (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 qismində cəlb edilməklə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-411/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzil Cavabdeh2 mülkiyyətində olmuş və Bakı şəhəri 53 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən o, özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu Əlövsət Quliyev küçəsi 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzilini İddiaçı 85000 manata satmışdır. Müqaviləni satıcı Cavabdeh1 (iddiaçı Cavabdeh2 oğlu) etibarnamə əsasında imza etmişdir. Alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh1 və ailə üzvləri mübahisəli mənzildə yaşamaqda davam edir. Hazırda İddiaçı prosessual hüquq varisi X9 mənzilin boşaldılmasını və onun sahibliyinə verilməsini tələb edir. İkinci iş üzrə iddiaçı Cavabdeh2 isə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Birinci iş üzrə icraat: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Əlövsət Quliyev küçəsi 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzilin boşaldılması və onun faktiki sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 14 saylı mənzili xx.xx.2017-ci il tarixdə bağlanmış AN-İ seriylı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh2 onun nümayəndəsi Cavabdeh1 ilə 53 saylı notariat kontorunda rəsmiləşdirərək almışdır. Həmin mənzilin hal-hazırda mülkiyyətçisidir. Həmin əmlakın satılması zamanı qanunla müəyyən edilmiş qaydada qeydiyyatda olan şəxslərin də razılıq ərizələri notarius tərəfindən alınmış və qanuni şəkildə alqı-satqı müqaviləsi bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ******* nömrəli çıxarış verilmişdir. Buna baxmayaraq, cavabdehlər tərəfindən ötən müddət ərzində mənzil üzərində sərancam vermək hüquqları pozulmuş, həmin hüquqları tam həyata keçirə bilməmişdir. Belə ki, cavabdehlər alqı-satqı müqaviləsi bağlandıqdan sonra yuxarıda göstərilən ünvandakı mənzildə bir müddət qalmalarına icazə istəsələr də, hələ ki mənzil ala bilməmələri və müxtəlif bəhanələrlə uzun müddət mənzildə yaşasalar da, hazırda da mənzili boşaldaraq ona təhvil vermək niyyətində deyillər. Eyni zamanda formal olaraq orada qeydiyyatda qalmışlar. Müqavilənin şərtlərinə əsasən isə satıcı Cavabdeh2 mənzili xx.xx.2017-ci il tarixədək faktiki sahibliyinə verməyi və qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Hesab edir ki, cavabdehlər faktiki olaraq müqavilə bağlanan andan mənzildən istifadə etmək hüququnu itirmişlər. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli e-2(006) 4414/2022 nömrəli qərardadına əsasən iş üzrə icraata «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair hissədə xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, e-2(006)- 4414/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Əlövsət Quliyev küçəsi 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzilindən çıxarılmaları, mənzilin boşaldılması və İddiaçı təhvil (faktiki sahibliyinə) verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, 29-cu maddəsinin İ və İİ bəndlərinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci, 157.4-cü, 178.1-ci maddələrinə eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci və 217.4-cü maddələrinə istinad etməklə, belə nəticəyə gəlmişdir ki, cavabdehlər alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmış, hazırda iddiaçının mülkiyyətində olan mənzili boşaldaraq iddiaçıya təhvil verməməklə, iddiaçının qanunla qorunan mülkiyyət hüququnu məhdudlaşdırırlar. Bu səbəbdən, iddia əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamış, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanun və digər normativ hüquqi akt tətbiq edilməmiş, qanun səhv təfsir edilmişdir. Həmçinin birinci instansiya məhkəməsinin prosessual hüquq normalarını tətbiq etməsi də formal xarakterli olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirakının təmin edilməməsi nəticəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müvafiq sübutları və dəlilləri birinci instansiyası məhkəməsinə təqdim edə bilməmiş, həmçinin cavabdehləri alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilənin şərtlərinə əsasən aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia qaldırmaq hüququndan məhrum etmiş, bunun da nəticəsində çəkişmə prinsipi pozulmuşdur. İddiaçının xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən X9 12 sentyabr 2023-cü il tarixdə hazırki iş üzrə prosessual hüquqi varis kimi tanınmışdır. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103) 4962/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh X6 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilənin şərtlərinə əsasən aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair” yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. İkinci iş üzrə icraat: İddiaçı Cavabdeh2 cavabdeh X6 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh2 adından nümayəndəsi Cavabdeh1 ilə cavabdeh (hüquqi varis) X1 mərhum atası İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı DNK-da bağlanmış, AN-İ ******* saylı 4Ə 1364 N ilə reyestrdə qeyd edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair alqısatqı müqaviləsinin ləğv edilməsi, həmin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində İddiaçı adına aparılmış (çıxarışla təsdiqlənmiş) qeydiyyatın ləğv edilməsi (çıxarılması) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzili onun mülkiyyətində olmuşdur. Həmin mənzil paytaxtın “Torqovı” adlanan ərazisində yerləşən yeni tikilidir (novostroyka), ailənin yeganə yaşayış yeridir və yaşayış sahəsi 160.33 kv.m təşkil edən həmin mənzilin real dəyəri ən azı 350000 ABŞ dolları təşkil edir. 2019-cu ilin payız aylarında İddiaçı Röya adlı şəxslə onların evinə gələrək, həmin mənzili 2017-ci ildə oğlu Cavabdeh1 aldığını bildirmiş, oğlu Cavabdeh1 “yüklədiklərini”, ya ona faizə verdikləri 50000 ABŞ dollarını faizi ilə birlikdə qaytarmağı, ya da mənzili tərk etməyi tələb etmiş, əks halda, qoluzorlular gətirib, onları döyərək evdən çıxaracaqlarını bildirmişlər. Bundan sonra onları mütəmadi olaraq təqib və təhqir etmişlər. Onlar bu halı bilən kimi, məsələni aydınlaşdırmaq üçün dərhal o vaxt Bakı istintaq təcridxanasında saxlanılan oğlu Cavabdeh1la əlaqə saxlamışlar. Oğlu Cavabdeh1 isə onlara bildirmişdir ki, həqiqətən cavabdeh İddiaçı Röya adlı şəxsin təklifi ilə ona faizə 50000 ABŞ dolları pul vermiş, oğlu 2019-cu ilin aprel ayında tutulana qədər onlara 50000 ABŞ dollarından artıq pul qaytarmış, onlar isə həmin pulları faizə çıxmış, oğlu tutulandan sonra artıq pul qaytara bilməmiş, hazırda onlar həmin məbləği öz hesabları ilə daha da artırmışlar. Oğlunun tutulmasından sui-istifadə edərək, onları müxtəlif vasitələrlə hədələyir və təzyiq göstərmişlər. Məhz həmin alqı-satqının əsl mahiyyəti ilə tanış olduqdan sonra məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Cavabdeh İddiaçı Röya adlı şəxslə əlbir olaraq oğlu Cavabdeh1 faizə 50000 ABŞ dolları pul vermiş, əslində həmin faizə verilmiş pulun müqabilində mənzilin yüklü edilməsini istəmiş, bununla da kifayətlənməyərək, 2017-ci ildə mənzilin real dəyərindən dəfələrlə ucuz qiymətə 50000 ABŞ dollarına (85000 manata) formal alqı-satqısına nail olmuş, onlar oğlundan iki il ərzində 50000 ABŞ dollarından artıq pul almış, həmin pulları faizə çıxmış, oğlu tutulandan sonra artıq pul ala bilmədiklərini görüb, həmin məbləği öz hesabları ilə daha da artırmış və oğlunun tutulmasından sui-istifadə edərək, onları ahıl yaşında müxtəlif vasitələrlə hədələyərək təzyiq göstərmişlər. Ailəlikcə qeydiyyatda olduqları həmin mənzildə yaşayır və mənzilin satılmasına razılıq verməmişlər, bu barədə məlumatları olmamışdır. Əgər tərəflər arasında real alqı-satqı olsa idi, o halda cavabdeh ötən illər ərzində mənzili boşaltmağı tələb edərdi. Mənzil paytaxtın “Torqovı” adlanan ərazisində yerləşən yeni tikilidır (novostroyka), ailənin yeganə yaşayış yeridir və yaşayış sahəsi 160.33 kv.m təşkil edən mənzilin real dəyəri ən azı 350000 ABŞ dolları təşkil edir, yəni formal alqı-satqı edilmiş məbləğdən ən azı 7 dəfə çoxdur. Həmin halı bilən kimi, dərhal vəkil vasitəsilə alqısatqı müqaviləsinin nüsxəsi əldə edilərək, “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-6281/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, həmin qərardad onunla əsaslandırılmışdır ki, iddia cavabdehin qeydiyyatda olduğu yer üzrə Nərimanov Rayon Məhkəməsinə verilməlidir. Bundan sonra tərəfindən “İddiaçı Cavabdeh2 adından nümayəndəsi Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı DNK-da bağlanmış, AN-İ ******* saylı 4Ə-1364 N ilə reyestrdə qeyd edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən cavabdeh İddiaçı adına aparılmış (çıxarışla təsdiqlənmiş) qeydiyyatın ləğv edilməsi (çıxarılması)” barədə müvafiq iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4747/2019 saylı iş üzrə iddiaya baxılarkən cavabdeh-İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mərhum əri artıq vəfat etmişdir) qarşı qarşılıqlı iddia qaldıraraq “Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzilindən istifadə hüququnun olmayan hesab edilməsi, həmin mənzilin boşaldılması və mülkiyyətçinin faktiki sahibliyinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzilin boşaldılması və cavabdeh-İddiaçı faktiki sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işə Nərimanov Rayon Məhkəməsində baxılarkən tərəflər mübahisəni məhkəmədənkənar həll etmək barədə razılığa gəlmiş, iddia və qarşılıqlı iddianın baxılmamış saxlanılması barədə xx.xx.2020-ci il tarixli ərizə vermiş, nəticədə Nərimanov Rayon Məhkəməsinin 2(005)-323/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ilkin və qarşılıqlı iddia baxılmamış saxlanılmışdır. Bundan bir müddət sonra, yəni 2020-ci ilin ortalarında oğlu Cavabdeh1 azadlığa buraxılmış, İddiaçı ilə yenidən yaxşı münasibətləri yaranmış və onlar işgüzar əlaqələr qurmuşlar. Artıq İddiaçı bildirmişdir ki, onun həmin mənzilə dair heç bir iddiası yoxdur. Bu il, yəni xx.xx.2023-cü il tarixdə İddiaçı faciəvi surətdə öldürülməsi barədə mətbuatda məlumat yayılmışdır. Olan məlumata görə cinayət işinin istintaqı davam edir. xx.xx.2023-cü il tarixdə İddiaçı faciəvi surətdə vəfatından sonra oğlu Cavabdeh1 mərhumun yas mərasiminə gedərək ailə üzvlərinə, o cümlədən qızı Elnarə Bəkirovaya başsağlığı vermiş, mərhum atasına 30000 ABŞ dolları faiz borcu qaldığını və həmin borcu qaytaracağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 istifadəsində olan +**********07 və +**********77 mobil telefon nömrələrinə Nəsimi rayon İcra şöbəsinin elektron icra bildirişi daxil olmuş, dərhal sonra, yəni ertəsi gün icra şöbəsində getmiş, orada ona bildirilmişdir ki, barələrində Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006) 4414/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə verilmiş icra sənədi var və icra vərəqəsi ona təqdim edilmişdir. Həmin vaxt məlum olmuşdur ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)- 4414/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilindən cıxarılması qət edilmişdir. Müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında (prosesində) iştirakı təmin edilməmiş, onların ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə nə poçt vasitəsilə, nə də elektron qaydada heç bir məhkəmə bildirişi daxil olmamış, həmçinin məhkəmə qətnaməsi də nə poçt vasitəsilə, nə də elektron qaydada ünvana daxil olmamış, həmin qətnamənin mövcudluğu barədə cavabdehlərin ilkin məlumatı xx.xx.2023cü il tarixdə cavabdehlərin istifadəsində olan mobil telefon nömrələrinə Nəsimi rayon İcra şöbəsinin elektron icra bildirişi daxil olduqdan sonra məlumatı olmuş, xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən onların nümayəndəsi və vəkili qismində elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə iş materialları, o cümlədən qətnamənin Elektron kabinetə yerləşdirilməsinin təmin edilməsi üçün məhkəməyə müraciət edilmiş, xx.xx.2023-cü il tarixdə iş materialları, o cümlədən qətnamə Elektron kabinetə yerləşdirilmişdir. Mərhum İddiaçı hələ 3 il bundan əvvəl həmin mənzilə dair heç bir iddiasının olmamasını bildirməsinə baxmayaraq, oğlu Cavabdeh1 ilə yaxşı münasibətləri olması barədə görüntü yaratmaqla, onun yenidən etibarını qazanmış, nəticədə oğlu Cavabdeh1 ilə guya işgüzar münasibətləri davam etdirmək görüntüsü ilə paralel olaraq 3 il sonra yenidən iddia qaldırmış, həmin iddianı qaldırması barədə nə oğlu Cavabdeh1, nə də ona məlumat verməmiş, hətta həmin iddia üzrə məhkəmə bildirişlərinin onların ünvana nə poçt vasitəsilə, nə də elektron qaydada göndərilməməsinə nail olmuş, bu da azmış kimi, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4414/2022 saylı icra vərəqəsində qətnamənin xx.xx.2023cü il tarixdə qüvvəyə minməsinə və icra sənədinin verildiyi vaxt xx.xx.2023-cü il göstərilməsinə baxmayaraq, “Sənədin elektron imzalanma tarixi xx.xx.2023-cü il” göstərilmiş, yəni icra sənədinin göndərilməsinə də öldürüldüyü günə qədər, yəni xx.xx.2023-cü il tarixədək (3 ay müddətində) faktiki olaraq nail olmuş, yalnız onun faciəvi surətdə dünyasını dəyişməsindən 1 ay sonra (ümumlikdə 4 ay sonra) icra sənədinin imzalanması və göndərilməsi müəyyən edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən xx.xx.2023-cü il tarixdə Elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş, iş hazırda Bakı Apellyasiya Məhkəməsinin MK-nın icraatındadır. Həmin şikayətə apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5877/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə müəyyən olundu ki, həmin qərardadla Nərimanov Rayon Məhkəməsinin 2(005)-323/2020 saylı, xx.xx.2020-ci il tarixli iddianın baxılmamış saxlanılması barədə qərardadından 2 il 5 ay sonra İddiaçı nümayəndəsi tərəfindən verilmiş şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış, bundan sonra isə yenidən müvafiq iddia qaldırılmışdır. Həmçinin həmin işə apellyasiya baxışı zamanı İddiaçı qızı X1 nümayəndəsi (vəkili) tərəfindən AR ƏN 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 1112 saylı, xx.xx.2023-cü il tarixli məktub (arayış) məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əsasən xx.xx.2023-cü il tarixdə ölmüş İddiaçı vərəsələrinin onun miras əmlakından qızı X1 xeyrinə imtina etməsi müəyyən olunmuşdur. Nəticədə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2 (103)-4962/2023 saylı iş üzrə müvafiq qərarı ilə X9 MPM-in 58-ci maddəsinə əsasən atası- mərhum İddiaçı hüquq varisi hesab edilmişdir. Odur ki, müvafiq iddia həmin şəxsə qarşı qaldırılır. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı MPM-in 53-cü maddəsinə əsasən ərizənin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, tərəfindən iddiaçı Cavabdeh2 adından nümayəndəsi Cavabdeh1 ilə cavabdeh (hüquqi varis) X1 mərhum atası İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı DNK-da bağlanmış, AN-İ ******* saylı 4Ə-1364 N ilə reyestrdə qeyd edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində İddiaçı adına aparılmış (çıxarışla təsdiqlənmiş) qeydiyyatın ləğv edilməsi (çıxarılması) barədə” iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Hazırda həmin ərizənin əsasının dəyişdirilməsinə zərurət yaranmışdır. İddiaçı Cavabdeh2 adından nümayəndəsi Cavabdeh1 ilə cavabdeh (hüquqi varis) X1 mərhum atası İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı DNK-da bağlanmış, AN-İ ******* saylı 4Ə-1364 N ilə reyestrdə qeyd edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqısatqı müqaviləsinin şərtlərinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində İddiaçı adına aparılmış (çıxarışla təsdiqlənmiş) qeydiyyatın ləğv edilməsi (çıxarılması) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil3 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia müddəti tətbiq etməklə iddia ərizəsinin rədd edilməsinə (iddiadan imtina edərək icraata xitam verilməsinə) dair qətnamə qəbul edilməsini xahiş etdilər. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh X6 qarşı müqavilənin etibarsızlığına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. İş üzrə sənədlərdən də məlumdur ki, iddiaçı Cavabdeh2 Bakı şəhəri, Nəsimi Rayonu, Əlövsət Quliyev 342-ci məhəllə, ev 98, 14 saylı mənzilini xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. İş üzrə alqı-satqı müqaviləsindəki sənədlərdən o da görünür ki, mənzildə qeydiyyatda olan digər şəxslər də mənzilin satılmasına öz razılığını vermişdir. Təqdim edilən sənədlərdən o da görünür ki, iddiaçı Cavabdeh2 xx.xx.2019-cu il tarixdə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək xahiş etmişdir ki, “İddiaçı Cavabdeh2 adından nümayəndəsi Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı DNK-da bağlanmış AN-10653695 saylı 4-1364 N ilə reyestrda qeyd edilmiş, Bakı şəhəri, Nəsimi Rayonu, Əlövsət Quliyev 342-ci məhəllə, ev 98, 14 saylı mənzilinə dair alqı-satqı müqaviləsini etibarsız hesab edəsiniz” və sair. Cavabdeh2 qeyd edilən iddia ərizəsi xx.xx.2019-cu il tarixdə 2(005)-4747/19 nömrə ilə icraata götürülmüşdür. Daha sonra həmin iş iddiaçı Cavabdeh2 (nümayəndəsinin xx.xx.2020-ci il tarixli) vəsatəti əsasında 2(005) 323/19 saylı qərardadla baxılmamış saxlanılmışdır. Bundan sonra İddiaçı və onun ailə üzvləri (qızları va həyat yoldaşı) dəfələrlə Cavabdeh2 mənzildən çıxmasını xahiş etmiş və bunun üçün evlərinə belə getmişdir. 2022-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh2 va digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi Nəsimi Rayon Məhkəməsi tərəfindan təmin edilmişdir. Cavabdeh2 yenə mənzildən çıxmamaq üçün hazırkı əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Alqı-satqı müqaviləsindən də göründüyü kimi iddiaçı Cavabdeh2 ilə İddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanmasından (xx.xx.2023-cü il) uzun müddət (6 il) keçdikdən sonra iddiaçı Cavabdeh2 mənzilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə təqdim edilmiş sənədlərdən o da görünür ki, iddiaçı Cavabdeh2 ilk dəfə xx.xx.2019-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etməsi və daha sonra iddia ərizəsinin baxılmamış saxlanılması ilə məhkəməyə müraciət etmişdir. Onun iddiasında israrlı olmaması bir daha göstərir ki, iddiaçının etibarsızlıqla bağlı tələbi əsassızdır. Odur ki, iş üzrə iddia müddəti tətbiq edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-411/2024 nömrəli, xx.xx.2024 cü il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2017- ci il tarixdə Bakı şəhəri 53 saylı DNK-da bağlanmış, AN-İ ******* saylı 4Ə-1364 N ilə reyestrdə qeyd edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində İddiaçı adına aparılmış (çıxarışla təsdiqlənmiş) qeydiyyatının ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq, iddiaçı tərəf mübahisəli mənzildə yaşamaqda davam edir və mənzil alqı-satqısının qanuniliyini ilk dəfə 2019-cu ildə mübahisələndirilmişdir. Belə ki, iddiaçı tərəfin izahatlarından görünür ki, 2019-cu ilin payız aylarında İddiaçı Röya adlı şəxslə onların evinə gələrək, həmin mənzili 2017-ci ildə oğlu Cavabdeh1 aldığını bildirərək Cavabdeh1 faizə verdikləri 50000 ABŞ dollarını faizi ilə birlikdə qaytarmağı, ya da mənzili tərk etməyi tələb etmişlər. Həmin vaxt Cavabdeh1 törətdiyi cinayət ilə bağlı istintaq təcridxanasında olmuş və o, bu hadisə ilə bağlı həqiqətən də İddiaçı Röya adlı şəxsin təklifi ilə ona faizə 50000 ABŞ dolları pul verməsini təsdiq etmiş, lakin 2019-cu ilin aprel ayında tutulana qədər onlara 50000 ABŞ dollarından artıq pul qaytarmasına baxmayaraq onların həmin pulları faizə çıxmalarını tutulandan sonra artıq pul qaytara bilməməsini, hazırda onların həmin məbləği öz hesabları ilə daha da artırmalarını bildirmişdir. Cavabdeh tərəf iddiaçı tərəfin dəlilləri ilə razılaşmayaraq mübahisəli evin mərhum İddiaçı tərəfindən mənzil almaq niyyəti ilə alqı-satqı müqaviləsi əsasında əldə etməsini və hər hansı faiz puldan söhbət getməməsini göstərmişlər. Məhkəmə işin faktiki araşdırılmış halları baxımından hesab etmişdir ki, mübahisələndirilən əqdin heç də mənzilin məhz alınması niyyəti ilə bağlanmasına dair iddiaçı tərəfin dəlilləri daha inandırıcı olmaqla mötəbər sübutlarla təsdiqini tapır. Belə ki, mübahisələndirilən mənzil ilə bağlı alqı-satqı müqaviləsinin məzmununa əsasən mərhum İddiaçı həmin mənzilə görə göstərilən məbləği mülkiyyətçinin nümayəndəsi- oğlu Cavabdeh1 ödəmişdir. Lakin iddiaçı tərəf qeyd edilən müqavilənin formal olaraq, faizə verilən pulun təminatı kimi bağlanmasını göstərərək, eyni zamanda onların müqavilənin etibarsızlığı ilə bağlı tələb irəli sürənə kimi qarşı tərəfin onların mənzildən çıxarılmasına dair tələb sürməsinə istinad edərək bildirmişlər ki, ilk məhkəmə mübahisəsindən sonra da aralarında faizlə bağlı verilən pul barədə müəyyən söhbətlərin olmasına baxmayaraq, qarşı tərəf 2 ildən sonra əvvəlki baxılmamış saxlama barədə qərardadı ləğv etdirmək istəmiş, nail olmadıqda isə gizlincə onların mənzildən çıxarılmasına dair məhkəmə qətnaməsi çıxartdırmışlar. Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən də görünür ki, həmin iş üzrə cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və qətnamədən verilən apellyasiya şikayətinin dəlillərindən biri də məhkəmə iclasının vaxtı və yeri barədə onlara lazımi qaydada məlumat verilməməsi təşkil edir. İş materiallarından görünür ki, alqı-satqı müqaviləsində evin satış qiyməti 85000 manat göstərilmişdir. İş üzrə iddiaçı tərəfin izahatlarında və X4nın ifadəsindən də görünür ki, müqavilədə qeyd olunan bu məbləğ dollar ekvivalentində faizə verilmiş 50000 ABŞ dollarının manat məzənnəsidir. Məhkəmə işin göstərilən hallarından əlavə, evin real satış qiyməti ilə bağlı iddiaçı tərəfin təqdim etdiyi mütəxəssin rəyinə əsasən də hesab edir ki, şəhərin göstərilən yerinə bazar qiyməti təxminən 500000 manat olan mənzilin dəyərindən olduqca az məbləğə, yəni 85000 manata alqı-satqı müqaviləsi bağlanması həmin əqdin hüququ nəticələr bağlaması niyyəti ilə olmamasına dəlalət edir. Həmçinin, məhkəmə X4nın ifadəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dinridilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Məhkəmə qeyd etmişdir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. X4 Cavabdeh1la mərhum İddiaçı arasında hadisəni aydın və müfəssəl təsvir etmiş, ifadəsinin məzmununda göstərilənlər iddiaçı tərəfin izahatları ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Hətta onu özü Cavabdeh1la mərhum İddiaçı arasında yaranan faizə pul verilməsindən vasitəçi olaraq pul marağının olmasını və faizə pul alan Eminin onu vəd verdiyi pulunun verməməsini, daha sonra Eminin aldığı pulu qaytarmadığı üçün Kamranla onların evinə gedərək sonuncunun verdiyi pulu tələb etməsini və ya onları alqı satqı müqaviləsinə əsasən mənzildən çıxarılmasını bildirməsini də göstərmişdir. Məhkəmə istinad edilən prosessual normaların tələbləri və işin faktiki müəyyən edilmiş halları baxımından hesab etmişdir ki, X5 Həsənovla mərhum İddiaçı arasında baş vermiş hadisələrlə bağlı verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün inandırıcıdır və bu ifadə mötəbər sübun kimi qiymətləndirilir. Məhkəmə digər şahid X7 ifadəsinə də qiymət verərək, onun cavabdehin doğma bacısı olmaqla göstərdiklərini sonuncunun maraq və mənafeyinə uyğun ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı Cavabdeh2 adından nümayəndəsi Cavabdeh1 ilə cavabdeh (hüquqi varis) X1 mərhum atası İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı DNK-da bağlanmış, AN-İ ******* saylı 4Ə-1364 N ilə reyestrdə qeyd edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair alqı-satqı müqaviləsi hüquqi nəticə yaratmaq niyyəti ilə deyil, görünüş və digər əqdi (faizə pul verilməsinin təminatı kimi evin girov qoyulması) pərdələdiyinə görə etibarsız hesab edilməsi üçün işin araşdırılmış həqiqi halları baxımından kifayət qədər hüquqi əsas olduğu üçün iddia bu hissədə əsaslıdır. Eləcə də məhkəmə hesab etmişdir ki, sözügedən alqı-satqı müqaviləsi etibarsız olduğu üçün ona əsasən mübahisəli mənzilinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində İddiaçı adına aparılmış (çıxarışla təsdiqlənmiş) qeydiyyat da ləğv edilməlidir. Məhkəmə cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddəti tətbiq edilməsinə dair ərizə ilə əlaqədar bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli oldugu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir.İş materiallarından görünür ki, iddiaçı Cavabdeh2 adından nümayəndəsi Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı DNK-da bağlanmış, AN-İ ******* saylı 4Ə-1364 N ilə reyestrdə qeyd edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən cavabdeh İddiaçı adına aparılmış (çıxarışla təsdiqlənmiş) qeydiyyatın ləğv edilməsi (çıxarılması)” barədə müvafiq iddia tələbi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edilmiş və iş üzrə iddiaya baxılarkən cavabdeh-İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mərhum əri artıq vəfat etmişdir) qarşı qarşılıqlı iddia qaldırılaraq “Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Əlövsət Quliyev küçəsi 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzilindən istifadə hüququnun olmayan hesab edilməsi, həmin mənzilin boşaldılması və mülkiyyətçinin faktiki sahibliyinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən işə Nərimanov Rayon Məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilimiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, nəticədə Nərimanov Rayon Məhkəməsinin 2(005)-323/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ilkin və qarşılıqlı iddia baxılmamış saxlanılmışdır. Lakin qarşılıqlı iddiaçının nümayəndəsi 2022-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmənin qeyd edilən qərardadının ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və həmin qərardad apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından sonra İddiaçı iddiası üzrə Nəsimi Rayon Məhkəməsi e-2(006) 4414/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilindən cıxarılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, cavabdeh tərəf iştirak etməmiş, qətnamənin mövcudluğundan icra hərəkətləri zamanı məlumatları olan kimi onu apellyasiya qaydasında mübahisələndirmiş və tərəflərin verdiyi məlumata əsasən hazırki iddia ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə apellyasiya şikayətinə baxılması üzrə işin icraatı dayandırılmışdır. İş materiallarından göründüyü kimi, iddiaçı tərəf ilk dəfə alqısatqı müqaviləsindən 2019-cu ildə məlumatı olmuş və Cavabdeh2 qeyd edilən iddia ərizəsi xx.xx.2019 cu il tarixdə 2(005)-4747/19 nömrə ilə icraata götürülmüş, daha sonra həmin iş iddiaçı tərəfin xx.xx.2020-ci il tarixli vəsatəti əsasında 2(005)-323/19 saylı qərardadı ilə baxılmamış saxlanılması qərara alınmış, iddiaçı tərəf mənzildə yaşamaqda davam etmiş, 2022-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mənzildən çıxarılmasına dair iddiası təmin edilsə də, qətnamədən verilən apellyasiya şikayətinə əsasən hazırda apellyasiya instansiyası məhkəməsinin icraatındadır. Məhkəmə hesab etmişdir ki, iddiaçı Cavabdeh2 İddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanmasından 6 il keçdikdən sonra mənzilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etməklə müddətin ötürülməsi yuxarıda göstərilən obyektiv səbəblərlə əlaqədar olmuşdur. Belə ki, ilk qaldırılan iddia və qarşılıqlı iddianın baxılmamış saxlanılması barədə qərardadın qəbulundan sonra uzun müddət iddiaçı tərəfin evdən çıxarılması ilə bağlı cəhdlər edilməmiş, 2 ildən sonra da sözügedən qərardadın ləğvinə dair şikayətləri təmin olunmamış, iddiaçı tərəfin göstərdiyi kimi evdən çıxarlmaya dair Nəsimi Rayon Məhkəməsində işə baxılarkən məlumatları olmamışdır ki, bunu da apellyasiya qaydasında mübahisələndirmişlər. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin hüququnun pozulduğu bildiyi an, Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin mövcudluğunu icra hərəkətləri (bildiriş təqdim edilərkən) zamanı bildiyi andan və buna görə də, hazırki mübahisəyə kəsici müddət tətbiq edilə bilməz. Məhkəmə mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığı nəticəsinə gələrkən Plenum qərarlarının tövsiyyələrinə əsasən qeyd edilən qanun normanın əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva etməsini nəzərə alaraq qeyd etmişdir ki, əqddə göstərilən 85000 manat mənzil almaq niyyəti ilə faizə verilmiş borc pul olması ilə yanaşı Cavabdeh1 tərəfindən həmin pulu vermiş İddiaçı qaytarılmasını da nəzərə almışdır. Cavabdeh tərəf iddiaçı tərəfin belə bir sübutu olmamasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, mərhumun övladları atalarının sağlığında mənzillə bağlı baş verən hadisələrin faktiki şahidi olmamış və hazırda alqı-satqı müqaviləsinin qüvvədə olmasından istifadə edərək verdikləri izahat və ifadə bu müqavilənin mövcudluğundan sui-istifadə edərək mənzili bir növ ələ keçirmək niyyəti ilə verilmiş kimi qiymətləndirilir. Cavabdeh tərəfin isə pulun qaytarılmasına dair dəlilləri isə mərhum İddiaçı ölümünə qədər mənzildən çıxmayaraq yaşamaqda davam etmələri fakti ilə təsdiqlənir. Həmin qətnamədən cavabdeh X9 apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-411/2024 saylı qətnaməsinin ləğv edilməsinə və iddia ərizəsinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsində mülki qanunvericiliyin hansı şərtinin (hansı normasının) pozulmasına dair heç bir dəlil yoxdur. Bunun əksinə, müqavilə etibarlılığı üçün bütün zəruri şərtlərə əməl edilmişdir. Bundan başqa məhkəmə nəzərə almalı idi ki, iddiaçı Cavabdeh2 öz əmlaklarına sərəncam verilməsi ilə bağlı etibarnamə verdiyi anda o öz iradəsini ifadə etmişdir (bildirmişdir). Hazırda məhkəmənin iradə ilə bağlı dedikləri iş üzrə hazırkı qanunsuz tələbə “don” geyindirməkdən başqa bir şey deyildir. Nəzərə alınmalıdır ki, Cavabdeh2 ailə üzvlərinin də razılığı bir daha onun bu işə birbaşa iradə ifadəsi olması qənaətini təsdiq edir. Odur ki, iradə ifadəsi ilə bağlı hansısa formal fikirlər müqavilənin etibarsızlığına əsas ola bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, İş üzrə mənzilin real dəyəri ilə müqavilə qiyməti arasında fərqin olması müqavilənin etibarsızlığı üçün əsas deyildir. Hazırda İddiaçı vəfat etdiyindən bunu hansı səbəbdən etməsini aydınlaşdırmaq mümkün deyildir. Tərəflər bunu müxtəlif səbəblərdən (bank xərclərindən, vergidən azad olunmaq üçün) edə bilərdilər. Praktikada müqavilə üzrə bu kimi hallara geniş rast gəlinir. İş üzrə sənədlərdən də məlumdur ki, tərəflər arasında alqı-satqı müqaviləsi 13 oktyabr 2017ci il tarixdə bağlanmışdır. Alqı-satqı müqaviləsindən də göründüyü kimi iddiaçı Cavabdeh2 alqı-satqı müqaviləsinin bağlanmasından uzun müddət (6 il) keçdikdən (xx.xx.2023-cü il) sonra müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə təqdim edilmiş sənədlərdən o da görünür ki, İddiaçı Cavabdeh2 ilk dəfə xx.xx.2019-cu il tarixdə iddia ilə məhkəməyə müraciət etmiş və daha sonra iddia ərizəsinin baxılmamış saxlanılması ilə məhkəməyə müraciət etmişdir. Onun iddiasında israrlı olmaması bir daha göstərir ki, iddiaçının etibarsızlıqla bağlı tələbi əsassızdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin iddia ilə bağlı müddəti ötürülmüşdür. Müddətin tətbiq edilməsi ilə bağlı vəsatət versək də, Məhkəmə müddətlə bağlı tələbə yanlış qiymət vermişdir. Odur ki, müddət tətbiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı əsas arqumenti mərhum İddiaçı faizlə pul alması və alqı-satqı müqaviləsinin buna görə bağlamasıdır. Buna dair iş materiallarında hansısa sübut yoxdur. Göründüyü kimi illərdir bu mübahisə var. Bəkirovlar illərdir ki, şəxsin məzildən çıxmasını tələb edir, bunun üçün şəxsin mənzilinə dəfələrlə gedir. Bu fakt iş üzrə də sübut olunmuşdur. Necə olur ki, iddiaçı bir dəfə də deməsin ki, mən mənzili satmamışam, faizlə pul götürmüşəm və bunu qaytaracam. Axı əsl həqiqət bu idisə, bütün danışıqlar bunun üzərindən getməli idi. İddiaçı faizə pul vəsaiti alır və hələ onu qaytardığını da bildirir. Ümumiyyətlə faizin alınmasına, qaytarılmasına dair bir dənə də sübut əlavə etmir. İddiaçı (iddiaçının adından müstəqil tələb irəli sürən üçüncü şəxs) iddia edir ki, faizlə birlikdə 50.000 ABŞ dolları ana pulu mərhum dünyasını dəyişmənişdən öncə qaytarıb (amma əvvəlki iclaslarda və iddia ərizəsində bir hissəsini qaytardığını, bir hissəsinə hələ də bocu olduğunu deyirdi). İddiaçı dediyi kimi pulu qaytarıbsa, bunu hansısa bir qaydada (sənəd, qəbz, audiyo və ya video görüntü ilə) rəsmiləşdirməli idi. Bu da yoxdursa, tərəflərin “whatsapp” yazışması olardı. Bu da olmadısa, pul vəsaitini kiminsə yanında qaytarardı. Bu hallar ona görə təsdiq olunmur ki, iddiaçının dediyi heç bir hal olmayıb, faizə pul verilməyib, bu sadəcə iddiaçının mənzili gec qaytarmaq (mənzildə daha çox yaşaya bilməsi üçün) üçün uydurduğu bahanə idi. Görünən odur ki, İddiaçı tərəf kimi vəfat etdiyindən iddiaçı bu bahanəsindən məharətlə istifadə edir. İddiaçı kifayət qədər pulu olan şəxs idi və o heç bir zaman faizlə pul verən olmamışdır. İş üzrə şahid Röya adlı şəxsin ifadəsi həqiqəti əks etdirmir. O suallara cavab verə bilməmişdir. O heç İddiaçı belə dəqiq tanımırdı. Onu bir şəxsin vasitəsi ilə tanıdığını desə də, həmin şəxsin kimliyini, onun əlaqə vasitəsini belə təqdim edə bilmədi. O məhkəmə iclas zalında verilən suallara tam cavab verə bilmədi. Bütün bunlar şahidin dindirilməsi ilə bağlı məhkəmədə çəkilmiş video görüntülər tədqiq olunduqda görünəcəkdir. Bu da onu göstərir ki, şahid ifadəsinin həqiqiliyi şübhə altındadır. Bundan başqa Röya adlı şəxsin həyat fəaliyyəti nəzərə alınmalıdır. Onun natamam ifadəsi onun şahid kimi mötəbərliyini tamamilə şübhə altına alır. Onun əvvəlki illəri həbsdə məhkumluqla keçmişdir ki, bunun da səbəbi iş üzrə nəzərə alınmalı haldır. Bundan başqa Əmlakın dəyəri ilə bağlı qeyd edildiyi kimi, tərəflər formal qiymət müəyyən edə bilərlər (bu hal praktikada kifayət qədər rast gəlinən haldır (bunu bank xərclərindən yayınmaq və.s səbəblərdən edə bilərlər). Bu mənzilin öz dəyərinin tərəflər arasında qarşılıqlı razılıq əsasında ödənilmədiyinə dəlalət etmir. Əgər belə bir hal olsaydı, iddiaçı tərəflər arasında hansısa bir faktı ortaya qoyardı. İdidaçı İddiaçı onlara qarşı təzyiqlər göstərdiyini bildirsə də, bu fakt da öz təsdiqini tapmır. İddiaçı alqı-satqı barəsində məlumatı olmadığını bildirsə də, bu da həqiqəti əks etdirmir. İşə əlavə ediləcək notariat kontorunda verilmiş ərizədən də görünəcəkdir ki, İddiaçının digər oğlu şəxsən alqı-satqıda iştirak edib və alqı-satqıya müvafiq razılıq ərizəsini vermişdir. İddiaçı və onun xəstə olan həyat yoldaşı isə xəstəlik səbəbindən oğlu onları etibarnamə ilə təmsil etmişdir (bu hadisələrdən bir müddət sonra yaşlı olduğundan dünyasını dəyişmişdir). Eyni zamanda qeyd edilməlidir ki, İddiaçı iddiasını geri götürməsi iddiaçının oğlu Cavabdeh1 həbsdə olması, iddiaçının həyat yoldaşının ağır xəstə olması səbəbindən evdən çıxacaqlarına vəd verməsi olmuşdur. İddiaçı yenə humanistlik nümayiş etdirərək iddiaçı və ailə üzvlərini qeyd edilən səbəblərdən mənzildən çıxarmamış və onlara əlavə vaxt vermişdir. Bu barədə İddiaçı öz ailəsi ilə müzakirələr aparmışdır (ailəsi etiraz etsə də, ailə başçısı kimi İddiaçı qərarına hörmətlə yanaşmışlar). Bundan sonra iddiaçı və ailə üzvlərinin mənzildən çıxmaması səbəbindən onların yenə mənzildən çıxarılması ilə bağlı müvafiq iddia qaldırmış və iddiası təmin edilmişdir. Məhkəmənin diqqətə almadığı və iddiaçının (oğlu üçüncü şəxs Cavabdeh1) İddiaçı 30.000 ABŞ dolları borcu qaldığı kimi uydurma iddiasının məhkəmənin son iclaslarında ümumiyyətlə borcunun qalmadığını qeyd etməsidir. Məhkəmə qətnaməsində də qeyd edilir ki, guya uydurma əsaslandırma ilə Cavabdeh1 pul vəsaitini qaytarmışdır. Əgər qeyd edildiyi kimi (uydurma) faizi və borcu ödəyibsə İddiaçı nə üçün evdən çıxarılma ilə bağlı məhkəməyə müraciət etdirdi. İddiaçı bunu gizli etdiyini bildirir. O bunu necə gizli etsin, axı gec-tez bu məsələ bilinəcək və şəxs evdən çıxarılacaqdır. Bu zaman belə bu məsələ bilinəcəkdi. Yəni qeyd edildiyi kimi iddiaçının evdən çıxarılması bunun gizli edilməsi kimi arqumentlər həqiqəti əks etdirmir. Qeyd edildiyi kimi faiz və onun qaytarılması iddiası tamamilə əsassız və uydurma haldır. Belə bir halın (faizə pul verilməsi və onun qaytarılması kimi) olması iş üzrə heç bir mötəbər faktla öz təsdiqini tapmır (tərəflər arasında buna dair hansısa bir fakt olması heç bir dəlillər təsdiq edilmir). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4068/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh X6 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilənin şərtlərinə əsasən aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair” mülki işin hazırki 2(103)-335/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Birləşdirilmiş işlər üzrə apellyasiya icraatı: Qeyd olunan mülki işlərin birləşdirilməsi barədə qərardad qəbul edildiyindən, Bakı Apellyasiya Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 2(103)-335/2024 saylı qərardadı ilə hazırki iş üzrə icraat təzələnmiş və baxılması üçün təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iddia üzrə İddiaçı prosessual hüquqi varisi Elnarə Bəkirova və onun nümayəndəsi-vəkili Vəkil4 ayrı-ayrılıqda tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətininn təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən ikinci iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətininn təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş birinci iddia üzrə Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəmələrinin qətnamələrinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ.İİ Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarı
Mülki Məcəllə: 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 62.2. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. 62.3. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. 62.4. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 104.2. Məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər. 104.3. Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. . Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzilin boşaldılması və mülkiyyətçinin faktiki sahibliyinə verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, e-2(006)-4414/2022 nömrəli qətnaməsindən (birinci iş üzrə) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməli, iddiaçı Cavabdeh2 cavabdeh X6 (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 qismində cəlb edilməklə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-411/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən (ikinci iş üzrə) cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk olaraq ikinci iş üzrə hüquqi mövqeyini bildirməyi zəruri sayır. Belə ki, məhz birinci işin hüquqi taleyi ikinci iş üzrə verilən hüquqi qiymətdən bir başa asılıdır və təsadüfi deyildir ki, apellyasiya instansiyası məhkəməsi məhz ikinci işlə bağlı qərar qəbul edilənə kimi icraatda olan birinci işin apellyasiya qaydasında baxışı üzrə icraatı dayandırmışdır. Məhkəmə kollegiyası ikinci işə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçı Cavabdeh2 İddiaçı arasında arasında alqı-satqı müqaviləsinin bağlanmasından 6 il keçdikdən sonra mənzilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etməklə müddətin ötürülməsi obyektiv səbəblərlə əlaqədar olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsinin düzgün olmasına baxmayaraq bu nəticənin kəsici müddətlə əlaqələndirməsinə dair əsaslandırması ilə razılaşmır. Belə ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, hazırkı iş üzrə isə X.Mirzəliyevin iddiası mənzilin alqı-satqı müqaviləsinin yalan əqd olaraq əhəmiyyətsizliyinin təsdiqi və müqavilənin predmeti olan mənzil üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olsa da, məhkəmələr Mülki Məcəllənin 354-cü maddəsinin müddəalarını səhv təfsir və tətbiq edərək iddiaçının bu tələbinin müddətlə məhdudlaşmış olduğu qənaətinə gəlmişlər. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, əqd daşınmaz əmlakla bağlı olduğu halda iddia müddəti tətbiq edilə bilməz. Hazırki iş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin predmeti mənzil üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini göstərilən əsasla da təmin edərkən gəldiyi nəticəni düzgün əsaslandırmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, ikinci iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi kəsici müddət tətbiq edilmədən digər əsasla təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev kücəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzil iddiaçı Cavabdeh2 mülkiyyətində olmuş və Bakı şəhəri 53 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən o, özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu Əlövsət Quliyev küçəsi 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzilini İddiaçı 85000 manata satmışdır. Müqavilədə satıcı Cavabdeh1 2012-cı ildə ona verilmiş etibarnamə əsasında imza etmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlövsət Quliyev küçəsi 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına 818 saylı reyestr kitabının 76221 saylı səhifəsində qeydiyyata alınmışdır. 2019-cu ildə iddiaçılar Cavabdeh2 və X11 cavabdeh İddiaçı qarşı (Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontoru və ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində göstərilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin şərtlərinə əsasən aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı cavabdehlər Cavabdeh2, X11 və X2 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş məhkəmənin icraatında olan dövrdə iddiaçılar Cavabdeh2 və X3 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ərizə ilə müraciət edərək ilk iddia ərizəsinin baxılmamış saxlanılmaqla ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Həmçinin işin materiallarından görünür ki, İddiaçı nümayəndəsi-vəkili X16 ərizə ilə müraciət edərək ilk iddia ərizəsinin baxılmamış saxlanılmaqla ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarımasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020 ci il tarixli, 2(005)-323/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə 25 iyul 2022-ci ildə şikayətlə müraciət edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işə yenidən baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-323/2020 saylı qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020 ci il tarixli, 2(005)-323/2020 saylı qərardadından verilmiş şikayət təmin edilməmiş və mülki iş şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5877/2022 saylı qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-323/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2022-ci ildə «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzilin boşaldılması və mülkiyyətçinin faktiki sahibliyinə verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Əlövsət Quliyev küçəsi 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzilin boşaldılması və onun faktiki sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-4414/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməsi qət edilmişdir. X15 və X12 Məsuliyyətli Cəmiyyətinin 204 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 160,33 kv.m olan 14 saylı mənzilin 2017-ci ilin oktyabr ayına orta bazar qiyməti təqribən 513000 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixdə 7 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 343846 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə “Baş beynin biifuz travması” səbəbindən vəfat etmişdir. İddiaçı xx.xx.2023-cü ildə vəfat ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4962/2023 saylı iş üzrə X9 atası- mərhum İddiaçı prosessual hüquq varisi hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq, iddiaçı tərəf (Cavabdeh2) hazırda mübahisəli mənzildə yaşamaqda davam etməsi faktdır və iş materiallarından da göründüyü kimi mənzilin alqı-satqısının qanuniliyi ilk dəfə 2019-cu ildə mübahisələndirilmişdir. Hazırda iddiaçı Cavabdeh1 qeyd edilən müqavilənin formal olaraq, faizə verilən pulun təminatı kimi bağlanmasını göstərərək, eyni zamanda onların müqavilənin etibarsızlığı ilə bağlı tələb irəli sürənə kimi qarşı tərəfin onların mənzildən çıxarılmasına dair tələb sürməsinə istinad edərək bildirmişlər ki, ilk məhkəmə mübahisəsindən sonra da aralarında faizlə bağlı verilən pul barədə müəyyən söhbətlərin olmasına baxmayaraq, qarşı tərəf 2 ildən sonra əvvəlki baxılmamış saxlama barədə qərardadı ləğv etdirmək istəmiş, nail olmadıqda isə gizlincə onların xəbəri olmadan mənzildən çıxarılmasına dair məhkəmə qətnaməsi çıxartdırmağa nail olmuşlar. İş materiallarından görünür ki, mübahisələndirilən mənzil ilə bağlı alqı-satqı müqaviləsinin məzmununa əsasən mərhum İddiaçı həmin mənzilə göstərilən məbləği mülkiyyətçinin nümayəndəsi - oğlu Cavabdeh1 ödəmişdir. Alqı-satqı müqaviləsində evin satış qiyməti 85000 manat göstərilmişdir. İş üzrə iddiaçı tərəfin izahatlarında və X4nın ifadəsindən də görünür ki, müqavilədə qeyd olunan bu məbləğ dollar ekvivalentində faizə verilmiş 50000 ABŞ dollarının manat məzənnəsidir. Şahid ifadəsindən daha sonra məlum olur ki, o, alqı-satqı işləri ilə məşğul olmuş və tikinti işləri ilə bağlı Eminlə tanış olmuşdur. Bir gün Emin ona bildirmişdir ki, işləri ilə əlaqədar ona təcili pul lazımdır, faizlə də olsa olar. O, Eminə bildirmişdir ki, Solmaz adlı tanışı faizə pul verən Kamran adlı bir şəxsi tanıyır. O, Solmaz adlı tanışı vasitəsi ilə Emini Kamran adlı şəxslə görüşdürmüşdür. Eminlə Kamranın pul məsələsi həll olunduğu halda onunda vasitəçi kimi maddi marağı var idi. Kamran Eminə istədiyi məbləğdə pulu verməyə razı olmuş, lakin pulun təminatı üçün mənzilə dair alqı-satqı müqaviləsi bağlanmalı olduğunu bildirmişdir. Eminə pul təcili lazım olduğu üçün Kamranın təklifi ilə razılaşmış və sənədləri yığaraq alqı-satqıya getmişlər. O, özü də şəxsən notariusda alqı-satqı zamanı iştirak etmişdir. Həmin alqı-satqı müqaviləsi ev almaq və ya satmaq üçün yox, 50000 ABŞ dolları pulun təminatı kimi girov olmuşdur. Müqavilədə də həmin pulun manata məzənnəsi kimi 85000 manat yazılmışdır. Alqı-satqı müqaviləsi sadəcə olaraq pulun təminatı olmuşdur. Belə ki, evi alan əvvəl gedər evə baxar, bəyənər, sonra da alar. Lakin Kamran həmin evə gedib baxmamışdır. Sonradan, təxminən 1-2 il sonra Emin borcu Kamrana qaytarmadığı üçün onunla birlikdə həmin evə getmiş və evdə olan şəxlərdən, yəni Eminin valideynlərindən Eminə verdiyi pulu istəmiş, valideynləri isə Eminin həbsdə olduğunu bildirmişlər. Onun Kamranla həmin evə getməyinin səbəbi Eminin pul məsələsi həll olunandan sonra vasitəçi kimi ona vəd etdiyi pul verməməsi olmuşdur. Sonda bu məsələ ilə bağlı o, bir dəfə də məhkəmədə olduğunu və eyni məzmunlu ifadə verdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası tərəfindən 2019-cu ildə tərəflər arasında Nərimanov rayon məhkəməsində qaldırılmış 2(005)-323/2020 saylı mülki iş tələb edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, şahid eyni məzmunlu ifadəni həmin vaxt keçirilmiş məhkəmə iclasında da vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları) Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Göründüyü kimi müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Konstitusiya Məhkəməsinin Plenumu bir neçə Qərarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh2 adından nümayəndəsi Cavabdeh1 ilə cavabdeh (hüquqi varis) X1 mərhum atası İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı DNK-da bağlanmış, AN-İ ******* saylı 4Ə-1364 N ilə reyestrdə qeyd edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair alqı-satqı müqaviləsi hüquqi nəticə yaratmaq niyyəti ilə deyil, görünüş və digər əqdi (faizə pul verilməsinin təminatı kimi evin girov qoyulması) pərdələmişdir. Şəhərin göstərilən yerində bazar qiyməti təxminən 500000 manat olan mənzilin dəyərindən olduqca az məbləğə, yəni 85000 manata alqı-satqı müqaviləsi bağlanması həmin əqdin hüququ nəticələr yaratmaq niyyəti ilə olmamasına dəlalət edir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlər əqdin etibarsız hesab edilməsi üçün işin araşdırılmış həqiqi halları baxımından kifayət qədər hüquqi əsas olduğu üçün iddia bu hissədə əsaslıdır. Cavabdeh isə apellyasiya şikayətində bildirmişdir ki, faiz və onun qaytarılması iddiası tamamilə əsassız və uydurma haldır. Belə bir halın (faizə pul verilməsi və onun qaytarılması kimi) olması iş üzrə heç bir mötəbər faktla öz təsdiqini tapmır (tərəflər arasında buna dair hansısa bir fakt olması heç bir dəlillər təsdiq edilmir). Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edir. Belə ki, X4 Cavabdeh1la mərhum İddiaçı arasında hadisəni aydın və müfəssəl təsvir etmiş, ifadəsinin məzmununda göstərilənlər iddiaçı tərəfin izahatları ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Hətta onu özü Cavabdeh1la mərhum İddiaçı arasında yaranan faizə pul verilməsindən vasitəçi olaraq pul marağının olmasını və faizə pul alan Eminin onu vəd verdiyi pulunun verməməsini, daha sonra Eminin aldığı pulu qaytarmadığı üçün Kamranla onların evinə gedərək sonuncunun verdiyi pulu tələb etməsini və ya onları alqısatqı müqaviləsinə əsasən mənzildən çıxarılmasını bildirməsini də göstərmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsinin iclasında mərhum İddiaçı hüquq varisi X9 da izahatında atasını Eminlə Solmaz adlı tanışı vasitəsi ilə görüşdürülməsini təsdiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X5 Həsənovla mərhum İddiaçı arasında baş vermiş hadisələrlə bağlı verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün inandırıcıdır və bu ifadə mötəbər sübun kimi qiymətləndirilir. Göründüyü kimi mübahisələndirilən əqdin heç də mənzilin məhz alınması niyyəti ilə bağlanmasına dair iddiaçı tərəfin dəlilləri daha inandırıcı olmaqla mötəbər sübutlarla təsdiqini tapır. Digər tərəfdən sözügedən alqı-satqı müqaviləsi etibarsız olduğu üçün ona əsasən mübahisəli mənzilə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində İddiaçı adına aparılmış (çıxarışla təsdiqlənmiş) qeydiyyat da ləğv edilməlidir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilə yalan əqd olmaqla puçdur və heç bir hüquqi nəticə doğura bilməz. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, yalan əqdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir, bir şərtlə ki, onun mahiyyəti buna imkan versin, hazırki işdə isə tərəflərin nəzərdə tutduqları əqdin mahiyyəti buna imkan vermir. Belə ki, tərəflər verilmiş borcun təminatı olaraq mənzilin ipotekasına dair müqaviləni notariat qaydasında bağlamalı və həmin müqavilə (yüklülük) dövlət qeydiyyatına alınmalı idi. Hazırda bu qaydaları tətbiq etmək mümkün deyil. Göstərilən qayda notariat qaydada təsdiq olunması və dövlət qeydiyyatına alınması tələb olunmayan əqdlərə aid ola bilər. Məhkəmə kollegiyası cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddəti tətbiq edilməsinə dair ərizə ilə əlaqədar bildirir ki, yuxarıda qeyd edildiyi kimi əqd daşınmaz əmlakla bağlı olduğu halda iddia müddəti tətbiq edilə bilməz. Bunun davamı olaraq məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Nəzərə alınsa ki, özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz, o halda Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət də əqdin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. Əhəmiyyətsiz əqd əsassız varlanmaya səbəb olduğu, yəni müqavilənin predmetini əvəzedilən əşyalar təşkil etdiyi halda isə Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. Qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il 2 aprel tarixli Qərarlar). O da qeyd olunmalıdır ki, İddiaçı tərəfindən verilən borcun təminatı olduğunu bilərək mübahisəli mənzillə bağlı alqı-satqı müqaviləsi bağlanmasından və mənzilin mülkiyyəti kimi qeydiyyatının da onun adına aparılmasından istifadə edərək mənzildə faktiki yaşayanların çıxarılmasına dair iddia qaldırmasına baxmayaraq tərəflərin həqiqi niyyətlərinin müəyyən edilməsi bu əqdin əhəmiyyətsiz olmasını və bu müqavilənin alqısatqı məqsədi ilə deyil, müəyyən edilmiş hallarla əlaqədar olmasını bilə-bilə tərəfindən qeyd edilən iddianı qaldırmaqla hüquqdan sui-istifadəyə yol verməsi sübut etmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Hazırkı iş üzrə o da nəzərə alınmalıdır ki, ədalətlilik bütövlükdə yaranacaq nəticə ilə bağlı tələbdir və hər iki tərəfin mənafelərinin qorunmasına xidmət edir. Belə ki, “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərin hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (MM 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. (6.10 bəndi) Məhkəmə kollegiyası mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığı nəticəsinə gələrkən Plenum qərarlarının tövsiyələrinə əsasən qeyd edilən qanun normanın əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva etməsini nəzərə alaraq qeyd edir ki, əqddə göstərilən 85000 manat pulun mənzil almaq niyyəti ilə faizə verilmiş borc pul olması ilə yanaşı Cavabdeh1 tərəfindən də həmin pulu vermiş İddiaçı qaytarılmasına dair izahatının olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsinin iclasında bu fakt bir mənalı olaraq öz təsdiqini tapmadığından araşdırma predmeti оlmamışdır. Lakin kollegiya bir daha qeyd edir ki, tərəflər arasında borc münasibətlərinin оlması faktı mübahisəsiz olsa da, həmin borc pulun qaytarılması ilə bağlı mötəbər sübutlar təqdim olunmadığından hazırkı mübahisəyə 337.5-ci maddəsinin tətbiq edilməsi mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Еlnarə Bəkirovaya borc pul ilə bağlı iddia qaldırılmasına dair hüquqlarının olması izah edilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması hesab edilməklə, həmin qətnamənin ləğv edilməsi əsaslarından biri kimi çıxış edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllənin 385, 388 və 390-cı maddələri). Beləliklə, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ikinci iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır, bununla belə apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən və ikinci iş üzrə birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı səhv əsaslandırma etdiyindən apellyasiya şikayəti qismən təmin edilməklə qətnamə ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası birinci işə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən tərəflər arasında olan alqı-satqıya istinad etsə də, işin qeyd olunan halları ilə Bakı şəhəri 53 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız olması müəyyən edilmişdir. Göründüyü kimi mübahisə edilən mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılsa da, mənzilin ona faktiki məxsus olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki işdə isə mübahisə edilən mənzilin iddiaçının faktiki sahbliyində olması müəyyən edilməmiş, mülkiyyəti kimi qeydiyyatının aparılmasına baxmayaraq bunun formal və görünüş xarakterli olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair hər hansı hüquqları olmadığından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilin boşaldılması və mülkiyyətçinin faktiki sahibliyinə verilməsi” tələbinə dair iddia tələbinin təmin edilməsi üçün əsaslar olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olmaqla təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, e-2(006)-4414/2022 nömrəli qətnaməsi ləğv edilməklə İddiaçı prosessual hüquqi varisi Elnarə Bəkirovanın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzilin boşaldılması və mülkiyyətçinin faktiki sahibliyinə verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizələrinin, eləcə də apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları həmin məbləği ödəmiş şəxslərin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər (birinci iş üzrə) Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, e-2(006)- 4414/2022 nömrəli qətnaməsi (birinci iş üzrə) ləğv edilsin. Həmin iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzilin boşaldılması və mülkiyyətçinin faktiki sahibliyinə verilməsi» tələbinə dair iddiası rədd edilsin. Cavabdeh (ikinci iş üzrə) X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-411/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (ikinci iş üzrə) ləğv edilsin. Həmin iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2017 ci il tarixdə Bakı şəhəri 53 saylı DNK-da bağlanmış, AN-İ ******* saylı 4Ə-1364 N ilə reyestrdə qeyd edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair alqısatqı müqaviləsi etibarsız hesab edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində İddiaçı adına aparılmış (çıxarışla təsdiqlənmiş) qeydiyyat ləğv edilsin. İddia ərizələrinin, eləcə də apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları həmin məbləği ödəmiş şəxslərin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov