Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3350/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi (vəkili) X1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki 50 saylı evin 3-cü mənzili İddiaçı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 iddiaçının oğlu, X4 gəlini, Cavabdeh2 isə qızıdır. Oğlu və qızı 1990-cı ildən, gəlini isə 2013-cü ildən həmin ünvanda qeydiyyatdadırlar. Cavabdeh1 2011-ci ildən, Cavabdeh2 isə 2013-cü ildən həmin ünvanda yaşamırlar. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər ona məxsus mənzildə yaşamadıqlarına baxmayaraq bu günə kimi orada qeydiyyatdadırlar. Hər iki cavabdeh ailəlidir, başqa evdə yaşayırlar. Cavabdehlərin ona məxsus olan mənzildə formal şəkildə qeydiyyatda qalmaları onun üçün maneələr yaradır, mənzil üzərində müvafiq sərəncam vermək, ondan istədiyi şəkildə istifadə etmək hüquqlarını pozur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4837/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilə istifadə hüquqlarına xitam verilməsi qət edilmiş, iddia tələbi digər cavabdeh X3 münasibətdə təmin olunmamışdır. Cavabdeh2 bu qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı Cavabdeh2 ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. O, məhkəmə kollegiyasının iclasında ərizəsini əsaslandırarkən göstərdi ki, atası, yəni İddiaçı tərəfindən ona 3000 (üç min) manat pul vəsaiti verildiyinə görə apellyasiya şikayətindən imtina etmək qərarına gəlmişdir və şikayətdən imtinanın hüquqi nəticələri ona məlumdur. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtina barədə ərizəni müzakirə edərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli, apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 369-cu maddəsinin məzmununa görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş üzrə cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli və həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3350/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3350/2023
31.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver