Məhkəmə qərarları › İş №2(103)-3353/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3353/2020

17.06.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3353/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X3 və X1 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7418/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 38.088,91 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7418/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: Maraqlı şəxs apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini və məhdudlaşdırılmanın ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Hüquqi şəxslər haqqında məlumat vərəqələrindən görünür ki, rəhbəri Maraqlı şəxs olan hüquqi şəxslər "xxxxxxxxxxx” MMC, “xxxxxxxxxx"MMC, "xxxxxxxxx" MMC və "xxxxxxxxxx" MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X4 üzrə Baş İdarəsində qeydiyyatdan keçmiş, “ixtisaslaşdırılmamış topdansatış” sahibkarlıq fəaliyyətləri ilə məşğuldur; - xx.xx.2011-cİ il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1961-ci ildə Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatdadır; - xx.xx.2019-cu il tarixli şəxsi hesab vərəqələrindən görünür ki, dövlət büdcəsinə vergi ödəyicisi olan "xxxxxxxxxxx" MMC-nin 8.351,73 manat məbləğində, "xxxxxxxxx” MMC -nin isə 10.297,17 manat məbləğində, "xxxxxxxxx" MMC-nin 10.801,80 manat məbləğində, “xxxxxxxxxx"MMC-nin 9.944,66 manat məbləğində vergi borcu mövcuddur; - xx.xx.2019-cu il tarixli **********7 saylı, xx.xx.2019-cu il tarixli **********5 saylı, xx.xx.2019-cu il tarixli **********0 saylı və xx.xx.2019-cu il tarixli **********4 bildirişlərdən görünür ki, vergi ödəyicisi olan hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs Bəyannamələr və vergi borclarının alınması idarəsi tərəfindən yaranmış vergi borcunun 5 gün müddətində qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsinə dair rəsmi xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli vəqətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, rəhbəri Maraqlı şəxs olan "xxxxxxxxxxx" MMC-nin 8.351,73 manat məbləğində, "xxxxxxxxx” MMC -nin isə 10.297,17 manat məbləğində, "xxxxxxxxx" MMC-nin 10.801,80 manat məbləğində, “xxxxxxxxxx"MMC-nin 9.944,66 manat məbləğində vergi borcu vardır, bildiriş göndərilməsinə baxmayaraq, həmin fiziki şəxs yaranmış vergi borcunu ödəməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsində göstərilmişdir ki, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 305.1.12-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda apelyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş maraqlı şəxsin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7418/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu maraqlı şəxsin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar