Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3354/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qürbətəli oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Qürbətəli oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(004)-5380/2023 nömrəli qətnaməsindən caavbdeh Cavabdeh2 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Simpatiya-S" MMC ilə İddiaçı Qürbətəli oğlu arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli 95 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə əsasən “Simpatiya-S" MMC Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində 3 otaqlı, 180 saylı mənzilini tikib sifarişçiyə təhvil verməsini öhdəsinə götürmüşdür.
2. “Simpatiya-S" MMC-nin 01 sentyabr 2021-ci il tarixli maliyə arayışından görünür ki, “Simpatiya-S" MMC-nin inşa etdiyi mənzilin dəyəri İddiaçı Qürbətəli oğlu tərəfindən tam ödənilmiş və həmin mənzilə görə “Simpatiya-S" MMC qarşısında heç bir borcu yoxdur.
3. “Simpatiya-S" MMC-yə Cavabdeh1 tərəfindən verilən ərizədən görünür ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci girişinin 16-cı mərtəbəsində yerləşən 3 otaqlı, 180 saylı ümumi sahəsi 132,1 kv.m olan mənzil onun tərəfindən alınmışdır. Həmin mənzildən imtina edir və İddiaçı Qürbətəli oğlunun adına rəsmiləşdirilməsini xahiş etmiş, məsələ ilə bağlı heç bir etirazı yoxdur. Gələcəkdə həmin mənzilə görə heç bir iddia tələbi irəli sürməyəcək və yarana biləcək hər hansı bir problemdə cavabdeh qismində özü çıxış edəcək.
4. "xxxx" ASC-nin Yasamal rayon sukanal idarəsinin hesab fakturasından görünür ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci girişinin 16-cı mərtəbəsində yerləşən 3 otaqlı, 180 saylı mənzilin borcu olaraq 65 manat 12 aprel 2023-cü il tarixdə ödənilmişdir.
5. ********** nömrəli qəbzdən görünür ki, "xxxx" ASC-yə yaranmış kommunal borca görə 246,08 manat ödənilmişdir.
6. İddiaçı Cavabdeh2 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə 27 mart 2024cü il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 132,1 kv.m-dən ibarət 3 otaqlı 180 nömrəli mənzili ilə bağlı İddiaçı Qürbətəli oğlu ilə "xxxx" arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 132,1 kv.m-dən ibarət 3 otaqlı 180 nömrəli mənzilinin müqavilə öhdəliklərinə əsasən ona təhvil verilməsi və həmin müqavilənin əslinin ona qaytarılması öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, e-2(004)- 2205/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Qürbətəli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinə əsasən ona məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava, ev 80A, 180 saylı mənzilin ümumi sahəsi 132,1 kv.m olan mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 çıxarılması və mənzili iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş "xxxx" ASC-yə yaranmış kommunal borca görə 246 manat və "xxxx" ASC-yə yaranmış kommunal borca görə 65 manat məbləğində borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq iddiaçıya ödənilməsi və iddiaçı tərəfindən məhkəməyə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə uzun illərdir ki, işgüzar münasibəti var. İşgüzar münasibətləri nəticəsində 2021-ci il tarixədək cavabdehin 102000 manat məbləğində borcu yaranmışdır. Cavabdehdən dəfələrlə borcun qaytarılmasını xahiş etsə də o, hər dəfə müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Daha sonra, 16 avqust 2021-ci il tarixdə, Cavabdeh1 "xxxx" MMC-nin direktoru T.Məmmədova ərizə ilə müraciət edərək, həmin MMC-nin Yasamal rayonu, Yeni Yasamal Y/M, Yeni Alatava 80A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 16-cı mərtəbəsində yerləşən, 3 otaqlı 180 saylı ümumi sahəsi 132.1 k.m-dən ibarət mənzil alınmışdır, həmin mənzildən imtina edir və İddiaçı adına rəsmiləşdirilməsini xahiş edir. Məsələ ilə bağlı heç bir etirazı yoxdur, gələcəkdə həmin mənzilə göra heç bir iddia tələbi irəli sürməyəcək və yarana biləcək hər hansısa bir problemdə cavabdeh qismində özü çıxış edəcəyini qeyd etmişdir. Bundan sonra, 01 sentyabr 2021-ci il tarixdə, "xxxx" MMC-nin direktoru T.Məmmədovla arasında, "çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 95 nömrəli müqavilə bağlanmış və mənzilin dəyəri 92470 manat məbləğində müəyyən olunaraq onun adına rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh ondan bir müddət möhlət istəyərək mənzildə qalmasını xahiş etmişdir. Daha sonra o, cavabdehdən mənzilin boşaldılmasını xahiş etsə də o, hər dəfəsində müxtəlif bəhanələrlə mənzili boşaltmaqdan yayınmışdır. Bununla bağlı 2023-cü ilin iyun ayında tərəfidən DİN Yasamal Rayon 29-cu Polis Bölməsinə şikayətlə müraciət etmişdi. Şikayət əsasında cavabdeh 14 iyun 2023-cü il tarixdə, polis bölməsinə dəvət olunmuş və ondan izahat alınmışdır. Cavabdeh izahatında bildirmişdir ki, “İddiaçı 102 min borcu olduğu üçün ona məxsus olan Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən mənzil 180, alqı-satqı ilə vermişdir. Aralarında olan razılığa əsasən 15 iyul 2023-cü il tarixədək o, söz verir İddiaçı 102 min manat pulunu verəcək. Vermədiyi halda o mənzili boşaldıb İddiaçı təhvil verəcək." kimi qeyd etmişdir. Hazırda cavabdehin polis bölməsində yazdığı izahatı ilə verdiyi vədə əməl etməmişdir və hazıradək ona məxsus mənzildə ailə üzvləri ilə birgə yaşayır. Daha sonra, tərəfimdən "Azərişıq” ASC və "xxxx" ASC müraciət edərək, onun yeni abunent müqavilə bağlanmasını xahiş etmişdi. "xxxx" ASC-nin Enerji Satış Departamentinin nümayəndəsi tərəfindən ona bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m., 7-ci Alatava, ev 80A, 180 saylı mənzilin 246 manat elektrik borcu mövcuddur və borc ödənildiyi təqdirdə abunent müqaviləsi bağlanılacaqdır. Bu səbəbdən istifadə etmədiyi mənzilə yaranmış 246 manat elektrik borcu ödədi və "xxxx" ASC-nin Enerji Satış Departamentinin direktoru Elçin Dadaşovla 25 avqust 2023-cü il tarixli, 704897№-li abunent müqaviləsi bağlanılmışdır. Həmçinin "xxxx" ASC-nin Yasamal rayon Sukanal idarəsinin nümayəndəsi tərəfindən ona bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m., 7-ci Alatava, ev 80A, 180 saylı mənzilin su təchizatı və tullantı sularının axıdılması nəticəsində 65 manat borcu mövcutdur və borc ödənildiyi təqdirdə abunent müqaviləsi bağlanılacaqdır. Bu səbəbdən 65 manat borcu ödəmiş və "xxxx" ASC-nin Yasamal rayon Sukanal idarəsinin rəisi Ramin Sadıqovla 25 avqust 2023-cü il tarixli, 47670545№-li abunent müqaviləsi bağlanılmışdır. Cavabdehin bu qanunsuz əməlinin qarşısını almaq məqsədi ilə, müxtəlif hüquq- mühafizə orqanlarına müraciət etməyinə baxmayaraq, onun işi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Beləliklə göründüyü kimi, müqaviləyə əsasən ona məxsus olan mənzilə daxil olmaq, ondan istifadə etmək, mənzildən faydalanmaq və ümumilikdə mülkiyyət hüququndan məhrum edildiyinə görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(004)- 5380/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı Qürbətəli oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m., 7-ci Alatava, ev 80A, 180 saylı mənzilin ümumi sahəsi 132.1 kv.m olan mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılaraq İddiaçı Qürbətəli oğluna təhvil verilməsi, onun tərəfindən ödənilmiş "xxxx" ASC-yə yaranmış kommunal borca görə 246 manat və "xxxx" ASC-yə yaranmış kommunal borca görə 65 manat məbləğində borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
10. Qətnamə onunla əsaslandırlmışdır ki, İddiaçı Qürbətəli oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m., 7-ci Alatava, ev 80A, 180 saylı mənzilin ümumi sahəsi 132.1 kv.m olan mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 istifadəsi qanunsuzdur və həmin mənzildən çıxarılmalıdırlar. Həmçinin İddiaçı Qürbətəli oğlu ödənilmiş "xxxx" ASC-yə yaranmış kommunal borca görə 246 manat və "xxxx" ASC-yə yaranmış kommunal borca görə 65 manat məbləğində borc cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq iddiaçıya ödənilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 –ci, Mənzil Məcəlləsinin 2.1, 5.1, 9.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Şikayətin dəlillərinə görə, sözügedən mənzilə dair ilkin alqı-satqı müqaviləsi Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmışdır. Lakin, həmin müqavilənin bir surəti Cavabdeh2 təqdim edilməmişdir. Çünki, ona bildirilmişdir ki, müqavilə üzrə 30000 manat borcu qalmış və həmin borc ödənildikdən sonra müqavilənin bir surəti ona təqdim olunacaq. Eyni zamanda həmin mənzilin bütün kommunal bildirişləri də, Cavabdeh2 adına olub və bütün bildirişlər 2023-cü ilin sentyabr ayınadək onun adına gəlmişdir. “Azəriqaz” İB tərəfindən tərtib edilmiş akt da Cavabdeh2 adına tərtib olunmuşdur. Eyni zamanda əgər həmin müqavilə Cavabdeh2 ilə bağlanmasa belə, sözügedən mənzil birgə nikah dövründə alındığına görə onun üzərində aparılan hər hansı hüquqi hərəkətlər barəsində Elmira Qurbanova və digərailə üzvlərinin razılığı əsasında aparılmalı idi. Lakin, burada yalnız bir şəxs Cavabdeh1 Elmira Qurbanovanın və digər ailə üzvlərinin (cavabdehlərin) hüquqlarını kobud surətdə pozaraq birgə nikah dövründə əldə olunmuş mənzili digər bir şəxsə şəxsi borcu əsasında vermişdir. Hətta bu müqavilə dəyişdirilən zaman "xxxx" MMC tərəfindən həmin evdə yaşayan digər ailə üzvlərinə məlumat verilməli və razılıqları alınmalı idi. Lakin, bunlar heç biri olmamış və 1-ci instansiya məhkəməsi işi düzgün araşdırmadan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul etmişdir. Eyni zamanda cavabdehlər mənzilə olan pay haqqlarından imtina etməmiş, bu barədə hər hansı bir ərizə ilə"xxxx"MMC-yə müraciət etməmiş və yaxud müqavilənin tərəfi kimi, pay hüququ olan şəxslər kimi onların razılığı alınmamışdır. Bütün bunlar qeyri-qanuni olaraq Cavabdeh2 ilə"xxxx" MMC arasında olan müqavilə ləğv edilmədən "xxxx" MMC-nin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Cavabdeh2 həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır və həmin məzilin tikilməsində, ərsəyə gətirilməsində ailə təsərrüfatlarının böyük rolu olmuşdur. Elnarə özü şəxsən külli miqdarda pul xərcləyərək həmin evi təmir etdirmişdir. Mülkiyyətçi olmayan şəxsin də əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməlidir. Lakin, bu iş üzrə Cavabdeh2 və onun ailə üzvlərinin hüquqları kobud şəkildə pozularaq mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmuşdur. Bildirir ki, qanunverciliyin tələbində göstərildiyi kimi bunlar arasında nikah kontraktında və ya digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıb. Yəni sözügedən əmlak bunların birgə mülkiyyətidir və birgə nikah dövründə əldə ediblər. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından,yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir. Bu norma göstərişinin xarakterinə görəqadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanıç yaşadığı mənzildən qanusuz məhrum etməyə yönələn hərhansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrum etmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə ohalda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ ypxdusa məhrum etmə qanunsuz sayılır. Cavabdeh2 və onun ailə üzvlərinin həmin mənzilə sahiblik və istifadə hüquqları var. Əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsusobyektlər, özündə tələbhüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Birinci instansiya məhkəməsi işi araşdırarkən mübahisəli əmlakın birgə nikah dövründə alnıb – alınmaması və həmin əmlaka dair digər payçıların hüquqlarının və onların razılıqlarının olub-olmaması məsələsi aydınlaşdırılmamışdır. Bildirir ki, iddia tələbinin təmin edilməsi Cavabdeh2, X1, Cavabdeh4 və Cavabdeh5 hüququnun pozulması kimi qiymətləndirilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı və onun nümayəndəsi Vəkil2 iştirak etdikləri məhkəmə iclasında apelyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
16. Cavabdeh2 nümayəndəsi Vəkil1 iştirak etdiyi məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
18. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
22. İş materiallarından görünür ki, “Simpatiya-S" MMC ilə İddiaçı Qürbətəli oğlu arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli 95 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə əsasən “Simpatiya-S" MMC Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində 3 otaqlı, 180 saylı mənzilini tikib sifarişçiyə təhvil verməsini öhdəsinə götürmüş, mənzilin dəyəri İddiaçı Qürbətəli oğlu tərəfindən tam ödənilmişdir. “Simpatiya-S" MMC-yə Cavabdeh1 tərəfindən verilən ərizəyə əsasən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci girişinin 16-cı mərtəbəsində yerləşən 3 otaqlı, 180 saylı ümumi sahəsi 132,1 kv.m olan mənzil onun tərəfindən alınmışdır, həmin mənzildən imtina edir və İddiaçı Qürbətəli oğlunun adına rəsmiləşdirilməsini xahiş etmiş, məsələ ilə bağlı heç bir etirazı yoxdur. Gələcəkdə həmin mənzilə görə heç bir iddia tələbi irəli sürməyəcək və yarana biləcək hər hansı bir problemdə cavabdeh qismində özü çıxış edəcək.
23. “Simpatiya-S" MMC ilə İddiaçı Qürbətəli oğlu bağlanmış müqavilə qüvvədədir, həmin müqavilənin etibarsızlığı ilə bağlı məhz hazırkı iş üzrə apellyator Cavabdeh2 tərəfindən iddia qaldırılsa da, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, e-2(004)-2205/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
24. Həmin qətnamənin məzmunundan görünür ki, iddianın əsasını təşkil edən hallar hazırkı apellyasiya şikayətinin də əsasını təşkil edir. Məhz buna görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2(103)-3354/2024 nömrəli qərardadına əsasən həmin iş üzrə icraata başa çatanadək hazırkı iş üzrə icraat dayandırılmış, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraat təzələnmişdir.
25. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, e-2(004)- 2205/2024 nömrəli qətnaməsinin məzmunundan görünür ki, Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin dəlili olaraq irəli sürülmüş bütün əsaslara həmin qətnamədə qiymət verilmişdir.
26. Həmin qətnamədə qeyd olunmuşdur ki, “... iddiaçı mübahisəli mənzilin ona məxsus olmağını, yəni onunla cavabdeh arasında müqavilə mövcud olmuşdursa, həmin müqaviləni və ya digər sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh MMC isə məhkəmə sorğularına cavab olaraq belə bir müqavilənin mövcud olmadığını qeyd etmişdir. Mübahisəli mənzilin qanuni sahibinin başqa şəxs, yəni İddiaçı Qürbətəli oğlu olduğu qeyd edilmiş və bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edilmişdir.”
27. MPM-nin 82.3-cü maddəmsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, eyni halların hazırkı iş üzrə yenidən qiymətləndirilməsinə zərurət yoxdur.
28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(004)- 5380/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(004)- 5380/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Günay Axundova
Xəyal Sarıyev