Məhkəmə qərarları › İş №2(103)-3356/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3356/2021

22.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3356/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-6458/2020 saylı qərardadından Cavabdeh1 tərəfdən verilmiş şikayətin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6458/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması tələbinə dair” mülki işin icraatı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh X1 qarşı mənzilə istifadə hüququnun yaranmış hesab edilməsinə dair ilkin iddiası və İddiaçı Cavabdeh1 qarşı vurulmuş maddi zərərin ödənilməsi barədə qarşılıqlı iddiası üzrə üzrə mülki işə baxılaraq həll edilənədək (qətnamə qanuni qüvvəyə minənədək) dayandırılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfdən şikayət verilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-6458/2020 saylı qərardadı ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-6458/2020 saylı qərardadından vermiş olduğu şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)- 6458/2020 saylı qərardadı ləğv edilməklə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması tələbinə dair” mülki işə baxılması üçün məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə, saat 09:20-ə təyin edilmişdir. Hazırda həmin qərardaddan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini və icraatın dayandırılması barədə qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İddiaçı və nümayəndəsi-vəkili isə şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdeh məhkəməyə gəlmədiyinə görə, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfdən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, məhkəmə xx.xx.2020-ci il tarixli qərardadla hazırki mülki iş üzrə icraatı dayandırmış, lakin iddiaçının şikayəti əsasında xx.xx.2020-ci il tarixli qərardadla, işə qanunvericiliyin tələblərinə riayət edilməklə baxılması üçün, xx.xx.2020-ci il tarixli qərardadını ləğv edərək, iş üzrə sonrakı prosessual hərəkətlərin edilməli olması qənaətinə gəlmiş və iş üzrə icraatı təzələyərək, baxılması üçün təyin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 257-ci maddəsinə əsasən işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqda və ya bu Məcəllənin 101.3cü maddəsində nəzərdə tutulan ekspertin vəsatətinə baxılması zərurəti yarandıqda, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Məcəllənin 258-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Göründüyü kimi, qanuvericilikdə iş üzrə icraatın dayandırılması barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulsa da, iş üzrə icraatın təzələnməsi barədə qərardadlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə hazırda mübahisələndirilən qərardadı ilə iddiaçının şikayətini təmin edərək, dayandırma barədə xx.xx.2020-ci il tarixli qərardadını ləğv edib, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi məqsədi ilə işə baxılması üçün məhkəmə iclasını təyin etsə də, qərardadda 10 gün müddətində şikayət verilməsini nəzərdə tutmuş, Cavabdeh1 da həmin qərardaddan şikayət vermişdir. Kollegiya qanunvericiliyin yuxarıda göstərilən tələbinə əsasən qeyd edir ki, qanunla mübahisələndirilən qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığından, Cavabdeh1 şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)- 6458/2020 saylı qərardadından Cavabdeh1 tərəfdən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar