Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3356/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-3354/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadından qarşılıqlı iddia üzrə cavabdeh X3 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı Sabunçu rayon Məhkəməsinə iddia verərək (dəqiqləşdirilmiş tələblə) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 saylı evin 10 saylı mənzilin bəzi əşyaları ilə - kondisioner, dəhliz şkafı, mətbəx mebeli ilə birlikdə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 tərəfindən İddiaçı təhvil verilməsi, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 ilə birgə həmin mənzildən çıxarılmaları, mənzilin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 tərəfindən boşaldılması, mənzilin açarlarının cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 tərəfindən iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzildən istifadə etməsinə, mənzilə giribçıxmasına maneçilik törədilməsinin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları X7 və X8 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X6, 4 saylı Asan Xidmət Mərkəzinin Notariat Ofisinin Xüsusi X2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia verərək İddiaçı ilə X6 arasında ünvan 1 ünvanında yerləşən 10 №-li mənzilə dair 22 dekabr 2022-ci il tarixdə bağlanmış və 4 saylı Asan Xidmət Mərkəzinin Notariat Ofisinin Xüsusi X2 tərəfindən təsdiq edilmiş AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair İddiaçı adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3354/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 saylı evin 10 saylı mənzilin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 tərəfindən İddiaçı təhvil verilsin, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 ilə birgə həmin mənzildən çıxarılmaları, mənzilin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 tərəfindən boşaldılması, mənzilin açarlarının cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X10 və X11 tərəfindən iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzildən istifadə etməsinə, mənzilə giribçıxmasına maneçilik törədilməsinin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları X7 və X8 qadağan edilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın da rədd edilməsi qət edilmişdir. Bundan sonra cavabdehin vəkili Nümayəndə3 tərəfindən dəfələrlə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmadan tərtib edilmiş apellyasiya şikayətləri daxil olmuşdur. Məhkəmə həmin şikayətlərin kobud surətdə mülki işə düzgün və tezliklə baxılmasına maneçilik törətmək, həm birinci instasiya məhkməsinin, həm də yuxarı instasiya məhkəməsinin iş yükünün artırmaq və işə baxılmasını yubatmaq məqsədlərini daşıdığını müəyyənləşdirərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-3354/2023 nömrəli qərardadı ilə həmin vəkildən 500 manat məbləğdə cərimə tutulmasını qərara almışdır. Nümayəndə3 xx.xx.2024-cü ildə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli e-2(008)- 3354/2023 nömrəli qərardadla üzərinə qoyulmuş 500 manat miqdarında cərimənin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)- 3354/2023 nömrəli qərardadı ilə cavabdehin nümayəndəsi vəkil Nümayəndə3 tutulması qərara alınmış 500 manat miqdarında cərimə məbləğinin azaldılması barədə ərizəsi təmin edilməmişdir. Bundan narazı qalan vəkil Nümayəndə3 həmin qərardaddan şikayət verərək, şikayətin təmin edilməsini, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-3354/2023 nömrəli qərardadının ləğv edilməsi və cərimə məbləğinin ləğv edilməsinə dair ərizənin təmin edilməsi, əks təqdirdə şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)- 3354/2023 nömrəli qərardadı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2(008)-3354/2023 nömrəli qərardadından vəkil Nümayəndə3 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün e-2(008)-3354/2023 nömrəli mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6445/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Süleyman Süleymanovun nümayəndəsi (vəkili) Nümayəndə3 tərəfindən verilmiş şikayət təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 3354/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, cavabdeh Süleyman Süleymanovun nümayəndəsi (vəkili) Nümayəndə3 üzərinə qoyulmuş cərimənin götürülməsi barədə ərizəsi təmin edilərək, Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 3354/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə onun üzərinə qoyulmuş 500 (beş yüz) manat cərimə götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6965/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3354/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh X6 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3354/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh Süleyman Süleymanovun nümayəndəsi (vəkili) Nümayəndə3 xx.xx.2025-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinin 2(008)-3354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apeylasiya şikayəti vermişdir. Eyni zamanda Sabunçu Rayon Məhkəməsinin 2(008)-3354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1315/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarma və digər tələblərinə; iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması qarşılıqlı iddia tələblərinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 15 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3354 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qarşılıqlı iddia üzrə cavabdeh Süleyman Süleymanovun nümayəndəsi (vəkili) Nümayəndə3 ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan qarşılıqlı iddia üzrə cavabdeh Süleyman Süleymanovun nümayəndəsi (vəkili) Nümayəndə3 xx.xx.2025-ci ildə şikayət verərək, Bakışəhəri Sabunçu Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli,e-2(008)-3354/2023 saylı qərardadının ləğv edilməsi, əks təqdirdə şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətini geri qaytaran birinci instansiya qərardadını onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh X1 qətnamədən xəbəri olmuş və qətnamədən apellyasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı olmuşdur. Əsas yekun akt olan qətnamədən şikayəti vaxtında vermək əvəzinə qərardadlardan şikayət verərək vaxtını əsassız yerə ötürmüşdür. Yəni Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddəti üzrlü səbəb olmadan ötürülmüşdür. Belə ki, hazırki mülki iş üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qətnamə xx.xx.2023- cü il tarixdə qarşılıqlı iddia üzrə cavabdeh X4 məxsus şəxsi elektron kabinetinə yerləşdirilmiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü xx.xx.2023-cü il hesab edilir. Lakin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2024- cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuş, yəni qətnamə qarşılıqlı iddia üzrə cavabdeh X3 elektron kabinetində yerləşdirildikdən 4 ay 20 gün sonra apellyasiya şikayəti verilmişdir. Məhkəmənin qeyd etdiyi mövqe ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə AR MPM 135.6-cı maddəsinə istinad etsə də, qətnamənin S,Süleymanova çatdırılmasını təsdiq edən heç bir sübuta istinad etmir və sadəcə öz mülahizələrinə əsaslanır. Bu səbəbdən də, hesab edir ki, işə baxan məhkəmə prosessual hüquq normasının tətbiqində yanlışlığa yol vermiş və bununla da prosessual hüquq normasının göstərişlərini pozmaqla qərardad qəbul etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-3354/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)- 3354/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3354/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsi elektron imza ilə təsdiq edilməklə qarşılıqlı iddia üzrə cavabdeh X4 məxsus şəxsi elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, bundan sonra qarşılıqlı iddia üzrə cavabdeh X3 nümayəndəsi (vəkili) Nümayəndə3 elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Kollegiya qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh X1 qətnamədən xəbəri olmuş və qətnamədən apellyasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı olmuşdur. Əsas yekun akt olan qətnamədən şikayəti vaxtında vermək əvəzinə qərardadlardan şikayət verərək vaxtını əsassız yerə ötürmüşdür. Yəni Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddəti üzrlü səbəb olmadan ötürülmüşdür. Belə ki, hazırkı mülki iş üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qətnamə xx.xx.2023- cü il tarixdə qarşılıqlı iddia üzrə cavabdeh X4 məxsus şəxsi elektron kabinetinə yerləşdirilmiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü xx.xx.2023-cü il hesab edilir. Lakin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuş, yəni qətnamə qarşılıqlı iddia üzrə cavabdeh X3 elektron kabinetində yerləşdirildikdən 4 ay 20 gün sonra apellyasiya şikayəti verilmişdir. Belə ki, buraxılmış müddətin bərpası üçün əsas həmin müddətin üzürlü səbəbdən buraxılması və bunun məhkəmə tərəfindən üzrlü hesab edilməsidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, apellyasiya şikayəti verilməsi üçün kifayət qədər müddət olmuş və cavabdeh X6 həmin müddəti üzrsüz səbəbdən buraxmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya hesab edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 135.5 və 135.6-cı maddələrinin tələbindən irəli gələrək məhkəmə qətnaməsi xx.xx.2023- cü il tarixdə qarşılıqlı iddia üzrə cavabdeh X4 məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-3354/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-3354/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3356/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3356/2025
26.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver