Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3361/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbi barədə” ilk, cavabdehin iddiaçıya və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə, Bakı Şəhəri Cavabdeh3na, Cavabdeh4 qarşı “alğı-satqı və bağışlama müqavilələrin etibarsız hesab edilməsi və sair tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 yanvar 2022-ci il tarixli qətnamədən ilk iddia üzrə İddiaçı və ilk iddia üzrə Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iddiaçının özünün və iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları a) ilk iddia ilə bağlı məlumat: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı X4 özünə məxsus olan və Bakı şəhər, ünvan 1 ünvanla ünvan 2n keçmiş arvadı olmuş Cavabdeh1 istifadə hüququna xitam verilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin ona (iddiaçıya) təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Arif Bayramov ilə Cavabdeh1 1996cı ildə nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikah Arif Bayramovun birinci nikahı pozulduqdan sonra, ikinci nikahı olmuşdur. Nikah, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07.10.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Daha sonra Tubu X3rşı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edilərək, yuxarıda qeyd edilən mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi, mənzilin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin 07.11.2019-cu il tarixli qətnaməsi (İş № 2(007)-2621/2019) ilə həmin iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin iddia, apellyasiya və kassasiya məhkəmələrinin baxış predmeti olmuş və məhkəmələr tərəfindən müəyyən edilmişdir iddia əsassızdır; mənzil birgə nikah dövründə əldə olunmuş mənzil deyil. Buna baxmayaraq Cavabdeh1 Arif Bayramovun xəbəri olmadan mənzilə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Cavabdeh1 hazırda mənzildən qanunsuz və Arif Bayramovun razılığı olmadan istifadə etməklə sonuncunun mülkiyyət hüquqlarını pozur. İddia ərizəsi əsasında Rayon Məhkəməsində hazırki mülki işin icraatı başlanmışdır. Arif Bayramovun Rayon Məhkəməsinə ünvanlandığı ərizə (iş v. 38) əsasında Rayon Məhkəməsi 01.11.2021-ci il tarixdə qəbul etdiyi qərardadla (iş v. 86) onu əsil iddiaçı (birinci nikahdan olan övladı) İddiaçı ilə əvəz etmişdir (Əsas: iş birinci instansiya məhkəməsinin icraatında olduğu dövrdə, yəni 16.10.2021-ci il tarixdə Arif Bayramov mənzili İddiaçı bağışlamışdır). Bundan sonra İradə Bayramova iddia tələbini müdafiə etmişdir. b) qarşılıqlı iddia ilə bağlı məlumat: Cavabdeh1 öz növbəsində Arif Bayramova, İddiaçı, Cavabdeh2 MTK-ya, Cavabdeh3na və Cavabdeh4 qarşı qarşılıqlı iddia ərizəsi və “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən yaşayış binasının 8 nömrəli mənzili Arif Bayramov ilə onun birgə mülkiyyətləri hesab edilməsi; Arif Bayramov ilə Cavabdeh2 MTK arasında, ünvan 3 ünvanında yerləşən yaşayış binasının sökülməsi səbəbi ilə həmin binanın 8 nömrəli mənzilinə dair bağlanmış “Alğı-satqı müqaviləsinin”, 8 nömrəli mənzilin əvəzinə verilmiş yeni binadakı 20 və 24 nömrəli mənzillərə dair həmin MTK ilə Arif Bayramov arasında bağlanmış müqavilələrin, 20 nömrəli mənzilin Cavabdeh4 satılması məqsədi ilə onun adına keçirilməsi barədə bağlanmış müqavilənin etibarsız hesab edilməsi; 24 nömrəli bir yaşayış otağından ibarət mənzilinə dair dövlət reyestrində aparılmış ilkin qeydiyyatın əsassız hesab edilməsi və 50 saylı Notariat Ofisində, Arif Bayramov ilə İddiaçı arasında bağlanmış 16.10.2021-ci il tarixli bağışlanma müqaviləsinin və onun əsasında aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin 15.04.2014-cü il tarixli, 161 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi ilə İ.Nəsimi küçəsinin kəsişməsindəki 2532-ci məhəllədə tikiləcək çoxmərtəbəli yaşayış binasının inşa ediləcəyi ərazidəki binalar, o cümlədən də ünvan 3 ünvanında yerləşən yaşayış binası sökülməli olduğundan və həmin binanın 8 nömrəli mənzili Arif Bayramovun adına olduğundan onunla Cavabdeh2 MTK arasında 18.04.2016cı il tarixli müqavilə bağlanmış və həmin müqavilə ilə onlar şərtlərlə ümumi razılığa gəlmişlər. Onlar arasında bağlanmış 18.04.2016-cı il tarixli müqavilə üzrə razılaşmaya görə Arif Bayramov adına olan mənzili boşaldıb MTK-ya təhvil verməyi MTK isə həmin mənzilin əvəzinə ona yeni tikiləcək binadan bir və iki yaşayış otağından ibarət iki mənzil verməyi öhdəsinə götürmüş və həmin mənzillərdən birində, yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 17, mənzil 24-də hazırda qeydiyyatda olmaqla yaşayır, eyni binada yerləşən ikinci mənzil isə, yəni iki yaşayış otağından ibarət, ümumi sahəsi 79 kv.metrə yaxın olan 20 saylı mənzil bu onlar arasındakı razılaşma əsasında iddiası üzrə digər cavabdeh olan Cavabdeh4, Arif Bayramovun adına olan müqavilənin Cavabdeh4 adına MTK tərəfindən keçirilməklə 85.000 manata satılmış və məbləğ Arif Bayramaova ödənilmişdir. Cavabdeh1 həmin 8 nömrəli mənzildən öncə dövlət tərəfindən order əsasında verilmiş, sonradan cavabdeh Arif Bayramovun mülkiyyətində olmuş ünvan 4 ünvanında yerləşən yaşayış binasının 18 saylı mənzildə Arif Bayramovla ər-arvad olaraq yaşamışlar. Sonra həmin 18 saylı mənzili 1998-ci ilin avqust ayının 22-də hazırki iş üzrə tərəf olmayan Zöhrə Quliyevaya həmin dövrə uyğun bazar qiymətinə 40.000.000 (köhnə miqyasla) manata indiki hesabla 8.000 manata satılıb. Satışdan əldə olunmuş pulun böyük hissəsi cavabdeh Arif Bayramovun istəyinə uyğun onun əvvəlki nikahından doğulmuş övladları arasında bölünmüş, yerdə qalmış hissəsinə ailənin büdcəsi hesabına əldə olunmuş pul əlavə olunmaqla elə həmin 1998-ci ildə də sözügedən, ünvan 3 ünvanında yerləşən yaşayış binasının 8 nömrəli mənzili, həmin dövrə uyğun bazar qiymətinə, yəni 48.000.000 manata, indiki hesabla 9.600 manata alınıb. ünvan 3 ünvanında yerləşən yaşayış binasının sökülməsi səbəbi ilə cavabdehlər arasında bağlanmış yeni mənzillərə dair müqavilələr, onun tərəf olaraq iştirakı ilə bağlanmadığı üçün qanuni sayıla bilməz. Belə ki, həmin müqavilələr üzrə verilmiş yeni mənzillərin əvəzinə sökülmüş ünvan 3 ünvanında yerləşən yaşayış binasının 8 nömrəli mənzili cavabdeh Arif Bayramovla birgə nikahda olduqları və ailə təsərrüfatını onunla birgə idarə etdikləri dövrdə alınıb ki, bu da sökülən mənzilin 1/2 hissəsinə onun mülkiyyət hüququnun olduğunu göstərir. Cavabdehlər Arif Bayramovla “Orbita MTK” öz aralarında müqavilə bağlayarkən müqaviləni təsdiq edən digər cavabdeh, Cavabdeh3, müqavilə predmetinə hüququ olan və yaxud ola bilməsi ehtimal olunan şəxslərin olub-olmadığını müəyyən etmədən tərəflər arasındakı müqaviləni təsdiq edib. Halbuki, qeyd olunan ünvan 3 ünvanında yerləşən yaşayış binası sökülməsi ilə əlaqədar həmin binanın, Arif Bayramovun mülkiyyətində olan 8 nömrəli mənzilinin yeni mənzillərlə əvəzləşdirilməsi ilə əlaqədar digər cavabdeh “Orbita MTK” ilə müqavilə bağlanarkən Arif Bayramov onunla nikahda olub, sökülən mənzildə o qeydiyyatda olmuş və həmin mənzil birgə nikah dövrü əldə olunmuş mənzil olub. Arif Bayramovun birinci nikahdan doğulmuş övladı İddiaçı adına olan qeydiyyat, eləcə də həmin qeydiyyata əsas olmuş bağışlama müqaviləsi və buna qədər əldə olunmuş mənzilə dair hüquqmüəyyən edən sənədlər, yəni mənzilin dövlət reyestrində ilkin qeydiyyatına əsas olmuş sənədlər də etibarsız sayılmalıdır. Sözügedən mübahisəli mənzilə dair aparılmış həmin əməliyyatlar həmin mənzil üzərində olan onun hüquqlarının pozulması ilə aparılmışdır. Qarşılıqlı iddia Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmiş və ilk iddia ilə birlikdə baxılmışdır. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.01.2022-ci il tarixli qətnamə ilə hər iki iddianın təmin edilməməsini qət etmişdir. Apellyasiya şikayətləri ilə bağlı məlumat İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdehlərdən biri olan) İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və ilk iddianın təmin edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Tuba Bayramova da həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Hər iki apellyasiya şikayəti, iş üzrə verilmiş iddia tələblərinin əsasları ilə eyni olduğundan Məhkəmə onları bir daha sadalamağa lüzum görmür. Hər iki apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə, ayrı-ayrılıqda mübahisələndirilən hissələrdə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışında iştirak etmiş şəxslərin mövqeyi İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdehlərdən biri olan) İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Tuba Bayramovanın verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər, özləri tərəfin verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin, habelə ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Tuba Bayramova və onun vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər, özləri tərəfin verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdilər. Cavabdeh1 və vəkili Vəkil2 növbəti apellyasiya baxışı iclasına gəlməmişlər. Cavabdeh1 gəlməməsinin səbəbi barədə məlumat verməmiş, Vəkil2 Məhkəməyə teleqram göndərərək isə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə digər tərəflərin nümayəndələri apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, iclasa gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Göstərilən hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, Bakı şəhər, ünvan 5 ünvanla ünvan 6üsusi mülkiyyət olan əmlak kimi X1 adına 17.06.2021-ci il tarixdə reyestrdə qeydiyyata alınmışdır. Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 27.09.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 02.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək yaşadığı ünvan 7i rayonu, B.Çobanzadə küçəsi, bina № 17-də yerləşən 24 saylı mənzil ünvanına qeydiyyata alınmasını xahiş etmiş və bu səbəbdən də, o, həmin ünvan üzrə qeydiyyata alınmışdır. 50 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək reyestrdə 4Ə-1898 № altında qeydə alınmış 16.10.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsindən” görünür ki, Arif Bayramov mülkiyyətində olan və ünvan 7i rayonu, B.Çobanzadə küçəsi, bina № 17-də yerləşən 24 saylı mənzili (yeni ünvanla ünvan 9 – İddiaçı bağışlamışdır. DƏDRX tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, Bakı şəhər, ünvan 5 ünvanla ünvan 6üsusi mülkiyyət olan əmlak kimi İddiaçı adına 19.10.2021-ci il tarixdə reyestrdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 26.10.2021-ci il tarixli arayışdan görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 02.04.2021-ci il tarixdən Arif Bayramov ilə bərabər ünvan 7i rayonu, B.Çobanzadə küçəsi, bina № 17-də yerləşən 24 saylı mənzil ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 20.06.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 4, 18 saylı mənzil Cavabdeh1 və A.Osmanovanın razılıq ərizələrinə əsasən 19.02.1997-ci il tarixdə A.Bayramovun adına qeydiyyatdan keçmişdir. Mənzil, 15 saylı Notariat Kontorunda 22.08.1998-ci il tarixdə bağlanmış müqaviləyə əsasən X2 adına özgəninkiləşdirilmişdir və hazırda da sonuncunun mülkiyyətindədir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 178140 №-li “Qeydiyyat vəsiqəsindən” görünür ki, ünvan 3 saylı evin 8 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Arif Bayramovun adına 08.10.1998-ci il tarixdə qeydiyyata alınmışdır. A.Bayramov ilə Cavabdeh2 MTK arasında bağlanmış 18.04.2016-cı il tarixli müqavilədən görünür ki, A.Bayramov Nizami rayonu, Ə.Hacıyev küçəsi, 6 saylı evin 8 saylı mənzilini boşaldaraq Cavabdeh2 MTK-ya təhvil verməkdən ibarət öhdəliyi, MTK isə bunun müqabilində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə inşa edilən 3 saylı binanın, 4-cü mərtəbəsindəki 24 saylı mənzili təmirli vəziyyətdə A.Bayramovun mülkiyyətinə verməkdən, yeni yaşayış sahəsi təmir edilənədək kirayə haqqı qismində hər ay 350 manat məbləğində pulu A.Bayramova kompensasiya olaraq ödəməkdən ibarət öhdəliyini qəbul etmişlər. 11.04.2016-cı il tarixli arayışdan görünür ki, MTK tərəfindən 3 saylı binadakı 4-cü mərtəbə,1 otaqlı, 24 saylı 57.85 kv metrlik yaşayış sahəsini, Nizami rayonu, Ə.Hacıyev küçəsi, ev 6-da istismar müddətini başa vurmuş 8 saylı mənzillə əvəzləşdirilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2621/2019 saylı iş üzrə qəbul etdiyi 07.11.2019-cu il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh1 cavabdeh Arif Bayramova qarşı irəli sürdüyü “ünvan 11 ünvanında inşa edilmiş 24 saylı mənzilin (hazırda yeni ünvanla ünvan 12ründə əldə edilmiş mülkiyyət olduğunun müəyyən edilməsi və həmin mənzilə 1/2 hissədə iddiaçının mülkiyyət hüququnun tanınması, eləcə də ünvan 11 ünvanında inşa edilmiş yaşayış binasının 20 saylı mənzilinin satışından əldə olunmuş 85.000 manat pulun 1/2 hissəsini təşkil edən 42.500 manat pulun Arif Bayramovdan tutularaq iddiaçıya verilməsi tələbi barədə” iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan məhkəmə aktlarından görünür ki, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.08.2020-ci il tarixli qətnaməsi (İş № 2(103)- 3709/2020) ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin həmin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.02.2021 tarixli qərarı (İş № 2(102)-1038/2021) ilə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərinə əsasən Məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı Arif Bayramovun birinci nikahdan olan övladıdır. Arif Bayramov ilə Cavabdeh1 1996-cı ildə nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikah Arif Bayramovun ikinci nikahı olmuşdur. Nikaha daxil olduqdan sonra Cavabdeh1 Arif Bayramovun istifadəsində olan və Bakı şəhəri, M.Abbasov küçəsi, bina 6 “A”-da yerləşən 18 saylı mənzilə köçmüşdür. Həmin mənzil 20.03.1970-ci il tarixli, 093806 saylı orderə əsasən Arif Bayramovun istifadəsində olmuş və 19.02.1997-ci il tarixdə Arif Bayramovun adına özəlləşdirilmişdir. Bu mənzil Arif Bayramov tərəfindən 22.08.1998-ci il tarixdə satılmış və satışdan əldə olunmuş pul vəsaiti hesabına ünvan 3 saylı evin 8 saylı mənzil alınmış və həmin mənzil də xüsusi mülkiyyət hüququ üzrə Arif Bayramovun adına 08.10.1998-ci il tarixdə qeydiyyata alınmışdır. Arif Bayramov, onunla Cavabdeh2 MTK arasında bağlanmış 18.04.2016-cı il tarixli müqaviləyə əsasən həmin mənzil MTK-ya təhvil vermiş, bunun əvəzində isə MTK Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə inşa edilən 3 saylı binanın, 4-cü mərtəbəsindəki 24 saylı mənzili təmirli vəziyyətdə Arif Bayramovun mülkiyyətinə vermişdir. Bundan sonra Arif Bayramov və Cavabdeh1 həmin binada yerləşən 20 saylı mənzilə köçərək orada 1 il yaşamış, daha sonra 24 saylı mənzilə köçmüşlər. Cavabdeh1 hazırda həmin mənzildə yaşayır. İlk iddia üzrə İddiaçı Cavabdeh1 ünvan 7i rayonu, B.Çobanzadə küçəsi, bina 17-də yerləşən 24 saylı mənzildən istifadə hüququna xitam verilməsi, cavabdehin həmin mənzildən çıxarılması və mənzilin ona (iddiaçıya) təhvil verilməsini xahiş edir. İlk iddia tələbi ilə bağlı iş üzrə tərəflər arasında yaranmış mübahisənin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilənləri nəzərə alan Məhkəmə mübahisənin həlli ilə bağlı bildirir ki, hazırki mübahisənin həlli 01.10.2009-cu il tarixədək Azərbaycan Respublikasında qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları baxımından həll edilməlidir. Çünki tərəflər arasında yaranan münasibətlər hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman yaranmışdır. Belə ki, ilk iddia üzrə Cavabdeh1 istifadə hüququna xitam verilməsi və çıxarılması tələb olunan mübahisəli mənzil onun mübahisəsiz qaydada istifadə hüququ yaranmış ünvan 13 ünvanında yerləşən 18 saylı mənzilin satışından əldə olunmuş vəsait hesabına əldə olunmuşdur. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Yuxarıda qeyd edilən şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Göründüyü kimi ilk iddia üzrə Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnun yaranması mübahisəsiz haldır. İlk iddia üzrə İddiaçı Cavabdeh1 mənzilə olan istifadə hüququna xitam verilməsi və onun çıxarılması barədə tələbini həmin mənzilin atası Arif Bayramov tərəfindən ona bağışlanmasına və özünün mülkiyyət hüququna əsaslanır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə görə, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İşin mübahisəsiz hallarından göründüyü kimi, mübahisəli mənzil cavabdehin istifadə hüququ ilə yüklü qaydada iddiaçının mülkiyyətinə keçmiş və bu hüquq hazırda da, mövcuddur. Mübahisəli mənzil iddiaçıya bağışlanan zaman cavabdeh istifadə hüququndan imtina ilə bağlı razılıq bildirməmiş, əksinə həmin vaxtı mənzildə yaşamağa davam etmişdir. Göstərilən əsasla cavabdehin istifadə hüququnun itirilməsi və bunun nəticəsində onun mübahisəli mənzildən çıxarılması qeyri-mümkündür. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ünvan 3 ünvanında yerləşən yaşayış binasının 8 nömrəli mənzilin mərhum A.Bayramov ilə nikah dövründə birgə əldə edilmiş əmlak olaraq tanınması, mənzilin alğı-satqısına dair bağlanmış müqavilənin, həmin mənzilin əvəzinə verilmiş yeni binadakı 20 və 24 nömrəli mənzillərə dair Cavabdeh2 MTK və Arif Bayramov arasında bağlanmış müqavilələrin və həmin mənzillərdən 20 nömrəli mənzilin Cavabdeh4 satılması məqsədi ilə onun adına keçirilməsi barədə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, ünvan 14 ünvanında inşa edilmiş binanın 24 nömrəli mənzilə dair dövlət reyestrində aparılmış ilkin qeydiyyatın əsassız hesab edilməsi və Arif Bayramov ilə İddiaçı arasında bağlanmış 16.10.2021-ci il tarixli “Bağışlama müqaviləsinin” və onun əsasında aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbi barədə işə baxmış Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Nizami Rayon Məhkəməsinin 2(007)-2621/2019 saylı iş üzrə qəbul etdiyi 07.11.2019-cu il tarixli qətnamədən görünür ki, yuxarıda artıq qeyd edilmiş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07.11.2019-cu il tarixli qətnaməsindən (İş № 2(007)- 2621/2019), Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.08.2020-ci il tarixli qətnaməsindən (İş № 2(103)-3709/2020) və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.02.2021 tarixli qərarından (İş № 2(102)-1038/2021) görünür ki, həmin qətnamələr ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsindəki 6 nömrəli evin 8 saylı mənzilinin, həmçinin həmin mənzilin sökülməsi nəticəsində əldə olunmuş 20 və 24 nömrəli mənzillərin həmin dövrdə ər-arvad olmuş Arif Bayramov ilə Cavabdeh1 birgə mülkiyyəti olmamışdır. Məhkəmə bildirir ki, MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımdan birmənalı olaraq qəbul edilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ünvan 3 ünvanında yerləşən yaşayış binasının 8 nömrəli mənzilin onunla Arif Bayramovun birgə mülkiyyətləri hesab edilməsi tələbi barədə iddiası əsassızdır və həmin mənzilə onun mülkiyyət hüququ olmadığı üçün Arif Bayramov ilə Cavabdeh2 MTK arasında həmin mənzilin sökülməsi barədə bağlanmış müqavilənin və əvəzində 20 və 24 nömrəli mənzillərin verilməsinə dair sonrakı müqavilələrin etibarsızlılığını mübahisələndirməyə onun subyektiv hüququ yoxdur. Həmçinin 20 nömrəli mənzilin Arif Bayramov tərəfindən Cavabdeh4 satılmasına dair müqavilənin etibarsızlığı, 24 nömrəli mənzilə dair ilkin qeydiyyatın əsassız hesab edilməsi, həmin mənzilin İddiaçı bağışlanmasına dair müqavilənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbləri də işin yuxarıda qeyd edilmiş mübahisəsiz hallarına əsasən rədd edilməlidir. Çünki 20 və 24 nömrəli mənzillər birgə nikah dövründə əldə olunmamış və həmin mənzillərə Cavabdeh1 mülkiyyət hüququ mövcud deyil. Apellyasiya instansiyası məhkəməsinin nəticəsi Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, ilk və qarşılıqlı iddialar əsassızıdır. Rayon Məhkəməsi hər iki iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Rayon Məhkəməsinin qətnaməsindən verilmiş hər iki apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir. Odur ki göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 yanvar 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3361/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3361/2022
20.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver