Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3364/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1 Cabir oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı kompensasiya ödəmək şərti ilə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1890/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı - Cavabdeh qarşı «cavabdehə kompensasiya ödəmək şərti ilə mənzildən istifadə hüquqlarının ləğv edilməsi» 25.000 manat kompensasiya ödənilməklə cavabdehin azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 22/29, 31 saylı mənzildən istifadə hüququna xitam verilməsinə, cavabdehlərin həmin mənzildən çıxarılmaları və iddiaçının həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 1890/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İşə apellyasiya qaydasında baxılarkən məlum olmuşdur ki, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1952/2023 nömrəli qərardadından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və həmin şikayətə baxılması üçün mülki işin onun icraatına verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımov Mülki Kollegiyanın sədrinə təqrirlə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili işin apellyasiya baxışından çıxarılması məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. 6.Cavabdehin vəkili məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə kollegiyası işə cavabdehin vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 384.0. və 384.0.6. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası mülki işin materiallarını və hakim Fərrux Qasımovun təqririni nəzərdən keçirərək hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-ci il tarixli, 2(103)-3364/2023 nömrəli qərardad ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1952/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün mülki iş hakim Fərrux Qasımovun icraatına verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı:
Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1890/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-ci il tarixli, 2(103)-3364/2023 nömrəli qərardad ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın və iş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1952/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün hakim Fərrux Qasımovun icraatına verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.