Məhkəmə qərarları › İş №2(103)-3365/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3365/2021

11.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3365/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər Cavabdeh5, X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1835/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh7 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1835/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir (iş səh.70). Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5528/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh5 tərəfindən veriolən apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh5 aid hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmiş və mülki iş üzrə məhkəmə qətnaməsi xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir (səh.85, 99, 110). xx xxxxxx 2021-ci il tarixində iş üzrə Cavabdeh2 və Cavabdeh7 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1835/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti verilmişdir. Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 04/2020№-li xx xxxxxxx 2020-ci il tarixli Qərardada əsasən apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Qeyd edilənlərə əsasən, işin yenidən baxılması mülki prosessual qanunvericilikdən sui-istifadəyə şərait yaradan hal kimi də yolverilməzdir və yalnız kassasiya (əlavə kassasiya) icraatı qaydasında baxıldıqdan sonra (zəruri bilinərsə) yenidən apellyasiya icraatı qaydasında işə baxılması mümkündür. Şərh olunanlara, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 9, 128 -133, 357, 360-366, 372 və 402-406-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1835/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 və Cavabdeh7 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar