Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3365/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3365/2025 (Açar sözlər: mənzildən istifadə hüququnun itirilməsi hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X9 və Kazımov Elşən Cəlaləddin oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı “mənzildən istifadə hüququnun itirilməsi hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-556/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 28 iyul 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 - ailə üzvləri X16, X10, X1 və X3 ilə birlikdə, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Səfxani küçəsi ev 9 B-yə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci ildə ünvan 1 ünvanda atası X4 məxsus evdə anadan olmaqla hal-hazıra kimi ailə üzvləri ilə birlikdə faktiki olaraq həmin ünvada yaşayır. Həmin ünvanda qeydiyyatda olmaqla yaşayan anası X11 xx.xx.2010-cu ildə, atası X6 xx.xx.2022-ci ildə vəfat etmişlər. Onların vəfatından sonra həmin evdə faktiki olaraq o və ailə üzvləri yaşasa da, həmin ünvanda qeydiyyatda olan, lakin uzun müddətdir ki, həmin qəsəbədə faktiki olaraq başqa ünvanda özlərinə məxsus evdə yaşayan cavabdehlər ailə üzvlərinin (arvadı və uşaqlarının) həmin ünvana qeydiyyata alınmasına, habelə evin onun adına rəsmiləşdirilməsinə razılq vermirlər ki, bu da onun və ailə üzvlərinin mənzil və digər hüquqları kobud surətdə pozmaqda davam edir. Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun sorğusuna Sabunçu RİHB-nin Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi M.Əsədovun verdiyi 22 dekabr 2023-cü il tarixli, Ns5-18-6/2-1100/23 saylı arayışda göstərilir ki, “Sizin, Sabunçu RİHB-nrn Nardaran qəsəbə inzibati ərazisi dairəsi üzrə nümayəndəliyinə ünvanladığınız 204 saylı xx.xx.2023ü il tarixli məktubunuza cavab olaraq bildiririk ki, qəsəbə sakini xx.xx.1980-cü il təvəllüdlü İddiaçı doğulduğu ildən indiyə kimi atası, xx.xx.2022-ci ildə vəfat etmiş X4 məxsus Nardaran qəsəbəsi ünvan 3 ünvanda yaşayır. Atasının vəfatından sonra ünvana faktiki sahiblik edir. Adlan qeyd olunan Cavabdeh1 və Cavabdeh2 ünvanda qeydiyyatdadrlar. Ancaq həmin ünvanda yaşamrlar.” Cavabdeh1 ailə qurması ilə əlaqədar olaraq 1995-ci ildən qəsəbənin X22 küçəsində yaşayır. Cavabdeh2 ailə qurması ilə bağlı 1994-cü ildən qəsəbənin ünvan 4 ünvanda yaşayır. Cavabdeh3 ailəsi birlikdə 2000- ci ildən qəsəbənin Zahid Xəlilov küçəsində yaşayır. Bundan başqa, Azərbaycan Respublikası DİN ASAN 5 xidmətinin verdiyi "Yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* nömrəli, xx.xx.2024-cü il tarixli Arayışı adıqdan sonra bilmişdir ki, yuxarıda adları göstərilən şəxslərdən başqa, onların uşaqları və digər şəxslər də onun və ailə üzvlərinin yaşadığı ünvan 5 ünvanda qeydiyyatdadırlar: Cavabdeh4, xx.xx.1995; Cavabdeh8,xx.xx.1991; Cavabdeh5, xx.xx.1998; X16, xx.xx.2015; X10, xx.xx.2016; Cavabdeh6, xx.xx.1996; Cavabdeh7, xx.xx.1997; X1, xx.xx.2008; X3, xx.xx.20011. Həmin şəxslərdən Cavabdeh5, X16, X10, X1 və X3 qardaşı Cavabdeh3 ailə üzvləri olmaqla faktiki olaraq onunla birlikdə Sabunçu rayonu, Nardaran qəsəbəsi Zahid Xəlilov küçəsində yaşayırlar. Cavabdehlərdən Cavabdeh4, Cavabdeh8, Cavabdeh6 və Cavabdeh7 onun ailə üzvü olmamaqla heç vaxt nə onunla, nə də ata-anası ilə birlikdə ünvan 6 ünvanda yaşamamışlar, onların həmin ünvana hansı əsasla qeydiyyata alınmaları ona məlum deyildir. Cavabdehlərin bəziləri uzun müddətdir ki. Onların yaşadığı evdən birdəfəlik köçməklə daimi olaraq başqa ünvanda özlərinə məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayırlar, bəziləri isə faktiki başqa ünvanda yaşasalar da, onların da qeydiyyatı onların yaşadığı ünvanadır ki, onlar da onların yerinə də kommunal xərcləri ödəyir, onlar həmin ünvana gəlmədikləri üçün ataanasının vəfatından sonra evi öz adına rəsmiləşdirə bilmir. Həmin şəxslərin onların ünvana qeydiyyatının saxlanması ilə onların seçki və sosial təminat hüquqlarının realizəsi, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yaradır. Belə ki. onların qeydiyyatda olduqları ünvan kimi, onlara çağırış vərəqələri, seçki bildrişləri və sair də həmin ünvana gəlir ki, bu həm onları narahat edir, həm də qeyd olunan sənədlər həmin şəxslərə vaxtında çatdırılmadığı üçün onların da hüquqlarının pozulmasına və vəzifələrinin yerinə yetirilməməsinə şərait yaradır. Adları qeyd olunan şəxslər uzun müddətdir ki, birdəfəlik köçüb daimi başqa ünvanlarda yaşadıqlarına görə onların həmin evdən istifadə hüquqları da itirilmişdir. Bu faktı qonşuları X5 (ş\v AZE N90854- 0605, Nardaran qəsə Səfxani evli] və Əskər-zadə Ramil Ağakişi oğlu (ş/v AA2448271, Səfxani küç.] təsdiq edə bilərlər. Başqa şəxslə nikaha daxil olmaqla köçüb daimi olaraq başqa ünvanda yaşadıqları üçün onların faktiki onun istifadəsində və sahibliyində olan evdən istifadə hüququ həmin vaxtdan itirilmişdir. Hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi ‘'Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Cavabdehlərin ailəsi ilə birlikdə yaşadığı evdə qeydiyyatda qalmaları onun həmin evdən istifadə hüquqlarının tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməyinə imkan vermir və maneə yaradır. Bu səbəbdən də onların ona məxsus evdə formal olaraq istifadə hüquqlarının qalması onun və ailə üzvlərinin hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və onların həmin evdən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməlidir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 556/2025 saylı qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia tələbi təmin edilməmişdir.
4. Məhkəmə öz mövqeyini 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87, 123-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 217.2, 217.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
6. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
7. Apellyasiya baxışında iştirak edən iddiaçı apelyasiya şikayətini və iddiadan Cavabdeh8 münasibətdə imtina edilməsi barədə ərizəsini müdafiə edərək, şikayətin qalan hissədə təmin olunmasını məhkəmədən xahiş etmişdir.
8. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini və iddiadan Cavabdeh8 münasibətdə imtina edilməsi barədə ərizəsini müdafiə edərək, şikayətin qalan hissədə təmin olunmasını məhkəmədən xahiş etmişdir.
9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Rеspublikası Kоnstitusiyası.
10. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
11. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
13. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
14. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
15. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
16. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi
17. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
18. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
19. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
20. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
24. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
25. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
26. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir.
31. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.
32. Belə ki, iş materiallarında olan Az-İİ 272298 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Qulu-zadə Hacıbala Xəlil oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Nardaran qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 5-18-6/2- 1100/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktuba əsasən adları qeyd qeyd olunan Cavabdeh1 və Cavabdeh2 ünvanda qeydiyyatdadırlar. Ancaq həmin ünvanda yaşamırlar. Cavabdeh1 ailə qurması ilə əlaqədar olaraq 1995 -ci ildən qəsəbənin, X22 küçəsində yaşayır. Cavabdeh2 ailə qurması ilə bağlı 1994-cü ildən qəsəbənin ünvan 4 ünvanda yaşayır. Cavabdeh3 ailəsi birlikdə 2000-ci ildən qəsəbənin Zahid Xəlilov küçəsində yaşayır
33. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X6 və X7 xx.xx.1969-cu il tarixdə 380 nömrəli akt qeydinə əsasən nikaha daxil olmuşlar.
34. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 7 ünvanında İddiaçı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, X16, X10, Cavabdeh6, Cavabdeh7, Cavabdeh1, X1, X3 qeydiyyatdadırlar.
35. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********61 nömrəli, xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasportda hüquq sahibinin soyadı Quliev, hüquqmüəyyənedici sənədlərdə isə Qulu-zadə kimi qeyd edildiyindən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.
36. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-49683/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 7 ünvanın qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir.
37. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki işin hallarına hər cavabdeh üzrə fərqli yanaşma tətbiq olunmalıdır.
38. Belə ki, işin faktiki hallarından görünür ki, Cavabdeh3 iddiaçının qardaşı olmaqla Cavabdeh5, X16, X10, X1 və X3 qardaşı Cavabdeh3 ailə üzvləri olmaqla faktiki olaraq onunla birlikdə Sabunçu rayonu, Nardaran qəsəbəsi Zahid Xəlilov küçəsində yaşayırlar. Cavabdeh3 həm birinci instansiya məhkəməsinə, həm də apellyasiya baxışı zamanı iddianın etirafı barədə ərizə təqdim edərək iddianı qəbul etdiyini bildirmişdir. Həmçinin Cavabdeh5 da onun ailə üzvü olaraq öz adından da notarial qaydada ərizə qəbul edərək iddianı qəbul etdiyini bildirmişdir.
39. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
40. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
41. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
42. Beləliklə, qeyd olunan işin hallarından göründüyü kimi Cavabdeh3 və Cavabdeh5 müvafiq olaraq iddiaçının qardaşı və qardaşı qızı olmaqla iddia tələbini qəbul etmiş, iddianın təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Bu halda məhkəmə hesab edir ki, iddia tələbi həmin şəxslərə dair hissədə əlavə araşdırılma aparılmadan təmin edilməlidir.
43. Bundan başqa cavabdehlərdən Cavabdeh7 iddiaçı ilə heç bir qohumluq münasibətlərində olmamaqla birinci instansiya məhkəməsində iddia tələbini qəbul edərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir və məhkəmə həmin cavabdehə münasibətdə də qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Lakin kollegiya hər bir halda Cavabdeh7 digər Cavabdeh1 ailə üzvü olması nəzərə alınaraq iddianın sonuncuya münasibətdə əsaslılığı yoxlanılan zaman Cavabdeh7 da münasibət bildiriləcəkdir.
44. Daha sonra apellyasiya baxışı zamanı iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbindən Cavabdeh8 münasibətdə onun həmin ünvanda qeydiyyatda olmaması səbəbindən imtina edildiyini və işə həmin hissədə xitam verilməsini xahiş etmiş, məhkəmə ərizəyə MPM-in 52.1 və 52.5-ci maddələrinin tələbləri baxımından qiymət verərək imtinanı qəbul etmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiadan Cavabdeh8 münasibətdə imtina edildiyindən iş üzrə icraata xitam verilmişdir.
45. Kollegiya cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə qeyd edir ki, onlar iddiaçının bacıları olmaqla iddia tələbini qəbul etmirlər və onlara münasibətdə iddianın əsaslı olub-olmamasına mahiyyəti üzrə baxılmaqla qiymət verilir.
46. Belə ki, işin təkzib edilməyən halı ondan ibarətdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş texniki pasporta əsasən mübahisəli əmlak mərhum X2 isitifadəsində olmuş, Qulu-zadə Hacıbala Xəlil oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmiş, iddiaçı isə doğulduğu vaxtdan indiyədək həmin əmlakı faktiki istifadə etməklə ailə üzvləri ilə birlikdə orada yaşamışdır.
47. Qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
48. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh1 ailə qurması ilə əlaqədar olaraq 1995-ci ildən, Cavabdeh2 isə ailə qurması ilə bağlı 1994-cü ildən həmin ünvanda yaşamırlar.
49. Qeyd edilənlər onu deməyə əsas verir ki, mübahisəli ev rəsmi dövlət qeydiyyatına alınmadığından mərhumun ölümü zamanı miras əmlakı kütləsinə rəsmi daxil edilməsə də, həmin əmlaka iddiaçı tərəfindən faktiki sahiblik edilmiş və bununla da həmin əmlaka qanuni gözləntisi yaranmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə nəinki atalarının vəfatı vaxtı, ümumiyyətlə, 1994-1995-ci ildən etibarən həmin evdə yaşamamış və faktiki sahibliyi həyata keçirməmişlər.
50. İş materiallarından həmçinin görünür ki, 17 saylı Notariat ofisi tərəfindən verilmiş 2V-228 nömrəli xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinə əsasən mərhum Qulu-zadə Hacıbaba Xəlil oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh3, İddiaçıdur və onlar buraxılış ili 2006-cı il olan X20 markalı 10SX978 dövlət qeydiyyat nişanlı avtomobildən hər biri 1/3 hissə olmaqla irs alırlar.
51. Mülki Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
52. Kollegiya işin hallarına sözügedən maddənin tələbləri baxımından da qiymət verməyi zəruri hesab edərək bildirir ki, Cavabdeh1 (Cavabdeh3 iddianı qəbul etdiyindən ona münasibət bildirilmir) tərəfindən mirasın heç bir hissəsinə faktiki sahiblik və ya idarə edilməmiş, bu halda mirasın bütövlükdə qəbulu da baş verməmişdir.
53. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddanı qaldırmaqda subyektiv hüquqa sahib olmaqla mübahisəli əmlaka tam faktiki sahiblik etmiş, nəticədə qanuni gözləntisi yaranmış və ona mülkiyyətçi hüquqları ilə sahiblik edərkən hazırki iddianı qaldırmağa əsası yaranmışdır.
54. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarının itirilməsinə dair hissədə isə məhkəmə aşağıdakıları qeyd edir.
55. Belə ki, iş materiallarında olan Sabunçu rayon İcra hakimiyyəti başçısının Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, avabdehlər Cavabdeh2 və Cavabdeh1 və onların ailə üzvləri doğulduqları gündən, yəni nəticə etibarilə 2000-ci ilin 01 sentyabrdan əvvəl qeyd edilən mübahisəli mənzilə qeydiyyata düşmüşlər və həmin tarixdən də istifadə hüquqları yaranmışdır. Ona görə də qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırki iddia üzrə mübahisəyə köhnə Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) müddəaları tətbiq edilməlidir.
56. Həmin Məcəllənin 53 və 54-cü maddələrinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
57. İcarədar ilə birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə etmək hüququna malik olması qanunda təsbit edilməklə yanaşı, bu hüququn aradan qalxma əsasları da nəzərdə tutulmuşdur.
58. Həmin Məcəllənin 60-cı maddəsinə görə, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”.
59. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.
60. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir.
61. Kollegiya yuxarıda qeyd olunan qanunvericilik normalarını əsas tuturaq qeyd edir ki, iş materiallarından göründüyü kimi, Cavabdeh1 ailə qurması ilə əlaqədar olaraq 1995-ci ildən qəsəbənin X22 küçəsində yaşayır. Cavabdeh2 isə ailə qurması ilə bağlı 1994-cü ildən qəsəbənin ünvan 4 ünvanda yaşayır.
62. Beləliklə, iş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi cavabdehlər və onların ailə üzvləri olab digər cavabdehlər mübahisəli mənzildə nəinki 6 ay, 1994-1995-ci illərdən etibarən, ümumiyyətlə, yaşamadığından və hazırki mənzilə ehtiyaclarının müəyyən olunmaması səbəbindən onların həmin mənzilə istifadə hüququ itirilmiş hesab olunmalıdır. Həmçinin qeyd edilənlər hazırki halda mübahisəli mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir.
63. Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin əsasları” fəsilində (13-cü maddə) mülkiyyətə ayrıca yer ayrılması ölkə qanunvericiliyinin bu seqmentə olan əhəmiyyətli yanaşmasının təzahürüdür. Həmçinin ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) mülkiyyət hüququ nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.
64. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində qeyd olunmuşdur ki, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
65. Bu halda Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə işə mövcud sübutlar əsasında baxaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququnun saxlanmasına dair hər hansı qanuni əsas müəyyən edilmədiyindən, o cümlədən digər cavabdehlər Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 (birinci instansiya məhkəməsində iddianı qəbul etmişdir) da onların ailə üzvləri (oğulları) olduqlarından, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
67. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
68. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
69. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
70. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
71. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti tam təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumlarının əvəzi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)-556/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 mübahisə olunan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Səfxani küçəsi 9B saylı evdən istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumlarının əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov