Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3366/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh1 X9 Səhmdar Cəmiyyətinin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 SŞ ASC-yə və “X12 Əməliyyatları və Ticarət İşləri” MMCyə qarşı “pulun tutulması” tələbinə dair 2(009)-453/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC-yə və “X12 Əməliyyatları və Ticarət İşləri” MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Sığorta Şirkətindən 37174,62 manat sığorta ödənişinin tutulması, cavabdehlər “X12 Əməliyyatları və Ticarət İşləri” MMC-dən və Sığorta Şirkətindən müştərək qaydada 100 manat hüquqi xidmətləri üzrə xərcin və 1000 manat mənəvi zərərin əvəzinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin fevral ayından “X12 Əməliyyatları və Ticarət İşləri” MMC-də usta işləmişdir. Fevral ayından işləməsinə baxmayaraq onunla əmək müqaviləsi xx xxxx 2016-cı il tarixdə rəsmiləşdirilmişdir. Həmin vaxtdan Aeroport-Zığ şossesi kənarında yerləşən “Xəyal Adaları”nda tikilən çoxmərtəbəli yaşayış binalarının tikintisində aparılan işlərə cəlb olunmuşdur. İşi binanın fasadına suvaq vurmaq idi. xx.xx.2016-cı il tarixində həmin tikinti sahəsindəki 5-mərtəbəli binanın 5-ci mərtəbəsində suvaq işlərini həyata keçirən zaman təxminən saat 14-15 radələrində binanın xaricində quraşdırılmış dəmir tikilidən sürüşərək yıxılmışdır. Buna səbəb qoruyucu kəmərin köhnə olması və qırılması olmuşdur. Elə həmin gün “X12 Əməliyyatları və Ticarət İşləri“ MMC-nin vəzifəli şəxsləri tərəfindən baş vermiş hadisə barəsində 01 nömrəli akt tərtib edilmiş. Bu aktla onun iş yerində, bilavasitə əmək funksiyalarını yerinə yetirən zaman xəsarət almağı və buna səbəb əməyin mühafizə qaydalarının pozulması və qoruyucu kəmərin qırılmasının olması təsdiq olunur. Uzun sürən müalicələrdən sonra ona xx.xx.2017-ci il tarixində əmək qabiliyyətinin 70 faiz itirilməsi ilə İİ qrup əlillik təyin edilmişdir. İşlədiyi “X12 Əməliyyatları və Ticarət İşləri” MMC ilə Cavabdeh1 Sığorta Şirkəti arasında ATE 14030010 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" müqaviləsi bağlanmış və o, 37174.62 manat məbləğində sığorta olunmuşdur. Sığorta ödənişinin aparılması üçün o, işçisi olduğu “X12 Əməliyyatları və Ticarət İşləri” MMC-yə müraciət etmişdir. Müraciətinə hər hansı cavab verilmədiyini görüb, Cavabdeh1 Sığorta Şirkətinə müraciət etmişdir. Lakin sonuncu, sığorta hadisəsinin hansı şəraitdə baş verməsi və onun sığorta hadisəsinin olubolmamasını müəyyən etmək imkanından məhrum olmasını bəhanə edərək ona qanuni sığorta ödənişini etməkdən imtina etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1(010)- 88/2018 saylı hökmü ilə onun xx.xx.2016-cı il tarixində iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində “həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma” dərəcəsində xəsarət alması, o cümlədən, “X12 Əməliyyatları və Ticarət İşləri” MMC-nin vəzifəli şəxslərinin bu işdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan məhkəmə hökmündən tərəflər şikayət verməmiş və məhkəmə hökmü qanuni qüvvəsini almişdir. Onun məhz iş yerində əmək funksiyalarını yerinə yetirən zaman baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almağı, xx xxxxxx 2018-ci il tarixli, 191 nömrəli və xx xxxxxxx 2018-ci il tarixli, 837 nömrəli canlı şəxsin məhkəmə tibb ekspertizaları, xx xxxxxx 2017-ci il tarixli, 27696 nömrəli əmək təhlükəsizliyinin tədqiqi barədə ekspertiza rəyləri ilə bir daha təsdiq olunur. Azərbaycan Respublikasının cinayət və mülki qanunvericiliyinə əsasən, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən olunmuş hallar, bununla əlaqəli digər məsələlərin həlli zamanı tərəflər üçün məcburidir və tərəfləri sübutetmə vəzifəsindən azad edir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1(010)-88/2018 saylı hökmü Cavabdeh1 Sığorta Şirkətinə hadisənin məhz sığorta hadisəsi olması və sığorta ödənişinin edilməsi üçün onun əmək qabiliyyətinin nə dərəcədə itiriməsini müəyyən etmək imkanı verir. Qeyd olunan məhkəmə hökmünün surətini də əlavə etməklə, sığorta ödənişinin və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə “X12 Əməliyyatları və Ticarət İşləri" MMC-yə və Cavabdeh1 Sığorta Şirkətinə təkrar müraciət etsə də, xeyri olmamışdır. Odur ki, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-453/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh1 Sığorta Şirkəti ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7317/2019 nömrəli,xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 Sığorta Şirkəti ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-773/2020 saylı qərarı ilə Cavabdeh1 X9 Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)- 7317/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Yeni apelyasiya baxışı zamanı Cavabdeh1 Sığorta Şirkəti ASC-nin təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, həm birinci həm də, apellyasiya instansiya məhkəməsi müddətli əlillik təyin olunan iddiaçıya sığorta məbləği həddində birdəfəlik ödəniş təyin edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və tətbiq edilməli normaları tətbiq etməmiş, bununla da qanuni olmayan və əsasız qətnamə qəbul etmişlər. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, “X12 Əməliyyatları və Ticarət İşləri” MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 026 saylı əmək müqaviləsinə əsasən, sonuncu usta vəzifəsinə işə qəbul edilmiş, işçiyə hər ay 220 manat əmək haqqı ödənilməsi müəyyən edilmişdir. Cavabdeh1 Sığorta Şirkəti ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış ATE14030010 №-li xx.xx.2015-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə 01004 №-li, xx.xx.2016-cı il tarixli Əlavə Razılaşmaya əsasən, tərəflər sığorta olunanların Siyahısında (hazırkı Razılaşmaya 1 №-li Əlavə) göstərilən şəxsləri əlavə olaraq xx.xx.2016-cı il tarixinədək sığortalamaq və ya müvafiq dəyişiklikləri etmək barədə əlavə razılığa gəlmişlər. ATE14030010 №-li müqaviləyə əlavə № 01004-sığorta olunanların siyahısına əsasən, İddiaçı Hafiz oğlu (usta, fəhlə) 37174,62 manat məbləğində sığorta olunmuşdur. İddiaçı xx.xx.2016-cı il tarixində Aeroport-Zığ şossesi kənarında yerləşən “Xəyal Adaları” adlanan tikinti sahəsində baş vermiş hadisə nəticəsində xəsarət almışdır. xx.xx.2017-ci il tarixdə İddiaçı əmək zədəsi nəticəsində əmək qabiliyyətinin 70% itirilməsi ilə 5 (beş) il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh1 Sığorta Şirkətinin “X12 Əməliyyatları və Ticarət İşləri” MMC-yə və İddiaçı Hafiz oğluna ünvanlanmış xx.xx.2018-ci il tarixli, H87/18 nömrəli məktubuna əsasən, İddiaçı xx.xx.2016-cı il tarixində Aeroport-Zığ şossesi kənarında yerləşən “Xəyal Adaları” adlanan tikinti sahəsində baş vermiş hadisə nəticəsində xəsarət alması, həmçinin baş vermiş hadisənin təhqiqatının gec məlumat vermə səbəbilə müvafiq komissiya tərəfindən yalnız xx.xx.2017-ci il tarixində başlanılması, təhqiqatın aparılması barədə Cavabdeh1 Sığorta Şirkətinə məlumat verilməməsi, adıçəkilən hadisə barədə məlumatın Cavabdeh1 Sığorta Şirkətinə xx.xx.2017-ci il tarixində, yəni hadisə baş verdiyi tarixdən 508 gün sonra daxil olması, hüquq-mühafizə orqanları tərəfindən də həmçinin, hadisənin araşdırılmasına 2017-ci ildə başlanılması, bu səbəbdən iş üzrə mövcud sənədlərdə sığorta ödənişinin verilib-verilməməsi barədə qərarın qəbul edilməsi üçün əsas olan, hadisə baş verən zaman sığorta olunanın alkoqollu içkilər və ya digər maddələrin təsirindən sərxoş olubolmaması barədə məlumatın, eləcə də digər əhəmiyyətli məlumatların mövcud olmaması səbəbindən sığorta hadisəsinin hansı şəraitdə baş verməsi və onun sığorta hadisəsi olubolmamasını müəyyən etmək imkanından məhrum olmasını əsas gətirərək sığortaçı Cavabdeh1 Sığorta Şirkəti sığorta ödənişinin verilməsindən imtina etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 1(010)- 88/2018 saylı hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin direktoru Arifoğlu X8 texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu vəzifələrin yerinə yetirilməsinə cinayətkarcasına etinasızlıq göstərib “İİİ-4-80 tikinti norma və qaydaları”nın 4.6-cı bəndi və 1.3 tələblərini və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də tikinti işləri üzrə nəzarətçi vəzifəsində işləməklə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş X6 bu vəzifələrin yerinə yetirilməsinə cinayətkarcasına etinasızlıq göstərərək “Tikinti. Qoruyucu kəmərlər 12.4.089- 80 Dövlət Standartı”nın 1.4, 1.6, 1.20, 1.27 bəndlərinin, eyni zamanda tikinti üzrə nəzarətçinin vəzifə təlimatının tələblərini pozması nəticəsində İddiaçı ona verilmiş istismara yararsız təhlükəsizlik kəmərindən istifadə edərək xx xxxxx 2016-cı il tarixdə saat 14-15 radələrində qeyd olunan ünvanda pəncərələrin qıraqlarının suvaqla doldurulması işini həyata keçirən zaman əvvəlcədən müəyyən edilmiş yerə kəmərini bağlamasına baxmayaraq, kəmərin qırılması nəticəsində yıxılaraq sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilən xəsarətlər almışdır. İddiaçı ona göstərilən hüquqi xidmətə görə Bakı şəhər 6 saylı vəkil bürosuna xx xxxxxxx 2018-ci il tarixli, GİG/ 2 793795 mədaxil qəbzlə 100 manat məbləğində ödəniş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sığorta ödənişi məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli, 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası”nın tələbləri nəzərə alınaraq hesablanmalı idi. İş üzrə sığorta müqaviləsi icbari olduğu üçün ödənişin hesablanması və ödənilməsi normativ hüquqi aktlarla tənzimlənir. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.13-cü maddəsinə əsasən, sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatıdır. Qanunun 2.0.15-ci maddəsinə əsasən, sığorta məbləği - icbari sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin son həddidir. Qanunun 16.1.1-16.1.3-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq faydalanan şəxslərə aşağıdakı sığorta ödənişləri verilir: aylıq sığorta ödənişi; birdəfəlik sığorta ödənişi; əlavə sığorta ödənişi. Qanunun 16.2-ci maddəsinə görə, aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır. Qanunun 16.3, 16.3.1-3cü maddələrinə əsasən, birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir: sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edildikdə; sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda; sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə. Qanunun 17.1ci maddəsinə əsasən, aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Qanunun 18.1-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli, 196 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları”nın 2.1.1-ci yarımbəndinə əsasən, aylıq sığorta ödənişləri - sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin TSEK tərəfindən müəyyən edildiyi tarixdən hesablanmaqla, sığorta ödənişinin verildiyi hər təqvim ayının 25-dən gec olmayaraq ödənilir. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli, **********8 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin xx.xx.2017-ci il tarixli, 0311003AAKFG saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və “Onurğanın dəqiqləşdirilməmiş səviyyədə sınığı, Qapalı onurğa sütunu onurğa beyni travması,C6 fəqərəsinin qapalı sınığı. Onurğa beyninin dəqiqləşdirilməmiş xəstəliyi, Postoperatıv mielopatiya. Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması ilə” diaqnozuna görə ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Bildiririk ki, əlilliyin səbəbi səhiyyə müəssisəsi tərəfindən seçilmişdir. İddiaçı əlillik vəziyyəti növbəti dəfə səhiyyə müəssisəsinin xx.xx.2017-ci il tarixli 0311003AAKJY saylı göndərişi əsasında şəxsin iştirakı olmadan xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və “Onurğanın dəqiqləşdirilməmiş səviyyədə sınığı, Qapalı onurğa sütunu onurğa beyni travması,C6 fəqərəsinin qapalı sınığı. Onurğa beyninin dəqiqləşdirilməmiş xəstəliyi, Postoperativ mielopatiya. Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması ilə. Onurğanın osteoxondrozu, bel-oma fəqərələrinin osteoxondrozu, L5-S1 fəqərəarası diskin sağ tərəfli yırtığı” diaqnozuna görə “əmək zədəsi” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik və 70% (yetmiş faiz) əmək qabiliyyətinin itirlmə faizinin təyini barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin xx.xx.2019-cu il tarixli, 0311003AAMTC saylı göndərişi əsasında şəxsin iştirakı olmadan xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və “Onurğanın dəqiqləşdirilməmiş səviyyədə sınığı, Qapalı onurğa sütunu onurğa beyni travması,C6 fəqərəsinin qapalı sınığının qalıq əlamətləri. Sağ tərəfli dərin hemiparez (sağ yuxarı ətrafda əzələ qüvvəsi 1-2 bal,sağ aşağı ətrafda 2-3 baldır),sağ yuxarı ətrafda tutma funksiyasının tam pozulması ilə.Yerişin çətinləşməsi,çanaq orqanları funksiyasının pozulması ilə (sidiyi saxlamamaq tip).Özünə xidmət zamanı köməyə ehtiyac, Xəstənin kənar şəxsin qulluğuna ehtiyacı var. Onurğa beyninin dəqiqləşdirilməmiş xəstəliyi, Postoperativ mielopatiya. Bel - oma fəqərələrinin osteoxondrozu,L5-S1 fəqərəarası diskin sağ tərəfli yırtığıı” diaqnozuna görə “əmək zədəsi” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik və 95%(doxsan beş faiz) əmək qabiliyyətinin itirlmə faizinin təyini barədə qərar verilmişdir. Bildirmişlər ki, 2016-cı ildə alınmış travma nəticəsində 2019-cu ildə xəstənin səhhətinin ağırlaşması köməkçi diaqnostik müayinələr və stasionar müalicələrlə əsaslandırılmır. Ona görə də İddiaçı 2016-cı ildə istehsalatda aldığı travma nəticəsində əmək qabiliyyətinin itirilmə faizinin obyektiv qiymətləndirilməsi üçün əyani ekspertiza müayinəsinə ehtiyac vardır. Bununla əlaqədar İddiaçı əmək qabiliyyətinin itirilmə faizinin obyektiv qiymətləndirilməsi üçün məhkəmə tibb ekspertizanın təyin edilməsini zəruri hesab edirlər. Həmin Agentliyin Cavabdeh1 SŞ ASC-nin təmsilçisinə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********8 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı Hafiz oğlunun əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0311003AAKFG saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və “Onurğanın dəqiqləşdirilməmiş səviyyədə sınığı, Qapalı onurğa sütunu onurğa beyni travması,C6 fəqərəsinin qapalı sınığı.Onurğa beyninin dəqiqləşdirilməmiş xəstəliyi, Postoperativ mielopatiya.Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması” diaqnozu ilə beş il müddətinə ümumi xəstəlik səbəbi ilə ikikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0311003AAKJY saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə və 0311003AAMTC saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixlərdə təkrar qiymətləndirilmiş və “əmək zədəsi” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik və 70%(yetmiş faiz) əmək qabiliyyətinin itirilməsi barədə qərar verilmişdir. Bildirirlər ki, hər bir halda qiymətləndirmə həmin vaxtlar “Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 haqqında Əsasnamə”yə müvafiq olaraq səhiyyə müəssisəsinin göndərişi əsasında şəxsin iştirakı olmadan Əlillik altsistemi üzərindən həyata keçirilb. Buna görə də əlilliyin təyininə əsas verən tibbi sənədlər aidiyyəti üzrə göndərişi rəsmiləşdirən səhiyyə müəssisəsində saxlanılır. Həmin Agentliyin Cavabdeh1 SŞ ASC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********7 saylı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq İddiaçı əlillik vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 0311003AAKFG nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və "Onurğanın dəqiqləşdirilməmiş səviyyədə sınığı, Qapalı onurğa sütunu onurğa beyni travması, C6 fəqərəsinin qapalı sınığı. Onurğa beyninin dəqiqləşdirilməmiş xəstəliyi. Postoperativ mielopatiya. Hərəkətin və yerişin pozulmaları, yerişin pozulması” diaqnozu ilə ümumi səbəbdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti dəfə İddiaçı əlillik vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 0311003AAKJY nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ona “əmək zədəsi" səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik və əmək qabiliyyətinin 70% (yetmiş faiz) itirilməsi təyin edilmişdir. Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 0311003AAMTC nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və “əmək zədəsi" səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik və 95% (doxsan beş faiz) əmək qabiliyyətinin itirilməsi təyin edilmişdir. Əmək qabiliyyətinin itirilməsi faizinin dəqiqləşdirilməsi və müvafiq qərar qəbul edilməsi üçün İddiaçı Agentlikdə müayinə olunması məqsədəuyğundur. Kollegiya hesab edir ki, hazırki işdə istehsalatda bədbəxt hadisənin baş verməsi işin mübahisəsiz halıdır. Lakin, qeyd edilən 37174,62 manat sığorta məbləğinin müqavilədə göstərilməsi hələ həmin məbləğin bütövlükdə iddiaçıya ödənilməsi üçün hüquqi əsas yaratmır. İddiaçı xx.xx.2016-cı il tarixində baş vermiş hadisə nəticəsində xəsarət almış və xx.xx.2017-ci il tarixdə ona dəymiş zədə nəticəsində əmək qabiliyyətinin 70% itirilməsi ilə 5 il müddətində ikinci dərəcəli əlillik təyin edilmişdir. Qeyd edilənlər iddiaçıya qanuna uyğun olaraq birdəfəlik sığorta ödənişi verilməsi üçün hüquqi əsas olmadığını və iddiaçıya yalnız aylıq sığorta ödənişinin verilməsinin mümkün olduğunu göstərir. İddiaçının əmək haqqının 220 manat təşkil etdiyi və peşə əmək qabiliyyətini 70% itirilməsi nəzərə alınarsa, o zaman onun aylıq əmək haqqının itirilmiş peşə əmək qabiliyyətinə nisbəti 154 manat təşkil etməlidir. Belə olan halda qanunvericiliyin və iş materiallarının tələbləri nəzərə alınmaqla iddiaçıya xx.xx.2017-xx.xx.2019-cu ilədək aylıq 154 manat sığorta ödənişi təyin edilməli idi. İddiaçı əlillik vəziyyəti xx.xx.2019-cu il tarixdə yenidən qiymətləndirilərək əmək zədəsi səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik və 95% (doxsan beş faiz) əmək qabiliyyətinin itirilməsi müəyyən edilmişdir. İddiaçının əmək haqqının 220 manat təşkil etdiyi və peşə əmək qabiliyyətini 95% itirilməsi nəzərə alınarsa, o zaman onun aylıq əmək haqqının itirilmiş peşə əmək qabiliyyətinə nisbəti 209 manat təşkil etməlidir. Belə olan halda qanunvericiliyin və iş materiallarının tələbləri nəzərə alınmaqla iddiaçıya xx.xx.2019cu ildən aylıq 209 manat sığorta ödənişi təyin edilməli idi. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə görə isə, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 X9 Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-453/2019 saylı mülki iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh1 Sığorta Şirkəti X4rşı iddianın təmin olunmuş hissəsində ləğv edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh1 X9 Səhmdar Cəmiyyətindən xx xxxxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək müddətə İddiaçı əmək qabiliyyətinin 70 faiz itirilmə dərəcəsinə uyğun olaraq hər ay 154 manat hesablanılmaqla, cəmi 3542 (üç min beş yüz qırx iki) manat sığorta ödənişi, xx xxxxxx 2019-cu il tarixdən İddiaçı əmək qabiliyyətinin 95 faiz itirilmə dərəcəsinə uyğun olaraq hər ay 209 manat sığorta ödənişi məbləği tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 X9 Səhmdar Cəmiyyətindən hüquqi xidmət xərcinə görə 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3366/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3366/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver