Məhkəmə qərarları › İş №2(103)-3367/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3367/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3367/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, X5, onun nümayəndəsi və vəkili X6, X7 nümayəndəsi və vəkili X11, X4 vəkiliMəmmədov Rövşən Abdulla oğlunun iştirakı ilə, X17, X23 və X9 X18, X21, X12, İddiaçı, X19, X13 və X14 (maraqlarına toxunulan şəxs: X15) qarşı “pulun ödənilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və s.” barədə ilkin; X8 X17, X23 və X16 qarşı “pulun ödənilməsi” haqqında qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsindən ilkin iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə və İddiaçı X17, X23 və X16 (X18 və başqalarının üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “ziyanın ödənilməsi və s.” barədə ilkin, X17, X23 və X9 İddiaçı qarşı “zərərin ödənilməsi” haqqında qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və X17 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əminə Nağıyeva, Naibə Nağıyeva və Leyla Nağıyeva, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə mürcaiət edərək, cavabdehlərdən verilmiş borcun əvəzi kimi 50.000 manat və vurulmuş maddi zərərin əvəzi kimi 48.000 manatın tutulması, “BMW 530” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli; “BMW 530İ” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2013-cü il tarixli və 20.012.2013-cü il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillərin cavabdehlərdən alınaraq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlham Qənbərov, qarşılıqlı iddia verərək, cavabdehlərdən müştərək qaydada 54.624 ABŞ dolları məbləğində pulun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə, ilkin iddia qismən təmin edilərək, cavabdeh İlham Qənbərovdan 50.000 manat pul tutulması, ilkin iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tam rədd olunması qət edilmişdir. Əminə Nağıyeva, Naibə Nağıyeva və Leyla Nağıyeva, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilkin iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilərək, “BMW 530İ” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2013-cü il tarixli və 20.012.2013-cü il tarixli; “BMW 530” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, “BMW 530” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Sevinc Quliyevadan, “BMW 530İ” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Seymur Məhərrəmovdan alınaraq, iddiaçılara qaytarılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə, İlham Qənbərovun verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Fuad İmaməliyev, işdə iştirak etməyə cəlb olunmayan, lakin məhkəmə aktları ilə maraqlarına toxunulan şəxs kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edərək, MPM-in 423-cü maddəsinə əsasən kassasiya insitansiya məhkəməsinin qərarından təqdimat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2019-cu il tarixli qərarı ilə, təqdimat təmin edilmiş, iş üzrə Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərarı və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi “BMW 530” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin avtomobilin cavbadehlərdən alınaraq iddiaçılara verilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. Bundan başqa, İddiaçı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldıraraq, Əminə Nağıyeva, Naibə Nağıyeva və Leyla Nağıyevadan müştərək qaydada “BMW530” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “Suraxanı” filialı ilə Aydın Nağıyev arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Lənkəran filialına ödənilmiş 39.624 ABŞ dolları, “BMW530İ” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınmasına görə ödənilmiş 15.000 ABŞ dolları, “BMW530İ” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Aydın Nağıyevin adından X28 Həsənov arasında bağlanmış xx.xx.2013-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilməsini nəzərə alıb, həmin avtomobilə görə ödənilmiş 20.000 manat, “BMW530” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X24 Quliyeva arasında bağlanmış xx.xx.2016-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilməsini nəzərə alıb, həmin avtomobilə görə ödənilmiş 18.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq onun xeyrinə ödənilməsi, həmçinin eyni tərəflər arasında əqdlərin etibarsızlığı ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə qəbul ediləcək qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olmasının göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əminə Nağıyeva, Naibə Nağıyeva və Leyla Nağıyeva, qarşılıqlı iddia verərək, 50.000 manat maddi və 50.000 manat mənəvi zərərin İddiaçı tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, ilkin iddia və qarşılıqlı iddia rədd olunmuşdur. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin qismən-ilkin iddianın rədd edilməsi hissəsində ləğv, ilk iddianın tam təmin olunması, qarşılıqlı iddianın rədd olunması hissəsində isə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, sözügedən avtomobillərin alınması üçün vəsaitlər İddiaçı vəsaiti hesabına ödənilmiş və bu hal isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-874/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsi) ilə müəyyən edilmişdir. Həmin hal, hazırkı iş üzrə preyudisial hesab olunaraq, sözügedən pul vəsaitləri cavabdehlərdən alınaraq ona ödənilməlidir. Bundan başqa, ilham Qənbərov da, xx.xx.2019-cu il tarixli məhkəmə iclasında bildrmişdir ki, Aydın Nağıyevlə atasının, həmçinin onun dostluq münasibətləri olmuş, mərhumun dəfnində ailəlikcə iştirak etmişdir. “BMW 530” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün banka ödənilmiş vəsaiti o göndərmiş, İddiaçı da 39.624 ABŞ dollarını banka ödəmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən qarşılqlı iddianın rədd olunmasının əvəzinə əslində icraata xitam verilməli idi. Belə ki eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-874/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi) vardır. Həmin qətnamə ilə, bu iş üzrə qarşılıqlı iddiaçıların 50.000 manat borcun tutulması tələbi təmin edilmiş, 48.000 manat maddi ziyanın ödənilməsi tələbi isə rədd olunmuşdur. Qarşılıqlı iddiaçılar həmin 48.000 manatı hazırkı iş üzrə 50.000 manatla əvəz etməklə, guya başqa predmetlə iddia qaldırmaq görüntüsü yaratmışlar. Eyni zamanda, birinci instansiya məhkəməsinin ilkin iddianı “BMW 530” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə rədd etməsini həmin avtomobilin ilk gündən iddiaçı və onun qardaşının istifadəsində olması, onun nə vaxt, hansı vəziyyətdə qaytarılacağının qeyrimüəyyən olması ilə əsaslandırması tamamilə əsassızdır. Belə ki, əvvəla, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi hazırda icra mərhələsindədir, tərəflər arasında mübahisə predmeti olan maşınlardan biri artıq cavabdelərə qaytarılmış, digəri isə icra məmurları tərəfindən məcburi qaydada qaytarılacaqdır. Məhkəmənin nəticəsinə məntiqi yanaşılsa, onda belə nəticəyə gəlmək olar ki, həm hər iki avtomobil cavabdehlərə qaytarılmalı, həm də avtomobillərin alınmasına görə iddiaçı tərəfindən ödənilmiş 39.624 ABŞ dolları və 15.000 ABŞ dolları ona qaytarılmamalıdır. Belə nəticə isə tamamilə qanunsuzdur. Əminə Nağıyeva da, apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, o, avtomobillərin alqı-satqısından nəinki hər hansı məbləğdə pul vəsaiti əldə etməmiş, əksinə onların satışından məlumatsız olmuş, avtomobillərin uzun illər ərzində qanunsuz olaraq istifadə və istismar edilməsi nəticəsində vəziyyətləri xeyli dərəcədə pisləşmiş, dəyərləri və məbləğləri xeyli dərəcədə azalmışdır. Bundan başqa, mərhum Aydın Nağıyev tərəfindən qeyd olunan avtomobillərin dəyəri İddiaçı və onun qardaşına tam olaraq ödənilmiş, lakin onlar pul vəsaitini iş görmək və mənfəət götürmək adı ilə özlərində saxlayarq avtomobili bankda girov qoymaqla kredit götürmüşlər. A.Nağıyev sağ olduğu müddətdə hər ay banka verilməli olan kredit məbləğini şəxsən özü İddiaçı vermiş, sonuncu isə banka ödəmişdir. Lakin onun vəfatından sonra İddiaçı qarşılıqlı iddiaçıların razılığını almadan öz dediyinə görə hər ay banka ödənilməli olan pul vəsaitini ödəmişdir. Bunu isə, qarşlıqlı iddiaçıların avtomobillərin mövcudluğundan və qanunsuz satılmasından xəbərlərinin olmaması üçün etmişdir. Eyni zamanda, Xətai Rayon Məhkəməsində işə baxılarkən hazırkı iş üzrə üçüncü şəxs olan İlham Qənbərov eyni tələblə, yəni avtomobillərə görə ödənilmiş 54.624 ABŞ dollarının onlardan alınması barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və həmin məbləğin məhz özü tərəfindən ödənildiyini bildirmişdir. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiası rədd olunmuşdur. Bundan əlavə, İddiaçı hüquqazidd əməlləri nəticəsində Ə.Nağıyeva çox böyük maddi və mənəvi sarsıntı keçirmişdir. Mərhum ərinin vəfat etməsi səbəbindən üzüntülü bir vəziyyətdə olduqları halda, digər tərəfdən də uzun müddətdir ki, qanunsuz olaraq özgəninkiləşdirilmiş miras əmlakdan məhrum olmuşdur. Bu isə, onun sağlamlıq durumunun kəskin pisləşməsinə, dəfələrlə müalicə və əməliyyatlar keçirməyinə səbəb olmuşdur. Maddi zərərlə bağlı isə qeyd olunur ki, məhz ilkin iddia üzrə iddiaçının təqsiri üzündən avtomobillər uzun illər ərzində qanunsuz olaraq başqa şəxslərin sahibliyində və istifadəsində olmuş və hazırda da təhvil verilməmişdir. Bu isə, onu həmin avtomobilləri icarəyə verərək, əldə edəcəyi qazancdan məhrum etmişdir. Eyni zamanda, avtomobillərin hazırkı vəziyyəti, istifadəyə yararlı olub-olmaması barədə heç bir məlumat yoxdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə,Əminə Nağıyevanın apellyasiya şikayəti rədd, İddiaçı apellyasiya şikayəti isə qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddianın rədd olunması hissəsində qismən ləğv edilmiş, Əminə Nağıyeva, Naibə Nağıyeva və Leyla Nağıyevadan müştərək qaydada İddiaçı xeyrinə 39.624 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə, İddiaçı kassasiya şikayəti rədd, Əminə Nağıyevanın kassasiya şikayəti isə təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilmiş hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə X17, X23 və X9 X18, X21, X12, İddiaçı, X19, X13 və X14 (maraqlarına toxunulan şəxs: X15) qarşı “pulun ödənilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və s.” barədə ilkin; X8 X17, X23 və X16 qarşı “pulun ödənilməsi” haqqında qarşılıqlı iddia tələblərinə dair 2(103)-1542/2020 saylı mülki iş İddiaçı X17, X23 və X16 qarşı X18 və başqalarının üçüncü şəxs qismində cəlb edildiyi “ziyanın ödənilməsi və s.” barədə ilkin, X17, X23 və X9 İddiaçı qarşı “zərərin ödənilməsi” haqqında qarşılıqlı iddia tələblərinə dair 2(103)-3367/2020 saylı mülki işlə eyni icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə, X17, X23 və X9 “**-UH-*** dövlət qeydiyyat nişanlı, “BMW 530” markalı avtomobilin cavabdehlərdən alınaraq, onlara verilməsi” hissəsində apellyasiya şikayətindən imtinaları qəbul edilərək, onlara münasibətdə həmin hissədə apellyasiya icraatına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən Əminə Nağıyeva və onun nümayəndəsi, özlərinin apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat veərərk, onun təmin, İddiaçı şikayətinin isə rədd olunmasını xahiş etdilər. Sevinc Quliyevanın nümayəndəsi və Fuad İmaməliyevin vəkili isə, ayrı-ayrılıqda məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdıqlarını bildirdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər hazırkı məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2019-cu il tarixli qərarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarını və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadını nəzərə alaraq, ilk növbədə bildirir ki, hazırkı apellyasiya baxışının predmetini Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ilkin iddia üzrə İddiaçı Əminə Nağıyeva, Naibə Nağıyeva və Leyla Nağıyevadan müştərək qaydada “BMW530” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “Suraxanı” filialı ilə Aydın Nağıyev arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Lənkəran filialına ödənilmiş 39.624 ABŞ dollarının tutularaq onun xeyrinə ödənilməsi və qarşılıqlı iddia üzrə Əminə Nağıyeva, Naibə Nağıyeva və Leyla Nağıyevanın 50.000 manat maddi və 50.000 manat mənəvi zərərin İddiaçı tutularaq onlara ödənilməsi tələblərinin rədd olunması hissələrində yoxlanılması təşkil edir. Kollegiya, iclas iştirakçısını dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər rədd edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X34 xx.xx.2017-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, xx.xx.2012-ci il tarixdə Aydın Nağıyevin adına qeydiyyata alınmış “BMW 530” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin gün də xx.xx.2015-ci il tarixə kimi qüvvədə olan etibarnamə əsasında İlham Qənbərova verilməsi Ədliyyə Nazirliyindən daxil olmuş məlumat əsasında İlham Qənbərova, xx.xx.2023-cü il tarixə kimi qüvvədə olan etibarnamə əsasında isə İddiaçı xx.xx.2012-ci il və xx.xx.2014-cü il tarixlərdə Ədliyyə Nazirliyindən daxil olmuş məlumat əsasında Baş Dövlət X34 mərkəzi informasiya sistemində qeydə alınmışdır. Avtomobil xx.xx.2015-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında A.Nağıyevin adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanları dəyişdirilmədən Loğman Qənbərovun adına təkrar dövlət qeydiyyatına alınmışdır. Həmin avtomobil hazırda **-UH-*** dövlət qeydiyyat nişanları ilə Sevinc Quliyevanın adında qeydiyyatdadır və etibarnamə əsasında Muraz Quliyevə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “Suraxanı” fılialı ilə Aydın Nağıyev arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank avtomobil alınması məqsədi ilə A.Nağıyevə 36 ay müddətinə illik 19% ödəmək şərtilə 29.500 ABŞ dolları məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. Həmin kredit müaviləsinin təminatı kimi Bakla A.Nağıyev arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi ilə, A.Nağıyev 42.000 ABŞ dollarına qiymətləndirilmiş Ban nömrəsi VVBAND71090CS87447 olan qara rəngli “BMW 530” markalı avtomobili ipoteka qoymuşdur. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən müxtəlif tarixlərdə kredit ödənişi ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “Lənkəran” Filialına ümumilikdə 39.624 ABŞ dolları ödəniş həyata keçirilmişdir. A.Nağıyev xx.xx.2013-cü il tarixdə ölmüşdür. İlkin iddia üzrə İddiaçı bildirir ki, mübahisə predmeti olan “BMW 530” markalı, **- UH-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdehlərə qaytarıldığından, həmin avtomobilin alınması ilə bağlı kredit müqaviləsi üzrə onun tərəfindən ödənilmiş 39.624 ABŞ dolları cavabdehlərdən alınaraq ona verilməlidir. Göründüyü kimi, İddiaçı bu tələbini irəli sürərkən, məhz sözügedən avtomobilin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ondan alınmasına istinad etmişdir. Birinci instansiya məhkəməsi, bu tələbi rədd edərkən, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli avtomobillərin ilk gündən İddiaçı və onun qardaşının istifadəsində olduğunu və hal-hazırkı dövrədək avtomobillərin ilk iddia üzrə cavabdehlərə qaytarılmadığını, həmçinin məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi avtomobillərin iddiaçıda olmadığını, harada olması barədə məlumatlarının olmadığını bildirdiklərindən, avtomobillərin hazırkı vəziyəti, nə zaman və hansı vəziyyətdə qaytarılacağının qeyri-müəyyən olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ilk iddia tələbi bu hissədə də təmin edilə bilməz. Belə ki, mərhum A.Nağıyevin və ilk iddia üzrə cavabdehlərin heç bir zaman istifadə etmədikləri və hazırda belə mülkiyyətlərinə verilməmiş avtomobillərə görə onlardan pul tutulması barədə İddiaçı tələbi əsaslı hesab edilə bilməz. Kollegiya, rayon məhkəməsinin bu qənaəti ilə razılaşaraq, onu da qeyd edir ki, sözügedən qətnamə qəbul olunduqdan sonra, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarı ilə, iş üzrə Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi “BMW 530” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin avtomobilin cavbadehlərdən alınaraq iddiaçılara verilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. İşə yeni apellyasiya qaydasında baxılarkən isə X17, X23 və X22 “**-UH-*** dövlət qeydiyyat nişanlı, “BMW 530” markalı avtomobilin cavabdehlərdən alınaraq, onlara verilməsi” hissəsində apellyasiya şikayətindən imtina etmişlər və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə imtinaları qəbul edilərək, onlara münasibətdə həmin hissədə apellyasiya icraatına xitam verilmişdir. Bu isə ona dəlalət edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət tanınmaqla, qətnamə həmin hissədə qanuni qüvvəyə minmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə isə iddia həmin hissələrdə rədd olunmuşdur. Belə olan halda, yəni mübahisə predmeti olan “BMW 530” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı və həmin iş üzrə digər cavabdehlərdə qaldığı halda isə, İddiaçı həmin avtomobilin alınması ilə bağlı ödədiyi məbləğlərin geri qaytarılması tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyası, vurğulayır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Mülki Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qarşılıqlı iddia üzrə isə Əminə Nağıyeva, mübahisəli avtomobillərin onların sahibliyində olmadığı müddət ərzində ondan faydalanmaq (icarəyə vermək və s.) imkanlarını itirdiklərini, avtomobillərin uzun müddət başqalarının istifadəsində olmaqla köhnəldiyini və mərhum Aydın Nağıyevin ölümündən sonra onun miras əmlakın qaytarılması ilə bağlı uzun sürən məhkəmə proseslərinin onların fiziki və psixoloji durumuna mənfi təsir göstərdiyini, buna görə də onlara dəymiş maddi və mənəvi zərərin ödənilməli olduğunu bildirərək, qətnaməni mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi Əminə Nağıyeva, Naibə Nağıyeva və Leyla Nağıyevanın maddi və mənəvi zərər tələbinə dair qarşılıqlı iddialarını rədd edərkən, bunu iddiaçıların mübahisəli avtomobillərdən istifadə etmək (həmin əmlakın icarəyə verilmək, ondan istifadə edib gəlir götürmək və s.) hüquqlarının məhdudlaşdırılması və əmlaklarından istifadənin qeyri-mümkünlüyü nəticəsində əldən çıxmış faydanın 50.000 manat məbləğində olmasını və cavabdehin hərəkətləri nəticəsində mənəvi iztirab keçirtdiklərini təsdiq edən mötəbər sübutların olmaması ilə əsaslandırmışdır. Ali Məhkəmə, birinci instansiya məhkəməsinin qənaətini dəyişdirmədən saxlayan apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən, xx xxxxxx 2019-cu il tarixli qərarında qeyd etmişdir ki, qarşılıqlı iddia ilkin iddia ilə bağlı olmaqla iddiaçı tərəfin qanunsuz hərəkətləri əsassız iddiaları nəticəsində onlara maddi və mənəvi zərərin vurulması ilə əsaslandırıldığından ilkin iddiaya qiymət vermədən qarşılıqlı iddiaya qiymətin verilməsi düzgün olmaz. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya, kassasiya instansiya məhkəməsinin göstərişlərini və ilkin iddianın həlli ilə bağlı yuxarıdakı qənaətini nəzərə alaraq, qarşılıqlı iddianın “maddi zərərin ödənilməsi” hissəsində mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən normaların tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən birinin müəyyən edilməməsi iddia tələbinin rədd edilməsi üçün əsasdır. Baxılan işdə Əminə Nağıyeva, məhz İddiaçı hərəkətləri nəticəsində maddi zərərə düşdüyünü təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Onun istinad etdiyi hallar isə əldən çıxmış fayda kimi 50.000 manat məbləğində maddi zərərə düşməsi qənaətinə gəlmək üçün kifayətedici dəlil sayıla bilməz. Belə olan halda, iddia edilən maddi zərərin mövcudluğu sübut edilmiş sayılmır. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Qarşılıqlı iddianın “mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı isə məhkəmə kollegiyası bildirir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və X29 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Kollegiya, hazırkı mənəvi zərər tələbinin kifayət qədər əsaslandırılmadığını, Ə.Nağıyevanın mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasına dair sübutları məhkəməyə təqdim etmədiyini nəzərə alaraq, həmin tələbi də əsassız sayır və birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi qənaətlə razılaşır. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, Kollegiya qeyd olunanlara əsasən, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətlərinin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: X5 və İddiaçı apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-472/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar