Məhkəmə qərarları › İş №2(103)-3367/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3367/2021

23.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3367/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının qeydində və doğum haqqında şəhadətnamədə səhvən yazılmış soyadın əvəz edilməsi, müvafiq düzəlişlər aparılmaqla yeni doğum haqqında şəhadətnamə verilməsi» tələbinə dair iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3380/2020 saylı,qərardadından ərizəçinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) «doğum faktının qeydində və doğum haqqında şəhadətnamədə səhvən yazılmış soyadın əvəz edilməsi, müvafiq düzəlişlər aparılmaqla yeni doğum haqqında şəhadətnamə verilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2(006)-3380/2020 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3380/2020 saylı qərardadı ilə ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Ərizəçi şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə rəsmi surətdə ona təqdim edilsə də, yaşı ilə əlaqədar olaraq səhətində olan narahatçılığa və təmin edilməmiş ərizənin başqa tələblər şəklində yenidən məhkəməyə müraciət etmək təşəbbüsü ücbatından uzanmışdır. Eyni zamanda 65 yaşı tamam olmuş şəxslərin bu pandemiya vaxtı çölə çıxmamaqla bağlı tövsiyyələrini də nəzərə alaraq apellyasiya şikayətini vaxtında təqdim edə bilməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3380/2020 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı ərizəçi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxs iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəçini dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. “Azərbaycan Respublikasında Koronovirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarının 3-cü bəndində bütün məhkəmələrdə vətəndaşların qəbulunun dayandırılması, qəbulun yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilməsi; Fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apelyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilmələri tövsiyə edilmişdir. Ərizəçi birinci instansiya məhkəməsinin qətnaməsini qəbzə imza etməklə xx.xx.2020ci il tarixdə almışdır. Ərizəçi tərəfindən həmin qətnamədən apellyasiya şikayəti isə xx.xx.2020-ci il tarixdə rabitə orqanına verilmişdir. Həmin şikayət birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Beləliklə, ərizəçi apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3380/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar