Məhkəmə qərarları › İş №2(103)-3367/2023

Bakı Apellyasiya Məhkəməsi Əlavə qətnamə — İş №2(103)-3367/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3367/2023 23.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı Cavabdehnə qarşı müqavilənin şərtlərinin dəyişdirilməsi və pul tələbinə dair mülki iş üzrə əlavə qətnamə çıxarılması barədə İddiaçı tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 01 mart 2023-cü il tarixli, 2(008)-1053/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Adilə Paşayeva) iddia tələbi qismən təmin edilərək cavabdeh İnterstudent Azerbaijan MMC-dən 600 (altı yüz) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, X4 məxsus ümumvətəndaş pasportunun cavabdehdən alınaraq, iddiaçıya qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, yeni qətnamə qəbul edilərək iddianın aşağıdakı qaydada təmin edilməsini xahiş etmişdir: 1) 02 iyul 2022-ci il tarixli №TR-130169 saylı müqaviləyə 1 saylı əlavənin 2.4-cü bəndi və həmin Müqavilənin 4-cü bəndi Mülki Məcəllənin 419.1-ci maddəsinə əsasən müqavilənin tərkib hissəsinə çevrilməmiş hesab edilsin. 2) Həmin Müqavilənin 6.3-cü bəndi (“A” və“B” yarımbəndləri) və 6.4-cübəndi, həmçinin 1 saylı əlavənin 2.3-cü bəndi Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq tərəflər arasında “beh”razılaşması kimi təfsir edilsin. 3)Tərəfindən ödənilmiş məbləğ haqqında razılaşma yazılı formada bağlanmış olmasına (1 saylı əlavənin 2.1.1 bəndi) və ödənişin alınmasını təsdiq edən qəbzin mövcudluğuna rəğmən ödədiyi 600 (altl yüz) manat “beh” ödənişi hesab edilsin. 4) Cavabdehə ödədiyi 600 (altı yüz) manat pul məbləğinin ona qaytarılması (təmin edilib). 5)Mülki Məcəllənin 492.2-ci maddəsinə müvafiq olaraq: bağlanmış müqavilənin icra edilməməsi üçün cavabdeh (beh alan tərəf) təqsirli olduğundan ona (iddiaçıya) ödədiyi 600 (altı yüz) manat pul məbləğinin (behin) iki mislini ödəməsi təmin edilsin. 6)Müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələb etmək hüququndan məhrum edən müddəaların etibarsız sayılması (MM-nin 420.3.7 maddə) tələb etmək hüququnun müqavilənin məzmunundan asılı olmayaraq mövcud olması qənaətiləcavabdehdən müqaviləni icra etməmə səbəbindən ona vurulmuş zərərin ödənilməsi təmin edilsin. Həmin zərərin məbləğini daxili istehlak bazarında surətli bahalaşmanı nəzərə almaqla tərəfindən ödənilmiş 600 (altı yüz) manatın 11%-i həcmində qiymətləndirilsin. 7)Cavabdehin pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanması səbəbindən,cavabdehə teleqramla iradını bildirdiyi xx.xx.2022-ci il tarixdən hesablamaqla həmin (600 manat) pul vəsaitinin məbləğindən faizlər ödəməsi təmin edilsin. 8)Cavabdehdə saxlanılan, X4 məxsus ümumvətəndaş pasportunun iddiaçıya qaytarılması təmin edilib. 9)Tərəflərindən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq ona qaytarılması təmin edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2(103)- 3367/2023 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(008)-1053/2023 saylı qətnaməsinin mübahisələndirlən- iddia tələbinin 3, 5, 6, 7-cı bəndləri- 3)Tərəfindən ödənilmiş məbləğ haqqında razılaşma yazılı formada bağlanmış olmasına (1 saylı əlavənin 2.1.1 bəndi) və ödənişin alınmasını təsdiq edən qəbzin mövcudluğuna rəğmən ödədiyi 600 (altl yüz) manatın “beh” ödənişi hesab edilməsi; 5)Mülki Məcəllənin 492.2-ci maddəsinə müvafiq olaraq: bağlanmış müqavilənin icra edilməməsi üçün cavabdeh (beh alan tərəf) təqsirli olduğundan ona (iddiaçıya), ödədiyi 600 (altı yüz) manat pul məbləğinin (behin) iki mislininin ödənilməsinin təmin edilməsi; 6) Müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələb etmək hüququndan məhrum edən müddəaların etibarsız sayılması;7)Cavabdehin pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanması səbəbindən, cavabdehə teleqramla iradını bildirdiyi xx.xx.2022-ci il tarixdən hesablamaqla həmin (600 manat) pul vəsaitinin məbləğindən faizlər ödəməsinin təmin edilməməsi ilə bağlı hissələrində ləğv edilməsi, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin 3, 5, 6-cı bəndləri ilə bağlı qeyd olunan hissələrdə təmin edilməməsi, iddia tələbinin 7-ci bəndlə bağlı hissədə qismən təmin edilmsəi, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 15,2 manat (on beş manat, iyirmi qəpik) tutulması, qətnamənin iddia tələbinin 6-cı bəndlə bağlı- cavabdehdən müqaviləni icra etməmə səbəbindən ona vurulmuş zərərin ödənilməsinin təmin edilməsi, həmin zərərin məbləğini daxili istehlak bazarında surətli bahalaşmanı nəzərə almaqla tərəfindən ödənilmiş 600 (altı yüz) manatın 11%-i həcmində qiymətləndirilməsinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçıərizə ilə məhkəməyə müraciət edərək, əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, 14 iyun 2023-cü il tarixli qətnamədə məhkəmə xərcləri haqqında məsələ həll edilməmiş qalmışdır. Belə ki, apellyasiya şikayətinin verilməsi üçün onun tərəfindən ödənilmiş 18 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmalı olubolmamasına münasibət bildirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 229.1-ci maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2(103)- 3367/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 18 manat dövlət rüsumunun cavabdehdən tutulması məsələsinə qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.3-cü maddəsinin tələbinəəsasən məhkəmə xərcləri haqqında məsələ həll edilməmişdirsə, məhkəmə tərəflərin təşəbbüsü ilə və ya öz təşəbbüsü ilə bu məsələni əlavə qətnamə çıxarılmaqla həll edir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməli, iş üzrə əlavə qətnamə qəbul edilərək, İddiaçı tərəfindən ödənilmiş 18 (on səkkiz) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən ödənilmiş 18 (on səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh MMCdən alınaraq İddiaçı xeyrinə tutulsun. Əlavə qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar