Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-337/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: “torpağın naturada ayrılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs üçüncü şəxs qismində cəlb edilməklə) “torpağın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-224/2023 saylı, 08 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. “Daşınmaz əmlakın alqı-satqı” xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,25 ha ərazisi olan 24/47 saylı bağ sahəsinin X3 məxsus hissədə satın almışdır.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2452/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 cavabdehlər İddiaçı Böyükişi oğlu, X3 qarşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 15 saylı Notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə “X5 ilə İddiaçı arasında Bakı şəhəri 15 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanılmış AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qismən, yəni alıcı İddiaçı aid hissəsində etibarsız hesab edilməsi, həmin müqavilə üzrə cavabdeh İddiaçı adına aparılmış hüquqi nəticələrinin ləğv edilməsi, qeyd olunan müqavilənin alıcı qismində iddiaçı ilə bağlanılmış hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,25 ha ərazisi olan 24/47 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə 0,1 ha hissədə Cavabdeh2 ********** nömrə ilə xx.xx.2022-ci il tarixdə, 0,08 ha hissədə İddiaçı ********** nömrə ilə xx.xx.2022-ci il tarixdə, 0,07 ha hissədə Cavabdeh1 ********** nömrə ilə xx.xx.2022-ci il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,25 ha ərazisi olan 24/47 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun 0,08 hissədə ona, 0,10 hissədə Cavabdeh2 və 0,07 ha hissədə Cavabdeh1 məxsus olması ilə əlaqədar naturada bölünməsi və həmin naturada bölgünün mülkiyyətçilərin mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ayrıca qeydiyyata alınmasına əsas olması barədə qeydin aparılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0.25 ha ərazisi olan 24/47 saylı bağ sahəsi üzərində mülkiyyət hüququ 0,08 hissədə ona, 0,10 hissədə Cavabdeh2 və 0.07 ha hissədə Cavabdeh1 məxsusdur. Mülkiyyət hüquqları ayrılıqda qeydiyyatdan keçsə də, naturada bölgü olmadığı üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tərəfindən **********08 nömrəsi ilə bir çıxarış verilmişdir. Onlara məxsus torpaq sahəsinin naturada bölgüsü ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edərək torpaq üzərində paylara uyğun torpaq sahəsinin naturada bölgüsünü xahiş etdi. Əmlak Məsələləri Dövlət Xdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinin naturada bölgüsü aparılmış, cavabdehlərdən Cavabdeh1 notariusda iştirak etməklə həmin bölgü ilə razılaşaraq bölgü sxeminə imza çəkmiş, lakin digər Cavabdeh2 hər dəfə gəlib razılıq verəcəyi ilə bağlı vədlər versə də, bundan yayınmışdır. Cavabdeh2 torpağın həmin sxem üzrə bölgüsünə razılıq vermədiyi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hər bir mülkiyyətçiyə ayrılıqda çıxarış verə bilmir. Bu da digər payçıların qoruq üzərində mülkiyyət hüququnu məhdudlaşdırılması ilə nəticələnir. Belə ki, torpaq üzərində sərəncam vermək istədikdə mülkiyyət hüququndan sərbəst istifadə edə bilmirlər. Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri tərəfindən tərtib olunmuş bölgü sxemi həmçinin onların faktiki istifadələrində olan sahədir. O, hal-hazırda öz mülkiyyətindən istifadə edə bilmir, mülkiyyət hüququ pozulur.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-224/2023 saylı 8 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Ekspert rəyində göstərilən səbəblərdən mübahisəli payların ayrıca mənzillər şəklində naturada ayrılması texniki cəhətdən mümkün olduğundan mövcud iddia tələbi təmin edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2290.1, 220.2 və 220.3-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 4 aprel 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
9. Qətnamədən Cavabdeh2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2(003)-224/2023 saylı qətnaməsinin tam ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur, ona görə ki, mübahisə torpaq sahəsi ilə bağlı olduğu halda, məhkəmə mənzillərin naturada bölgüsündən söhbət edir. Eləcə də, iddiaçı iddia tələbində başqa tələb qoyduğu halda, məhkəmə istədiyi tələbi təmin edir. Habelə, bu iş üzrə iddiaçının mülkiyyət sənədi məhkəmə qaydasında mübahisə predmeti olduğu və onun tərəfindən icraatın dayandırılması barədə vəsatət verildiyi halda, məhkəmə icraatı dayandırmadan iddianın təmin olunması barədə qətnamə qəbul edir. Qanunvericiliyin tələbinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Hazırki iş üzrə iddiaçı mübahisənin məhkəmədən kənar həlli barədə ona müraciət etməmiş, eləcə də faktiki olaraq həmin torpaq sahəsi ona məxsus olmuş, lakin sənəd üzərində iddiaçının adına olmuşdur. Məhz buna görə də tərəfindən alqı-satqı müqaviləsinin qanuniliyi məhkəmə qaydasında mübahisələndirilmiş, həmin iş üzrə məhkəmə çəkişməsi davam edir. Əgər tərəflər arasında hər hansı mübahisə var idisə, tərəf əvvəlcə onu xəbərdar etməli idi. Birinci instansiya məhkəməsi nəzərə almır ki, iddiaçının mülkiyyət hüququnun əsasını təşkil edən müqavilə məhkəmə çəkişməsinin predmeti olmaqla həmin iş üzrə çəkişmə davam edir. Eləcə də, xx.xx.2023-cü il tarixli iclasda hakim iştirakı olmadan qətnamə qəbul etmişdir. Məhkəmə və ekspert necə müəyyən elədi ki, bu torpaq sahəsinin hansı hissəsi kimə məxsusdur? Halbuki, bu torpaq sahəsi ona məxsus olmaqla, bütün hasar onun tərəfindən çəkilmiş və faktiki olaraq tərəfindən istifadə olunur.
11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iştiak edən Cavabdeh2 apellyasiya şikayətini müdafidə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçıya verilən 8 sot və onda qalan 10 sotun pulunu o ödəyib. Həmin sotu Yaşar Cabbarovdan alıb, bunu həmin şəxs də təsdiq edə bilər. Birinci problem ondan ibarətdir ki, Cavabdeh1 ilkin olaraq torpağın sahibidir, Cavabdeh1 Yaşara 18 sot torpaq satmışdır, Yaşar isə həmin torpağı onunla İddiaçı satmışdır. Həmin torpağın yerində 25 sot torpağın olub-olmaması DƏDRX tərəfindən yoxlanılmamışdır. O, Yaşardan torpaq sahəsi alan zaman kv.m formasında almışdır. Ekspertiza rəyində olan bölgüdən narazıdır. O, əslində İddiaçıla qonşu torpaq sahələrində olmalıdır, Cavabdeh1lə qonşu olmalı deyil. Onlar cavabdehin iştirakı olmadan özləri torpaq sahəsində bölgü aparıblar. Oraya iki tərəfdən yol vardır, biri asfalt tərəfdən, digəri isə palçıq yoldur. Onun tərəfi olan hissə palçıq yoldur. İş DƏDRX-də olan zaman o, rayonda olmuş, onlar öz aralarında bölgünü aparmışlar. Torpaq sahəsini ona Yaşar satmışdı, torpaq satılan zaman ona fərqli yer göstərilmişdi. O, bu bölgüdən narazıdır. O, birinci dəfə bölgünü məhkəmədə görmüşdür Mübahisəli torpaq sahəsinin hasarı yoxdur, o bölgünun hansı əsasla aparıldığı məlum deyildir. O, İlhamla qonşu olmalıdır, bəs necə olur ki, bu bölgü ilə onlar qonşu deyil. Həmin sxemdə isə İddiaçı torpağı başqa yerdədir, onun torpaq sahəsi isə başqa yerdədir. Ekspert gözəyarı və iddiaçının təqdim etdiyi imzalanmamış sxemi nəzərə alaraq, hər bir torpaq sahəsinin koordinatlarını göstərmədən əsassız və saxta rəy vermişdir. Ən azından məhkəmə eksperti bu sahədə mütəxəssis qismində daşınmaz əmlakın dövlət reyestri xidmətindən mütəxəssis cəlb etməklə müvafiq rəyi tərtib edə bilərdi. Əfsuslar olsun ki, bununla bağlı qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Bundan əlavə 18 sot torpaq sahəsi ilkin olaraq Yaşar Cabbarova məxsus olmuş, həmin şəxs öz mülkiyyətində olan 18 sot torpaq sahəsinin 10 sotunu mənə, 8 sotunu isə iddiaçıya satmışdır. Bu torpaq sahələri bitişik olmalı olduğu halda, ekspert rəyində bu torpaq sahələrinin arasında digər paylı mülkiyyətçi Cavabdeh1 torpaq sahəsini göstərib. 13.İştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil bildirmişdir ki, burada naturada bölgü ilə bağlı problem yoxdur, hər kəsin öz sahəsi məlumdur, bununla bağlı ekspertiza rəyi də mövcuddur. Hətta cavabdehlər razılığa gəlmişlər ki, notarial qaydada razılıq versinlər, onlardan birinin də razılığı olmuşdur. Daha sonra Cavabdeh2 zənglərə cavab vermədi, dəfələrlə çağırıldı, bugün, sabah dedi, orada çıxarış üçün imza lazım idi və gördülər ki, qarşı tərəf zənglərə cavab vermədi, ona görə də onlar məhkəməyə müraciət etmək məcburiyyətində qaldılar. 14.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada digər tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini apelyasiya şikayətində qeyd edilə dəlillər üzrə ona münasibətdə yoxlanılması, həmçinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünün apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
19.Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
20.213.1-213.3-cü maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 21.213.5-cü maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 22.220.1-220.2-ci maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
23. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 24.220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 25.220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədə uyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 26.221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzimüddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. 28.Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
29.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 30.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 32.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərin paylarının naturada bölünməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.
35. İş materiallarından göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,25 ha ərazisi olan 24/47 saylı bağ sahəsi 0,1 ha hissədə ********** nömrə ilə xx.xx.2022ci il tarixdə Cavabdeh2, 0,08 ha hissədə ********** nömrə ilə xx.xx.2022-ci il tarixdə İddiaçı, 0,07 ha hissədə ********** nömrə ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.
36. Məhkəməyə müraciət edən iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,25 ha ərazisi olan 24/47 saylı bağ sahəsinin mülkiyyət hüququ ilə 0,08 hissədə ona, 0,10 hissədə Cavabdeh2 və 0,07 ha hissədə Cavabdeh1 məxsus olması ilə əlaqədar naturada bölünməsi və həmin naturada bölgünün mülkiyyətçilərin mülkiyyət hüquqlarının dövlət reyestrində ayrıca qeydiyyata alınmasına əsas olması barədə qeydin aparılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 220-ci maddəsi ilə əsaslandırmışdır.
37. Belə ki, birinci instansiya məhkəməsi mütəxəssis rəyinə əsasən daşınmaz əmlakda mövcud olan payıların naturada ayrılmasının texniki cəhətdən mümkün olduğunu qeyd etmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,25 ha ərazisi olan 24/47 saylı bağ sahəsinin tərəflərin arasında onlara məxsus paylara uyğun şəkildə naturada bölünməsi, həmin qətnamənin də mülkiyyət hüquqlarının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində ayrıca qeydiyyata alınması üçün əsas olması qənaətinə gəlmişdir.
38. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışda ümumi sahəsi 0,25 ha olan torpaq sahəsindəki 0,08 ha payın İddiaçı, 0,1 ha payın Cavabdeh2, 0,07 ha payın Cavabdeh1 paylı mülkiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 0,25 ha ərazisi olan 24/47 saylı bağ sahəsinə dair tərtib edilmiş bölgü sxemində (Cavabdeh2 tərəfindən imzalanmamışdır) faktiki vəziyyətlə eynillik təşkil etdiyi torpaq sahəsinin təcrid şəkildə hər bir payçı üçün ayrı-ayrılıqda yola çıxışı olduğu müəyyən edilmişdir.
39. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7852 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 0,25 ha ərazisi olan 24/47 saylı bağ sahəsindən çıxarışda qeyd olunan payçıların payı üzrə İddiaçı payı 0,08 ha, Cavabdeh2 payı 0,1 ha, Cavabdeh1 payı 0,07 ha olmaqla təcrid şəkildə yola tərəf olan hasardan hər bir payçı üçün ayrı-ayrılıqda giriş-çıxış qapısı açılmaqla naturada bölünməsinin texniki cəhətdən bölgü sxemində göstərilən şəkildə mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək bu rəyin mötəbərsizliyini təsdiq edən hər hansı sübutun olmaması qənaətinə gəlir.
40. Belə ki, Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq ekspert rəyini işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək qeyd edir ki, işə baxan məhkəmə üçün heç bir sübutun qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Belə ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.
41. Göründüyü kimi tərəflərin mübahisə predmeti olan torpaq sahəsindəki payların naturada ayrılmasının texniki cəhətdən mümkün olmasını göstərən ixtisaslı şəxslərin (ekspertin) tərtib etdiyi bölgü planı iş materiallarına əlavə edilmişdir. Məhkəmə də mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmadığını nəzərə alaraq həmin bölgü planına uyğun şəkildə torpaq sahəsinin üç mülkiyyətçinin arasında naruda bölünməsi barədə qətnamə qəbul etmişdir.
42. Məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələrinin məzmununa əsasən qeyd edilməlidir ki, qanunvericilik paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.
43. Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydaları müəyyən edilmişdir. Həmin normalarda məhz ümumi mülkiyyətdən çıxmaq istəyən mülkiyyətçinin ümumi əmlakdakı payına naturada ayrılma, pul və ya digər kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi mümkünlüyü nəzərdə tutulmuşdur. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.
44. Belə olan halda məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iddiaçının tələbinin, istinad etdiyi və məhkəmənin tətbiq etdiyi etdiyi iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə tam şəkildə uzlaşması müəyyən edilmir. Belə ki, iddiaçı, paylı mülkiyyətdə olan əşyanın bölünməsini və yalnız ona məxsus payın naturada ayrılmasını tələb etmək hüququna malikdir.
45. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (MPM-nin 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar (Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan respublikası mülki prosessual məcəlləsinin 372.5-ci maddəsinin həmin məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarı).
46. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə də ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı).
47. Göründüyü kimi bir şəxsin subyektiv hüququ onun qanunla təmin olunmuş, mümkün olan və ya yol verilən davranışının növü və həddi kimi ifadə olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, subyektiv hüquq müvafiq hallarda hüquqi davranış, hüquqi istifadə, hüquq tələbetmə və ya hüquqi iddia kimi çıxış edə bilər. Bununla belə kollegiya vurğulayır ki, heç bir qanun norması hər hansı subyektin hüququna (o cümlədən mülkiyyət hüququna) özbaşına müdaxilə etməklə həmin norma əsasında hüququnun pozulmasına şərait yaratmır.
48. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə nəticəyə gələn birinci nstansiya məhkəməsi, iddiaçının, özündən başqa digər iki mülkiyyətçinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,25 ha ərazisi olan 24/47 saylı bağ sahəsi üzərində payın (0,10 hissədə Cavabdeh2 və 0,07 ha hissədə Cavabdeh1) naturada ayrılması və həmin naturada bölgünün mülkiyyətçilərin mülkiyyət hüquqlarının dövlət reyestrində ayrıca qeydiyyata alınmasına əsas olması barədə qeydin aparılmasına dair tələbinin onun qanunla qorunan maraqlarına aid olmadığını, bu tələbin onun məhkəmə müdafiəsi hüququ ilə əhatə olunmadığını, bununla da iddianın həmin hissədə təmin edilməsi üçün əsasların olmadığını nəzərə almamışdır 49.Belə olan halda, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə qismən razılaşaraq qeyd edir ki, mübahisələndirilən qətnamə yalnız iddiaçının özünə aid hissədə - ümumi paylı mülkiyyətində olan torpaq sahəsinin ona aid hissəsinin ayrılması və bu hissəyə (paya) dair onun mülkiyyət hüquququnun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətində ayrıca qeydiyyata alınmasına əsas olması barədə qeydin aparılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,25 ha ərazisi olan 24/47 saylı bağ sahəsindəki Cavabdeh2 məxsus 0,1 ha və Cavabdeh1 məxsus 0,07 ha” hissədə qətnamə ləğv edilməli, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı mülkiyyətçilərin yekdil razılığı əldə edilmədiyindən, paylı mülkiyyətində olan torpaq sahəsinin yalnız özünə aid payın naturada ayrılmasını tələb etmək üzrə subyektiv hüquqa malikdir.
50. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
51. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.
52. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-224/2023 nömrəli, 8 may 2023-cü il tarixli qətnaməsi qismən – “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,25 ha ərazisi olan 24/47 saylı bağ sahəsi mülkiyyət hüququnun 0,10 hissədə Cavabdeh2 və 0,07 ha hissədə Cavabdeh1 məxsus olması ilə əlaqədar naturada bölünməsi, qətnamənin onların mülkiyyət hüquqlarının ayrıca qeydiyyata alınması üçün əsas olması” hissəsində ləğv edilsin. Həmin hissədə mülki iş üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə rədd edilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova