Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3372/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan X6na “Azərittifaq”a qarşı iş üzrə (Açar sözlər: işə bərpa tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, Cavabdeh Azərbaycan X6nın “Azərittifaq”ın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X6na “Azərittifaq”a qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-562/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan X6 “Azərittifaq” İdarə Heyətinin “Azərbaycan X6 sistemində çalışmanın yaş həddinin müəyyənləşdirilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 76 saylı qərarına əsasən Azərbaycan X6 sistemində (Azərbaycan Kooperasiya Universiteti istisna olmaqla), o cümlədən X5 çalışmanın yaş həddinin 65 olduğu müəyyən edilmiş, Kooperativ təşkilatlarında 65 yaşına çatmış işçilərin təşkilatda çalışma müddəti yalnız Azərittifaq rəhbərliyinin razılığı ilə hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilməsi, çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verilməməsi qeyd edilmişdir.
2. “Azərittifaq” İdarə Heyətinin “Sabirabad Rayon Kooperativ Cəmiyyətinin fəaliyyətində yol verilən nöqsanlar haqqında 20 sentyabr 2022-ci il tarixli, 03 saylı protokolunun 1-ci məsələsi üzrə qəbul edilmiş qərarına əsasən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Sabirabad Rayon Kooperativ Cəmiyyətində apardığı araşdırma ilə əlaqədar Azərittifaqa göndərdiyi xx.xx.2022-ci il tarixli məktubun məlumat üçün nəzərə alınması, Sabirabad Rayon Kooperativ Cəmiyyətində əvvəlki dövrdə maliyyə-təsərrüfatı fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün heç bir tədbir görmədiyinə, təkrar yoxlamalar zamanı ciddi pozuntulara yol verildiyinə, səlahiyyət həddini aşaraq, Azərittifaqın və RKCnin nizamnaməsinin tələblərini pozduğuna “Azərbaycan X6 sistemində çalışmanın yaş həddinin müyyənləşdirilməsi haqqında” X9 qərarı və Azərittifaq Şurasının tövsiyyəsi ilə nəzərdə tutulan yaş həddini çoxdan keçdiyi (hazırda 80 yaşı ötmüşdür) nəzərə alınaraq Sabirabad Rayon Kooperativ Cəmiyyəti idarə heyətinin sədri İddiaçı Azərittifaq Nizamnaməsinin 17.3.11-ci bəndinə əsasən vəzifəsindən kənarlaşdırılması və idarə heyətinin sədr vəzifəsinin icrası müvəqqəti olaraq heyət üzvü X11 həvalə olunması, X12 Sabirabad Rayon Kooperativ Cəmiyyətinin maliyyə təsərrüfat icrasının təmin olunması, əgər cinayət tərkibli nöqsanlar aşkar edilərsə sənədlərin hüquq-mühafizə orqanlarına göndərilməsi qərara alınmışdır.
3. Sabirabad Rayon Kooperativ Cəmiyyətinin fəaliyyətində yol verilən nöqsanlar haqqında X9 xx.xx.2022-ci il tarixli, 03 saylı protokoluna əsasən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Sabirabad rayon Kooperativ Cəmiyyətində aparılan araşdırma zamanı təşkilatın fəaliyyətində nöqsanlara yol verildiyi müəyyən edilmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Sabirabad RKC-də aparılmış araşdırmanın nəticəsi barədə Azərittifaqa göndərdiyi məktubda aşkar olunan pozuntuların aidiyyatı şəxslərin iştirakı ilə geniş müzakirə olunmasını, korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması məqsədi ilə zəruri tədbirlər görərək, həyata keçirilən tədbirlər barədə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə məlumat verməyi xahiş etmişdir. Azərittifaq tərəfindən aparılan yoxlamalar zamanı da Sabirabad RKC-nin işində nöqsanlara yol verildiyi aşkar olunmuşdur. Həmçinin, İddiaçı Azərittifaqın nizamnaməsinin tələblərini kobud surətdə pozaraq, təşkilatın maliyyətəsərrüfat fəaliyyətinin növbəti təftişinin aparılmasına imkan verməyərək, sənədləri rayona ezam olunan müfəttişə təqdim etməkdən imtina etmişdir. 80-dən artıq yaşı olan İddiaçı yol verilən nöqsanları aradan qaldırmaq iqtidarında olmadığını anlayaraq məsuliyyətindən yayınmaq üçün direktiv orqanlara Azərittifaq haqqında böhtan xarakterli müraciətlər də etmişdir. Bir sıra çıxışlardan sonra İddiaçı çıxış edərək, işində yol verdiyi nöqsanların aradan qaldırılması üçün ona vaxt verilməsini xahiş etmişdi. Lakin RKC-nin fəaliyyətində verdikləri ciddi nöqsanlara görə və “Azərbaycan X6nda çalışmanın yaş həddinin müəyyənləşdirilməsi haqqında” X9 qərarı və Azərittifaq Şurasının tövsiyyəsi ilə nəzərdə tutulan yaş həddini çoxdan keçdiyi (hazırda 80 yaşı ötmüşdür) nəzərə alınaraq, Sabirabad Rayon Kooperativ Cəmiyyəti idarə heyətinin sədri İddiaçı Azərittifaq Nizamnaməsinin 17.3.11-ci bəndinə əsasən vəzifəsindən kənarlaşdırılması təklif olunmuşdur.
4. Azərbaycan X6 “Azərittifaq” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, K-26 nömrəli sərəncamına əsasən Sabirabad Rayon Kooperativ Cəmiyyəti idarə heyətinin sədri İddiaçı yaş həddinin keçməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Müvəqqəti olaraq Sabirabad RKS idarə heyətinin sədri vəzifəsinin icrası idarə heyət üzvü X11 həvalə olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan X3rşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı “Azərittifaq”ın xx.xx.2022-ci il tarixli, K-26 nömrəli sərəncamının ləğv edilərək, onun Sabirabad rayon Kooperativlər Cəmiyyətinin sədri vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ali təhsillidir, 1985-ci il tarixdən Sabirabad RKC-nin idarə heyətinin sədridir. SSRİ dağılandan sonra RKC-nin qorunub saxlanmasında onun böyük rolu olub. “Azərittifaq”ın xx.xx.2022-ci il tarixli, K-26 nömrəli sərəncamı ilə o, yaş həddinin keçməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan əmr əsassız və qanunsuzdur. O, Sabirabad RKC idarə heyətinin sədri işlədiyi müddət ərzində heç bir qanunsuz əməllə məşğul olmamış, vəzifəsinin öhdəsindən gəlmişdir. Qeyd olunan sərəncamda Əmək Məcəlləsinə istinad edilməmişdir. Yaş həddinin keçməsi ilə əlaqədar Əmək Məcəlləsində hər hansı bir maddə yoxdur. O, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə “Azərittifaq”da ezamiyyətdə olmuşdur. Ona orada bildirmişlər ki, uzun illərdir ki, məzuniyyətə çıxmır. O, da xx.xx.2022ci il tarixdə Sabirabad rayon RKC-nin qərarı ilə məzuniyyətə çıxmışdır. Bu barədə 2 nömrəli iclasın protokolu mövcuddur. Məzuniyyətdə olan işçinin işdən çıxarılması qanunla qadağandır. O, məzuniyyətdə olarkən eşitmişdir ki, “Azərittifaq” tərəfindən haqqında işdən çıxarılması barədə xx.xx.2022-ci il tarixli sərəncam verilmişdir. RKC-nin nizamnaməsinə görə RKC sədrinin vəzifədən azad edilməsi RKC İH-nin iclasının qərarı ilə olmalıdır. Çünki RKC sədri təyin olunmur, seçilir. Qanunvericiliyin tələbinə görə əmək mübahisəsi olduğundan mediasiyaya müraciət etmişdir. Lakin mübahisə könüllü qaydada həll edilməmişdir. Əmək Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Lakin o, dəymiş zərər məbləğini tələb etmir. Onunla işəgötürən arasında əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulan, tərəflərin iradəsindən asılı olmayan hallar mövcud deyildir. Əmək Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən mediasiyaya edilmiş müraciət əsasında mediasiya araşdırılması zamanı sərf olunan müddət iddia müddətindən çıxarılır, yəni iddia müddətinin axımı dayanır.
7. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, İddiaçı iddiasını tamamilə əsassız və Azərittifaq Nizamnaməsinə ziddir. İddiaçı “Azərittifaq”ın İdarə Heyətinin xx.xx.2022-ci il tarixli (protokol No3, m.1) qərarı və “Azərittifaq”ın xx.xx.2022-ci il tarixli, K-26 nömrəli sərəncamı ilə əmək qanunvericiliyinə uyğun olaraq pensiya yaş həddini keçməsi ilə əlaqədar Sabirabad rayon Kooperativ Cəmiyyəti idarə heyətinin sədri vəzifəsindən azad edilmişdir. “Azərittifaq” İdarə Heyəti tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş qaydaya görə “Azərittifaq” sistemində çalışmanın yaş həddi 65 yaş müəyyən edilmişdir. İddiaçı işdən azad edilərkən 80 yaşı tamam olmuşdur. İddiaçı məzuniyyətdə olduğu vaxtda işdən azad olunması barədə fikirlər həqiqətə uyğun deyildir. Belə ki, iddiaçı işdən xx.xx.2022-ci il tarixdə azad olunduğunu bildikdən bir gün sonra xx.xx.2022-ci il tarixdə özü özünə məzuniyyət vermişdir. Rayon Kooperativ Cəmiyyəti idarə heyətinin sədri “Azərittifaq”ın nomenklatura işçisi olduğu üçün məzuniyyətə getməsini “Azərittifaq”la razılaşdırmalıdır. İddiaçı bildirir ki, guya Rayon Kooperativ Cəmiyyəti idarə Heyətinin sədri seçkili vəzifə olduğu üçün “Azərittifaq”ın onu işdən azad etmək səlahiyyəti yoxdur. Lakin, “Azərittifaq”ın Nizamnaməsinə əsasən “Azərittifaq”ln İdarə Heyəti sədrinin (Nizamnamənin 16-cı maddəsinin 4.6-cı bəndi), həm də İdarə Heyətinin (Nizamnamənin 17-ci maddəsinin 3.11 və 3.12-ci bəndləri) buna səlahiyyəti vardır. Eyni zamanda, cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, hazırki iddianın iddia müddəti ötürülməklə qaldırıldığını bildirmiş və bu səbəbdən iddianın iddia müddəti tətbiq edilməklə də rədd edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-562/2023 nömrəli, 14 mart 2023cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan X6 “Azərittifaq”a qarşı “Azərittifaq”ın İdarə Heyəti sədrinin xx.xx.2022-ci il tarixli, K-26 nömrəli sərəncamının ləğv edilərək, onun Sabirabad rayon Kooperativlər Cəmiyyətinin sədri vəzifəsinə bərpa olunması barədə iddiası təmin edilməmişdir. (hakim X8)
9. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, hüquqi şəxsin nizamnaməsi onun fəaliyyətini nizamlayan əsas sənəddir. Yəni nizamnamə hüquqi şəxsin hüquqi vəziyyətini müəyyənləşdirən və onun daxili münasibətlərini tənzimləyən təsis sənədidir. Cavabdeh hüquqi şəxsin Nizamnaməsinin 16-cı maddəsinin 4.6-cı yarımbəndi, 17-ci maddəsinin 3.11-ci və 3.12-ci yarımbəndi, “Azərittifaqın” X15 “Azərittifaqın” İdarə Heyətinin nomenklaturasına daxil olan işçilərin, o cümlədən Kooperativ Təşkilatlarında seçkili vəzifələrə seçilmiş şəxslərin vəzifəyə təyin və vəzifədən azad olunması barədə sərəncam vermə səlahiyyətinin olmasını müəyyən edir. Bu səbəbdən məhkəmə iddiaçının onun işdən azad olunması barədə X15 sərəncam vermə səlahiyyətinin olmaması barədə dəlillərini əsassız hesab etmişdir. “Azərittifaqın” İdarə Heyəti onun təşkilatı və idarəçilik fəaliyyətini həyata keçirən ali orqanı olmaqla xx.xx.2011-ci il tarixli, 76 saylı Qərarı ilə Kooperativ Təşkilatında işçilərin son yaş həddinin 65 yaşdan sonra hər dəfə bir ildən çox olmayaraq uzadılmaqla 70 yaş olmasını, iddiaçının yaşının isə 80-dən yuxarı olmasını nəzərə alaraq “Azərittifaq” İdarə Heyətinin sədri öz səlahiyyəti çərçivəsində iddiaçının yaş həddinin keçməsi ilə əlaqədar onun tutduğu vəzifədən azad edilməsi barədə verdiyi sərəncamı əsaslı olmuşdur. Məhkəmə eyni zamanda iddiaçının əmək məzuniyyətində olduğu müddətdə işdən azad olunmağı barədə verilən sərəncamın əsassız olmasına dair dəlilləri üzrə isə qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən işdən azad olunsa da, öz əmri ilə xx.xx.2022-ci il tarixdə məzuniyyətə çıxmışdır. Yəni iddiaçı işdən azad olunduğu tarixdən sonra hər hansı bir əmr vermək səlahiyyəti olmadığı təqdirdə əmək məzuniyyətinə çıxma barədə əmr vermişdir. Eyni zamanda Rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin sədri “Azərittifaq”ın nomenklatura işçisi olduğu üçün məzuniyyətə getməsi “Azərittifaq”ın İdarə Heyəti ilə razılaşdırılmalı idi. Bu hal iddiaçının həmin dəlillərinin də əsassız olmasını təsdiq edir. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən yaş həddinin keçməsi ilə əlaqədar iddiaçını tutduğu vəzifədən azad edilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2022-ci il tarixli sərəncamın ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə digər tərəfdən qeyd etmişdir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı 1 aylıq müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. Göründüyü kimi mübahisəli sərəncam qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. İddiaçı ilkin mediasiya sessiyasına müraciət edib və onun nəticəsindən 75 gün keçdikdən sonra məhkəməyə müraciət etdiyindən, bununla da iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməməsini və həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı sübutların məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, onun xx.xx.2022-ci il tarixli sərəncamın ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbi bu əsasla da əsassız hesab edilməli və təmin edilməməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu, 70ci, 296-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 45-ci, 47-ci, 49-cu maddələrinə, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-562/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilərək, “Azərittifaq”ın xx.xx.2022-ci il tarixli, K-26 nömrəli sərəncamının ləğv olunmasını, onun Sabirabad rayon Kooperativlər cəmiyyətinin sədri vəzifəsinə bərpa olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərmişdir ki, Koopertivlər cəmiyyəti dövlət büdcəsi tərəfindən maliyyələşmir. Cəmiyyətin nizamnaməsi qanunlara zidd ola bilməz. Qanun üstün olduğundan məhkəmə tərəfindən Əmək Məcəlləsinə istinad olunmalı idi. Qətnamədə iddia tələbinin rədd ediməsinin əsası “Azərİttifaq”ın nizamnaməsinə əsasən müəyyən olunan son yaş həddi götürülmüşdür ki, bu da Əmək məcəlləsinin 10.1-ci maddəsinin tələbləri ilə uyğunsuzluq təşkil edir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci bəndində qeyd olunur ki, işə götürən tərəfindən əmək müqaviləsinə bu məcəllənin 68, 69, 70, 73, 74, və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. O, işdən azad olunarkən qeyd olunan maddələrin hər hansı birinə istinad edilməyib. İşdən qanunvericilikdə nəzərdə tutulmayan, əmək məcəlləsi ilə nizamlanmayan əsasla işdən azad edilmiş və Əmək Məcəlləsinin 76-cı maddəsinə görə isə bu qadağandır. İddia müddəti ilə əlaqədar qeyd edir ki, qarşı tərəf mediasiya prosesində iştirak etmədiyindən ilkin mediasiya prosesində iştirak edilməməsi barədə müvafiq arayış alandan sonra işə bərpaya dair iddia ilə dərhal Sabirabad Rayon Məhlkəməsinə müraciət etmişdir. Mediasiya prosesi zamanı keçən vaxt iddia müddətinə daxil deyildir. Sabirabad Rayon Məhkəməsi tərəfindən mülki iş 2(056)-2255/22 saylı nömrə ilə icraata götürülmüş, xx.xx.2022-ci il tarixdə hazırlıq iclası olmuş, xx.xx.2023-cü ildə növbəti iclas zamanı ona bildirilmişdir ki, mülki işin aidiyyəti Səbail Rayon Məhkəməsidir və iddia ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etməlidir. Bu səbəbdən onların təşəbbüsü ilə sənədlərin özünə qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, sənədləri alandan sonra isə Bakı şəhəri Səbail Rayon Məhkəməsində hazırki iddianı qaldırmışdır. Odur ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış alandan 75 gün sonra məhkəməyə müraciət etməyi barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Göstərilənlərə əsasən hesab edir ki, səbəb olmadan, Əmək Məcəlləsinin yuxarıda sadalanan tələblərinin pozulması ilə işdən çıxarıldığını məhkəmə qanuni hesab etmiş, işin hallarına düzgün qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh Azərbaycan X6 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş apellyasiya şikayətində onun “Azərittifaq” nizamnaməsinə əsasən idarə heyətinin 2011-ci il tarixli qərarının-tələbləri baxımından, 80 (səksən) yaşa çatması ilə əlaqədar xx.xx.2022-ci il tarixli sərəncam əsasında işdən azad olunmasını Əmək Məcəlləsinə zidd hesab etməsi barədə yazdıqları tamamilə əsassızdır. Azərbaycan X6nın (Azərittifaqın) 19 noyabr 2003-cü ildə Dövlət Qeydiyyatından keçirilmiş Nizamnamənin 17-ci maddəsinin 3.11, 3.12 və digər bəndlərinə əsasən “Azərbaycan X6 Sistemində çalışmanın yaş həddinin müəyyənləşdirilməsi haqqında” 22 iyul 2011-ci il tarixlə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müəyyən etdiyi analoji normaya uyğun olaraq, X6 Sistemində fəaliyyət göstərən təşkilatlarda 65 yaş həddinin tətbiqi qaydaları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasına görə qanunlar Konstitusiyaya, Mərkəzi İcra Hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd ola bilməz. Bu baxımdan “Azərittifaq”ın yaş həddi ilə əlaqədar qəbul etdiyi qərar qeyd olunan normativ aktlara tamamilə uyğundur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsi əsasında “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın” yaş həddi 65 müəyyən olunmuşdur. Əmək Məcəlləsi əsasında dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda yaş həddi qanun əsasında müəyyən olunduğu üçün, hüququn və qanunun aliliyi baxımından Azərbaycan X6 “Azərittifaq”ın idarə heyəti, özünün qüvvədə olan nizamnamə tələblərinə uyğun olaraq, bu İttifaqın tabeçiliyində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbər işçiləri üçün qanunla müəyyən olunmuş yaş həddini qəbul etməklə, İdarə Heyətinin qəbul etdiyi qərar qanuni və əsaslıdır. İddiaçının iddia ərizəsində və apellyasiya şikayətində yaş həddi məhdudiyyətinin yalnız Dövlət müəssisə və təşkilatlarına aiddir, qeyri dövlət təşkilatlarına şamil oluna bilməz kimi dəlilləri əsassızdır. İddiaçı 80 (səksən) yaşı, yəni 65 (altmış beş) yaş həddini keçdiyi səbəbindən “Azərittifaq” idarə heyətinə dəvət edilmişdir. Özünün etiraf etdiyi kimi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Azərittifaqda olmuşdur. Onunla aparılmış şifahi söhbətlər əsasında izah edilmişdir ki, yaş həddi ilə əlaqədar işdən azad edilir. Bu səbəbdən nizamnaməyə uyğun olaraq barəsində 20.09,2022-ci il tarixdə K-26 saylı sərəncam verilmişdir. İddiaçı 21,09.2022-ci il tarixdə Sabirabad Rayon Kooperativlər Cəmiyyətinin sərəncamını rəsmiləşdirərək, özü-özünü məzuniyyətə göndərməsi barədə verdiyi əmr “Azərittifaq” nizamnaməsinə və Rayon Kooperativlər Cəmiyyətinin nizamnamə tələblərinə ziddir. Rayon Kooperativlər Cəmiyyətinin sədri məzuniyyətə getməsi barədə verdiyi əmr, Azərittifaq idarə heyəti ilə razılaşdırılmalıdır (iddiaçının özü ilə əlaqədar məlumat üçün Azərittifaqın xx.xx.2008-ci il tarixli, K-36 nömrəli sərəncamın surəti təqdim olunur). İddiaçının özünündə etirafından aydın şəkildə görünür ki, Azərittifaqda ezamiyyətdə olarkən onun barəsində əmr verildikdən bir gün sonra özü-özünü məzuniyyətə göndərməsi barədə verdiyi əmr nizamnamə tələblərinə ziddir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-562/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni və əsaslı olduğundan və iddiaçının 80 (səksən) yaş həddini keçməsinə baxmayaraq, əsassız tələblərlə çıxış etməsini nəzərə alaraq, apellyasiya şikayəti təmin edilmədən rayon məhkəməsinin hazırkı iş üzrə qətnaməsini dəyişdirmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən Azərbaycan X6nın nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə verilən etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Sabirabad Rayon Koorperativ Cəmiyyətində aparılan araşdırma zamanı təşkilatın fəaliyyətində nöqsanlara yol verildiyi müəyyən edilmişdir. Onlar iddiaçının yaşını əmək fəaliyyətinin müddətini nəzərə alaraq, həmin məktubu rəhbər tutmaqla onu Əmək Məcəlləsinin müvafiq maddələri ilə işdən azad etməmişlər. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan X6na bu yoxlamanın nəticələri barədə məktub göndərilmiş, nəticədə bununla bağlı xx.xx.2022-ci il tarixdə İdarə Heyətinin yığıncağı keçirilmişdir. Həmin iclas protokolunda bütün bu qeyd etdiyi məqamlar öz təsdiqini tapmışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
15. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 8-ci maddəsinin 2-ci hissəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır; 8-ci maddəsinin 3-cü hissəsinə əsasən illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir; 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər; 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər; 296-cı maddəsinin 1 bəndinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər; 296-cı maddəsinin 7-ci bəndinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər (maddə 45.2.) 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir; 47.2-ci maddəsiniə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir.
19. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun: 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir; 35.1-ci madəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur; 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı). İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
27. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan X6n (Azərittifaqın) Nizamnaməsinə əsasən (16.4.6-cı bəndi) mərkəzi aparatın işçilərinin və X9 nomenklaturasına daxil olan işçilərin, o cümlədən kooperativ təşkilatlarında seçkili vəzifələrə seçilmiş şəxslərin vəzifəyə təyin və vəzifədən azad olunması barədə sərəncamların verilməsi bilavasitə X2 səlahiyyətlərinə aid edilmişdir. Mərkəzi aparatın, sistemə daxil olan təşkilat və müəssisələrin rəhbər işçilərinin (seçkili vəzifə daşıyanlar da daxil olmaqla) nomenklaturasının müəyyən edilməsi, onların vəzifəyə təsdiqi, vəzifə borclarının lazımınca yerinə yetirmədikləri və nizamnamə tələblərini pozduqları hallarda intizami qaydada tənbeh edilməsi, işdən kənarlaşdırılması və vəzifədən azad edilməsi məsələlərinə baxılması və müvafiq qərarın qəbul edilməsi isə (Nizamnamənin 17.3.11-ci bəndi) X9 səlahiyyətlərinə aid edilmişdir. Bu da öz növbəsində iddiaçının işdən azad olunması barədə sərəncam vermə səlahiyyətinin məhz X15 səlahiyyətlərinə aid olmasını təsdiq edir.
28. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, iddiaçı xx.xx.2022-ci il tarixdən işdən azad olunsa da, öz əmri ilə xx.xx.2022-ci il tarixdə məzuniyyətə çıxmışdır. Başqa sözlə, iddiaçı xx.xx.2022-ci il tarixdə artıq Sabirabad Rayon Kooperativ Cəmiyyətinin idarə Heyətinin sədri vəzifəsini tutmurdu və bu baxımdan belə bir əmr vermək səlahiyyətinə malik deyildi. Digər tərəfdən Rayon Kooperativlər Cəmiyyəti İdarə Heyətinin sədri “Azərittifaq”ın nomenklatura işçisi olduğu üçün onun məzuniyyətə çıxması ilə bağlı məsələ “Azərittifaq”ın İdarə Heyəti ilə razılaşdırılmalı idi. Bu da öz növbəsində iddiaçının bu barədə dəlillərini də əsassız edir.
29. Eyni zamanda, məhkəmə kollegiyası “Azərittifaq”ın İdarə Heyətinin onun təşkilati və idarəçilik fəaliyyətini həyata keçirən ali orqan olmaqla xx.xx.2011-ci il tarixli, 76 saylı Qərarı ilə Kooperativ Təşkilatında işçilərin son yaş həddinin 65 yaşdan sonra hər dəfə bir ildən çox olmayaraq uzadılmaqla 70 yaş, iddiaçının yaşının isə 80-dən yuxarı olmasını nəzərə alıb, hesab edir ki, “Azərittifaq” idarə heyətinin sədri öz səlahiyyəti çərçivəsində iddiaçının yaş həddinin keçməsi ilə əlaqədar onun tutduğu vəzifədən azad edilməsi barədə verdiyi sərəncam əsaslı olmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, Əmək Məcəlləsində işçinin çalışmanın yaş həddinə çatması əsası ilə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi nəzərdə tutulmuş, lakin həmin əsasın təsiri altına düşən şəxslərin dairəsi dövlət büdcəsindən maliyyələşən müəssisənin işçiləri ilə məhdudlaşdırılmışdır. İddiaçının çalışdığı təşkilat isə dövlət büdcəsindən maliyyələşmir. Lakin bu hal onunla bağlanmış əmək müqaviləsinə həmin əsasla xitam verilməsini qeyri-mümkün edə bilməz. Belə ki, Əmək Məcəlləsi əsasında dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda yaş həddi müəyyən olunduğu üçün, hüququn və qanunun aliliyi baxımından Azərbaycan X6 “Azərittifaqın” idarə heyəti, özünün qüvvədə olan nizamnamə tələblərinə uyğun olaraq, bu İttifaqın tabeçiliyində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbər işçiləri üçün qanunla müəyyən olunmuş yaş həddini qəbul etmişdir. Bu səbəbdən apellyasiya şikayətinin yaş həddi məhdudiyyətinin yalnız dövlət müəssisə və təşkilatlarına aid olması, qeyri dövlət təşkilatlarına şamil olunmasının qeyri-mümkünlüyü barədə dəlilləri əsassızdır.
30. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən əmrin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsində konkret olaraq nəzərdə tutulmamış əsasla xitam verilməsi səbəbindən əsassız olması qənaətinə gəlindiyi təqdirdə belə, iddia və mövcud vəziyyətdə apellyasiya şikayəti təmin edilə bilməz. Belə ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və bununla bağlı tərəflərə xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir. Bu da əmrin iddiaçıya rəsmi olaraq təqdim edildiyini təsdiq edir. Lakin ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə xx.xx.2022-ci il tarixdə arayışın verilməsinə baxmayaraq, iddiaçı hazırki iddia ilə yalnız xx.xx.2023-cü il tarixdə, yəni 75 gün sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla da iddiaçı bu qəbildən olan fərdi əmək mübahisələri üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq məhkəməyə müraciət etmə müddətini pozmuş və bu müddətin üzürlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı sübut təqdim etməmiş, iddia ərizəsində də bu barədə hər hansı məlumat göstərməmiş, habelə məhkəməyə ötürülmüş müddətin bərpasına dair ərizə verməmişdir. Bu səbəbdən iddiaçının hazırki iddia ilə ilk öncə Sabirabad Rayon Məhkəməsinə müraciət etməsi və bu səbəbdən hazırki iddianın xx.xx.2023-cü il tarixdə qaldırılması barədə dəlilləri əsaslı hesab edilə bilməz və onun tərəfindən müddətin ötürülməməsi kimi qəbul edilə bilməz. Belə ki, iddia müddəti hər bir halda ötürülmüş olur. Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə təqdim etmişdir. Bu səbəbdən hazırki iddiaya iddia müddəti tətbiq edilməli və bu əsasla iddia rədd edilməlidir.
31. Məhkəmə kollegiyası, iddia üzrə "sərəncamın ləğv edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəlindiyini, iddia tələbinin "işə bərpa" hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "sərəncamın ləğv edilməsi" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi "işə bərpa" hissəsində də təmin edilə bilməz və rədd edilməlidir.
32. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-562/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.