Məhkəmə qərarları › İş №2(103)-3372/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3372/2024

20.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3372/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2395/2023 saylı, 01 mart 2024cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 2395/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək xx.xx.2023-cü il tarixli 731 nömrəli əmrin ləğv edilməsi, İddiaçı “məşğulluq təsnifatı üzrə: qeydiyyatçı, əmək müqaviləsi üzrə: “xəstə məsləhətçisi” vəzifəsinə bərpa olunması, işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqının İddiaçı ödənilməsi, Cavabdeh MMC-dən 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8094/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2395/2023 saylı, 09 fevral 2024-cü il tarixli qərardadı ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra, Cavabdeh MMC yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2395/2023 saylı, 01 mart 2024cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş qeyd edilən qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin Cavabdeh MMC-yə münasibətdə bərpa edilməsi və və mülki işin şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan İddiaçı oğlu (nümayəndəsi və vəkili Nümayəndə) şikayət verərək ləğv edilməsini xahiş edib göstərib ki, cavabdehin apellyasiya şikayətini gec verməkdə məqsədi qətnamənin gələcəkdə icra prosesini süni şəkildə uzatmaq olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanununda məhkəmə rüsumlarının məbləğləri, azadolmalar və s. barədə aydın, səlis və anlaşılan qayda da izahlar verilmişdir. Cavabdeh MMC-nin peşəkar hüquqi yardımdan istifadə etdiyini (vəkilin yardımından) nəzərə alsa, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu ödəməsi barədə öhdəliyinin olmasını bilməməsi inandırıcı görünmür. Digər tərəfdən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilməməsi və bunun nəticəsində işin məhkəmə tərəfindən geri qaytarılmalı olduğu halda apellyasiya instansiyasına o qaydada göndərilməsi iş üzrə prossesual müddətlərin uzadılmasına xidmət etmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, Nizami Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli qərardadı əsassız və qanunsuzdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2395/2023 saylı, 19 aprel 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti birinci dəfə qanunla müəyyən edilmiş müddətdə verildiyindən, yalnız dövlət rüsumu ödənilmədiyindən apellyasiya şikayəti bu əsasla qeyri mümkün hesab edilmişdir. Buna görə də müddətin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə apellyasiya instansiyası məhkəməsi də razılaşır. Göstərilənlərə əsasən, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2395/2023 saylı, 01 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2395/2023 saylı, 01 mart 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar