Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3373/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), İx oğlu və Sxndan ibarət tərkibdə, Smnun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı ”zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3439/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ünvan 1 ünvanında yerləşən 1 saylı istilik məntəqəsi İddiaçı ASC-nin balansındadır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC Cavabdeh qarşı Xətai rayonu, İEM-X X2 Sahəsinin balansında olan İlqar Zülfüqarov küçəsi 1, məhəllə 2942 A, 1 saylı istilik məntəqəsinin zəbt olunmuş həyətyanı sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış və tərkibinə daxil olan strukturlar vasitəsilə istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatını həyata keçirir. Cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri “Dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 586 saylı Fərmanının tələblərindən irəli gələn vəzifələrin, o cümlədən Cəmiyyətin sərəncamında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanılması və dövlət əmlakından sui-istifadə hallarının qarşısının alınması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu vəzifələrin icrası ilə bağlı Bakı şəhərində və respublikanın regionlarında əhəmiyyətli işlər görülmüş, Cəmiyyətin sərəncamında olan dövlət əmlakının və onun verləşdivi torpaq sahələrinin qorunub saxlanılması, hər hansı bir müdaxiləyə qarşı dərhal mövcud qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi təmin edilir. Xətai rayonu, İEM-X X2 Sahəsinin balansında olan İlqar Zülfüqarov küçəsi 1, məhəllə 2942 A, 1 saylı istilik məntəqəsinin həyətyanı sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. "xxxx" ASC tərəfindən istilik məntəqəsinin həyətyanı sahəsinin zəbt olunmasının qarşısının alınması ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə, Mənzil Kommunal Təsərrüfatı Birliyi və Polis İdarəsinə yazılı şəkildə müraciət olunmasına baxmayaraq bu günə kimi zəbt olunmuş torpaq sahəsi boşaldılmamışdır. İddiaçı ASC-yə məxsus 19 çox mənzilli yaşayış binası və digər sosial obyektləri istilik enerjisi ilə təchiz edən 1 saylı istilik məntəqəsinin həyətyanı sahəsi zəbt olunaraq digər məqsədlər üçün istifadə olunduğundan məcburiyyət qarşısında məntəqənin fəaliyyəti mümkünsüz olacaqdır. Bundan əlavə Bakı İstilik Elektrik Mərkəzinin (Bakı İEM) istismarının zərərlə nəticələnməsi, təmiri və yenidən qurulmasının səmərəsizliyini nəzərə alaraq onun fəaliyyətini dayandırılması və bununla əlaqədar Bakı İEM-dən qidalanan istilik təchizatı infrastrukturunun yenidən qurularaq Xətai rayonunda müasir tələblərə cavab verən qazanxanalara çevrilməsi barədə qərar verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2008 ci il tarixli 05-1/6536 saylı məktubuna əsasən monitorinqlərə və daxil olmuş məlumatara görə bir sıra hallarda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 313 saylı Fərmanının 2.2 bəndinin tələblərinə zidd olaraq dövlət müəssisə və təşkilatların istifadəsində olan, habelə onların mühafizə və sanitar zonalarına, kommunikasiya xətlərinə aid dövlət mülkiyyətində olan torpaq sahələri yerli icra hakimiyyətləri və bələdiyyələr tərəfindən kənar şəxslərin icarəsinə və ya xüsusi mülkiyyətinə verilir, bu da onların qanunsuz və əsassız özgəninkiləşdirilməsinə səbəb olur ki, belə halların qarşısının alınması məqsədi ilə dövlət müəssisə və təşkilatlarının dövlət mülkiyyətində olan torpaq sahələrində yerləşdiyini, həmin torpaq sahələrinin qorunub saxlanılması və təyinatı üzrə istifadə edilməsinin təmin olunması üçün, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin razılığı olmadan tikinti, yenidənqurma, quraşdırma və sair işlərin aparılmasının qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədə müvafiq hesab edilmişdir.
4. İddiaçı ASC-nin nümayəndəsi sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 1, məhəllə 2942 A-da yerləşən Cəmiyyətin balansında olan 1 saylı istilik məntəqəsindən və həyətyanı sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3439/2022 nömrəli qətnaməsi ilə (hakim L.E.Rəhimli) iddianın təmin edilməsi, Cavabdeh ünvan 2 ünvanında yerləşən İddiaçı ASC-nin istifadəsində olan 1 saylı istilik məntəqəsindən və həyətyanı sahəsindən məcburi qaydada çıxarılması qət edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, İEM-X X2 Sahəsinin balansında olan 1 saylı istilik məntəqəsi və həyətyanı sahəsinin cavabdeh tərəfindən zəbt olunması işin materialları ilə tam şəkildə sübuta yetirildiyindən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 157.8-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 2011-ci ildən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır, başqa yaşamağa heç bir yeri yoxdur, həmin yerdə o, çətinliklə yaşamaq üçün ev tikmişdir. Bundan əlavə, cavabdehin məhkəmə proseslərindən heç bir xəbəri olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi artıq icra olunmuş və cavabdeh istilik məntəqəsindən çıxarılmışdır. Onlarda olan məlumata əsasən cavabdeh rayonda yerləşən öz evinə qayıtmışdır.
12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavavdehə rəsmi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı işdə iddia tələbi tam təmin edildiyindən və cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, həmin qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnamələri dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının balansında və istifadəsində olan 1 saylı istilik məntəqəsi və həyətyanı sahəsinin cavabdeh tərəfindən zəbt olunması işin materialları ilə öz təsdiqni tapır.
19. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən həmin sahədə fərdi yaşayış evinin tikilməsi iş materialları ilə təsdiq olunmur.
20. İddiaçı tərəfindən təqdim edilmiş icra sənədlərindən də görünür ki, cavabdeh fərdi yaşayış evindən deyil, istilik məntəqəsindən (qeyri-yaşayış sahəsindən) və həyətyanı sahəsindən çıxarılmışdır.
21. Kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 271s nömrəli sərəncamına əsasən, Bakı şəhəri Xətai rayonunda mövcud istilikpaylayıcı məntəqələrin və yüksəldici nasos stansiyasının müasir tipli qazanxanaya çevrilməsi üçün tikinti-quraşdırma işlərinin aparılması, məhəllədaxili istilik xətlərinin və binalarda aşağı paylama istilik sistemlərinin layihələndirilməsi və yenidən qurulması üzrə sifarişçi funksiyaları İddiaçı ASC-yə həvalə edilmişdir.
22. Cavabdeh tərəfindən istilik məntəqəsi və həyətyanı sahəsinin qeyri-qanuni olaraq zəbt edilməsi nəticəsində həmin istilik məntəqəsində yenidənqurma işlərinin həyata keçirilməsi mümkünsüz olur, bu isə nəticə etibarilə həmin istilik məntəqəsinin xidmət etdiyi yaşayış binalarının sakinlərinin hüquqlarına xələl gətirir.
23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3439/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.