Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3377/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), X6 və X1 ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, Cavabdeh2, onun nümayəndəsi vəkil X3 iştirakları ilə, X8 Kredit Təşkilatı "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən X8 Kredit Təşkilatı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: X8 Kredit Təşkilatı "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə BOKT "xxxx” MMC) iddia (dəqiqləşmə) ərizəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı BOKT "xxxx” MMC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 07/398 saylı kredit müqaviləsinə və eyni tarixli və nömrəli zaminlik müqaviləsinə əsasən əsas kredit borcu üzrə 18748,69 ABŞ dolları, faiz borcu üzrə 20486,91 ABŞ dolları, cərimə borcu üzrə 62247,91 ABŞ dolları, borcun cəmi məbləği 101483,51 ABŞ dolları ödəniş gününə manatın məzənnəsi ilə və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə rüsum və xidmət haqqı kimi ödənilmiş cəmi 31 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8A ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakın 58000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılması, əmlakın açıq hərrac yolu ilə satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçı BOKT "xxxx” MMC-yə yaranmış borcunun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8A ünvanında yerləşən qeyri- yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan ən geci 1 (bir) ay ərzində həmin qeyri-yaşayış binasının boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, xx.xx.2017-ci il tarixli razılaşmanın (2 saylı Əlavə) qüvvədən düşmüş hesab edilməsi və məhkəmə ekspertizası mərkəzinin xx xxxxxxx 2019cu il tarixli ekspert rəyi əsasında müəyyən edilmiş 47.850,38 ABŞ dolları məbləğində kredit borcundan cavabdehlərin xx.xx.2019-cu il tarixdə BOKT "xxxx” MMC-yə ödədiyi 25.000 ABŞ dolları məbləğində borcu çıxmaqla, qalan 22.850,38 ABŞ dolları məbləğində borcun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (səh.211). Birinci instansiya məhkəməsinin icraat zamanı müəyyən olunmuşdur: BOKT "xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 07/398 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə qaytarmaq şərti ilə illik 25% dərəcəsi ilə 55000 ABŞ dolları məbləğində kredit verilmiş (səh.32); xx.xx.2015-ci il tarixli 168 N-li ödəniş tapşırığına əsasən, "xxxx” BOKT MMC tərəfindən Cavabdeh1 55000 ABŞ dolları məbləğində vəsait verilmişdir (səh.32); xx.xx.2015-ci il tarixli 07/398 saylı kredit müqaviləsinə 1 saylı Əlavə olan ödəmə qrafikindən görünür ki, Cavabdeh1 verilmiş kreditin xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək faiz ödənişi cəmi 23720 ABŞ dolları, əsas məbləğ ödənişi 55000 ABŞ dolları olmaqla, ümumilikdə 78720 ABŞ dolları təşkil edir (səh.31); xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixə 18748,69 ABŞ dolları əsas, 20486,91 ABŞ dolları faiz, 62247,91 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 101483,51 ABŞ dolları borcu vardır (səh.10); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 6404 №-li ekspert rəyində qeyd olunmuşdur ki, hazırkı ekspertiza tədqiqatı zamanı iş materiallarında olan bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış məlumatlarına əsasən xx xxxx 2015-ci il tarixli, 07/398 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 BOKT-yə olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən xx xxxxxx 2018-ci il tarixə (maliyyə arayışının tarixinə) 47850,38 ABŞ dolları; əsas borc üzrə 38483,73 ABŞ dolları, faiz borcu üzrə 9366,65 ABŞ dolları. Qeyd edilir ki, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cərimənin necə hesablandığı dəqiq göstərilmədiyindən xx.xx.2015-ci il tarixli, 07/398 saylı kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır (səh.132); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 28464 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "Borcalan” Cavabdeh1 tərəfindən BOKT "xxxx” MMC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2019-cu il tarixə banka 1307,42 ABŞ dolları məbləğində artıq ödənişin aparılması müəyyən edilir (səh.223). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, iddia rədd edildiyi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə rüsum və xidmət haqqı kimi ödənilmiş 31 manat məbləğində pulun iddiaçının özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 295 manat pulun X11 Təşkilatı "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284.2, 528, 739-741-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Borc müqaviləsi üzrə öhdəliyə xitam verilib və bu halda iddiaçının cavabdehdən ödəniş etməyi tələb etmək hüququ aradan qalxıb. Odur ki, həmin hissədə iddia tələbi əsassızdır. Borcun tutulmasının ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbi, ipoteka ilə yüklü edilmiş əmlak ipoteka saxlayanın razılığı ilə satıldığından, ipotekaya xitam verilmişdir. İddia rədd edildiyi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə rüsum və xidmət haqqı kimi ödənilmiş 31 manat məbləğində pul iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 295 manat pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. X8 Kredit Təşkilatı İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Suraxanı, Rayon Məhkəməsinin 2(010)-59/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsini ləğv edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BOKT 'xxxx” MMC-nın xeyrinə xx.xx.2015-ci il tarixli 07/398 saylı kredit müqaviləsinə və eyni tarixli və nömrəli zaminlik müqaviləsinə əsasən əsas kredit borcu üzrə-14037,62 ABŞ dolları, faiz borcu-2632,8 ABŞ dolları, cərimə borcu -66365,38 ABŞ dolları, borcun cəmi məbləği - 83035.8 (səksən üç min otuz beş ABŞ dolları 80 sent) ABŞ dolları ödəniş gününə manatın məzənnəsi ilə və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 45 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə rüsum və xidmət haqqı kimi ödənilmiş cəmi 31 manat məbləğində, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 295 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbayancan Respublikası Mülki Prosessual Məcəlləsinin 102, 385.1 -ci maddəsinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 102.2.-ci maddəsinə əsasən məhkəmə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər, Cavabdeh2 oğlu Mikayıl oğlu xx.xx.2017-ci il tarixdə maddi vəsaitinin pisləşməsi ilə əlaqədar yeni qrafik əsasında ödənişin edilməsini xahiş etmişdir. Qeyd olunan ərizə nəzərə alınmaqla, Müşahidə Şurasının xx.xx.2017-ci il tarixli qərarı ilə kredit borcu üzrə yığılmış 16374 ABŞ dolları məbləğində faiz borcu “borclananın tərtib edilmiş yeni qrafik üzrə kredit borcunu vaxtında və tam həcmdə olmaqla icra etdikdən sonra baxıla bilər” şərti ilə yeni qrafik üzrə borc tam ödənilib bitənə kimi dondurulması qərarı alınmışdır. Lakin yeni edəmə qrafiki tərtib edilsədə, cavabdeh tərəfindən həmin qrafik üzrə də tam ödənişlər edilməmişdir. Qeyd olunan ödəniş cədvəli üzrə ödənişlər tam olmasada, ikinci dəfə aparılmış ekspertiza əsassız olaraq, həmin cədvəl əsasında cavabdehin borcunun olmaması qənaətinə gəlmişdir,lakin faktiki olaraq, cavabdeh tərəflər müqavilə üzrə öhtəliklərıni icra etməmişdirlər. Göründüyü kimi 2 ekpsertiza rəyi arasında kəskin fərq olmasına baxmayaraq, məhkəmə tərəfindən təkrar ekspertizanın təyin edilməsi təmin edilməmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən 07/398 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 borcu aşağıdakılardan ibarətdir:kreditin əsas məbləği- 14037,62 ABŞ dolları;əsas kreditin məbləğinə hesablanmış faiz borcu- 2632,8 ABŞ dolları;cərimə borcu-66365,38 ABŞ dolları;cəmi borc 83035.8 ABŞ dolları. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi vəkil X5pellyasiya şikayətini qəbul etməyərək, iddiaçının iddia ərizəsinə əlavə etdiyi ödəniş cədvəlinə uyğun olaraq ilkin ekspert rəyi çıxarıldıqdan sonra, onun tərəfindən cavabdehə məxsus sənədlərin bankda araşdırıldığını, restrukturizasiya olunduğunu, ancaq bank tərəfindən sənədin təqdim edilmədiyini, məhkəmə tərəfindən təkrar ekspertiza keçirildiyini, ekspertin düzgün rəy verdiyini, təkrar ekspertizanın keçirilməsinə ehtiyac olmadığını, cavabdehin artıq borcunun qalmadığını bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən, X8 Kredit Təşkilatı "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin, Cavabdeh1 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; MM-in 269.1, 269.4, 269.7, 270.1, 309.1, 319.1-ci 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 439-441, 449, 467, 470-477, 739, 741, 743, 744; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli və subutedici əsası olmayan dəlillərinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün, habelə təkrar ekspertiza keçirilməsi üçün əsaslar müəyyən etməyən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i: X8 Kredit Təşkilatı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3377/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3377/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver