Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3380/2025 15.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (həmçinin xx.xx.2010-cu il təvəllüdlü X4 qanuni nümayəndəsi) cavabdehlər Cavabdeh1, X7, X8, X9 və Cavabdeh5 qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə və istifadə hüququnun tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kazımov Elşən Cələddin oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı (həmçinin xx.xx.2010-cu il təvəllüdlü X4 qanuni nümayəndəsi) cavabdehlər Cavabdeh1, X7, X8, X9 və Cavabdeh5 qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1823/2024 saylı, 12 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, müəyyən etdi İşin halları
1. Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli qərarına əsasən xx.xx.2001-ci il tarixində verilmiş 034979 saylı orderlə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay yolu küçəsi 2 saylı evin 27, 28 saylı mənzili 8 nəfər ailə tərkibində (özü, arvadı, anası, oğlu və qızları) X10 verilmişdir. Həmin orderdə iddiaçının əri X11 da adı yazılmışdır.
2. İddiaçı 2006-cı il tarixində X5 oğlu X16 ilə qeyri-rəsmi nikah münasibətlərinə daxil olaraq ailə üzvlərinin razılığı ilə mübahisəli mənzilə gəlin köçmüşdür. Bu münasibətlərdən onların 20 dekabr 2010-cu il təvəllüdlü X14 adlı uşaqları doğulmuşdur. Uşağa «keçirilmiş toksik ensafalitin nəticəsi kimi psixo motor inkişafın geriliyi» diaqnozu ilə 2016-cı ildən əlillik verilmiş və hazırda da əlil kimi təqaüd alır.
3. xx.xx.2010-cu il tarixində Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat şöbəsində İddiaçı X16 ilə nikah münasibətləri rəsmiləşdirilmişdir.
4. X16 xx.xx.2023-cü il tarixində vəfat etmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay yolu 2 saylı evin 27, 28 saylı mənzili xx.xx.2025-ci il tarixdən Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydiyyatdan alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, X7, X8, X9 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü əlil övladı X14 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay yolu küçəsi 2 saylı evin 27, 28 saylı mənzilinə köçürülməklə həmin mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay yolu küçəsi 2 saylı evin 27, 28 saylı mənzili 21 noyabr 2001-ci il tarixli orderlə mərhum qayınatası X12 verilmiş, orderə ailə üzvü kimi arvadı, onun mərhum əri və qızları yazılmışdır. O, 2006-cı il tarixdə X5 oğlu X16 ilə qeyri-rəsmi evlənmişdir və ailə üzvlərinin razılığı ilə yuxarıda qeyd edilən ünvana gəlin köçmüşdür. Hal-hazırda da həmin ünvanda yaşayır və cehiz əşyaları da orada yerləşir. xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat şöbəsində X16 ilə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 20 dekabr 2010-cu il tarixdə X14 adlı uşaqları doğulmuşdur. Uşaq xəstədir. Ona «keçirilmiş taksike ensadalitin nəticəsi kimi psixo motor inkişafın geriliyi» diaqnozu ilə 2016-cı ildən əlillik verilmiş və hazırda da əlil kimi təqaüd alır. Həyat yoldaşı X16 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Ərinin vəfatından sonra cavabdehlər onun yaşadığı mənzildən çıxmasını tələb edirlər. Halbuki cavabdehlər ünvan 2 ünvanda qeydiyyatdadırlar. Cavabdeh1 isə qayınanasıdır və Umbakı qəsəbəsindəki ünvanda yaşayır. Digər cavabdehlər isə ərinin bacılarıdır, hər birinin evi vardır və qayınanasına məxsus ünvanda qeydiyyatdadırlar. Həmin ev onun yeganə yaşayış yeridir və himayəsində bir əlil uşaq vardır.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1823/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək xx.xx.2010-cu il təvəllüdlü X4 Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay yolu küçəsi 2 saylı evin 27, 28 saylı mənzilindən istifadə hüququnun tanınması qət edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə iddiaçının qayınatası X6 adına xx.xx.2001-ci il tarixli 034979 saylı order verildikdə 8 iyul 1982-ci ildə təsdiq edilmiş və 30 iyun 2009-cu ilə kimi qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsi qüvvədə olmuşdur. İddiaçının məhrum əri X11 mənzildən istifadə hüququ da həmin Məcəllə ilə yaranmışdır.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının əri X16 xx.xx.2023-cü il tarixdə vəfat etsə də hal-hazırda həmin mənzildə yaşamaqda davam edən 20 dekabr 2010-cu il tarixdə anadan olmuş oğlu X4 mənzildən istifadə hüququ mövcud olmuşdur. İddiaçının mərhum əri X11 və onun 20 dekabr 2010-cu il tarixdə anadan olmuş oğlu X4 istər köhnə, istərsə də qüvvədə olan Mənzil Məcəllələrinə əsasən Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay yolu küçəsi 2 saylı evin 27, 28 saylı mənzilindən istifadə hüquqları mövcud olmuşdur. Belə ki, xx.xx.2010-cu il təvəllüdlü X4 mübahisəli mənzildən istifadə hüququ xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X11 mənzilə dair orderə əsasən yaranmış istifadə hüququndan törəmə hüquq kimi yaranmışdır.
11. İddiaçı mübahisəli mənzilə dair orderdə adı yoxdur. Onun həmin mənzildən istifadə hüququnun olması barədə digər əsaslar da mövcud deyildir. O, mübahisəli mənzilə dair adına order verilmiş X5 oğlu X16 ilə 2006-cı ildə qeyri-rəsmi evlənmişdir, yalnız xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat şöbəsində X16 ilə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahdan 20 dekabr 2010-cu il tarixdə X14 adlı uşaqları doğulmuşdur. xx.xx.2010-cu il təvəllüdlü X14 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində durğunluq ürək çatışmazlığından vəfat etmiş X11 oğludur. Uşaq toksiki ensefalitin nəticəsi kimi psixo motor inkişafın geriliyindən əziyyət çəkir. Uşaq doğulduğu vaxtdan indiyədək Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay yolu küçəsi 2 saylı evin 27, 28 saylı mənzilində yaşayır. Uşağın anası olan İddiaçı azyaşlı, eləcə də, sağlamlıq durumu qeyri-qənaətbəxş olan, daim ana qayğısına ehtiyac duyan övladı xx.xx.2010-cu il təvəllüdlü X14 ilə birlikdə barəsində iddia qaldırılan mənzildə yaşayır. Onun özünün qeyd olunan mənzildən istifadə hüququ olmasa da o, xəstə övladının yaşadığı mənzildə yaşamaqla, onun üzərində valideynlik hüquqlarını həyata keçirir, sağlamlığına görə qayğıya ehtiyacı olan övladının maddi və mənəvi tələbatlarını təmin edir.
12. Məhkəmə həm də müəyyən etmişdir ki, İddiaçı övladı X14 ilə mübahisəli mənzildə yaşamaqda davam edirlər, onları hazırkı vaxtadək heç kim mənzildən çıxarmamışdır. Bu səbəbdən, iddia mənzilə köçürülmə tələbinə dair hissədə təmin edilə bilməz. İddiaçı Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay yolu küçəsi 2 saylı evin 27, 28 saylı mənzilindən şəxsən istifadə hüququnun olmaması onun həmin mənzildən çıxarılması üçün əsas deyildir. Çünki, o, mənzildən istifadə hüququ olan, yetkinlik yaşına çatmamış xx.xx.2010-cu il təvəllüdlü «keçirilmiş taksike ensadalitin nəticəsi kimi psixo motor inkişafın geriliyi» diaqnozu ilə 2016-cı ildən əlillik verilmiş və hazırda da əlil kimi təqaüd alan X4 valideyni olmaqla, həm yetkinlik yaşına çatmaması, həm də sağlamlıq durumuna görə daimi nəzarətə və himayəyə möhtac olması səbəbindən həmin mənzildə yaşamağa zəruri ehtiyacı vardır. X4 mübahisəli mənzildən istifadə hüququ olduğuna görə onun qanuni qümayəndəsi və valideyni kimi anası İddiaçı övladının yanında yaşaması qanuni və əsaslıdır.
13. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respulikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
14. Cavabdeh1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1823/2024 saylı iş üzrə 12 avqust 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir.
15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qətnaməsi qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində iddiaçı X2 onun mərhum oğlu X17 ilə nikah münasibətlərində olduğunu və nikahdan sonra bu evdə yaşadıqları üçün bunların birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 bu evdən istifadə hüququ olması qənaətinə gəlmişdir. İşin faktiki halları belə olmamışdır. Belə ki, iddiaçı X3, bir həyat yoldaşı kimi öz üzərinə düşən vəzifələrini yerinə yetirməmiş, məhrum oğlu Pərvizə bir həyat yoldaşı kimi baxmamışdır. Onlar faktiki olaraq 7 ilə yaxındır ki, ayrı yaşayırlar. Yəni, onların nikah münasibətlərinə faktiki olaraq xitam verilmişdir. Eyni zamanda mərhum oğlunun sağlığında da bir neçə dəfə həmin bu nikahın pozulması ilə əlaqədar məhkəməyə də müraciət etmək istəmişdi. Yəni, işin faktiki halları bir daha göstərir ki, iddiaçı Baxşıyeva Şərqiyyə ilə mərhum oğlum arasında nikah münasibətləri yalnız formal olaraq kağız üzərində olmuşdur. İddiaçı Baxşıyeva Şərqiyyə mərhum oğlu ilə ailə qurduqdan sonra onlara məxsus olan Umbakı qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. Yəni, onun halhazırda mübahisə predmeti olan mənzilə heç bir hüququ yoxdur. Təbii ki, yetkin yaşına çatmayan X14 da anasının qeydiyyatda olduğu yer üzrə daimi pasport qeydiyyatına alınmalıdır. Mülki işin sənədlərindən də görünür ki, iddiaçı X2 yaşayış yeri tamamilə başqa bir ünvandır və Baxşızadə Muradın digər valideyni Baxşıyev Pərviz vəfat etdiyi üçün qanunvericiliyin tələbinə görə yetkinlik yaşına çatmayan Baxşızadə Muradın yaşayış yeri onun hal-hazırda sağ olan digər valideyni X2 yaşayış yeri ilə müəyyən olunur. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bu hallarına fikir verilməmiş və qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnən belə bir qətnamə qəbul edilmişdir. Qanunun normasından görünür ki, yetkinlik yaşına çatmamış şəxsin yaşayış yeri onun valideynlərinin yaşayış yeri ilə müəyyən olunur. İşin hallarından da görünür ki, yetkinlik yaşına çatmayan Baxşızadə Muradın valideynlərindən biri Baxşıyev Pərviz 2023-cü ildə vəfat etmişdir. Digər valideyni X3 isə tamamilə başqa bir ünvanda qeydiyyatda olmaqla hal-hazırkı mənzildən heç bir istifadə hüququ yoxdur. Belə bir vəziyyətdə yetkinlik yaşına çatmayan Baxşızadə Muradın yaşayış yeri də hal-hazırda sağ olan digər valideyni X2 yaşayış yeri ilə müəyyən olunmalıdır.
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 19.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 21.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilir. Həmçinin nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnmamə ilə iddia qismən təmin olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının
22.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
23.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
24.68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 25.68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 26.68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. 27.91.1-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri; yataqxanalarda yaşayış sahələri; manevr fondu yaşayış sahələri; əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. 28.97-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşların kateqoriyaları qanunvericiliklə müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
29.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2010-cu il təvəllüdlü X13 münasibətdə apardığı araşdırmanın nəticəsindən göründüyü kimi, məhkəmə iddiaçının əri/övladının atası X16 xx.xx.2023-cü il tarixdə vəfat etsə də hal-hazırda həmin mənzildə yaşamaqda davam edən 20 dekabr 2010-cu il tarixdə anadan olmuş oğlu X4 Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Toraqay yolu küçəsi 2 saylı evin 27, 28 saylı mənzilindən istifadə hüququnun mövcud olduğu, bu hüququnun xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X11 mənzilə dair orderə əsasən yaranmış istifadə hüququndan törəmə hüquq kimi yarandığını müəyyən etmişdir.
34. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli qərarına əsasən xx.xx.2001-ci il tarixində verilmiş 034979 saylı orderlə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Toraqay yolu küçəsi 2 saylı evin 27, 28 saylı mənzili 8 nəfər ailə tərkibində (özü, arvadı, anası, oğlu və qızları) X10 verilmişdir. xx.xx.2010-cu il tarixində Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat şöbəsində İddiaçı X16 ilə nikah münasibətləri rəsmiləşdirilmişdir. Bu münasibətlərdən onların 20 dekabr 2010-cu il təvəllüdlü X14 adlı uşaqları doğulmuşdur. X16 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Uşağa «keçirilmiş toksik ensafalitin nəticəsi kimi psixo motor inkişafın geriliyi» diaqnozu ilə 2016-cı ildən əlillik verilmişdir. Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Toraqay yolu 2 saylı evin 27, 28 saylı mənzili xx.xx.2025-ci il tarixdə (mübahisələndirilən qətnamənin qəbul edildiyi tarixdən sonra) Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
35. Qeyd edilməlidir ki, yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).
36. Məhkəmə kollegiyası, xx.xx.2010-cu il təvəllüdlü X13 münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşaraq ilk öncə qeyd etməyi zəruri sayır ki, mübahisəli hüquq münasibətləri 2010-cu ildə yarandığından, münasibətlər yaranan zaman mənzil dövlətin mülkiyyətində olduğundan, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 68-ci maddəsinə əsasən həll edilməlidir.
37. Mənzil Məcəllənin 68.1, 68.2 və 68.4-cü maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.
38. Göründüyü kimi, mübahisəli münasibətləri tənzimləyən normalara əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri (kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri) ilə yanaşı, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan şəxslərin də kirayəçi ilə bərabər hüquq və vəzifələrə malik olduğu qanunda nəzərdə tutulmuşdur.
39. Bu halda, xx.xx.2010-cu il təvəllüdlü X4 qeyd olunan normaların dispozisiya şərtlərinə əsasən mübahisəli yaşayış sahəsindən istifadə etmək hüququnun yaranıbyaranmadığına, belə hüquq yaranmışsa, onun qanuni əsaslarla aradan qalxıbqalxmadığına hüquqi qiymət verilməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edir.
40. Baxılan işdə, xx.xx.2010-cu il təvəllüdlü X1 oğlunun övladı olaraq mübahisəli yaşayış sahəsindən istifadə etmək hüququ yaranmışdır. Hazırda cavabdehin istinad etdiyi kimi onun və qanuni nümayəndəsi olan iddiaçının başqa ünvanda yaşadığı, yaşayış sahəsinə olan tələbatlarını başqa mənzil hesabına ödədikləri müəyyən edilməmişdir. Cavabdeh iddiaya etirazlarının əsası kimi istinad etdiyi bu halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
41. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.
42. Beləliklə, xx.xx.2010-cu il təvəllüdlü X4 və qanuni nümayəndəsi olan iddiaçının daimi yaşamaq üçün köçüb bаşqа yerə getməsi habelə yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğu məhkəmə kollegiyası tərəfindən işdə olan sübutlara əsasən müəyyən edilməmişdir. Mübahisəli yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni cavabdehin həmin mənzil üzərindəki xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı qətnamədən, hətta apellyasiya şikayəti verildikdən sonrakı dövrə təsadüf edir. Belə olan halda da qeyd edilənlər, işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə almış və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil edə bilməz.
43. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
44. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.
45. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1823/2024 saylı, 12 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Elşən Kazımov Fuad Babayev