Məhkəmə qərarları › İş №2(103)-3386/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3386/2022

29.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3386/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İlk İddiaçı2, X8 nümayəndəsi Vəkil, Qarşılıqlı iddiaçılar Cavabdeh1 və Allahverdiyeva (Nəzəralıyeva) Təranə Allahverdi qızının iştirakı ilə, İlk iddiaçılar X14, İddiaçı3 Ələskər oğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair ilk iddiası, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X14, İddiaçı3 Ələskər oğlu və İddiaçı2 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(008)-8234/2021 saylı qətnaməsindən ilk iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İlk iddiaçılar X14, İddiaçı2 və İddiaçı3 Ələskər oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi ev 9A-da yerləşən 36 saylı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ələskər Qurbanovun mərhum atası X15 məlum hadisələrlə əlaqədar 1989-cu ildə Ermənistan SSR Qafan rayonundakı evlərini ünvan 1 ünvanındakı mənzillə dəyişmiş, ailəliklə köçüb həmin mənzildə yaşamış, oraya qanuni qaydada pasport qeydiyyatına alınmışlar. İddiaçı X14 ailə qurduqdan sonra həyat yoldaşı İddiaçı2 həmin ünvana gəlin köçmüş və onlarla birlikdə yaşayıb ümumi təsərrüfat aparmış, pasport qeydiyyatına alınaraq mərhum atasının ailə üzvlərindən biri olmuşdur. X2 xx.xx.2020-ci il tarixdə, atası X16 isə xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Ələskər Qurbanov 2-ci qrup gözdən əlil olmaqla insult keçirmiş və yataq xəstəsidir. 2021-ci ilin iyun ayında arvadı səhhəti ilə əlaqədar olaraq onu Xaçmaz rayonuna qohumlarının yanına aparmışdır. 01 sentyabr 2021-ci il tarixdə Bakıya daimi yaşadıqları həmin mənzilə qayıtdıqda qardaşı Cavabdeh1 və arvadı Cavabdeh2 onları yaşadıqları evə buraxmamışlar. Hal-hazırda müvəqqəti olaraq başqalarının himayəsinə sığınmışlar. Qeyd olunan mənzil onların daimi yaşayış yeridir və orada daimi pasport qeydiyyatındadırlar. Buna görə də iddianın təmin olunub həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X14, İddiaçı3 Ələskər oğlu və İddiaçı2 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi ev 9A-da yerləşən 36 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, X14, İddiaçı2 və İddiaçı3 Ələskər oğlu 2014-cü ildən sözügedən mənzildə yaşamır və oradan istifadə etmirlər. Onlar mənzildən köçüb getmiş və Xaçmaz rayonu Qaracəlli kəndində daimi yaşayırlar. İddiaçı2 adına Xaçmaz rayonu Qaracəlli kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən evləri vardır. Onlar yaşayış yerləri ilə təmin olunmuşlar, daimi yaşayış yerləri vardır, bundan başqa onların Bakı şəhərində ayrıca evləri də vardır. Cavabdehlər uzun illər Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsi 9A saylı evin 36 saylı mənzilində yaşamadıqlarından mənzildən istifadə hüquqlarını itirmişlər. Cavabdehlər onları gəlib narahat edir, əsassız olaraq dava-dalaş edir, uşaqları söyüb təhqir edirlər. Buna görə də onlarla bir yerdə yaşamaq qeyri-mümkündür. Mənzilin kommunal xərcləri Cavabdeh1 adınadır və həmin kommunal xərcləri ödəyirlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(008)- 8234/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, X14, İddiaçı2 və İddiaçı3 Ələskər oğlunun ünvan 2 ünvanındakı mənzildən istifadə hüquqları itirilmiş hesab edilmişdir. Qətnamədən ilk iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Ələskər və Cavabdeh1ların mərhum atası Vəli Qurbanov 1989-cu ildə Qafan rayonundakı evlərini ünvan 2 ilə dəyişərkən Ələskər Qurbanov atası ilə birlikdə həmin mənzilə köçmüş, daha sonra İddiaçı2 ilə nikaha daxil olaraq onu da həmin mənzilə köçürmüş, övladları İddiaçı3 da bu evdə dünyaya gəlmişdir. İlk iddiaçıların hamısı həmin mənzildə pasport qeydiyyatındadırlar. 1989-cu ildə həmin mənzilə köçərkən qardaşı Cavabdeh1 Ukraynada olmuş, sonrakı dövrdə də orada yaşamış, uşaqları da orada doğulmuşdur. Aydın 2010-cu ildə müflis olandan sonra Azərbaycana qayıdıb həmin mənzildə yaşamağa başlamışdır. Birinci instansiya məhkəməsi mənzilin orderindəki “Курбанов А.В.” sözlərini səhvən Cavabdeh1 kimi başa düşmüş, bu barədə ilk iddiaçının izahatı təhrif olunmuşdur. Halbuki, Ələsgər adı rusca “Алескер” kimi oxunur və orderdə həmin ad İddiaçı1 aiddir. Birinci instansiya məhkəməsi ilk iddiaçıların mənzili daimi tərk etməsi barədə əsassız nəticəyə gəlmiş, Cavabdeh1 bu iddianı qaldırmağa subyektiv hüququnun olmamasını araşdırmamış, mənzildən istifadə ilə bağlı münasibətlər əvvəlki Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yarandığı halda, mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsini tətbiq etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2, habelə X8 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Qarşılıqlı iddiaçılar Cavabdeh1 və Allahverdiyeva (Nəzəralıyeva) Təranə Allahverdi qızı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarından görünür ki, iş üzrə tərəflər iki qardaş və onların ailə üzvləridir. ünvan 3 ünvan – Razin qəsəbəsi Neftçilər küçəsi) ev 9A mənzil 36 ünvanındakı mənzil 25 fevral 1989-cu il tarixli dəyişmə orderi əsasında X10 verilmişdir. X5 ilə bərabər arvadı Hüseynova S.M, qızları Qurbanova C.V., Qurbanova X.V. və oğlu Cavabdeh1 qeyd olunmuşlar. İlk iddia üzrə iddiaçılar X14, onun arvadı İddiaçı2, onların oğlu İddiaçı3 Ələskər oğlu və qarşılıqlı iddiaçı Cavabdeh1 həmin mənzildə qeydiyyatdadırlar. Qarşılıqlı iddiaçı Allahverdiyeva (Nəzəralıyeva) Təranə Allahverdi qızı isə Zəngilan rayonu Qazançı kəndində pasport qeydiyyatındadır. X15 xx.xx.2001-ci ildə, onun arvadı X6 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. Cavabdeh1 və X3 ər-arvaddırlar. İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Xaçmaz rayonu Qaracəlli kəndində 0,12 ha yaşayış məntəqələri kateqoriyasına aid torpaq sahəsi qeydiyyata alınmışdır. Xaçmaz rayonu Əhmədoba Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən həmin torpaq sahəsinin üzərində tikilmiş yaşayış evi mövcuddur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə ünvanlanmış sorğuya cavab məktubu əsasında əldə edilmiş X11 və Cavabdeh1 məxsus Fərdi uçot vərəqinin surətindən görünür ki, X14 həmin mənzildə pasport qeydiyyatına xx.xx.2005-ci il tarixdə, Cavabdeh1 isə xx.xx.2006-cı il tarixdə alınmışdır. İlk iddiaçılar həmin mənzildə 2021-ci ilin iyun ayına qədər, qarşılıqlı iddiaçılar isə ilk iddiaçıların orada 2014-cü ilədək yaşadıqlarını bildirmişlər. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Aydın və Ələskər Qurbanovlar onun qardaşlarıdır. Mübahisəli mənzildə həmişə qardaşı Ələskər yaşamış, onlar Ermənistan SSR-dən Azərbaycana köçəndə Aydın Rusiyada hərbi xidmətdə olmuşdur. Aydın təxminən 10 il olar ki, Azərbaycana qayıtmış və ailəsi ilə birlikdə Ələskərlə eyni mənzildə yaşamışdır. İkinci qrup gözdən əlil olan qardaşı Ələskər səhhəti ilə əlaqədar 2021-ci ilin iyun ayında Xaçmaz rayonuna arvadının qohumlarının yanına getmiş, Bakıya daimi yaşadıqları evə qayıdanda Aydın və arvadı Təranə onları mənzilə buraxmamışlar. Birinci instansiya məhkəməsində işə baxılarkən şahid qismində dindirilmiş Aydın və Ələskər Qurbanovların digər bacısı X17 da ifadəsində Ələskər Qurbanovun həmin mənzildə 30 il yaşadığını, Aydının isə Rusiyada yaşamaqla 10 ildir ki, Bakıya gəldiyini göstərmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən şahid qismində dindirilmiş tərəflərin qonşusu X4 Qurbanovun çoxdandır ki, Xaçmaz rayonunda yaşadığını, həkim müayinəsindən keçmək üçün hərdən Bakıya gəlib sonra Xaçmaza qayıtdığını göstərmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi ev 9A-da yerləşən 36 saylı mənzil dövlət mənzil fondunda qalmaqla özəlləşdirilməmiş və hər hansı şəxsin mülkiyyətinə keçməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Bununla yanaşı Konstitusiya Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin Məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən şamil edilməlidir. İş materiallarından görünür ki, ilk iddiaçılar 01 sentyabr 2000-ci il tarixədək olan dövrdə mübahisəli mənzilə köçüb yaşamağa başlamışlar. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər... İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilirlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeydşərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki,Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İş materiallarından göründüyü kimi, mübahisəli mənzilin icarədarı Ələskər Qurbanovun atası X15 olmuş, Vəli Qurbanov öz oğlu Ələskərin və onun arvadı İddiaçı2 mənzilə köçüb yaşamasına razılıq vermiş, Ələskər Qurbanovun və İddiaçı2 1994-cü il təvəllüdlü övladları İddiaçı3 da doğulduğu vaxtdan həmin mənzildə yaşayıb pasport qeydiyyatına düşmüşdür. Mənzilə dair orderdə icarədarın ailə üzvləri sırasında rus dilində yazılmış “Курбанов А.В.” adlı şəxsin Ələskər Qurbanov, yoxsa Cavabdeh1 olması məhkəmə araşdırması zamanı mübahisə doğursa da, məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki Mənzil Məcəlləsində mənzildən istifadə hüququnun yaranması nə orderdə adın qeyd olunması, nə də pasport qeydiyyatı ilə deyil, icarədarın razılığı ilə həmin mənzilə köçüb yaşamaqla şərtləşdirilirdi. Buna görə də orderdə adının qeyd olunubolunmamasından asılı olmayaraq ilk iddiaçıların mübahisəli mənzildən istifadə hüquqları yaranmışdır. Bu hüququn itirilməsinə gəldikdə isə, qarşılıqlı iddiaçılar X14, İddiaçı3 Ələskər oğlu və İddiaçı2 mübahisəli mənzildən daimi köçüb getmələrini sübuta yetirə bilməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdehlərin Xaçmaz rayonunun Qaracəlli kəndində torpaq sahəsinin və orada tikilmiş evlərinin olması əvvəllər yaşadıqları və pasport qeydiyyatında qaldıqları Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi ev 9A-da yerləşən 36 saylı mənzildən köçüb daimi olaraq başqa yerə getmələri barədə birmənalı nəticəyə gəlməyə əsas vermir. İddiaçı3 Ələskər oğlunun işləmək məqsədilə Qazaxıstana getməsi də onu yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Şahid qismində dindirilmiş qarşılıqlı iddiaçıların qonşusu X9 ifadəsi də Ələskər Qurbanovun daimi olaraq başqa yerə köçməsi barədə nəticəyə gəlməyə əsas vermir. Belə ki, o, Ələskər Qurbanovun konkret olaraq hansı vaxtdan Xaçmaz rayonuna getməsini göstərməmiş, onun müalicəsi ilə əlaqədar Bakı şəhərinə gəlibgetdiyini bildirmişdir. X14, İddiaçı3 Ələskər oğlu və İddiaçı2 yaşayış yerləri ilə təmin olunması, daimi yaşayış yerlərinin və Bakı şəhərində ayrıca evlərinin olması barədə də qarşılıqlı iddiaçılar məhkəməyə heç bir sübut təqdim etməmişlər. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi haqqında yeni qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 384, 385, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlk iddiaçılar X14, İddiaçı2 və İddiaçı3 Ələskər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(008)- 8234/2021 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İlk iddia təmin edilsin. X14, İddiaçı2 və İddiaçı3 Ələskər oğlu ünvan 1 ünvanındakı mənzilə köçürülsünlər. Qarşılıqlı iddia rədd edilsin. İlk iddianın verilməsi üçün ödənilmiş 100 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat pul Cavabdeh1 və X1 tutulub X14, İddiaçı2 və İddiaçı3 Ələskər oğluna ödənilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar