Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3388/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: əmrin ləğvi və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi və əmək müqaviləsinin işçinin öz təşəbbüsü ilə ləğv edilməsinin rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-321/2023 saylı 24 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 23 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya məxsus 009935 nömrəli əmək kitabçasının 16-18 nömrəli qeydlərindən müəyyən edilir ki, o, xx.xx.2018-ci il tarixində 828/K nömrəli xx.xx.2018-ci il tarixli əmrlə Cavabdeh MMC-yə “kredit mütəxəssisi” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixində 700K nömrəli xx.xx.2020-ci il tarixli əmrlə həmin müəssisədə “inzibatçı” vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixində 1040/K nömrəli xx.xx.2022-ci il tarixli əmrlə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hal-hazırda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir.
2. Yevlax mağazasında inzibatçı vəzifəsində işləyən İddiaçı Cavabdeh MMC-nin direktoru X9 ünvanladığı xx.xx.2022-ci il tarixli ərizə göstərilmişdir ki, o, 01 iyun 2022ci il tarixindən etibarən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində İnsan Resursları Departamenti, Təftiş Ofisi, Təchizat Şöbəsi, Monitorinq Departamenti və digərlərinə ünvanlanmış elektron məktubda da göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixində öz xahişi ilə işdən azad olunma barədə ərizə vermiş, yaxın günlərdə əmək müqaviləsinə xitam verilməsinə və mağazanın təhvil götürülməsinə köməklik edilməsini xahiş etmişdir.
3. MMC-nin xx.xx.2022-ci il tarixli 839/K nömrəli əmri ilə X6 xx.xx.2022-ci tarixindən 3 (üç) aylıq sınaq müddətinə 1.0 ştat vahidi ilə “inzibatçı” vəzifəsinə işə qəbul edilmiş və o, Yevlax şəhəri, N.Gəncəvi prospekti, 67A ünvanına (Yevlax mağazasına) təhkim olunmuşdur. İnsan resursları üzrə mütəxəssis Qəmər Zamanlı tərəfindən elektron məktubda yazılmışdır ki, kod xx.xx.2022 tarixindən (işə qəbul günü) açılmışdır. X6 – 12680.
4. Monitorinq Departamenti Təftiş işləri üzrə müavinin İddiaçı ünvanladığı elektron məktubda göstərilmişdir ki, filiala yeni inzibatçı xx.xx.2022-ci il tarixində rəsmiləşmə edilərək təyin edilib. Həmin tarixdən də filialda təftiş əməkdaşları tərəfindən yoxlamaya başlanılıb. Yoxlama yekunundan sonra aktlaşma aparılacaq və aidiyyəti üzrə xitamı barədə onlar tərəfindən rəy veriləcək.
5. “Monitorinq departamenti” sayım yoxlama aktına görə Yevlax-7082 bölməsində 14xx.xx.2022-ci il tarixlərində inzibatçı tərəfindən təhvil-təslim əsası ilə sayım növlü yoxlama keçirilmiş, inzibatçı İddiaçı təhvil verən, inzibatçı Kərimov Mərahim isə təhvil alan olmuşdur.
6. “Monitorinq Departamenti” keyfiyyət yoxlama aktına görə Yevlax-7082 bölməsində 14xx.xx.2022-ci il tarixlərində inzibatçı tərəfindən təhvil-təslim əsası ilə keyfiyyət növlü yoxlama keçirilmiş, inzibatçı İddiaçı təhvil verən, inzibatçı Kərimov Mərahim isə təhvil alan olmuşdur.
7. “Monitorinq departamenti” tərəfindən keçirilən yoxlamanın nəticəsinə görə İnventar Yevlax bölməsində 15-xx.xx.2022-ci il tarixlərində təhvil-təslim əsası ilə sayım növlü yoxlama keçirilmiş, inzibatçı İddiaçı təhvil verən, inzibatçı Kərimov Mərahim isə təhvil alan olmuşdur.
8. 18.07.2022-ci il tarixli elektron məktublarda göstərilmişdir ki, “İddiaçı çıxıb işdən?” məzmunlu məktuba “Təhvil-təslim gedir hazırda” cavabı verilmişdir.
9. Yevlax mağazasının inzibatçısı İddiaçı Cavabdeh MMC-nin direktoru Əhəd Əsgərova ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədə 01 iyun 2022-ci il tarixdən işdən azad olunma barədə ərizə verdiyini, lakin bu günə kimi işinə xitam verilmədiyini bildirmiş, bu barədə köməklik göstərilməsini xahiş etmişdir.
10. Cavabdeh MMC-nin əməkdaşları – Təhlükəsizlik Departamentinin direktoru X3 tərəfindən, Yevlax mağazasında inzibatçı vəzifəsində işləyən X6, Yevlax mağazasında 1-ci dərəcəli satış məsləhətçisi vəzifəsində işləyən X4, X7 müdiri vəzifəsində işləyən X8 təsdiq etdiyi xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli “İş buraxmaya dair” aktlara görə Yevlax mağazasının inzibatçısı vəzifəsində işləyən İddiaçı həmin tarixlərdə bütün iş günü işdə olmayaraq üzrsüz iş günləri buraxmışdır. İşçi üzrsüz iş buraxma halını əsaslandıran heç bir sənəd (izahat və s.) təqdim etməmişdir.
11. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 2227/K nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə məktuba (daxil olma: xx.xx.2022) MMC tərəfindən baxılmış, İddiaçı 01 iyun 2022-ci il tarixli işdən azad edilmə barədə ərizəsi həmin məktuba əlavə edilmiş, məktub həmin ərizə ilə birlikdə xx.xx.2022-ci il tarixində müəssisəyə daxil olduğuna görə İddiaçı işəgötürəni əmək müqaviləsinə xitam verilmə təşəbbüsü ilə xx.xx.2022-ci il tarixindən məlumatlandırmışdır. O, xx.xx.2022-ci il tarixindən həmin günə qədər işəgötürənə heç bir məlumat vermədən, işlədiyi Cavabdeh MMC-nin Yevlax mağazasına işə gəlməyərək, icazəsiz iş günü buraxır. İddiaçı etdiyi pozuntu onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) birtərəfli qaydada xitam verilməsinə əsasdır. Bu bildirişi poçt xidməti vasitəsi ilə aldıqdan sonra, 3 (üç) gün ərzində Cəmiyyətin baş ofisinə (Bakı şəhəri, Azadlıq prospekti 120) yaxınlaşaraq sübutlarla (iş buraxmanı əsaslandıran sənədlərlə və s.) birgə yazılı izahatın, habelə Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hər hansı bir hal mövcud olduğu halda, həmin halları sübut edən sənədlərin və s. təqdim edilməsi, əks halda əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam veriləcəyi qeyd edilmişdir.
12. xx.xx.2022-ci il tarixli təqdimatda göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixindən üzrsüz olaraq iş günü buraxaraq, bununla bağlı sənəd, izahat və s. təqdim edilməsi ona təklif edilməsinə baxmayaraq, üzrsüz iş buraxmağa davam edərək pozuntuya yol vermiş, buna görə də onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi barədə müvafiq əmr verilməsi xahiş edilmişdir. MMC-nin xx.xx.2022-ci il tarixli 1040/K nömrəli əmri ilə Yevlax mağazasında inzibatçı vəzifəsində işləyən işçi İddiaçı heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin əsasını X7 müdirinin təqdimatı (təqdimata qoşmada: iş buraxmaya dair aktlar) təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onun barəsində qəbul etdiyi 1040/K nömrəli xx.xx.2022-ci il tarixli əmrin əsassız olduğundan ləğv edilməsi və onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 69-cu maddəsi ilə (işçinin öz təşəbbüsü ilə) ləğv edilməsinin rəsmiləşdirilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixində "xxxx" MMC-yə “kredit mütəxəssisi” vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixində həmin müəssisədə “kredit mütəxəssisi” vəzifəsindən “inzibatçı” vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda) Əmək Məcəlləsini kobud şəkildə pozduğuna görə tutduğu vəzifədən azad edilməsi qeyd edilmişdir. Bu barədə o, Əmək Müfəttişliyinə rəsmi müraciətlər etmiş, müəssisə tam özbaşınalıq edərək əmək qanunvericiliyinə əməl etməyərək onu tutduğu vəzifədən qeyd olunan maddələrlə işdən çıxarmışdır. O həmişə nümunəvi bir işçi olmuş, hamı kimi işdən azad olunması üçün xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-yə 01 iyun 2022-ci il tarixindən etibarən öz xahişi ilə işdən çıxarılması üçün rəsmi müraciət etmişdir. İşdən çıxdığını gözlədiyi bir ərəfədə ona heç bir cavab gəlmədiyindən təkrarən 22 iyul 2022-ci il tarixində rəsmi müraciət edərək onun 01 iyun 2022-ci il tarixində işdən azad olunması ilə bağlı ərizəsinə niyə cavab verilmədiyini soruşmuş, ona 02 avqust 2022-ci il tarixində direktor Ə.Əsgərov tərəfindən rəsmi cavab gəlmiş və bildirilmişdir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən bir təqvim ayı qabaqcadan xəbərdarlıq edilməklə əmək müqaviləsini ləğv edə bilər. Eyni ilə müəssisə onu işdən azad etməyərək bir təqvim ayı bitdikdən sonra ona işə çıxmamaq və son haqqhesabı aparmaq hüququnun olduğunu bildirmişdir. Oərizəsində konkret olaraq çıxma tarixini "xxxx" kimi göstərmişdir. Müəssisə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən çıxardıb. X5 iclasını keçirmədən, qeyd olunan məsələləri, hansı qaydaları pozduğunu ona bildirmədən, istinad etdiyi halları əsaslandırmadan o, bu şəxsin qəzəbinə düçar olaraq işdən azad edilmişdir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 fevral 2023-cü il tarixli 2(006)-321/2023 saylı qətnaməsi ilə (hakim Günay Abidova) iddia təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli 1040/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 69cu maddəsi ilə (işçinin öz təşəbbüsü ilə) ləğv edilməsinin rəsmiləşdirilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması qət edilmişdir.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanması nəticəsində əmək münasibətləri yaranmışdır. Bu münasibətlərdə iddiaçı işçi, cavabdeh isə işəgötürən qismində çıxış etmişdir. İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinə uyğun olaraq öz ərizəsi əsasında xitam verilməsini cavabdehdən xahiş etsə də, cavabdeh buna məhəl qoymamış və aralarında olan əmək münasibətlərinin əsasını təşkil edən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam vermişdir. İddiaçı hərəkətində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində göstərilən hallar mövcud deyildir. İddiaçının üzrlü səbəb olmadan işə gəlməməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi üçün cavabdehdə bunu təsdiq edən mötəbər sübutlar olmalıdır. Lakin cavabdehdə yalnız onun əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-xx.xx.2022-ci il tarixli iş buraxmaya dair aktlar mövcuddur. Bu aktlar qeyd olunan əsasla iddiaçının işdən azad edilməsi üçün mötəbər sübut və yetərli əsas ola bilməzdi. Çünki cavabdeh tərəfin işdə bilavasitə maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. Elektron məktublardan görünür ki, iddiaçı xx.xx.2022-ci ildə işdən azad edilməsi barədə ərizəni elektron qaydada cavabdehin səlahiyyətli nümayəndələrinə göndərmiş, bundan sonra dəfələrlə xatırlatma məktubları göndərmiş, buna məhəl qoyulmadığını gördükdə həmin ərizəni poçtla göndərmişdir. İddiaçının həmin elektron məktubunu görmədiklərini, onun “blokda olduğunu” bildirən cavabdeh tərəfin xx.xx.2022-ci il tarixdə iddiaçının işlədiyi mağazaya eyni vəzifəyə başqa adamı rəsmi qaydada işə götürməsi onların bu dəlillərini tam təkzib edir. Həmçinin, təhvil-təslimlə əlaqədar monitorinqin keçirilməsi, iddiaçının işləri yeni işçiyə təhvil verməsi, onun işdən çıxması ilə əlaqədar digər işçilər arasında olan yazışmalar, onun özünə başqa əməkdaşlar tərəfindən göndərilən elektron cavab məktublarından da iddiaçının işdən çıxma barədə müraciətindən xəbərdar olduqları aydın olur. Yazışmaların şirkətə məxsus korporativ elektron poçt ünvanı vasitəsilə aparıldığı nəzərə alınaraq, iddiaçının “bloka atılması” və onun tərəfindən göndərilən məktubun görülməməsi ağlabatan hesab olunmur. Həmçinin, şirkətin öz işçisini bloka atması da ağlabatan deyildir.
17. Məhkəmə göstərmişdir ki, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi xəbərdarlıq müddətini 1 ay müəyyən etmişdir. Bu müddətin axımı işçi tərəfindən əmək müqaviləsinin ləğvi barədə ərizənin verilməsi ilə başlayır. Hazırki iş üzrə iddiaçının hansı tarixdə ərizə yazdığı və öz təşəbbüsü ilə hansı tarixdən işdən çıxmaq istəməsinə dair cavabdeh şirkətə ünvanlanmış ərizədə məlumatlar mövcuddur. İddiaçının ərizə verdiyi xx.xx.2022-ci ildən 1 təqvim ayı bitdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdən işə çıxmamaq hüququ olmuşdur, o, işə çıxmağa davam etmiş, yalnız cavabdeh yeni işçi tapandan və işləri iddiaçıdan müvafiq qaydada təhvil alandan sonra o, işə çıxmamağa başlamışdır. Bu hal iddiaçının üzrlü səbəb olmadan işə gəlməməsi kimi deyil, işə çıxmamaq hüququnun həyata keçirilməsi kimi qiymətləndirilməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 68.1, 68.2, 69.1, 69.2, 69.3, 69.5, 69.7, 70 "xxxx" bəndi, 71.2, 71.3, 72 “a” bəndi, 76, 83.1, 83.2, 3001, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
19. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı 21 iyul 2022-ci il tarixdən üzrsüz iş buraxmış, bu səbəbdən işçi ilə əlaqə saxlanılmış, işə gəlməməsinin səbəbləri üzrsüz iş buraxma halı ilə bağlı iş buraxmasını əsaslandıran sənədlərlə izahat təqdim etməsi üçün baş ofisə yaxınlaşması təklif edilmişdir. İşçi xx.xx.2022-ci il tarixli işdən azad ərizəsini xx.xx.2022-ci il tarixində poçta təhvil vermiş, xx.xx.2022-ci il tarixində ərizə məktubla MMC-yə daxil olmuşdur. İşçi əmək müqaviləsinə xitam verilmə təşəbbüsü barədə işəgötürəni xx.xx.2022-ci il tarixində məlumatlandırmışdır. İşçinin e-mail üzərindən göndərdiyi xx.xx.2022-ci il tarixli işdən azad ərizəsi MMC-nin rəhbərinə və insan resursları departamentinin rəhbərinə təqdim edilməmişdir. MMC-yə işə qəbul, işdən çıxma, məzuniyyət və ezamiyyə ərizələrinin yalnız əsli rəsmi qaydada Cəmiyyətin Baş direktoruna təqdim edildikdən, müvafiq əmr imzalandıqdan və əmrlə tanış olduqdan sonra müvafiq hərəkətlər həyata keçirilir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı tərəf apelyasiya şikayətinə etiraz ünvanlayaraq, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
23. İddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
24. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
25. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
26. Maddə 68.2.“a” bəndi. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür.
27. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
28. Maddə 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
29. Maddə 69.3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
30. Maddə 69.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
31. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır
32. Maddə 70 "xxxx" bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
33. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
34. Maddə 72. “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
35. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
36. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
37. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
44. Qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixində elektron poçt vasitəsilə cavabdeh şirkətin səlahiyyətli nümayəndələrinə və bölmələrinə ərizə təqdim edərək, öz təşəbbüsü ilə işdən azad edilməsi barədə əmr verilməsini və mağazanın ondan təhvil alınmasını xahiş etmişdir. Dəfələrlə xatırlatma məktubları göndərmiş, işəgötürən tərəfindən ərizələrə münasibət bildirilməmişdir. İddiaçı məcbur qalıb ərizəni poçtla göndərmişdir.
47. Cavabdehin bu ərizələrdən xəbərsiz olması barədə dəlilləri öz hərəkətləri ilə təkzib edilir, belə ki, iddiaçının işdən çıxmasından xəbərsiz olduqları halda iddiaçının əvəzinə eyni vəzifəyə yeni işçi işə götürmələri, iddiaçının mağazanı təhvil verməsi ilə bağlı monitorinq keçirilməsi, iddiaçı ilə yeni işçi arasında təhvil-təslim edilməsinin hansı əsasla edilməsi cavablandırılmamışdır.
48. İddiaçı ərizə ilə müraciət etdikdən sonra 22 iyul tarixinə qədər işə gəlmiş və vəzifələrini həyata keçirmişdir, təhvil-təslim etdikdən sonra yenidən elektron məktubla müraciət etmiş, bundan sonra isə haqlı olaraq işə çıxmamışdır.
49. Məhkəmə haqlı olaraq göstərmişdir ki, işdə olan digər sübutlarla iddiaçının üzrsüz səbəbdən işə gəlmədiyi faktı təkzib edilir. Elektron məktublardan görünür ki, iddiaçı xx.xx.2022-ci ildə işdən azad edilməsi barədə ərizəni elektron qaydada cavabdehin səlahiyyətli nümayəndələrinə göndərmiş, bundan sonra dəfələrlə xatırlatma məktubları göndərmiş, buna məhəl qoyulmadığını gördükdə həmin ərizəni poçtla göndərmişdir. İddiaçının həmin elektron məktubunu görmədiklərini, onun “blokda olduğunu” bildirən cavabdeh tərəfin xx.xx.2022-ci il tarixdə iddiaçının işlədiyi mağazaya eyni vəzifəyə başqa adamı rəsmi qaydada işə götürməsi onların bu dəlillərini tam təkzib edir. Həmçinin, təhvil-təslimlə əlaqədar monitorinqin keçirilməsi, iddiaçının işləri yeni işçiyə təhvil verməsi, onun işdən çıxması ilə əlaqədar digər işçilər arasında olan yazışmalar, onun özünə başqa əməkdaşlar tərəfindən göndərilən elektron cavab məktublarından da iddiaçının işdən çıxma barədə müraciətindən xəbərdar olduqları aydın olur. Yazışmaların şirkətə məxsus korporativ elektron poçt ünvanı vasitəsilə aparıldığı nəzərə alınaraq, iddiaçının “bloka atılması” və onun tərəfindən göndərilən məktubun görülməməsi ağlabatan hesab olunmur. Həmçinin, şirkətin öz işçisini bloka atması da ağlabatan deyildir.
50. Kollegiya həmçinin qeyd edir ki, “yazılı ərizə” dedikdə qanunverici yalnız kağız daşıyıcıda ifadə olunan müraciəti nəzərdə tutmur, e-mail üzərindən edilən müraciət də yazılı ərizə hesab olunur. Xüsusi ilə hazırki işin halları, yəni iddiaçının işlədiyi mağazanın mərkəzi ofisdən kənarda – Yevlax şəhərində yerləşməsi və həmin mağaza ilə bütün yazışmaların elektron qaydada aparıldığı nəzərə alındıqda, iddiaçının e-mail vasitəsi ilə verdiyi ərizə qanunvericiliyin tələblərinə uyğun şəkildə edilmiş müraciət kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehin həmin dəlili də əsassız hesab olunur.
51. Beləliklə, iddiaçının hərəkətlərində Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində göstərilən hallar mövcud deyildir, buna görə də işçinin işdən azad edilməsi barədə işəgötürən tərəfindən verilmiş əmr qanunvericiliyin tələblərinə zidd olduğundan məhkəmə qanuni və əsaslı nəticəyə gəlmişdir.
52. Apelyasiya şikayətində qeyd olunanlar qanuni və əsaslı olan qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-321/2023 saylı iş üzrə 24 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.