Məhkəmə qərarları › İş №2(103)-3399/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3399/2024

02.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3399/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Cavabdeh2inə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sadıqov Vahid Nəriman oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-873/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Cavabdeh2inə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin xx.xx.2023-cü il tarixli 3-19/3-1-Kt-0981/2023 əmrinin ləğvi, İddiaçı “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi, cavabdehlərdən tutularaq İddiaçı 1000 manat məbləğində vəkil xidmət haqqının əvəzi, 50 manat məbləğində ilkin mediasiya sessiyası xərcinin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin xx.xx.2023-cü il tarixli 3-19/3-1-Kt-0981/2023 əmri ilə İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsindən azad edilmişdir. Əmrin nüsxəsi indiyə qədər rəsmi şəkildə İddiaçı təqdim olunmamış, onunla son haqq-hesab aparılmamışdır. Əmrdə göstərilən bütün səbəblər həqiqətə uyğun deyil və tamamilə əsassızdır. Buna görə də əmr ləğv olunmalı, İddiaçı “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsinə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ona ödənilməlidir.

3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-873/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Aytən Novruzova) ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin xx.xx.2023-cü il tarixli 3-19/3-1-Kt0981/2023 əmrinin ləğv edilməsi, İddiaçı “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən vəkil xərcinə görə 500 manat, mediasiya xərci olaraq 50 manat pulun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi qətnamədən apellyasiya şikayəti verərək, şikayətin dəlili kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və iş üzrə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, iddia ərizəsində və tərtib edilmiş aktlardan görünür ki, iddiaçı nazliriyin onu vəzifədən çıxarmaq səlahiyyətinin olmadığını, daha sonra isə nazirlik tərəfindən təyin edilmiş komissyanın onun yoxlanması səlahiyyətlərinə malik olmadığını iddia etdiyi halda, digər tərəfdən isə məhz ondan tələb edilən sənədlərin təqdim edildiyini və yoxlama üçün lazımı şərait yaratdığını iddia etməklə bir birini təkzib edən mövqe ortaya qoymuşdur ki, iş üçün əhəmiyyət kəsb edən və iddiaçının ziddiyətli mövqeyi olan bu halı rayon məhkəmə nəzərə almamışdır.

5. Əvvəla işin faktiki halları ondan ibarətdir ki, iddiaçının işləmiş olduğu təşkilat Cavabdeh2 olmaqla 6 dekabr 2011-ci il tarixli, 193 nömrəli “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyininstrukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında Nazirlər kabineti tərəfindən qəbul edilmiş qərarın İİİ bölməsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum kimi göstərilmişdir. Eləcə də, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və işçilərinin ümumi say tərkibinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanın 10-cu bəndində qeyd edilmişdir ki, nazirliyin aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Həmin əsasnamədə göstərilmişdir ki, Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, ikili tabelikdə olan yerli orqanların rəhbərlərinin isə qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi üçün təqdimatlar verir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür, qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir; eləcə də, əsasnamənin 14.5-ci bəndində qeyd edilmişdir ki, qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir və s.

6. Məhz göstərilən səlahiyyətlərinin icrasını təmin etmək və nazirliyin tabeliyindəki qurum olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi təsisçisi olduğu "Azərbaycan Milli Antidopinq Agentliyi" (AMADA) publik hüquqi şəxsə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin səmərəli və qanunvericiliyə uyğun olaraq məqsədli istifadəsinin monitorinqi və 2020-2022-ci illər və 2023-cü ilin 9 ayı ərzində Agentliyin bu sahədəfəaliyyətinin araşdırılması məqsədilə nazirliyin 02 oktyabr 2023-cü iltarixli 3-19/3-1- S0965/2023 nömrəli əmri ilə müvafiq komissiya yaradılmışdır.

7. Araşdırmanın gedişatı zamanı AMADA-nın direktoru İddiaçı nizam-intizam və subordinasiya qaydalarına zidd olaraq, komissiyanın fəaliyyətinə süni maneələr törətməklə ciddi əngəllər yaratmış, əsassız olaraq müxtəlif bəhanələr gətirərək zəruri maliyyə sənədlərini və məlumatları komissiyaya təqdim etməmiş, qanunvericilikdə nəzərdə tutulmuş tabeçilik prinsiplərinə etinasız yanaşaraq, faktiki olaraq komissiyanın işini və icra intizamının normal ahəngini kobud şəkildə pozmuşdur. Bu səbəbdən də, nazirliklə AMADA arasında bağlanmış dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə 09 yanvar 2023-cü il tarixli müqavilənin 2.4.2-ci yarımbəndinə uyğun olaraq, nazirliyin səlahiyyətləriilə bağlı verilmiş əmrin icrası mümkün olmamışdır. Bu barədə komissiya üzvləri tərəfindən müvafiq aktlar tərtib edilmişdir. Nəticə etibarı ilə “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin direktoru İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 09 oktyabr 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikası Gənclər və İdmanNazirliyinin xx.xx.2023-cü il tarixli, 3-19/3-İ-Kt- 0981/2023 nömrəli əmr verilmişdir.

8. Göstərilən vəzifəyə müvafiq olaraq işə təyin etmək və işdən azad etmək nazirin müstəsna səlahiyyətindədir və qanunverciliyin verdiyi səlahiyyətlər çərçivəsində iddiaçı işdən azad edilmişdir. Belə ki, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının3cü maddəsinə əsasən milli antidopinq qurumunun yaradılması Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə həvalə edilmişdir. Bundan başqa, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2.2-1-ci maddəsində publik hüquqi şəxslərin idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi təsisçinin səlahiyətlərinə aid edilmişdir.

9. İddiaçının işdən azad edilməsi isə məhz yuxarıda göstərilən səbəblərdən baş verməklə iddiaçının özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi, habelə işə götürənin qanuni mənafeyinə zidd hərəkət etməsi və ‘əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməsi,eləcə də, əmək məcəlləsinin 72-ci maddəsinin “C” və “E” bədində göstərilən hərəkətlərə yol verməsi, daha konkret desək, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi barədə hərəkətlərə yol veriməsi ilə bağlı olmuşdur.

10. Belə ki, əmək müqaviləsi üzrə öhdəliklərinə əməl etmək onun vəzifə borcu olmaqla, müvafiq olaraq işəgötürən tərəfindən verilmiş əmr və tapşırıqlara əməl etməklə, yaradılmış komissiyanın işinə heç bir maneçilik törətməməli, əksinə, öz əmək vəzifəsinin tələbindən irəli gələrək müvafiq sənədləri təqdim etməklə, onun fəaliyyətinə şərait yaratması məhz iddiaçının əmək funkiyasının icrasında və əmək müqaviləsində olan müəssisə daxili intizam qaydlarından irəli gələn vəzifəsi olmuşdur. Lakin iddiaçı öz əmək müqaviləsi ilə bağlı öhdəliklərini icra etməmiş, əmək müqaviləsinin tələblərinə uyğun olaraq işə götürənin tapşırıqlarını icra etməmişdir.

11. Belə ki, işə baxan rayon məhkəməsi (hakim) məhz aktların özlüyündə iddiaçının işdən azad edilməməsi üçün əsas olmamasını qeyd etsə də, nəzərə almamışdır ki, məhz aktlarda göstərilən hərəkətlər nətiçəsində nazirliyin, yəni işəgötürənin qanuni mənafelərinə ciddi xələl gəlməklə, müvafiq olaraq icrası iddiaçı üçün məcburi olan əmr icrasız qalmışdır.

12. Belə ki, AzərbaycanMilli Antidopinq Agentliyi" (AMADA) publik hüquqi şəxsin 2020 və 2022-ci illərin tam və 2023-cü ilin isə 9 ayının yoxlanılması barədə 02 oktyabr 2023-cü il tarixli 3-19/3-1 -S0965/2023 nömrəli əmrin icrası məhz iddiaçının təqsiri ucbatından baş tutmamış, işin həmin halları xx.xx.2023, 04,10.2024, xx.xx.2023, xx.xx.2023-cü il tarixli aktlarla tam sübuta yetirilmişdir.

13. Rayon məhkəmə həmin aktları sübut kimi qəbul emtəyərək, bunu əsaslandırmamış, məhz aktda göstərilmiş sənədlərin iddiaçı tərəfindən təqdim edilməsinin sübut edilməməsini nəzərə almamış, həmin əmrin icrası üçün tutduğu vəzifədən irəli gələrək komissiyanın həyata keçirilməsi üçün lazimi şərait yaratmalı olduğu halda və müvafiq olaraq lazımı olan bütün sənədləri təqdim etməli olduğu halda bunu etməməsini və öz əmək funkiyasının icrasını həyata keçirməməsini diqqətə almamışdır.

14. Rayon məhkəmə qətnaməsində müvafiq olaraq iddiaçı tərəfindən təqdim edilmiş videogörüntüyə sübut kimi isitnad etsə də, həmin videoda məzmunu müəyyən olunmayan sənədlərin görüntüləri nümayiş olunub ki, bu hal məhz aktda göstərilən sənədlərin təqdim edilməsi kimi qəbul edilə bilməz.

15. Ümumiyyətlə, iddia ərizəsində və tərtib edilmiş aktlardan görünür ki, iddiaçı nazliriyin onu vəzifədən çıxarmaq səlahiyyətinin olmadığını, daha sonra isə nazirlik tərəfindən təyin edilmiş komissyanın onun yoxlanması səlahiyyətlərinə malik olmadığını iddia etdiyi halda, digər tərəfdən isə məhz ondan tələb edilən sənədlərin təqdim edildiyini və yoxlama üçün lazımı şərait yaratdığını iddia etməklə bir birini təkzib edən mövqe ortaya qoymuşdur ki, iş üçün əhəmiyyət kəs b edən iddiaçının ziddiyətli mövqeyi olan bu halı rayon məhkəməsi nəzərə almamışdır.

16. Digər tərəfdən Azərbaycan Milli Antidopinq Agentliyi" (AMADA) publik hüquqi şəxsin 2020-2022- ci illərin tam və 2023-cü ilin isə 9 ayının yoxlanılması barədə aparılmış ilkin monitorinq və audit yoxlamasının nəticəsində məhz iddiaçının işlədiyi müddətdə ciddi pozuntular aşkar edilmiş, işə götürənin ciddi maliyyə itkiləri ilə üzləşdiyi aşkar edilmişdir. Bu barədə müvafiq arayış tərəfimizdən apellyasiya şikayətinə əlavə edilir. Məhz bunun nəticəsdir ki, aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edilmiş və Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi tərəfindən nazirliyə ünvanlanmış məktubdan görünür ki, “Azərbaycan Milli Antidopinq Agentliyi" (AMADA) publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz hərəkətləriilə bağlı edilmiş müraciət əsasında fakta görə Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır və hazırda istintaqı davam edir.

17. Göründüyü kimi iddiaçı işlədiyi müddət ərzində bir sıra qanun pozuntularına yol verərək, özbaşnalıq göstərmiş, işə götürənin mənafeyinə xələl gətirmiş, habelə mülkiyyətçiyə maddi ziyan vuran hərəkətlərə yol verdiyi tam sübut edilmişdir. Bundan başqa, məhkəmənin digər arqumenti olan ezamiyyə əmrinin ləğv edildiyi barədə məlumatlı olmayan iddiaçının həmin əmrə uyğun olaraq ölkəni tərk etməsi və ezamiyyə müddətinin sonunda da geri dönməsi barədə mövqeyi də tamamilə əsassızdır. Əvvəla iş materialları ilə sübut edilir ki, xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Milli Antidopinq Agentliyi" (AMADA) publik hüquqi şəxsin 29 sentyabr 2023-cü il tarixli, 94/23 nömrəli əmrində İddiaçı aid olan hissəsində qismən ləğv edilmiş və sözügedən əmr verildiyi tarixdə iddiaçı işdə olmuş və xx.xx.2023-cü il tarixli aktda iddiaçı özü iştirak edərək aktı imzalamaqdan imtina etmişdir. Belə vəziyyətdə, yəni iddiaçının işdə olmalı olması barədə əmrdən məlumatsız olması, sadəcə imkansızdır. Bundan əlavə, iddiaçının həmin əmrdən məlumatsız olduğu iddiası həqiqəti əks etdirmir. Adıçəkilən əmrin surəti 06 oktyabr 2023-cü il tarixdə Milli Antidopinq Agentliyinin vəzifəli şəxslərinə təqdim edilmiş və onun üzərində bu barədə müvafiq qeydlər edilmişdir. Lakin işə baxan hakim məhkəmə iclasında ümumiyyətlə bu məsələləri müzakirə etmədən və məhkəmə prosesi iştirakçılarının mövqelərini və bununla bağlı lazımı sübutların olub-olmamasını araşdırmadan, yalnız məhkəmə aktında göstərilən məsələlərə münasibət bildirməsi, məhz hakimin iş üzrə qərəzli və əsassız qətnamə qəbul etməsinin göstəricisidir.

18. Bundan başqa, məhkəmə belə qənaətə gəlmişdir ki, işçinin barəsində qeyri iş vaxtı tərtib edilən akt əsasında onun vəzifəsindən azad edilməsi ədalətli deyil. Bu halda hakim nəzərə almamışdır ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 30.2-ci maddəsinə görə qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri dövlət qulluqçusunun iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər. Ümumiyyətlə, adıçəkilən aktın tərtib edildiyi vaxt işçinin vəzifəsindən əsaslı və yaəsassız azad edilməsinin göstəricisi kimi qəbul edilə bilməz. Bu hal məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə əsassız və birtərəfli qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən MPM-in 9, 14, 88, 106,.217 və Əmək məcəlləsinin 9 ,70 və 72-ci maddəsinin tələblərini pozulmuşdur.

19. Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilmişdi ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; e)əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanunimənafeyinə ciddi xələl gətirməsi üçün onunla bağlanmış əmək müqaviləsinin ləğvi üçün əsasdır.

20. Hazırkı işin yuxarıda qeyd edilən faktiki hallarıilə tam sübuta yetir ki, istər işçi müəssisə daxili intizam qaydalarına əməl edilməsi barədə olan Əmək Məcəlləsinin müvafiq tələbindən, istərsə də onun əmək müqaviləsində nəzərdə tutulan vəzifələrindən irəli gələrək, işə götürənin qoyduğu qanuni bütün göstərişlərə əməl etmək və işə götürənin mənafeyinə uyğun hərəkət etmək onun əmək funkusiyasının təkrib hissəsi olmaqla vəzifəsidir. Habelə, işin yuxarıda göstərilən hallarından da məlum olur ki, iddiaçı tərəfindən həm əmək müqaviləsi üzrə öhdəliklərinə əməl edilməmiş, vəzifəsi olduğu halda Azərbaycan Milli Antidopinq Agentliyi" (AMADA) publik hüquqi şəxsin 2020-ci və 2022-ci illərin tam və 2023-cü ilin isə 9 ayının yoxlanılması barədə 02 oktyabr 2023-cü il tarixli 3- 19/3-1 -S- 0965/2023 nömrəli əmrin icrası məhz iddiaçının təqsiri ucbatından baş tutmamış, həmin əmrin icrası ilə bağlı lazım olan sənədlər təqdim edilməmiş, əksinə həmin əmrin icrasından irəli gələrək yaradılmış komissyanın fəaliyyətinə maneəçiliklər törətmiş və özbaşanlıq nümayiş etdirmişdir. Həmçinin, içəgötürənin qanuni mənfelərinə xələl gətirən hərəkətlərə yol verərək, maddi ziyan vurulan təqsirli hərəkətlərə də yol vermişdir. Həmçinin müvafiq olaraq işdə olması barədə verilmiş əmrə məhəl qoymaraq, özbaşına şəkildə iş yerini tərk etmişdir. İşin həmin halları, bu barədə tərtib edilmiş aktlar, arayış və Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi tərəfindən nazirliyə ünvanlanmış məktublarla tam təsdiq edilir.

21. Odur ki, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilib, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

22. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək bildirdi ki, göstərdi ki, iddiaçının işdən azad edilməsi barədə verilmiş əmr qanuni olmuşdur, iddiaçı rəhbəri olduğu qurumda salahiyyətli şəxs tərəfindən yoxlamanın aparılmasına düşünülmüş şəkildə maneə törətmiş, özünün ezamiyyətdən geri çağrılaraq işdə olmasına dair səlahiyyətli şəxsin əmrindən məlumatlı ola-ola, həmin əmrin icrasını təmin etməmiş, bununla da əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuş, müvafiq olaraq da onun işdən azad olunmasına dair əmək qanunvericiliyinin tələblərinə uyğun qərar qəbul olunmuşdur. Nümayəndə bildirdi ki, iddiaçı AMADA kimi olduqca əhəmiyyətli bir qurumun rəhbəri olmuş, onun Nazirlikdən göndərilmiş komissiyanın işinə açıq-aşkar maneçilik törətməsi, ezamiyyət əmrinin ləğv edildiyini biləbilə iş yerini tərk etməsinə haqq qazandırıla və bu hərəkətlər hər hansı qaydada izah oluna bilməz. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, rayon məhkəməsinin qətnaməsinin iddanın təmin edilən hissədə ləğv olunaraq həmin hissədə də iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmamasını xahiş etdi və bildirdi ki, xx.xx.2023-cü il tarixində Latviyanın Riqa şəhərində ezamiyyətdə olmuş, həmin vaxt, bir gün sonra ona Agentlikdən məlumat vermişlər ki, Nazirlikdən yoxlama gəlib və əvvəlki illərin maliyyə və sair sənədlərini tələb edirlər, o göstəriş vermişdir ki, onlara heç bir sənəd verilməsin, belə hesab etmişdir ki, həmin komissiya səlahiyyətli deyil, özü isə xx.xx.2023-cü ildə bu məsələ ilə əlaqədar olaraq ezamiyyətdən geri dönərək işdə olmuş, iki gün özü də aparılan yoxlamalarda iştirak etmiş, ilkin olaraq yoxlamanı aparanlara bildirmişdir ki, onların səlahiyyət yoxdur ki, çünki tələb olunan sənədlərin çoxu Agentliyin birbaşa səlahiyyət sahəsinə aid olmaqla məxvi sənədlər olmuş, həmin sənədləri onlara verə bilməzdi, komissiya üzvlərinə bildirmişdir ki, o özü cənab nazirlə danışıb məsələni aydınlaşdıracaq, cənab nazirlə “vatsap” sosial şəbəkə vasitəsi ilə əlaqə yaratmaq istəmiş, lakin əlaqə yarada bilməmiş, bundan sonra yoxlamanı aparanlara müəyyən sənədlərin verilməsinə dair işçilərinə göstəriş vermiş, komissiya üzvləri Agentliyin işçiləri ilə olduqca kobud davranmış, tərtib olunmuş aktlarda hər hansı sənədin verilmədiyi qeyd olunsa da, əldə olunan görüntülərdən də görünür ki, onlar tərəfindən komissiya üzvlərinə müəyyən sənədlər təqdim edilmişdir, sadəcə olaraq, komisiya üzvləri qərəzli olduqlarından aklarda heç bir sənədin təqdim edilmədiyini qeyd etmişlər, bəzi akların tərtib olunmasında iştirak etsə də, onun işçiləri və özü aktları imzalamaqdan, eləcə də izahat verməkdən imtina etmişdir, çünki yoxlamanı aparan həmin komissiya üzlərinin qərəzli olduqları aşkar idi. Bundan sonra o, ayın 8-də Polşanın Varşava şəhərinə ezamiyyətə getmiş, ayın 11-də qayıtmış, işdən çıxarılması barədə əmrdən bundan sonra xəbər tutmuşdur. Belə məlum olmuşdur ki, o, qanunsuz olaraq ezamiyyətdə olduğu vaxt işdən çıxarılmışdır, hesab edir ki, onun işdən çıxarılması qanunsuz olmuşdur, rayon məhkəməsi qanuni və əsaslı qətnamə qəbul etmişdir, bu səbəbdən də şikayətin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bununla belə, iddiaçı özünün ezamiyyəsinə dair əmrinin xx.xx.2023-cü il tarixində ləğv edilərək xx.xx.2023-cü il tarixində işdə hesab olunması barədə Nazirliyin əmri olduğu halda, hansı səbəbdən həmin əmrə tabe olmamasını izah edərkən bildirdi ki, həmin tarixdə o Bakı şəhərində olmuş, lakin həmin əmr ona təqdim olunmamışdır. Mülki işin 14- 146-cı vərəqlərində olan, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi üzrə xx.xx.2023-cü il tarixli, №3-19/3-19-İR-Şt-1042/2023/ sayli əmr və həmin əmrin ikinci vərəqində, allt hissədə xx.xx.2023-cü il tarixində Agentliyin əməkdaşları tərəfindən “qəbul etdim” qeydi və onu imzalayan şəxslərlə bağlı məsələ iddiaçıya təqdim edilərkən, iddiaçı - “hər bir halda mənə ki, çatdırılmayıb, sübut varmı ki, mənə çatdırılıb”- deyə münasibət bildirdi.

24. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmamasını xahiş etdi və qeyd etdi ki, iddiaçının işdən çıxarılması zamanı pozuntulara yol verilmiş, Agentlikdə yoxlamanın aparılması səlahiyyəti olmayan şəxslər tərəfindən həyata keçirilmiş, komissiya üzvləri ilk başdan qərəzli olmuşlar, tərtib olunmuş aktlarda təhrif edilmişə məlumatlar əks olunmuşdur, yoxlamanı aparanlara tam olmasa da müəyyən sənədlər təqdim olunmuşdur, lakin aktlarda qeyd olunub ki, onlara heç bir sənəd təqdim olunmayıb, başlıcası isə iddiaçı barəsində əmr verilərkən o ezamiyyətdə olmuşdur, məlum məsələdir ki, həmin əmr qanuni sayıla bilməz.

25. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2in nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

26. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

27. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2016-cı il tarixli, ŞT- 96 nömrəli əmrdən görünür ki, İddiaçı 21 dekabr 2016-cı il tarixindən “Azərbaycan Milli Antidopinq Agentliyi” X13 direktoru vəzifəsinə təyin edilmişdir.

28. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2023-cü il tarixli, ŞT- 96 nömrəli əmrdən görünür ki, "Azərbaycan Milli Antidopinq Agentliyi” PHŞ-nın 2020- 2023-cü ilin 9 ayı ərzində fəaliyyətinin monitorinqi məqsədilə komisiya yaradılmışdır.

29. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3- 19/3-19-İRŞM042/2023/1 nömrəli əmrdə qeyd olunur ki, Nazirliyin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən "Azərbaycan Milli Antidopinq Agentliyi"(AMADA) publik hüquqi şəxsdə keçirilən monitorinq zamanı müəyyən edilmişdir ki, AMADA-nın direktoru İddiaçı 29 sentyabr 2023-cü il tarixli 94/23 №-li əmrlə, direktor səlahiyyətlərini digər əməkdaşa həvalə etmədən, 2-7 oktyabr 2023-cü il tarixlərdə Latviyanın Riqa, 8-11 oktyabr 2023-cü il tarixlərdə isə Polşanın Varşava şəhərlərinə ezam edilmişdir. Eyni zamanda, məlum olmuşdur kı, İddiaçı ezam olunduğu ölkədən geri qayıtmış, 5-6 oktyabr 2023-cü il tarixlərdə Bakı şəhərində yerləşən AMADA-nın inzibati binasında, iş yerində olmuş və komissiya üzvləri ilə müzakirələr aparmışdır. Bu barədə komissiya üzvləri tərəfindən müvafiq akt tərtib edilmişdir. Agentliyin rəhbərliyinin ezamiyyədə olması səbəbindən monitorinqin keçirilməsində ciddi əngəllər yaranmış və komissiyanın fəaliyyəti kobud şəkildə pozularaq, mümkünsüz olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, "Azərbaycan Milli Antidopinq Agentliyi" publik hüquqi şəxsin 29 sentyabr 2023-cü il tarixli 94/23 nömrəli əmrində İddiaçı aid olan hissəsinin qismən ləğv edilməsi və “Azərbaycan Milli Antidopinq Agentliyi" publik hüquqi şəxsin direktoru İddiaçı 06 oktyabr 2023-cü il tarixindən etibarən işdə hesab olunması və vəzifə səlahiyyətlərinin icrasına başlaması sənəd dövriyyəsi və vətəndaşların müraciətləri şöbəsi (M.Quliyeva) əmrin surətinin məlumat üçün "Azərbaycan Milli Antidopinq Agentliyi" publik hüquqi şəxsə çatdırılmasının təmin edilməsi əmr edilmişdir.

30. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3- 19/3-İ-Kt0981/2023 nömrəli əmrdə qeyd olunur ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi təsisçisi olduğu "Azərbaycan Milli Antidopinq Agentliyi" (AMADA) publik hüquqi şəxsə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin səmərəli və qanunvericiliyə uyğun olaraq məqsədli istifadəsinin monitorinqi və 2020-2022-ci illər və 2023-cü ilin 9 ayı ərzində Agentliyin bu sahədə fəaliyyətinin araşdırılması məqsədilə nazirliyin 02 oktyabr 2023-cü il tarixli 3-19/3-1 -S- 0965/2023 nömrəli əmri ilə müvafiq komissiya yaradılmışdır. Araşdırmanın gedişatı zamanı AMADA-nın direktoru İddiaçı nizam-intizam və subordinasiya qaydalarına zidd olaraq, komissiyanın fəaliyyətinə süni maneələr törətməklə ciddi əngəllər yaratmış, əsassız olaraq müxtəlif bəhanələr gətirərək zəruri maliyyə sənədlərini və məlumatları komissiyaya təqdim etməmiş, qanunvericilikdə nəzərdə tutulmuş tabeçilik prinsiplərinə etinasız yanaşaraq, faktiki olaraq komissiyanın işini və icra intizamının normal ahəngini kobud şəkildə pozmuşdur. Bu səbəbdən də, nazirliklə AMADA arasında bağlanmış dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə 09 yanvar 2023-cü il tarixli müqavilənin 2.4.2-ci yarımbəndinə uyğun olaraq, nazirliyin səlahiyyətləri ilə bağlı verilmiş əmrin icrası mümkün olmamışdır. Bu barədə komissiya üzvləri tərəfindən müvafiq aktlar tərtib edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin direktoru İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 09 oktyabr 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi; “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsinin icrasının müvəqqəti olaraq “AMADA” phş-in direktor müavini Rüfət Bağırova həvalə edilməsi; Nazirlik üzrə 02 oktyabr 2023-cü il tarixli 3- 19/3-1-S-0965/2023 nömrəli əmrlə yaradılmış komissiyaya qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhvil-təslim işlərinin həyata keçirilməsinin tapşırılması; sənəd dövriyyəsi və vətəndaşların müraciətləri şöbəsinin (M.Quliyeva) əmrin surətinin məlumat üçün Gənclər və İdman Nazirliyinin tabeliyində olan digər qurumlara çatdırılmasının təmin edilməsi əmr edilmişdir.

31. Mülki iş materiallarında olan:

32. xx.xx.2023-cü il tarixli aktda qeyd olunur ki, aktı imza edən şəxslər Gənclər və İdman Nazirinin müşaviri X10, Daxili nəzarət və audit sektorunun müdiri X5, idman şöbəsinin Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri X8, Daxili nəzarətvə auditsektorunun baş məsləhətçisi X6, idman şöbəsinin Tibbi təminat sektorunun məsləhətçisi X11, Azərbaycan Milli Antidopinq Agentliyi PHŞ-nin Maliyyə və insan resursları şöbəsinin müdiri X7 bu aktı tərtib etmişlər ki, “Azərbaycan Milli Antidopinq Agentliyi” PHŞ-nin direktoru İddiaçı 29.09,2023- cü İl tarixli 94/23 №-li əmrlə ölkə xaricinə ezamiyyə getdiyini və vəzifə səlahiyyətlərini heç bir əməkdaşa həvalə etməmişdir. Qeyd edilən məsələyə istinad edilərək, müvafiq əmrlə monitorinqin keçirilməsi üçün şərait yaradılmadı, heç bir sənəd təqdim edilmədi. Monitorinq keçirilməsinə süni əngəllər yaradılaraq, şərait yaradılmadı.

33. xx.xx.2023-cü il tarixli aktda qeyd olunur ki, aktı imza edən şəxslər Gənclər və İdman Nazirinin müşaviri X10, Daxili nəzarət və audit sektorunun müdiri X5, İdman şöbəsinin Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri X8, Daxili nəzarət və audit sektorunun baş məsləhətçisi X6, İdman şöbəsinin Tibbi təminat sektorunun məsləhətçisi X11, Azərbaycan Milli Antidopinq Agentliyi PHŞ-nin Maliyyə və insan resursları şöbəsinin müdiri X7 və hüquqşünası Cəfərli Murad bu aktı tərtib etmişlər ki, xx.xx.2023-cü il tarixli 3-19/3-1-S- 0965/2023 №- li monitorinq keçirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə əsas vəsaitlərin siyahısı, debitor yə kreditor öhdəliklərə dair məlumatlar, 2020-ci, 2021-ci illər üçün bank çıxarışları, davamiyyət cədvəlləri, 2020-ci, 2021-ci illər üçün dopinqin müəyyənləşdirilməsi üçün testlərin laboratoriyaya göndərilməsinə dair təsdiqedici sənədlər, müşahidə şurasının tərkibi, yığıncaqların qərar və iclas protokolları, “Terapevtik istifadəyə icazə” komitəsinin tərkibi, “İntizam” komitəsinin tərkibi, “Apellyasiya” komitəsinin tərkibi barədə məlumatlar, əmrlərin uçotu jurnalı, təsisçi qismində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təsdiqlənmiş Azərbaycan Milli Antidopinq Agentliyi PHŞ-nin ştat cədvəli, strukturun, əməyin ödənişi fondunun və işçilərin faktiki say həddinin təsdiqlənmiş cədvəli təqdim edilməmişdir.

34. xx.xx.2023-cü il tarixli aktda qeyd olunur ki, aktı imza edən şəxslər Gənclər və İdman Nazirinin müşaviri X10, Daxili nəzarət və audit sektorunun müdiri X5, idman şöbəsinin Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri X8, Daxili nəzarət və audit sektorunun baş məsləhətçisi X6, idman şöbəsinin Tibbi təminat sektorunun məsləhətçisi X11, Azərbaycan Milli Antidopinq Agentliyi PHŞ-nin Maliyyə və insan resursları şöbəsinin müdiri X7 və Hüquq şöbəsinin müdiri Abasov Fərhad bu aktı tərtib etmişlər ki, xx.xx.2023-cü il tarixli 3-19/3-1-S0965/2023 s №li monitorinq keçirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə əsas vəsaitlərin siyahısı, 2020-ci, 2021-ci illər üçün bank çıxarışları, davamiyyət məlumatlarını əks etdirən kağız və ya elektron formatda sənədlər, 2020-ci, 2021-ci illər üçün dopinqin müəyyənləşdirilməsi üçün testlərin laboratoriyaya göndərilməsinə dair təsdiqedici sənədlər, əmrlərin uçotu jurnalı, təsisçi qismində Azərbaycan Respublikası Gənclər və idman Nazirliyi tərəfindən təsdiqlənməli olan Azərbaycan Milli Antidopinq Agentliyi PHŞ-nin strukturu, əməyin ödənişi fondu və işçilərin faktiki say həddinin təsdiqlənmiş ştat cədvəli, bu olmadıqda müvafiq ştat cədvəlini təsdiq etmək səlahiyyətinin verilməsini əks etdirən gənclər və İdman naziri tərəfindən təsdiqlənmiş rəsmi sənəd “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə” müqavilə təqdim edilməmişdir. Ümumiyyətlə əsassız bəhanələr gətirilərək, qeyd edilən sənədlər təqdim edilməməklə monitorinqin həyata keçirilməsinə şərait yaradılmadı.

35. xx.xx.2023-cü il tarixli aktda qeyd olunur ki, aktı imza edən şəxslər Gənclər və İdman Nazirinin müşaviri X10, Daxili nəzarət və audit sektorunun müdiri X5, İdman şöbəsinin Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri X8, Daxili nəzarət və audit sektorunun baş məsləhətçisi X6, İdman şöbəsinin Tibbi təminat sektorunun məsləhətçisi X11, Azərbaycan Milli Antidopinq Agentliyi PHŞ-nin direktoru İddiaçı, Maliyyə və insan resursları şöbəsinin müdiri X7 və Hüquq şöbəsinin müdiri Abasov Fərhad bu aktı tərtib etmişlər ki, xx.xx.2023- cü il tarixli 3-19/3-1-S-0965/2023 №-li monitorinq keçirilməsi ilə bağlı xx.xx.2023- cü il tarixdə əsas vəsaitlərin siyahısı, 2020-ci, 2021-ci illər üçün bank çıxarışları, davamiyyət məlumatlarım əks etdirən kağız və ya elektron formatda sənədlər, 2020-ci, 2021-ci illər üzrə dopinqin müəyyənləşdirilməsi üçün testlərin laboratoriyada göndərilməsinə dair tesdiqe edici sənədlər, əmrlərin uçotu jurnalı, təsisçi qismində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təsdiqlənməli olan Azərbaycan Milli Antidopinq Agentliyi PHŞ-nin strukturu, əməyin ödənişi fondu və işçilərin faktiki say həddinin ştat cədvəli, bu oimadıqda müvafiq ştat cədvəlini təsdiq etmək səlahiyyətinin verilməsini əks etdirən gənclər və idman naziri tərəfindən təsdiqlənmiş rəsmi sənəd təqdim edilməmişdir. Gənclər və idman nazirinin xx.xx.2023-cü il tarixli, 3-19/3-1-S- 0965/2023 №-İİ əmri İiə yaradılmış komissiya tərəfindən 02-xx.xx.2023-cü il tarixlərdə həyata keçirilməli olan monitorinq tədbirlərinə qurumun əməkdaşları tərəfindən süni maneənin yaradılması, qurumun direktoru və hüquq şöbəsinin müdirinin Latviyanın Riqa şəhərində ezamiyyədə olduğu dövrdə səlahiyyətlərini müvəqqəti icra edən müavinlərdən birinin monitorinq tədbirlərinin həyata keçirilməsinə lazımi şərait yaratmaması və normal ahənginin pozulması, o cümlədən komissiya üzvləri tərəfindən əhəmiyyətlilik dərəcəsi və ardıcıllığına görə tələb edilən rəsmi sənəd və məlumatların tam və operativ şəkildə təqdim edilməsinin təmin edilməsində müxtəlif bəhanələr gətirməklərinin həqiqi səbəbləri barədə suallar verildikdə qurumun direktoru İddiaçı şifahi izahat verməkdən imtina edərək komissiya üzvlərinin belə bir səlahiyyətinin olmadığını, hesabat və izahatlarını yalnız nazirə verəcəyini bildirmişdir. Növbəti aktan müəyyən olunur ki, Azərbaycan Milli Antidopinq Agentliyi PHŞ-nin direktoru İddiaçı Maliyyə və insan resursları şöbəsinin müdiri X7 və Hüquq şöbəsinin müdiri Abasov Fərhad xx.xx.2023-cü il tarixli aktı imzalamaqdan imtina etmişlər.

36. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə saat 01:33-də Heydər Əliyev adına X2 istiqamətində çıxmış, xx.xx.2023-cü il tarixdə saat 02:57-də geri dönmüş, xx.xx.2023-cü il tarixdə saat 02:54-də Heydər Əliyev adına X3 istiqamətində çıxmış, xx.xx.2023-cü il tarixdə saat 05:37-də geri dönmüşdür.

37. Mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavininə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan məlum olur ki, “Azərbaycan Milli Antidopinq Agentliyi" (AMADA) publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı edilmiş müraciət əsasında fakta görə Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, ibtidai istintaqın aparılması Baş İdarənin İstintaq İdarəsinə həvalə edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi: Ümumi Müddəalar: 1.1. Cavabdeh2i “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1158 nömrəli Fərmanı ilə dopinq vasitə və üsullarından istifadəyə qarşı mübarizə məqədi ilə yaradılmış milli antidopinq qurumudur. Agentliyini fəaliyyət istiqamətləri: 2.1.1. dopinq nəzarətinin təşkil edilməsi və həyata keçirilməsi; 2.1.2. idmançıların, o cümlədən köməkçi heyətin hüquqlarını və sağlamlığını qorumaq məqədi ilə idmanda dopinqsiz iştirakın təbliğ edilməsi, idmanda dopinqdən istifadənin qarşısının alınması məqsədilə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi; 2.1.3. dopinqə qarşı mübarizə sahəsində X4 və digər beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqənin təmin edilməsi; Agentliyin idarə edilməsi: 4.1. Agentliyi qanunvericilikdə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilən direktor idarə edir. 4.2. Direktorun səlahiyyətləri: 4.2.1. agentliyin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək. 4.2.9. Agentliyin illik fəaliyyətinin yekunlarına dair hesabat, o cümlədən maliyyə hesabatı, o cümlədən maliyyə hesabatı, inkişaf perspektivləri, strategiya və biznes planları maliyyə ili başa çatdıqdan sonra iki aydan gec olmayaraq hazırlamaq; Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

43. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

44. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

45. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

48. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

49. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

50. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

51. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

53. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki iş materiallarını apellyasiya şikayətinin dəlillərinə əsasən araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

55. Hazırkı iddia tələbini təmin edən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, işçinin barəsində qeyri iş vaxtı akt tərtib edilməsi və bu akta əsasən əmr verilməklə həmin gündən işçinin işdə hesab edilməsi və daha sonra vəzifələrinin icrasını lazımınca icra etməməsi əsası ilə onun vəzifəsindən azad edilməsi ədalətli deyil.

56. Bundan başqa, rayon məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-19/3-İ-Kt0981/2023 nömrəli əmrində İddiaçı vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad edilərkən istinad edilən yeganə hal xx.xx.2023xx.xx.2023-cü il tarixli aktlarda qeyd edilənlər hallar olmuşdur. Halbuki bu aktlar digər sübutların yoxluğu halında iddiaçının vəzifə borcunu yetirməməsinin təsdiqi kimi qəbul edilə bilməz. İddiaçının vəzifəsindən azad edilməsi barədə əmrdə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmamışdır. Yəni işəgötürən digər tənbeh tədbirlərini tətbiq edə biləcəyi halda, hansı zərurətdən işçi ilə bağlanmış əmək müqaviləni ləğv etməsini əsaslandırmalıdır. Halbuki bu hal sözügedən əmrdə öz əksini tapmamışdır. Başqa sözlə, istinad olunan qənaəti ilə rayon məhkəməsi cavabdeh tərəfindən iddiaçıya münasibətdə “digər tənbeh tədbiri tətbiq edilməsi” əsaslarının olduğuna vurğu edərək, yalnız onunla əmək müqaviləsinə xitam verilməsini əsassız hesab etmişdir.

57. Kollegiya qeyd edir ki, hazırkı işin hallarından görünür ki, iddiaçı tərəf- həm iddiaçının özü, həm də onun vəklili işə bərpa edilməsi barədə hazırkı iddia tələbində iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olmasının əsasən, məhz onun işdə olmadığı, yəni məzuniyyətdə olması vaxtı verilməsi ilə əlaqələndirmişdir.

58. Halbuki iş materialları ilə sübut edilir ki, xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Milli Antidopinq Agentliyi" (AMADA) publik hüquqi şəxsin 29 sentyabr 2023-cü il tarixli, 94/23 nömrəli əmrində İddiaçı aid olan hissəsində qismən ləğv edilmiş və sözügedən əmr verildiyi tarixdə iddiaçı işdə olmuş və xx.xx.2023-cü il tarixli aktda iddiaçı özü iştirak edərək aktı imzalamaqdan imtina etmişdir. Belə vəziyyətdə iddiaçının ezamiyyəti barədə və işdə olması barədə Nazirliyin əmrindən məlumatsız olması inandırıcı və ağlabatan deyildir. Məhkəmə kollegiyasının iclasında həmin əmr və onun məhz xx.xx.2023-cü il tarixində Agentliyin əməkdaşlarına imza etməklə təqdim olunması müzakirə olunarkən iddiaçının - “hər bir halda mənə ki, çatdırılmayıb, sübut varmı ki, mənə çatdırılıb”- deyə münasibət bildirməsi də iddiaçının həmin əmrdən tam məlumatlı olduğunu isbat edir və iddiaçının həmin əmrdən məlumatsız olduğu iddiası həqiqəti əks etdirmir. Onda belə təəsürat yaranır ki, iddiaçının rəhbəri olduğu Agentlikdə işlərin vəziyyəti, nizam-intizam heç də yerində olmamışdır. Yoxsa, necə başa düşülə bilər ki, mülki işin 145-146-cı vərəqində olan adıçəkilən əmrin surətindən göründüyü kimi, həmin əmr 06 oktyabr 2023-cü il tarixdə Milli Antidopinq Agentliyinin vəzifəli şəxslərinə təqdim edilmiş və onun üzərində bu barədə müvafiq qeydlər edilmiş, iddiaçı isə bundan iki gün sonra, yəni xx.xx.2023-cü il tarixində, heç nədən məlumatı yoxmuş kimi, yeni ezamiyyətə getmişdir.

59. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə saat 01:33-də Heydər Əliyev adına X2 istiqamətində çıxmış, xx.xx.2023-cü il tarixdə saat 02:57-də geri dönmüş, xx.xx.2023-cü il tarixdə saat 02:54-də Heydər Əliyev adına X3 istiqamətində çıxmış, xx.xx.2023-cü il tarixdə saat 05:37-də geri dönmüşdür.

60. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə ezamiyyətdən geri dönmüş, onun ezamiyyətə göndərilməsinin ləğv edilməsi barədə əmrin verildiyi xx.xx.2023-cü il tarixdə işdə olmuş və xx.xx.2023-cü il tarixli aktda iddiaçı özü iştirak edərək aktı imzalamaqdan imtina etmiş, ezamiyyətinin ləğv edilməsi barədə əmrin onun müavini R.Bağırov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilməsinə baxmayaraq (iddiaçı həmin əmrdən məlumatsız olduğunu bildirir) o, xx.xx.2023-cü il tarixdə ezamiyyətə çıxmış, xx.xx.2023-cü il tarixdə saat 05:37-də geri dönmüşdür.

61. Məhkəmə kollegiyası məxsusi olaraq qeyd edir ki, iddiaçının tutduğu vəzifə sıradan bir iş olmayıb, eləcə də iddiaçının özü də sıradan bir işçi olmayıb, olduqca mühüm bir qurumun rəhbəri olmuş, müvafiq olaraq da onun ixtilaflı məqamda digərləri ilə müqayisədə daha təmkinli, həssas və məsuliyyətli davranmaq öhdəliyi mövcud olmuşdur. Bu baxımdan, rəhbəri olduğu Agentliyə yoxlamanın gəldiyi barədə xəbər alar-almaz hər hansı əmr və ya müvafiq göstəriş olmadan dərhal ezamiyyətini yarımçıq qoyaraq geriişinə dönmüş (həm də tamamilə əsaslı olaraq) iddiaçının, Agentlikdəki yoxlamanın nəticələri bilinmədiyi və olduqca həssas və məsuliyyətli bir məqamda, tabe olduğu Nazirlik tərəfindən hər hansı təlimat almadan, əsası isə Nazirliyə bu barədə hər hansı məlumat vermədən yenidən ezamiyyətə getməsi anlaşılan və başadüşülən deyildir və müəyyən suallar doğurur.

62. Beləliklə də hazırkı iş üzrə aparılmış apaşdırmalara əsasən Məhkəmə kollegiyası belə qənaətinə gəlir ki, mühüm bir qurumun rəhbəri olan iddiaçının xx.xx.2023-cü il tarixli əmrdə qeyd olunan hərəkətləri Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin təsiri altına düşür və bu hərəkətlər onun barəsində başqa tənbeh tədbirinin deyil, məhz vəzifəsindən azad edilməsini şərtləndirmişdir ki, bu da həmin əmrdə əsalandırılmışdır.

63. İddiaçı tərəfin tələbində israrla istinad etdiyi əsas hala, yəni iddiaçı barəsində əmr verilərkən onun ezamiyyətdə olmasına münasibətdə isə qeyd olunmalıdır ki, aparılmış araşdırmalarla iddiaçı tərəfin bu dəlilinin də əsaslı olmadığı müəyyən olunmuşdur. Belə ki, mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçı nazirlikdən yoxlama komissiyasının gəlməsi barədə məlumat aldıqdan sonra dərhal ezamiyyətini yarımçıq qoyaraq işinə dönmüş, 05-06.10. 2023-cü il tarixlərində yoxlamanın aparılmasında şəxsən iştirak etmiş, Nazirliyin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçının ezamiyyətə getməsi barədə əmr ləğv edilməklə, onun xx.xx.2023-cü il tarixindən işdə hesab olunmaqla, vəzifə səlahiyyətlərinin icrasına başlaması əmr edilmiş, həmin əmr elə həmin gün, yəni xx.xx.2023-cü il tarixində Agentliyin səlahiyyətli şəxslərinə imzalanmaqla təqdim edilmişdir. Bundan iki gün sonra, özünün ezamiyyətə getməsi barədə əmrinin ləğv edilməsinə və işdə hesab edilməsinə dair işəgötürənin müvafiq əmrinin olmasına baxmayaraq, başlıcası isə bu barədə Nazirliyə hər hansı məlumat vermədən iddiaçı xx.xx.2023-cü il tarixdə yenidən ezamiyyətə çıxmışdır. Nazirlikdə buna dair hər hansı məlumat olmamış və növbəti iş günü, yəni xx.xx.2023-cü il tarixində isə nazirliyin xx.xx.2023-cü il tarixli müvafiq əmrinə əsasən işdə hesab (olmalı) olunan iddiaçının işdən azad olunması barədə mübahisələndirilən əmr verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə saat 05:37-də geri dönmüşdür.

64. Bütün bunlar o qənaətə gələməyə əsas verir ki, yoxlamanın nəticələrini təxmin edən iddiaçı onun ezamiyətə yollanması barədə əmrin ləğv edilməsindən məlumatlı olmuş, lakin məlumatlı olmasına baxmayaraq yenidən ezamiyyətə yollanmaqla hazırkı əmrin onun işdə olmadığı vaxt verilməsinə süni şəkildə özü şərait yaratmışdır. Demək ki, onun barəsində işdən çıxamaya dair əmrin ezamiyyətdə olduğu vaxt verilməsi və bununla da əmək qanunvericiliyinin tələblərinin pozulmasına dair iddiaçının dəlili əsaslı sayıla bilməz. Rayon məhkəməsi isə işin qeyd olunan hallarını tam və hərtərəfli araşdırmamış, tədqiq olunmuş sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından qiymət verməmiş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir. Nəticə:

65. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən işin faktiki halları düzgün müəyyən olunmamış, nəticədə də düzgün olmayan qətnamə qəbul edilmişdir ki, buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

66. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-873/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə də təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar