Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3401/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Ərizəçi, maraqlı şəxs Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndəsi X5 və Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “əmək stajının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə, daha sonra isə “ərizənin dəqiqləşdirilməsi barədə” ərizə ilə Nəsimi RM-nə müraciət edərək xahiş edib ki, xx.xx.1977-ci ildən xx.xx.2001-ci ilədək Bakı şəhər İcra Hakimiyyətinin “Yaşıllıqtikinti” idarəsində briqadir (iş icraçısı) vəzifəsində işləməyi faktı müəyyən edilsin. Nəsimi RM-nin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, ərizə qismən təmin olunsun, ərizəçinin xx.xx.1978-ci ildən xx.xx.2001-ci ilədək Bakı şəhər İcra Hakimiyyətinin “Yaşıllıqtikinti” idarəsində briqadir (iş icraçısı) vəzifəsində işləməsi faktı müəyyən edilsin. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərək xahiş edib ki, qətnamə ləğv edilsin və ərizə təmin edilməsin. Məhkəmə iclasında iştirak edən Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, Ərizəçi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndəsi X8 bildirdi ki, əvvəlki “Yaşıllıqtikinti” idarəsinin hazırkı X2 aidyyəti yoxdur, ərizəçinin “Yaşıllıqtikinti” idarəsində işləyib-işləməməsi barədə X1 məlumat yoxdur. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Ərizəçi Azərbaycan Respublikası vətəndaşdır, xx.xx.1957-ci ildə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Ərizəçi 1975-ci ildə hərbi xidmətə getmişdir. Daha sonra - 1979-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1984-cü ildə orada maliyyə və kredit ixtisası üzrə tam kursu bitirmişdir. Ərizəçi bildirir ki, xx.xx.1977-ci ildən xx.xx.2001-ci ilə qədər Bakı şəhər İcra Hakimiyyətinin “Yaşıllıqtikinti” idarəsində briqadir (iş icraçısı) vəzifəsində işləmişdir. Hazırda pensiya hüququnun həyata keçirilməsi ilə əlaqədar göstərilən dövrdə həmin təşkilatda işlədiyinin müəyyən edilməsinə zərurət var. Əmək kitabçası işlədiyi təşkilatda olmuşdur. Bakı ŞİH-dən ona bildirmişlər ki, Yaşıllaşdırma müəssisələrinin Baş İstehsalat İdarəsinin sənədləri 2016-cı ildə Bakı ŞİH-nin arxivini su basması nəticəsində məhv olmuşdur. Onun həmin dövrdə həmin təşkilatda işlədiyini təsdiq edən şahidlər var. Bakı ŞİHB Apratı Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin xx.xx.2022-ci il tarixli R-2-112 nömrəli məktubunda qeyd olunub ki, Yaşıllaşdırma müəssisələrinin Baş İstehsalat İdarəsinin sənədləri 2016-cı ildə Bakı ŞİH-nin arxivini su basması nəticəsində məhv olmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı ərizəçinin təşəbbüsü ilə 2 nəfər - X11 və X9 şahid qismində dindirilmişlər. X4 ifadəsində bildirmişdir ki, ərizəçi ilə birlikdə həmin təşkilatda işləyib, özü xx.xx.1984-cü ildən həmin təşkilatda işləyib, ərizəçi isə ondan bir neçə il əvvəl orada işləyib, 2001-ci ilin aprel ayına kimi ərizəçi ilə bir yerdə işləmişlər. X3 ifadəsində bildirmişdir ki, ərizəçi ilə birlikdə həmin təşkilatda işləyib, özü 1978ci ildən həmin təşkilatda işləyib, ərizəçi isə ondan qabaq orada işləyib, 2001-ci ilin aprel ayına kimi ərizəçi ilə bir yerdə işləmişlər, ərizəçi briqadir (iş icraçısı) vəzifəsində işləmişdir. Hər iki şahidin əmək kitabçasının surəti iş materiallarına əlavə edilib. Əmək kitabçalarından görünür ki, şahidlər həqiqətən göstərilən tarixlərdə həmin təşkilatda işləyiblər. Apellyasiya icraatı zamanı ərzəçinin təşəbbüsü ilə daha 2 nəfər - X12 və X13 şahid qismində dindirilmişlər. Belə ki, həmin sübutlar (şahid ifadələri) yeni sübut olsa da, onlar birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlardakı qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir. Xüsusi icraat qaydasında baxılan işlərdə belə sübutların apellyasiya icraatı zamanı qəbul edilməsi mülki prosesin prinsiplərinə zidd deyil, çünki xüsusi icraat qaydasına baxılan işlərdə əks tərəf (cavabdeh) olmur, bu baxımdan yeni sübutların qəbul edilməsi hər hansı şəxsin mənafeyini pozmur. X6 ifadəsində bildirmişdir ki, özü 1973-cü ildən 2018-ci ilə kimi həmin təşkilatda işləyib, ərizəçi 1977-ci ildən orada işləyib, ərizəçi əvvəl sıravi fəhlə kimi, sonra – 1978-79cu illərdən isə briqadir işləyib, sonra özü digər rayona təyin olunub. X7 ifadəsində bildirmişdir ki, özü xx.xx.1978-ci ildə həmin təşkilatda işə başlayıb, işə başlayanda ərizəçi artıq orada briqadir işləyirdi, özü 1993-cü ilə qədər orada işləyib, oradan gedəndə ərizəçi hələ də həmin təşkilatda işləyirdi. Hər iki şahidin əmək kitabçasının surəti iş materiallarına əlavə edilib. Əmək kitabçalarından görünür ki, şahidlər həqiqətən göstərilən tarixlərdə həmin təşkilatda işləyiblər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinin 2-ci abzasında qeyd olunub: “Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə)”. Apellyasiya şikayətində qeyd olunub ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən Əsasnamənin göstərilən tələbi pozulub. Məhkəmə qeyd edir ki, Əsasnamədəki həmin qayda (məhdudiyyət) məhkəmə qaydasında müəyyən edilən iş stajına aid deyil. Bu qayda (məhdudiyyət) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən iş stajının şahid ifadələri əsasında müəyyən edildiyi hallara aiddir (Əsasnamə, bənd 16). Göründüyü kimi, ərizəçinin göstərilən təşkilatda işləməsi 4 şahidin ifadəsi ilə təsdiq olunur. İş stajını arixiv sənədləri əsasında təsdiq və ya təkzib etmək mümkün deyil. Arxivdəki sənədlərin qorunub saxlanmasına isə ərizəçi məsuliyyət daşımır. Odur ki, şahidlərin ifadəsi iş stajını təsdiq edən sübut kimi qəbul olunmalıdır. Ərizəçi iş satjının əvvəlinin xx.xx.1977-ci ildən müəyyən edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi iş satjının əvvəlini xx.xx.1978-ci ildən müəyyən edib. Ərizəçi bunu mübahisələndirməyib. Məhkəmə tərəfindən dindirilmiş dörd şahiddən üçünün - X9, X12 və X10 ifadələrindən görünür ki, ərizəçi həqiqətən həmin tarixdən göstərilən təşkilatda işləyib. Ərizəçi iş stajının sonunun xx.xx.2001-ci ilədək müəyyən edilməsini xahiş edib, birinci instansiya məhkəməsi iş stajının sonunu həmin tarixədək müəyyən edib. Lakin məhkəmə tərəfindən dindirilmiş dörd şahiddən ikisi - X12 və X13 ərizəçinin həmin təşkilatda hansı tarixədək işlədiyini təsdiq edə bilməmişlər, çünki özləri ondan əvvəl iş yerlərini dəyişmişlər. İki şahid - X11 və X9 isə ərizəçinin 2001-ci ilin aprel ayına kimi həmin təşkilatda işlədiyini təsdiq etmişlər. Odur ki, qətnamə iş stajının sonuna aid hissədə dəyişdirilməli, ərizəçinin həmin təşkilatda xx.xx.2001-ci ilədək işlədiyi müəyyən olunmalıdır. Şahidlər ərizəçinin həmin təşkilatda briqadir (iş icraçısı) işlədiyini bildirmişlər. Odur ki, ərizəçinin göstərilən dövrdə həmin təşkilatda briqadir (iş icraçısı) işlədiyi müəyyən olunmalıdır. Beləliklə, Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Ərizəçinin əmək kitabçası olmadığına görə, onun iş stajı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 3-cü maddəsinin və Mülki-Prosessual Məcəllənin 307.2.11-ci maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş stajını hüquqi əhəmiyyətli fakt kimi müəyyən etməklə düzgün nəticəyə gəlib. Qətnamə yalnız iş stajının sonuna aid hissədə dəyişdirilməli, ərizəçinin həmin təşkilatda xx.xx.2001-ci ilədək işlədiyi müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Ərizəçi xx.xx.1978-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı şəhər İcra Hakimiyyətinin “Yaşıllıqtikinti” İdarəsində briqadir (iş icraçısı) vəzifəsində işləməsi faktı müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3401/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3401/2023
09.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver