Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3406/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyev tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(004)-1848/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(004)-1848/2022 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(004)-1848/2022 saylı qərardadından şikayət verilmiş, həmin şikayət məhkəmənin 28 mart 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəğ onunla əsaslandırılır ki, məhkəmə ərizənin təmin olunmaması ilə bağlı qərardadında qeyd edir ki, İddiaçı nümayəndəsi olan X2 qohumu və ya vəkili olmasını təsdiq edən sənədin iş materiallarına əlavə edilməməsi göstərilib. Halbuki, iddia ərizəsi iddiaçı olaraq onun özü tərəfindən imzalanıb. Bu halda məhkəmənin iddiaçının nümayəndəsi ilə qohum olmağını və vəkili olmasına dair sənəd tələb etməsi qanunsuzdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(004)-1848/2022 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Belə ki, məhkəmə qərardadında qeyd etmişdir ki, iddia ərizəsi imzalama səlahiyyəti olmayan X5 tərəfindən imzalanmışdır. İş materiallarında İddiaçı tərəfindən X3 təqdim edilmiş etibarnamə mövcuddur. X1 onun yaxın qohumu və ya vəkili olmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, İddiaçı iddia ərizəsinin onun özü tərəfindən imzalandığını qeyd etdiyi halda məhkəmə bu məsələyə aydınlıq gətirmədən şikayəti rədd edərək, işi baxılması üçün Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Belə olduğu təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan əsasla iddia ərizəsini qəbul etməkdən imtina edərkən, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmamışdır, ona görə də, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(004)-1848/2022 saylı qərardadı ləğv edilsin, iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3406/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3406/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver