Məhkəmə qərarları › İş №2(103)-3406/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3406/2025

16.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3406/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: məzuniyyət haqqı, sosial sığorta ödənişi) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı və onun vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 3T-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-də çilingər vəzifəsinə təyin edilmişdir.

2. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, o, xx.xx.2023-cü il tarixdən etibarən heç bir üzrlü səbəb bildirmədən işə gəlməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən yazılı xəbərdarlıq edilmişdir. Ən qısa müddət ərzində işə gəlməmə səbəbini onlara bildirilməsi, əks təqdirdə işdən azad olunması barədə xəbərdar edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış, "xxxx" MMC-nin ünvanına məktub göndərilmiş və ona aid olan sənədlərin təqdim edilməsi tələb olunmuş, lakin məktublar poçt xidmətinə məxsus F- 20 formasında “yoxdur” qeyd edilərək, geri qaytarıldığından müraciətin baxılmasını başa çatdırmaq mümkün olmamışdır. Eyni zamanda o, 3 saylı Bakı DOST mərkəzinə təqdim etdiyi izahatında əmək haqqının bir hissəsinin nağd formasında aldığını bildirmişdir. Təqdim etdiyi əmək haqqına dair bank çıxarışına əsasən ona son haqq-hesabın qanunverciliyə uyğun olaraq ödənilib-ödənilmədiyini müəyyən etmək mümkün olmamışdır.

4. Bakı şəhəri Suraxanı rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciətində qeyd etdiyi məsələnin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mülki qaydada məhkəmə vasitəsi ilə həll edilməli olduğu bildirilmişdir.

5. Mediasiya Şurası Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-02566 saylı “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışından görünür ki, İddiaçı və "xxxx" MMC-nin direktoru X7 ilkin mediasiya sessiyasında iştirak etmiş, hər iki tərəf öz tələbini irəli sürdüyü üçün mediasiya prosesini davam etdirmək mümkün olmamışdır. İddiaçı tərəfindən 50 manat İMS xərci, 10 manat poçt-katgüzarlıq xərci ödənilmişdir.

6. AZ-İİ seriyalı, 186658 nömrəli “ölüm haqqında şəhadətnamənin” surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 721 nömrə ilə qeyd edilmişdir.

7. İş materiallarına İddiaçı məxsus bank hesabına dair xx.xx.2017-xx.xx.2024 dövrü əhatə edən çıxarış əlavə edilmişdir.

8. xx.xx.2023-cü il tarixli 105104 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı təyinatı məzuniyyət olmaqla 200 manat vəsait köçürülmüşdür.

9. xx.xx.2022-ci il tarixli 54847 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı təyinatı məzuniyyət olmaqla 300 manat vəsait köçürülmüşdür.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə tərəflərindən baxış keçirilərkən onunla müəssisənin rəhbərliyi arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi və bununla bağlı bildirişin xx.xx.2023-cü il tarixdə altsistemdə qeydiyyata alındığı məlum olmuşdur.

11. İş materiallarına İddiaçı dair sosial arayış əlavə edilmişdir. 18. "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı çilingər vəzifəsinə işə qəbul edilmiş və əmək haqqı 300 manat olaraq müəyyən edilmişdir.

12. İş materiallarına Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilin fevral ayından 2023- cü ilin aprel ayınadək İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi sığorta haqları barədə məlumatlar təqdim edilmişdir.

13. İş materiallarına "xxxx" MMC-nin hesablanmış gəlirlər, ödənilmiş sosial sığorta ödənişləri barədə hesabatlar, maliyyə sənədləri əlavə edilmişdir.

14. İş materiallarına "xxxx" MMC-nin 2017-2023-cü illər üçün ştat cədvəli əlavə edilmişdir.

15. İş materiallarına "xxxx" MMC tərəfindən İddiaçı 2017-2023-cü illər üçün hesablanmış əmək haqqı cədvəli əlavə edilmişdir.

16. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 28/03-23 nömrəli məzuniyyətə görə kompensasiya ödənilməsi barədə əmrindən görünür ki, "xxxx" MMC-nin çilingəri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən xx.xx.2020-xx.xx.2021-ci iş ili üçün istifadə etmədiyi 21 təqvim günü əmək məzunniyyətinə görə kompensasiya ödənilməsi əmr edilmişdir.

17. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 18/11-22 nömrəli məzuniyyətə görə kompensasiya ödənilməsi barədə əmrindən görünür ki, "xxxx" MMC-nin çilingəri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən xx.xx.2019-xx.xx.2020-ci iş ili üçün istifadə etmədiyi 21 təqvim günü əmək məzunniyyətinə görə kompensasiya ödənilməsi əmr edilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8540 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, qeyd edilir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinədək İddiaçı 1800 (6 il x 300) manat məbləğində məzuniyyət haqqının ödənilməli olması, həmin məzuniyyət haqqından 500 manat ödənilməsi, ödənilməyən məzuniyyət haqqının 1300.0 manat təşkil etməsi, məzuniyyət haqqının ödənilməməsi səbəbindən "xxxx" MMC tərəfindən İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmaması müəyyən olunmuş, ödənilməyən 1300 manat məzuniyyət haqqına görə 3 faiz dərəcə ilə 390 manat məbləğində MDSS hesablanmalı idi, lakin təqdim olunan iş materiallarında həmin məbləğində MDSS haqqının hesablanması ilə bağlı məlumat və ya sənəd mövcud deyildir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

19. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ödənilməmiş məzuniyyət pulunun ödənilməsi və pul təzminatı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh "xxxx" MMC və onun direktoru X3 müştərək qaydada istifadə etmədiyi 6 il müddətdə məzuniyyətin əvəzi olaraq 4200 manat, işdənçıxma müavinəti olaraq 2100 manat, mediasiya təşkilatına ödədiyi 61 manat, maddi ziyana görə ümumilikdə 6361 manat və mənəvi ziyana görə 2000 manat olmaqla, cəmi 8361 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər "xxxx" MMC və onun direktoru X3 müştərək qaydada istifadə etmədiyi 4 il müddətdə məzuniyyətin əvəzi olaraq 2800 manat məbləğində pul vəsaitinin tutulması və sosial sığorta ödənişlərinin düzgün hesablanaraq sosial sığorta hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamış və hal-hazıradək işləyir. xx.xx.2008- ci ildə "xxxx" ASC-dən işdən azad olunduqdan sonra, təxminən 2012-ci ilin əvvəllərindən hazırda cavabdeh olan "xxxx" MMC-də çilingər vəzifəsində işləməyə başlamışdır. Cavabdeh təşkilatda bir neçə il işlədikdən sonra məlum olmuşdur ki, onunla olan əmək müqaviləsi xx.xx.2017-ci ildən rəsmiləşdirilmişdir. Halbuki, həmin müddətdə ona hər ay 750-800 manat əmək haqqı (nağd şəkildə) ödənilmişdir. Uzun illər hazırda cavabdeh olan "xxxx" MMC-də işləmişdir. Cavabdeh təşkilat 2023-cü ilin aprel ayının əvvəllərində iş olmadığından onu iş yerinə buraxmamışdır. Şifahi şəkildə ona bildirmişlər ki, iş olanda onu dəvət edəcəklər. Həmin vaxtdan sonra bir neçə ay gözləmişdir ki, iş olanda onu işə çağıracaqlar. Lakin bir neçə aydan sonra, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh ona sürətli poçtla “xəbərdarlıq” məktubu göndərmişdir ki, guya o, xx.xx.2023-cü il tarixdən etibarən heç bir üzrlü səbəb bildirmədən işə getmir. O, bu məsələni aydınlaşdırmaq üçün məcbur olub müxtəlif instansiyalara (Əmək müfəttişliyinə, DOST Mərkəzinə) müraciətlər etməyə başlamışdır. Həmin müraciətlərinə verilən cavablardan məlum olmuşdur ki, cavabdeh qanunsuz və əsassız olaraq onunla sonradan bağlanılmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdər birinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir. Cavabdeh təşkilatda işlədiyi müddətdə hər ay orta hesabla 750-800 manat əmək haqqı almışdır. Bu fakt onunla işləyən şəxslər də təsdiq edə bilərlər. Cavabdeh təşkilatda əmək müqaviləsi rəsmiləşdirildiyi tarixdən (xx.xx.2017-ci ildən) xitam verildiyi tarixədək (xx.xx.2023-cü ildək) olan 6 il müddətdə bir dəfə də olsun ona məzuniyyət verilməmiş və məzuniyyət pulu da ödənilməmişdir. Hətta ona işdənçıxma müavinəti və son haqq-hesab da verilməmiş, bu barədə heç bir ödəniş olmamışdır. Cavabdeh tərəfindən “Xəbərdarlıq” aldıqdan sonra dəfələrlə cavabdehlərlə əlaqə saxlamaq istəsə də, mümkün olmamışdır. Hətta cavabdehin ("xxxx" MMC-nin) hüquqi ünvanlarına rəsmi məktublar göndərsə də, onları tapmaq mümkün olmamış, məktublar geri qayıtmışdır. Qanunvericiliyin tələbinə əsasən aralarında olan mübahisəni həll etmək məqsədilə mediasiya sessiyasının keçirilməsi üçün Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya xərclərini (51+10=61 manat) də o ödəmişdir. Lakin cavabdeh tərəf mediasiya sessiyasında da mübahisəni həll etməkdən imtina etmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh onu işdən azad edərkən əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuş, qərəzli olaraq onu işdən azad etmiş, xəbərdarlıq məktubunu 3 aydan sonra ona çatdırmış, məzuniyyət (6 il) pulunu, işdənçıxma (3 ay) üçün müavinətini ödəməmişdir. Belə hesab edir ki, hazırda cavabdehlər olan "xxxx" MMC və X7 tərəfindən müştərək qaydada ona istifadə etmədiyi 6 il müddətində məzuniyyət pulu olaraq 4200 (6 il X 700) manat, işdənçıxma müavinəti 2100 (3 ay X 700) manat, maddi ziyana görə ümümilikdə 6300 (altı min üç yüz) manat pul ödənilməlidir. Eləcə də, cavabdehin təqsiri üzündən müxtəlif instansiyalara get-gələ düşdüyünə, əsəb sarsıntıları keçirdiyinə görə də mənəvi cəhətdən ziyan çəkmişdir. Ona görə də çəkdiyi mənəvi sarsıntılara, iztirablara görə cavabdehlər tərəfindən ona mənəvi ziyana görə 2000 (iki min) manat təzminat ödənilməlidir. Qeyd olunanlara əsasən bir daha belə hesab edir ki, hazırda cavabdehlər olan "xxxx" MMC-dən və onun direktoru X7 tərəfindən ona istifadə etmədiyi 6 il müddət ərzində məzuniyyət əvəzi olaraq 4200 (6 il X 700) manat, işdənçıxma müavinəti 2100 (3 ay X 700) manat, mediasiya təşkilatına ödədiyi 61 manat, maddi ziyana görə ümümilikdə 6361 (altı min üç yüz altmış bir) manat pul ödənilməlidir. Əlavə olaraq cavabdehlərin təqsiri üzündən müxtəlif instansiyalara get-gələ düşdüyünə, əsəb sarsıntıları keçirdiyinə görə cavabdehlər tərəfindən ona mənəvi ziyana görə 2000 manat təzminat ödənilməlidir.

22. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, əsas iddia ərizəsində qeyd etdiyi kimi o, 2012-ci ilin əvvəllərindən "xxxx" MMC-də çilingər vəzifəsində işləməyə başlamışdır. Cavabdeh təşkilat hansı idarədən iş götürürdü, ora qeydiyyata salırdı. 2013cü ildə də onu "xxxx" MMC-yə qeydiyyata salmışdır. Ona 8 ay əmək haqqı yazmışdır. O, hər ay 750-800 manat əmək haqqı almışdır. Onlara demişdir ki, işi nağd şəkildə götürür. Ona görə ona qalanını nağd şəkildə verir. Onun sosial sığorta ödənişlərini ödəyir. Cavabdeh hər dəfə iş götürəndə demişdir ki, narahat olmayın, qeydiyyata salır. Cavabdeh təşkilatda əmək müqaviləsi rəsmiləşdirildiyi tarixdən (mart 2013-cu ildən) ikinci dəfə rəsmiləşdirildiyi tarixədək (xx.xx.2017-ci ilədək) olan 4 il müddətdə ona məzuniyyət pulu ödənilməmişdir. İndi baxır ki, sosial sığorta ödənişlərin hamısını ödəməmişdir. Bütün illərin hamısı yarımçıq ödənilmişdir. Halbuki, onlar bütün illəri işləmişlər. Özü də binanın üstünün mansarını tikirdilər. İşi götürəndə hər tonunu 200 manata götürürdü. Heç vaxt işsiz olmamışlar. Sosial sığorta arayışına baxanda aydın görünür ki, illərin çoxu sığorta ödənilməyib. Müqavilədə iş saatı 09:00-dan saat 18:00-a kimidir. Lakin saat 08-00 dan saat 18:00-a kimi işləyirdilər. 6-cı günü də işləyirdilər. Sosial ödənişlərin heç biri tam ödənilməyib. Aldığı əmək haqqına uyğun deyil. Bütün illərə baxanda belə çıxır ki, onlar işləməmişlər. Hal-hazırda əmək haqqını belə verir. Müqavilələri ola-ola nəyə görə əmək haqqı qeyd olunmayıb? Sosial sığorta ödənilməyib? O belə başa düşür ki, cavabdeh həm onları, həm də dövləti aldadıb. Belə hesab edir ki, cavabdehlər olan "xxxx" MMC-dən və onun direktoru X7 tərəfindən müştərək qaydada ona istifadə etmədiyi 4 il müddətində məzuniyyət pulu olaraq 2800 (4x700) manat pul ödənilməlidir.

23. Cavabdeh "xxxx" MMC iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı iddia tələbi əsassız olduğuna, iddiada qeyd edilmiş hallar onun tərəfindən təqdim edilmiş sübutlarla təsdiqini tapmadığına və işin faktiki hallarına uyğun gəlmədiyinə görə iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı “məzuniyyət pulunun ödənilməsi və pul təzminatına dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 6 illik məzuniyyətinin əvəzi olaraq 4200 manat, işdənçıxma müavinəti olaraq 2100 manat, mediasiya təşkilatına ödədiyi 61 manat, maddi ziyana görə 2000 manat, cəmi 8361 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təxminən 2012-ci ilin əvvəllərindən cavabdeh "xxxx" MMC-də çilingər vəzifəsində işləməyə başlamışdır. Sonradan ona məlum olmuşdur ki, əmək müqaviləsi xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmişdir. Həmin müddət ərzində aylıq 750-800 manat əmək haqqı almışdır. 2023-cü ilin aprel ayından etibarən işdə olmadığı üçün işə buraxılmamış, şifahi şəkildə bildirilmişdir ki, iş olanda çağrılacaqsan. İddiaçı 2012-ci ildən işlədiyini bildirsə də iş materiallarında olan sənədlərdən də görünür ki, tərəflər arasında əmək münasibəti xx.xx.2017-ci ildən başlamışdır. Əvvəlki dövrdə əmək müqaviləsi olmadan işə cəlb olunması barədə iddiaçının qeyd etdikləri isə tamamilə əsassız və həqiqətə uyğun olmayan fikirlərdir. Çünki əgər tərəflər arasında 2012-ci ildə əmək münasibəti başlamışdırsa, birdən-birə necə ola bilər ki, cavabdeh təşkilat xx.xx.2017-ci ildə onunla əmək müqaviləsini rəsmiləşdirmək qərarında gəlmişdir? Əmək müqaviləsinin xx.xx.2017ci ildə rəsmiləşdirilməsi barədə sonradan məlumatlı olmasına dair iddiaçının qeyd etdiklərinin həqiqət olmaması elə bu ifadələrdən bəlli olur. Belə ki, iddiaçı sanki hansısa kənar bir şəxsin bağladığı müqavilədən söhbət açır və qeyd edir ki, sonradan müqavilənin rəsmiləşdirilməsindən xəbəri olub. Məgər bu müqaviləni iddiaçı özü imzalamayıb ki?! Özü imzaladığı müqavilənin tarixi ona sonradan necə məlum ola bilər? Yaxudda xx.xx.2017-ci ildə əmək müqaviləsini imzalanarkən əvvəlki dövrdə əmək müqaviləsinin mövcud olmamasını niyə fikirləşməyib, niyə bununla bağlı bir etiraz bildirməyib, məhz işdən çıxandan sonra belə fikirləri səsləndirməyə başlayıb? İş materiallarına əlavə etdikləri xx.xx.2017-ci il tarixli əmək müqaviləsi bildirişindən göründüyü kimi iddiaçı xx.xx.2017-ci il tarixli əmək müqaviləsi əsasında işə cəlb edilmişdir. Əgər iddiaçı 2012-ci ildən işləyibsə o zaman niyə son 6 ilin məzuniyyəti pulunu tələb edir? Təbii ki, iddiaçı bu arqumenti düşünüb iddianı formalaşdırarkən bu sualla qarşılacağını təsəvvürünə gətirmədiyi üçün iddiada bu cür ciddi yanlışlığa yol verib. Bununla da iddiaçının 2012-ci ildən müəssisədə işləməsi barədə dediklərinin həqiqət olmaması ortaya çıxır. İddiaçının ikinci tələbi güya həmin dövrdə 750-800 manat əmək haqqı alması ilə bağlıdır. Lakin göründüyü kimi iddiaçı bununla bağlı məhkəməyə hər hansı fakt təqdim edə bilməmişdir. Əvvəla xx.xx.2017-ci il tarixdə əmək müaviləsi imzalandıqdan sonra ƏƏSMN-nin altsisteminə işəgötürən tərəfindən yerləşdirilmiş müxtəlif tarixli əmək müqaviləsi bildirişindən (həmin bildirişlər hazırkı etiraza əlavə edilərək məhkəməyə təqdim edilir) görünür ki, iddiaçı xx.xx.2017-ci ildən etibarən 300 manat sabit aylıq əmək haqqı almışdır. Bu halda 750 manat və ya 800 manat əmək haqqı barədə iddiaçının dəlilinin nədən ibarət olması çox maraqlıdır. İşin digər maraqlı tərəfi budur ki, niyə iddiaçı iddia ərizəsində aldığı əmək haqqını sabit formada yox, qeyri-müəyyən olaraq 750-800 manat qeyd etmişdir? Təbii ki, bunlar hamısı iddiaçının özünün formalaşdırdığı fikirlər olmaqla, heç bir faktiki və hüquqi əsasa söykənmir. Bundan əlavə iddiaçı iddia ərizəsində qeyd edir ki, 2023-cü ilin aprel ayından iş olmadığı üçün cavabdeh onu işə buraxmadı və dedi ki, iş olanda çağıracaq. Maraqlıdır, tərəflər arasında rəsmiləşdirimiş və 2023-cü ilin aprel ayınada ləğv edilmiş əmək müqaviləsində əmək haqqının işəmuzd yox, vaxtamuzd ödənilməsi nəzərdə tutulur. Bu fakt müxtəlif dövrlərə aid əmək müqaviləsi bildirişlərində də öz təsdiqini tapır. Belə ki, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə görə əmək haqqı 300 manat müəyyən edilmişdir. Eləcə də xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişində də əmək haqqı 300 manat müəyyənləşdirilmişdir. Belə olduğu təqdirdə, işin nəticəsindən asılı olmayaraq, işçiyə aylıq sabit şəklində əmək haqqı ödənilirsə, o zaman işəgötürən “iş yoxdur” deyərək işçini niyə işə buraxmasın?! Əgər istehsalatda məcburi dayanma yaranmışdırsa, o zaman işəgötürən Əmək Məcəlləsinin 146-cı maddəsinə uyğun olaraq işçini ödənişli və ya ödənişsiz qaydada məcburi şəkildə məzuniyyətə çıxarda bilərdi. Lakin göründüyü kimi işçi özü işə gəlməmiş və bu barədə müəssisəyə məlumat verməmişdir. Onlarda olan məlumata əsasən o başqa bir iş yerində faktiki əmək fəaliyyətinə başlamış, buna görə də onların müəssisəyə işə gəlməmişdir. Ona xəbərdarlıq edilməsinə baxmayaraq, işə qayıtmamışdır. Bununla yanaşı iddiaçı iddia ərizəsində də göstərir ki, 2023-cü ilin aprel ayının əvvəlindən işdə olmadığından onu iş yerinə buraxmamışdırlar. Şəxs özü işdə olmadığını açıq şəkildə ifadə edir və işə gəlmədiyini etiraf edir. Belə olduğu təqdirdə iddiaçının iddia ərizəsinə işə buraxılmamaq kimi ifadələr qeyd etməsi təbii ki, müdafiə xarakteri daşımaqla iddiaya hüquqi zəmin yaratmağa cəhd kimi qiymətləndirilməlidir. Bundan əlavə işçi iddia ərizəsində hər aya görə 700 manat olmaqla 3 aylıq işdən çıxma müavinətinin ödənilməsini də tələb etmişdir. İşçi ümumi olaraq işdən çıxma müavinəti adı altında 3 aylıq maaşını tələb etsə də, nəzərə almamışdır ki, onun əmək müqaviləsinə işçilərin ixtisarı və ya müəssisənin ləğvi əsası ilə deyil, bütün iş günü ərzində işə gəlməməyə görə işdən azad edilmişdir. Bundan əlavə iddiaçı maaşını gah 750 manat, gah 800 manat, gah da 700 manat göstərmişdir. Bu isə onun bu məlumatı özündən uydurduğunu, həqiqətə uyğun olmadığını deməyə əsas verir. Çünki həqiqətən də 300 manatdan çox maaş almış olsa idi, əmək haqqını hər dəfə bir məbləğdə yox, konkret olaraq qeyd edərdi. İddianın mahiyyətindən və tərəfimizdən iş materiallarına əlavə olunan əmək müqaviləsi bildirişindən, hesabdan çıxarışdan və ödəniş tapşırığından görünür ki, işçi xx.xx.2017-ci il tarixdən etibarən "xxxx" MMC-də işə qəbul edilmiş və tərəflər arasında bağlamış əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 300 manat müəyyən olunmuşdur. Bu müddət ərzində iddiaçıya əmək haqqıları ödənilmişdir (ABB-də olan bank hesabı üzrə köçürmələrə dair çıxarış əlavə olunur) və iki dəfə - xx.xx.2023-cü il tarixdə 200 manat və xx.xx.2022-ci ildə isə 300 manat olmaqla məzuniyyət pulu ödənilmişdir. Beləliklə iddiaçının cavabdeh tərəfindən əmək məzuniyyətinin bütünlüklə ödənilməməsi, aylıq əmək haqqının 750-800 manat olması, əmək haqqının ödənilməməsi, işə buraxılmaması barədə qeyd etdikləri həqiqətə uyğun deyil. Etiraza əlavə edərək təqdim etdikləri bank hesabından çxarışdan görünür ki, iddiaçıya aylıq ödənilməli olan 300 manat əmək haqqı məbləğləri xx.xx.2017-ci il tarixdən sonra tam şəkildə ödənilmişdir. 6 illik dövr üzrə isə əmək məzuniyyəti 300 manat və 200 manat ödənilmişdir. Mənəvi zərərə gəldikdə, işçi faktiki olaraq özü iş yerini onlara məlum olmayan səbəbdən tərk edərək getmişdir. Bu halda əslində o iş yerininin, istehsalın normal ahənginə mane olmuş, işə gəlməməsi işin ləngiməsinə və zərərə səbəb olmuşdur. Belə olan halda isə əsl zərər çəkən onlar olduğu üçün, onlar iddiaçıdan zərərin əvəzini tələb etməlidirlər. Buna görə də işçinin mənəvi zərər şəklində 2000 manat pul tələbi təəccüblü olmaqla yanaşı, eyni zamanda əsassızdır. Belə ki, "xxxx" MMC onun şərəf və ləyaqətini alçaldan, hüquqlarını kobud şəkildə pozan hərəkətlərə yol verməmişdir ki, bu hal iddiaçıda mənəvi zərər yaradan halların baş verməsinə səbəb olsun. xx.xx.2017-ci il tarixdə əgər məzuniyyət pulunun bir qismi ödənilməyibsə, bu bilərəkdən yox təbii ki, maddi vəsaitin pulun çatışmazlığından yaranmışdır. Belə olduqda iddiada bu cür halların qeyd edilməsi iddiaçının ona qarşı qərəzli və ədalətsiz mövqedə olduğunu deməyə əsas verir. Yuxarıda göstərilənlərə əlavə olaraq bildirir ki, həmin dövrdə müəssisənin direktoru atası X5 olmuşdur. O, rəhmətə getdikdən xeyli sonra müəssisənin qanuni təmsilçisi vəzifəsi ona X1. Odur ki, fiziki şəxs olaraq onun iddia ərizəsində cavabdeh kimi qoyulması iddianın əsl olmayan cavabdehə yönəldilmiş olması fikrini deməyə əsas verir. Hesab edir ki, iddia tələbi tamamilə əsasızdır və bu səbəbdən də təmin edilməməlidir.

25. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Starə Əliyeva) ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən ödənilməmiş məzuniyyət haqqının əvəzi qismində 1300 manatın, mediasiya xərcinin əvəzi olaraq 30 manat məbləğində vəsaitin tutularaq İddiaçı, 390 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının tutularaq İddiaçı məcburi dövlət sosial sığorta hesabına ödənilməsi, İddiaçı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77, 107, 119.2, 217.3, 217.4, 218.3-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1, 9.1.1, 9.1.14-cü maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 77.3, 77.7, 83.4, 113, 135, 136, 143.1, 154.1, 304.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il Qərarına, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002- ci il tarixli Qərarına, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2, 14.3, 14.3.1, 14.3.2, 14.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

27. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, işin faktiki hallarının məhkəmənin gəldiyi nəticələrə uyğun olmaması ilə əlaqədar olaraq tam qanunsuz və əsassızdır. Ona görə də həmin qətnamə ləğv edilməli və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Qeyd edir ki, 2012-ci ilin əvvəllərindən hazırda cavabdeh olan "xxxx" MMC-də çilingər vəzifəsində işləməyə başlamışdır. Həmin MMC-də bir neçə il işlədikdən sonra məlum oldu ki, onunla olan əmək müqaviləsini xx.xx.2017-ci ildən rəsmiləşdirmişlər. Halbuki, həmin müddətdə (2012-2017) hər ay 750-800 manat əmək haqqı (nağd şəkildə) ödənilmişdir. Cavabdeh 2023-cü ilin aprel ayından iş olmaması səbəbi onu iş yerinə buraxmırdı və şifahi şəkildə bildirdilər ki, iş olanda çağıracaqlar. Həmin vaxtdan sonra bir neçə ay gözləyib ki, iş olanda onu işə çağıracaqlar. Lakin bir neçə aydan sonra, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh ona sürətli poçtla “Xəbərdarlıq” məktubu göndərmişdir ki, guya o xx.xx.2023-cü il tarixdən etibarən heç bir üzrlü səbəb bildirmədən işə getmir. Bu məsələni aydınlaşdırmaq üçün məcbur olub müxtəlif instansiyalara (Əmək müfəttişliyinə, DOST Mərkəzinə) müraciətlər etmişdir. Həmin müraciətlərinə verilən cavablardan məlum olmuşdur ki, cavabdeh qanunsuz və əsassız olaraq iddiaçı ilə sonradan bağlanılmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir. Cavabdeh təşkilatda işlədiyi müddətdə hər ay orta hesabla 750-800 manat əmək haqqı almışdır. Bu faktı onunla işləyən şəxslər də təsdiq edə bilərlər (bunu təsdiq edən elektron daşıyıcıda olan səs yazılarını məhkəməyə təqdim etmişdir). Cavabdeh təşkilatda əmək müqaviləsi rəsmiləşdirildiyi tarixdən (xx.xx.2017-ci ildən) xitam verildiyi tarixədək (xx.xx.2023-cü ildək) olan 6 il müddətdə bir dəfə də olsun məzuniyyət verilməmiş və pulu da ödənilməmişdir. Hətta işdənçıxma müavinəti və son haqq-hesab da verilməmişdir. Cavabdeh tərəfindən “Xəbərdarlıq” aldıqdan sonra dəfələrlə onlarla əlaqə saxlamaq istəsə də, mümkün olmamışdır. Hətta cavabdehin ("xxxx"MMC-nin) hüquqi ünvanlarına rəsmi məktublar göndərsə də, onları tapmaq mümkün olmamış, məktublar geri qayıtmışdır. Qanunvericiliyin tələbinə əsasən mübahisəni həll etmək məqsədilə cavabdehə mediasiya təklifi göndərdikdən sonra Mediasiya sessiyasının keçirilməsi üçün Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya xərci olaraq 61 manat pulu o ödəmişdir. Cavabdeh mediasiya sessiyasında mübahisəni həll etməkdən imtina etdiyindən, məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh onu işdən azad edərkən əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuş, qərəzli olaraq onu işdən azad etmiş, xəbərdarlıq məktubu 3 aydan sonra ona çatdırılmış, məzuniyyət pulu, məcburi sosial sığorta ödənişini, işdənçıxma üçün müavinət pulunu ödəməmişdir. Bundan başqa cavabdehlərdən ("xxxx" MMC və onundirektoru X3) müştərək qaydada istifadə etmədiyi 4 il müddətində (2012- 2017-ci illər üzrə) məzuniyyətinin əvəzi olaraq 2800 manat məbləğində pul vəsaiti tutulmalı və məcburi sosial sığorta ödənişləri düzgün hesablanaraq sosial sığorta hesabına köçürülməlidir. Belə hesab edir ki, hazırda cavabdehlər olan "xxxx" MMC-dən və onun direktoru X3 müştərək qaydada istifadə etmədiyi 6 il müddətində (2017-2023-cü illər üzrə) məzuniyyət pulu olaraq 4200 manat, işdənçıxma müavinəti 2100 manat (əmək haqqımın 3 misli miqdarında), maddi ziyana görə ümumilikdə 6300 (altı min üç yüz) manat pul ödənilməlidir. Əlavə olaraq 4 il müddətində (2012-2017-ci illər üzrə) 2800 manat məzuniyyət pulu da cavabdehlərdən müştərək qaydada onun xeyrinə olaraq tutulmalıdır. Həmin dövrlər üzrə (2012-2023 illər üzrə) məcburi sosial sığorta ödənişləri də düzgün hesablanaraq cavabdehlər tərfindən onun sosial sığorta hesabına köçürülməlidir. Eləcə də, cavabdehlərin təqsiri üzündən müxtəlif instansiyalara get-gələ düşdüyünə, əsəb sarsıntıları keçirdiyinə görə onun xeyrinə olaraq cavabdehlərdən müştərək qaydada mənəvi ziyana görə 2000 (iki min) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qətnaməsində qeyd olunub ki, tərəfindən guya hazırda "xxxx" MMC-nin direktoru olan X6 qarşı iddia qaldırılması düzgün deyildir. Məhkəmənin belə nəticəyə (guya MMC-nin direktoru əsl cavabdeh (iddiaya cavab verməli olan şəxs) deyil) gəlməsinə qəti surətdə etiraz edir. Bu hissədə də qətnaməni tam qanunsuz və əsassız hesab edir. Hazırda "xxxx" MMC-nin direktoru olan X7 həmin müəssisənin direktoru vəfat etdiyindən və vərəsəsi olduğuna görə əsl cavabdeh olmalıdır. Ona görə də iddia ərizəsində onu cavabdeh olaraq düzgün qeyd etmişdir. AR Əmək Məcəlləsinin “İşçilərin məzuniyyət hüququ” adlanan 110cu maddəsində qeyd olunur ki, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. AR Əmək Məcəlləsinin “Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi” adlanan 143-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla, qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. Həmin maddənin 2-ci bəndinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi iləmüəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Əmək Məcəlləsinin “İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi” adlanan 144cü maddəsinin 2-ci bəndində qeyd olunur ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək Məcəlləsinin “Fərdi əmək mübahisələri anlayışı” adlanan 287-ci maddəsində qeyd olunur ki, fərdi əmək mübahisələri, işəgötürənləişçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habeləəmək qanunvericiliyinin və digər normativ hüquqiaktların tətbiqizamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərinhüquq bərabərliyi və qanunun aliliyi prinsipləriəsasında həlledilən fikirayrılığıdır. HəminMəcəllənin 288-ci maddəsinin d) bəndinə əsasən “əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi” fərdi əmək mübahisəsi hesab edilir. Yuxarıda qeyd olunan hallara əsasən hesab edir ki, adıçəkilən qətnamə ləğv edilməli və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

30. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

31. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

32. 77.3-ci maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

33. 77.7-ci maddəsinə əsasən Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.

34. 83.4-cü maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

35. 113-cü maddəsinə əsasən əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

36. 135.2-ci maddəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

37. 136. 2-ci maddəsinə əsasən işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.

38. 143.1-ci maddəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

39. 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

40. 304.2-ci maddəsinə əsasən işəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.

41. Maddə 287 fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

43. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

44. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

45. 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

46. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

47. 14.3.1. Sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;

48. 14.3.2. Sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

56. Hazırki halda iddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdiyindən, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

59. Məhkəmə kollegiyası iddia tələbinin yoxlanılan hissəsi ilə bağlı məhkəmənin gəldiyi mövqeyi əsaslı hesab edir.

60. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə cavabdeh "xxxx" MMC-də çilingər vəzifəsində işə başlamış, xx.xx.2023-cü il tarixində isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasə Əmək Məcəlləsinin 68-cı maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı cavabdeh müəssisədə işlədiyi xx.xx.2017-xx.xx.2023 dövr ərzində məzuniyyətə çıxmamışdır. Cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya son haqq hesab ödənilməmişdir. Cavabdeh "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçıya məzuniyyət haqqı olaraq 300 manat və xx.xx.2023-cü il tarixli əmri ilə 200 manat olmaqla, cəmi 500 manat kompensasiya ödənilmişdir.

61. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı həmin məbləğlərin kompensasiya olaraq deyil, 200 manatın müəssisənin direktorunun ona olan borcu ilə əlaqədar olaraq ödənilmiş vəsait, 300 manatın isə əmək haqqı olaraq ödənildiyini bildirməsinə baxmayaraq öz dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə həmin vəsaitlərin istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya olaraq ödənilməsi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli əmrlərə və ödəniş tapşırıqlarına əsasən müəyyən edilmişdir ki, həmin məbləğlər iddiaçıya 2019-2020ci iş ili və 2020-2021-ci iş ili üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya olaraq ödənilmişdir.

62. Həmçinin iddiaçı onun əmək haqqısının 300 manat deyil, 700-800 manat olduğunu bildirməsinə baxmayaraq, qeyd edilən halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmə iclasında tədqiq edilmiş əmək müqaviləsi, əmək müqaviləsi bildirişinə əsasən müəyyən edilmişdir ki, İddiaçı əmək haqqısı 300 manat olmuşdur.

63. Kollegiya apellyasiya şikayətinin “cavabdehlə 2012-ci ildən əmək münasibətlərində olduğunu, 2017-ci ildə bağlanılmış əmək müqaviləsinin onun məlumatı olmadan rəsmiləşdirildiyini, 2012-ci ildən 2017-ci ilədək olan müddətdə istifadə edilməmiş məzuniyyətin əvəzinin ödənilməsi” dəlilinə münasibətdə hesab edir ki, iddiaçı tərəfindən qeyd edilən illər ərzində cavabdeh "xxxx" MMC ilə arasında əmək münasibətləri olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Kollegiya apellyasiya şikayətinin “xx.xx.2017-ci ildən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2023-cü ilədək cavabdeh müəssisə tərəfindən ona əmək məzuniyyətinin verilməməsi və istifadə edilməmiş məzuniyyətin əvəzinin ödənilməməsi” dəlilinə münasibətdə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(007)- 1057/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8540 nömrəli rəyinə əsasən İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinədək İddiaçı 1800 (6 il x 300) manat məbləğində məzuniyyət haqqının ödənilməli olması, həmin məzuniyyət haqqından 500 manat ödənilməsi, ödənilməyən məzuniyyət haqqının 1300.0 manat təşkil etməsi müəyyən edilmişdir. İddiaçı tərəfindən ekspert rəyi ilə gəlinən nəticəni təkzib edən sübut təqdim edilməmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

65. Belə ki, İddiaçı cavabdeh "xxxx" MMC tərəfindən sosial sığorta haqqlarının onun əmək haqqına uyğun hesablanmadığını bildirsə də, işin məhkəmə tərəfindən araşdırılan halları ilə qeyd edilən hallar öz təsdiqini tapmamışdır.

66. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübut etməyə borcludur. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübutedilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir.

67. Həmçinin qeyd edilən halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən iş üzrə birinci intansiyası məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq-ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8540 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən ödənilməyən 1300 manat məzuniyyət haqqına görə 390 manat məbləğində MDSS hesablanaraq ödənilməli idi. İddiaçı tərəfindən ekspert rəyi MDSS-in məzuniyyət haqqına görə 3% dərəcəsi ilə hesablanması hissəsində mübahisələndirilmiş, MDSS hesablanarkən onun vəsaitindən 3%, cavabdehdən isə 25% hesablanaraq tutulmalı olduğunu bildirmişdir. Dövlət Sosial Müdafiə X8 uçota nəzarət və sosial sığorta departamentinin nümayəndəsi mütəxəssis qismində cəlb edilməklə birinci instansiya məhkəməsində məhkəmə iclasında izahatında bildirmişdir ki, 25%-in 3%-i işçinin əmək haqqısından tutulur, qalan 22% isə işəgötürəndən tutulur. 1300 manatın 3%-i yəni 39 manat işçidən, 1300 manatın 22 %-i yəni 286 manat işəgötürəndən tutulmalı, ümumilikdə MDSS üçün 325 manat ödəniş edilməlidir.

68. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur. Belə təminatlardan biri də əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar işəgötürən tərəfindən işçiyə müavinətlərin, eləcə də işdənçıxarma müavinətlərinin ödənilməsidir. İşdənçıxarma müavinətinin hansı hallarda və miqdarda ödənilməsi isə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Həmçinin Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə başqa əsaslarla (Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” və "ç" bəndləri, 74-cü maddəsinin birinci hissəsinin “a”, “c” və “e” bəndləri ilə) xitam verilərkən işçilərə müavinətlərin ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsinin müstəqil əsası kimi müəyyən edilmiş müəssisənin ləğvi və işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi işçinin iradəsindən və təqsirindən asılı olmadığına görə, həmin əsasla əmək müqaviləsinə xitam verilərkən işçiyə bir sıra təminatlar verilməklə yanaşı, ona işdənçıxarma müavinətinin ödənilməsi də işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur ki, bu da işçinin işini itirməsi və daimi gəlirdən məhrum olması ilə əlaqədar yaranan mənfi nəticələri yüngülləşdirmək, habelə yeni iş axtardığı müddət ərzində ona maddi dəstək vermək məqsədi daşıyır.

69. X13 həmçinin qeyd olunur ki, nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 77-ci maddəsi ilə işçiyə verilən təminatlar sırasında işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildiyi halda işəgötürən tərəfindən ona işdənçıxarma və ya hər hansı digər müavinətin ödənilməsi ilə bağlı işəgötürənin öhdəliyi nəzərdə tutulmamışdır. Bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işçinin təşəbbüsü ilə (razılığı əsasında) əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçiyə verilən hər hansı ödəniş qanunvericiliyin imperativ göstərişlərindən irəli gəlmədiyindən və könüllü xarakter daşıdığından, belə ödənişlər (kompensasiyalar) həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti kimi qiymətləndirilə bilməz.

70. Kollegiya apellyasiya şikayətinin “işdənçıxma müavinəti olaraq 2100 manat məbləğində pul vəsaitinin tutulması” dəlilinə münasibətdə hesab edir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə cavabdeh "xxxx" MMC-də çilingər vəzifəsində işə başlamış, xx.xx.2023-cü il tarixində isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasə Əmək Məcəlləsinin 68-cı maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Qanunvericilik işçi ilə işəgötürən arasında bağlanılmış əmək müqaviləsinə xitam verildiyi zaman hər bir halda deyil, yalnız qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla xitam verildiyi halda işəgötürən tərəfindən işdənçıxma müavinətinin ödənilməsi vəzifəsini müəyyən etmişdir. Belə ki, həm Əmək Məcəlləsinin, həm də Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqedən belə qəanətə gəlinir ki, işçi ilə işəgötürən arasında bağlanılmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri, 68-ci maddəsinin ikinci hissəsinin “c” və "ç" bəndləri, 74-cü maddəsinin birinci hissəsinin “a”, “c” və “e” bəndləri ilə) xitam verilərkən işəgötürən tərəfindən işçiyə işdənçıxma müavinəti ödənilir. Göründüyü kimi işəgötürən tərəfindən işçiyə işdənçıxma müavinətinin verilməsi üçün əsaslar içərisində AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi nəzərdə tutulmamışdır.

71. Kollegiya apellyasiya şikayətinin mənəvi zərərin ödənilməsi dəlilinə münasibətdə hesab edir ki, İddiaçı ona dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

72. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

73. Əmək Məcəlləsinin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Həmin maddənin qeyd hissəsində qeyd edilmişdir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir

74. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin cavabdeh X6 aid olan hissəsi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçının hazırki iddia tələbi işəgötürənə qarşı yönəlmiş əmək münasibətlərindən irəli gələn tələblər olduğundan və hazırki mülki iş üzrə işəgötürən cavabdeh "xxxx" MMC olduğundan cavabdeh X7 hazırki iddia tələbinə cavab verməli olan şəxs deyildir.

75. Beləliklə, kollegiya hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən ödənilməmiş məzuniyyət haqqının əvəz qismində 1300 manat, mediasiya xərcinin əvəzi olaraq 30 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalı, 390 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı tutularaq İddiaçı məcburi dövlət sosial sığorta hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir

76. Kollegiya məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin hər iki tərəf öz tələbini irəli sürdüyü üçün mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün 50 manat məbləğində pul vəsaiti və 10 manat kargüzarlıq xərci ödənilmişdir.

77. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.

78. Belə olan halda kollegiya qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin 30 manat hissəsi iddiaçıya aid edilməli, 30 manat məbləğində xərc isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

79. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.1-ci maddəsinə görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar