Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3407/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər LPO "xxxx" ASC-yə, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam veriməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “ipotekaya xitam veriməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondunun nümayəndəsi X2 iştirakı ilə Xətai Rayon Məhkəməsinin 2(011)-6532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər LPO "xxxx" ASC-yə, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam veriməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “Texnikabank" ASC arasında Fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2011-ci il tarixli FP/Q-011- 011 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə ona məxsus olan fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi və bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsində göstərmişdir ki, “Texnikabank" ASC ilə- Natiq Mehdiyev arasında xx.xx.2009-cu il tarixili və xx.xx.2009-cu il tarixli, Emin Heydərov arasında xx.xx.2010-cu il tarixli, Zaur Namazov arasında xx.xx.2011-ci il tarixli və xx.xx.2011-ci il tarixli, Mehman Əliyev arasında xx.xx.2010-cu il tarixili və xx.xx.2010cu il tarixli, "xxxx" MMC arasında xx.xx.2010-cu il tarixili, eləcə də xx.xx.2009-cu il tarixli, xx.xx.2010 cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələri üzrə öhdəliklərin təmin edilməsi üçün sözü gedən ipoteka müqaviləsi bağlanmış və mülkiyyət hüququ üzrə ona məxsus olan Fərdi yaşayış evi “Texnikabank" ASC-nın xeyrinə ipoteka ilə yüklü edilmiş, bu barədə DƏDR-də 83 nömrəli reyestr kitabının 7577 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İddiaçı Ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Natiq Mehdiyevdən xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 99.000 manat, xx.xx.2011ci il tarixli kredit müqaviləsi üzrə 84.000 manat əsas borcların, cavabdeh Emin Heydərovdan xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 117.911,21 manat əsas, 19.552 manat faiz borcu olmaqla, cəmi 137.463,21 manat borcun, cavabdeh Zaur Namazovdan, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə 12.560 manat, xx.xx.2011ci il tarixli kredit müqaviləsi üzrə 2.061 manat faiz borclarının, cavabdeh Mehman Əliyevdən xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 109.000 manat əsas borcun, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 60.000 manat əsas, 8.450 manat faiz olmaqla cəmi 68.540 manat borcun, "xxxx" MMC-dən xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 279.377 manat əsas, 2.865,26 manat faiz borcu olmaqla, cəmi 282.242,26 manat borcun tutulması, qeyd edilən kredit müqavilələri üzrə tutmanın mülkiyyət hüququ üzrə ona məxsus Fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətnin müəyyən edilməsi və açıq hərracdan satlması, bankın kredit tələbinin saKlmış əmlak hesabına ödənilməsi, tələb yönəldilən fərdi yaşayış evinin satıldıqdan 1 ay sonra boşaldılması, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005) 591/2018 saylı, 27 iyin 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Emin Heydərovdan xx.xx.2010-cu il tarixli təminatsız kredit müqaviləsi üzrə 107911,21 manat məbləğində əsas, 19552 manat məbləğində faiz borcu olmaqla, cəmi 127463,21 manat məbləğində borcun, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminat qismində ipoteka ilə yüklü edilmiş, ona məxsus olan Fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetnin satışından əldə olunan vəsaitin qalan hissəsinin Fərdi yaşayış evinin ilkin satış qiymətnin 1.780.000 manat məbləğində müəyyən edilməsi, Fərdi yaşayış evi satıldıqda onun 1 ay ərzində həmin evi tərk etmədiyi halda onun məcburi qaydada çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2870/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-591/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ipoteka predimetinin ilkin satış (likvid) qiymətnin ******* manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilərək, ******* manat məbləğində müəyyən edilmiş, qətnamə X3, X11, X10, İddiaçı və "xxxx" MMC-yə aid kredit müqavilələri üzrə borcların tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 1539/2022 saylı Qərarına əsasən iddiaçı Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2870/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. ƏSF-nun Kreditlərin idarə edilməsi departamenti tərəfindən ona verilmiş xx.xx.2023cü il tarixli arayışda qeyd edilir ki, “Texnikabank" ASC ilə X8 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 201CNQD130010171 saylı Kredit müqaviləsi üzrə borc öhdəliyinin mövcud olmaması barədə arayış vermişdir. ƏSF-nun Kreditlərin idarə edilməsi departamenti tərəfindən onun xəbərdarlıq məktubuna verilmiş xx.xx.2023-cü il tarixli arayışda isə qeyd edilir ki, “Texnikabank" ASC ilə X10 arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələri üzrə, X11 arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələri üzrə, X3 arasında bağlanmış xx.xx.2009-cu il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələri üzrə və "xxxx" MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün əmlakın girovdan azad edilməsi məqsədəmüvafiq hesab edilmir.
3. Xətai Rayon Məhkəməsinin 2(011)-6532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh LPO "xxxx" ASC-yə, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondu tərəfindən apellyasiya şikayəti verilərək göstərilmişdir ki, hal hazırda, X10 arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələri üzrə, X11 arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələri üzrə, X4 arasında bağlanmış xx.xx.2009-cu il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələri üzrə və "xxxx" MMC arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqavilələri üzrə Bank qarşısında borcları mövcuddur. Bu borc məbləğləri mərkəzləşdirilmiş kredit reyestrində də öz əksini tapmışdır. Göründüyü kimi iddia müddətinin tətbiqi Bankı öz borcunu tələb etmək öhdəliyindən azad etmir. Digər tərəfdən birinci instansiya məhkəməsi əmlak üzərində ipoteka yüklülüyünün qalmasını (iddia müddəti keçdiyi halda) mülkiyyət hüququnun pozulması kimi qiymətləndirmiş, Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına istinad etməmiş və Konstitusiya Məhkəməsinin qərarını gözardı edərək, qərara zidd qətnamə qəbul etmişdir. Həmçinin, Xətai Rayon Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudluğu 10 illər boyu davam edə bilməz. Halbuki Konstitusiya Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Qanunvericiliyin tələblərinə əsasən, belə qənaətə gəlinir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondunun nümayəndəsi V.Qədirova apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
7. “Texnikabank" ASC ilə X3 arasında xx.xx.2009-cu il tarixində bağlanmış kredit müqaviləsinə əsasən Natiq Mehdiyevə mənzil alınması məqsədi ilə illik 16%-lə 12 ay müddətində 100.000 manat, xx.xx.2009-cu il tarixində bağlanmış kredit müqaviləsinə əsasən (AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən) isə yenə də mənzil alınması məqsədi ilə illik 16%-lə 12 ay müddətində 85.000 manat kredit verilmişdir.kredit verilmişdir.
8. “Texnikabank" ASC ilə X8 arasında xx.xx.2010-cu il tarixində bağlanmış kredit müqaviləsinə sonuncuya torpaq sahəsinin alınması məqsədi ilə illik 14%-lə 12 ay müddətində 216.000 manat kredit verilmişdir.
9. “Texnikabank" ASC ilə X11 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya mənzil alınması məqsədilə, illik 16%-lə, 12 ay müddətinə 49000 manat, xx.xx.2010-cu il tarixdə bağlanmış kredit müqaviləsinə görə illik 14%-lə, 6 ay müddətinə 4000 manat, xx.xx.2011-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən mənzil alınması məqsədi ilə illik 14%-lə 12 ay müddətinə 120.000 manat və xx.xx.2011-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən isə mənzilin təmir olunması məqsədi ilə illik 12%-lə 12 ay müddətinə 20.000 manat kredit verilmişdir (sonuncu iki müqavilə tərəflər arasında əvvəllər olmuş mübaisə üzrə AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında işin faktiki halı kimi müəyyən edilmişdir).
10. “Texnikabank" ASC ilə X10 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə Mehman Əliyevə mənzilin təmiri üçün 12 müddətinə, illik 15% olmaqla 25000 manat, xx.xx.2010-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən yenə də mənzilin təmir olunması məqsədi ilə illik 15%-lə 6 ay müddətinə 110.000 manat, xx.xx.2010-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən isə yaşayış sahəsinin alınması məqsədi ilə illik 14%-lə 12 ay müddətinə 61.000 manat kredit verilmişdir (sonuncu iki müqavilə tərəflər arasında əvvəllər olmuş mübaisə üzrə AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında işin faktiki halı kimi müəyyən edilmişdir).
11. “Texnikabank" ASC ilə "xxxx" MMC arasında xx.xx.2010-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən mal-materialların alınması məqsədi ilə sonuncuya illik 14%-lə 12 ay müddətinə 308.600 manat məbləğində kredit verilmişdir.
12. İddiaçı ilə “Texnikabank" ASC arasında xx.xx.2011-ci il tarixdə FP/Q 011- 011 saylı ipoteka müqaviləsi bağlanmış, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, H.Pənahov küçəsində istifadədə olan 0,06195 ha torpaq sahəsində yerləşən 2 ədəd 2 mərtəbəli, 7 otaqlı, 307.4 kv.m yaşayış, 538.7 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi (bundan sonra– Fərdi yaşayış evi) X5 ilə bağlanmış xx.xx.2009-cu il, Mehman Əliyevlə bağlanmış xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli, Zaur Namazovla bağlanmış xx.xx.2010-cu il, xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli, Natiq Mehtiyevlə bağlanmış xx.xx.2010-cu il, xx.xx.2010-cu il tarixli, Emin Heydərovla bağlanmış xx.xx.2010-cu il tarixli, habelə "xxxx" MMC ilə bağlanmış xx.xx.2010-cu il, xx.xx.2010-cu il və xx.xx.2010-cu il tarixli müqavilələr əsasında verilən kreditlərin və onlara hesablanmış faizlərin qaytarılmasının təminatı olaraq “Texnikabank" ASC-nın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavi İpoteka müqaviləsində əmlakın qiyməti 1.500.000 manat müəyyən edilmişdir.
13. Bundan sonra, Nərimanov Rayon Məhkəməsinin 2(005)-591/2018 saylı, 27 iyin 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının X1, X6, X9, X7, "xxxx" MMC-yə və iddiaçıya qarşı yuxarıda qeyd edilən “kedit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Emin Heydərovdan xx.xx.2010-cu il tarixli təminatsız kredit müqaviləsi üzrə 107911,21 manat məbləğində əsas, 19552 manat məbləğində faiz borcu olmaqla, cəmi 127463,21 manat məbləğində borcun, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus olan Fərdi yaşayış evinə yönəldilməsi, onun açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyanaiddiaçıya qaytarılması, ipoteka predmeti olan Fərdi yaşayış evinin ilkin satış qiymətinin 1.780.000 manat məbləğində müəyyən edilməsi, Fərdi yaşayış evi satıldıqda iddiaçının 1 (bir) ay ərzində həmin evi tərk etmədiyi halda onun məcburi qaydada çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
14. 04.08.2023-cü il tarixdə LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondunun Kreditlərin idarə edilməsi departamantinin direktoru tərəfindən borc öhdəliyinin olub-olmaması barədə arayış verilmiş, həmin arayışda Emin Heydərov tərəfindən öhdəliyin yerinə yetirilməsi və onun xx.xx.2010-cu il tarixli müqavilə üzrə borc öhdəliyinin mövcud olmadığı göstərilmişdir.
15. 04.08.2023-cü il tarixdə LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondunun Kreditlərin idarə edilməsi departamantinin direktorunun müqavini tərəfindən iddiaçıya arayış verilmiş, həmin arayışda isə "xxxx" ASC ilə Mehman Əliyev arasında bağlanmış xx.xx.2010-cu il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələri üzrə, Zaur Namazovla bağlanmış xx.xx.2010-cu il və xx.xx.2010-cu il tarixli kredit müqavilələri üzrə, Natiq Mehtiyevlə bağlanmış xx.xx.2010-cu il və xx.xx.2010-cu il tarixli, kredit müqavilələri üzrə və "xxxx" MMC ilə bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün ipoteka ilə yüklü edilmiş əmlakın girovdan azad edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
19. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.
20. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
21. Maddə 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır.
22. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
23. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.
25. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
26. Madddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
32. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
33. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
34. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
37. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
38. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
39. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
40. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
41. Hazırkı halda iddiaçı tərəfindən rayon məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlanılır. Apellyasiya Məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
43. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, ayrı-ayrı fiziki şəxslərin müxtəlif məqsədlərlə 2009-2011-ci il tarixlərdə, ən çox 24 ay müddətinə LPO Cavabdeh2 ASC ilə bağladıqları kredit müqavilələrinin təminatı olaraq iddiaçı ilə LPO Cavabdeh2 ASC arasında xx.xx.2011-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsi ilə iddiaçıya məxsus Fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Sözü gedən ipoteka müqaviləsinin müddəti bağlanılmış kredit müqavilələrinin müddəti ilə müəyyən edilmişdir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, .. Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilmişdir. Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında da vurğulanmışdır ki, əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir.
45. Göründüyü kimi ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.
46. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını düzgün müəyyən etməyərək yanlış nəticəyə gəlmişdir.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmədiyindən və ipoteka predmetinin yüklülüyü davam etdiyindən hazırki tələb təmin edilə bilməz. Nəticə:
48. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqi və təfsirində səhvə yol verildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığından apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
50. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.
51. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-6532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər LPO "xxxx" ASC-yə, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam veriməsi barədə” iddia tələbi həmin təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı alınaraq cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.