Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3409/2025 02.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 qızı, Cavabdeh5 və Cavabdeh6 qarşı (Bakı şəhəri İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi" tələbinə dair ilkin, iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı və Cavabdeh4 qızının qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçınə qarşı “gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin cavabdehə və digər şəxslərə qadağan edilməsi” qarşılıqlı iddia ərizələri üzrə mülki iş üzrə (Açar sözlər: “yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X5 ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3, X3, Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4 qızı, Cavabdeh1, sonuncunun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-42/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 qızı, Cavabdeh5 və Cavabdeh6 qarşı “yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan və son olaraq İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 79,2 m2 sahədən ibarət olan mənzilin boşaldılaraq İddiaçı MMC-nə təhvil verilməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 79,2 m2 olan mənzilin əvəzinə yeni tikiləcək binanın 1ci bloku, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 95.7 m2 olan təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh1 təhvil verilməsinə; sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MMC-nə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 600 (altı yüz) manat məbləğində kirayə haqqı ödənilməsinə; Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 114 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 57,7 m2 sahədən ibarət olan mənzilin boşaldılaraq İddiaçı MMC-nə təhvil verilməsinə; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 114 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 57,7 m2 olan mənzilin əvəzinə yeni tikiləcək binanın 6-cı bloku, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 70.10 m2 olan təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh1 təhvil verilməsinə; sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MMC-nə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsinə; Cavabdeh4 qızı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 53,3 m2 sahədən ibarət olan mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsinə; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 53,3 m2 olan mənzilin əvəzinə yeni tikiləcək binanın 6-cı bloku, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 64.40 m2 olan təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh4 qızına təhvil verilməsinə; sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MMC-nə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh4 qızına hər ay 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı cavabdeh İddiaçı MMC-yə qarşı “gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin cavabdeh İddiaçı MMC və digər şəxslərə qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10 iyul 1992-ci il tarixində 108 №-li Reyestr kitabında, 16362-ci səhifədə qeydə alma 30/416 ilə qeydə alınmış və Azərbaycan Respublikası Bakı şəhəri X10 Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş “Qeydiyyat vəsiqəsi”nə əsasən Bakı şəhəri,Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 ünvanında yerləşən mənzil və 14 aprel 2021-ci il tarixində ********** qeydiyyat və **********226-05101-093047 reyestr nömrəsi ilə qeydə alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 114 ünvanında yerləşən mənzil Cavabdeh1 tam mülkiyyətindədir. Cavabdeh1ın mülkiyyətində olan Bakı şəhəri,Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 21 ünvanında yerləşən mənzilə ünvan 6 mart 1993-cü il tarixli sərəncamına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 001078 saylı lisenziya verilmiş və bundan sonra Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 aprel 1993-cü il tarixli 18/04- 2018 saylı icazəyə əsasən həmin mənzilə küçədən girişi təmin edən qapı qoyulmasına razılıq verilmişdir. Bununla da həmin tarixdən bu günə kimi Bakı şəhəri,Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 21 ünvanında yerləşən obyekt qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. İddiaçı MMC tərəfindən Bakı şəhəri,Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 və 114 ünvanında yerləşən mənzillərin köçürülərək təhvil verilməsi üçün kirayə haqqı kimi guya Cavabdeh1 ayda 500 manat olmaqla 10 ay üzrə 5000 mana həcmində pul ödəməsi yalandır. Həqiqətdə isə İddiaçı MMC “İcrarə müqaviləsi” bağlamadan ofis kimi istifadə etdiyi və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri,Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 21 ünvanında yerləşən qeyri-yaşayı sahəsini istifadə etdiyi üçün ona ayda 500 manat olmaqla 10 ay üzrə 5000 manat həcmində icarə haqqı ödəmişdir. Belə ki, 05 mart 2021-ci il tarixindən 06 yanvar 2022-ci il tarixinə kimi İddiaçı MMC onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 21 ünvanında yerləşən qeyri-yaşayış sahəsində fəaliyyət göstərmişdir. Bunu bütün qonşular təsdiq edə bilər. Hətta İddiaçı MMCnin hazırda hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 21-də saxlanılır. Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4 ünvanında 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMCnin icarə əsasında istifadəsinə verilmişdir. Cavabdeh İddiaçı MMC dəyişdirilmə müqavilələrinə əsasən köçürdüyü mənzillərin bəzilərinin qapı pəncərələrini və döşəmələrini qanunsuz olaraq sökmüşdür. Halbuki, dəyişdirilmə müqavilələrinə əsasən köçürülmüş mənzillərin faktiki sahibliyi artıq cavabdeh İddiaçı MMC-yə keçdiyindən, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4 ünvanında yerləşən yaşayış binasında köçürülmüş mənzillərə dair hər hansı söküntü işlərinin aparılması onun məsuliyyət dairəsinə daxildir. Bu ilin aprel ayında cavabdeh İddiaçı MMC köçürülmüş mənzillərdən ibarət blokları qonşuluqda yaşayış olmasına baxmayaraq ağır texnika –ekskavatorlar vasitəsi sökməyə başladı. Hətta onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, 113 saylı mənzilin söküntüsü həyata keçirilmiş qonşu mənzillə ortaq divar dərin çatlar vermiş və şüşələri çınqıl qırıntıları ilə deşilmişdir. 112 “Qaynar xətt” etdikləri müraciətlərin nəticəsində Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin əməkdaşları əraziyə gələrək mövcud vəziyyət barədə akt tərtib etmişlər. Bundan sonra həmin Agentlik tərəfindən 20 aprel 2023-cü il tarixində “Tikinti işlərinin dayandırılması barədə 0312 nömrəli Qərar qəbul etmiş və İddiaçı MMC-yə həmin ərazidə söküntü işlərinin həyata keçirilməsii qadağan edilmişdirr. Bu qərara da məhəl qoymayan İddiaçı MMC-nin faktiki rəhbərləri Mahir Mirzəyev və Şahin Qasımovun rəhbərliyi altında həmin müəssisənin podratçıları tərəfindən heç bir qanuni əsas olmadan yenə də ərazidə ağır texnikalardan istifadə etməklə söküntü işləri davam etdirilir. Bunun nəticəsində onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 və 114 ünvanında yerləşən mənzillərə və Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 21 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı MMC və onun podratçıları tərəfindən zərər vurulması təhlükəsi yaranmışdır.
5. Daha sonra İddiaçı MMC-yə qarşı “gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin cavabdeh İddiaçı MMC və digər şəxslərə qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21 sentyabr 2017-ci il tarixində, ********** qeydiyyat və **********59-0510-093094 reyestr nömrəsi ilə qeydə alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Bu ilin aprel ayında cavabdeh İddiaçı MMC köçürülmüş mənzillərdən ibarət blokları qonşuluqda yaşayış olmasına baxmayaraq ağır texnika – ekskavatorlar vasitəsi sökməyə başladı. Hətta qonşuluqda yerləşən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, 113 saylı mənzilin söküntüsü həyata keçirilmiş qonşu mənzillə ortaq divar dərin çatlar vermiş və şüşələri çınqıl qırıntıları ilə deşilmişdir. 112 “Qaynar xətt” etdikləri müraciətlərin nəticəsində Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin əməkdaşları əraziyə gələrək mövcud vəziyyət barədə akt tərtib etmişlər. Bundan sonra həmin Agentlik tərəfindən 20 aprel 2023-cü il tarixində “Tikinti işlərinin dayandırılması barədə 0312 nömrəli Qərar qəbul etmiş və İddiaçı MMC-yə həmin ərazidə söküntü işlərinin həyata keçirilməsii qadağan edilmişdirr. Bu qərara da məhəl qoymayan İddiaçı MMC-nin faktiki rəhbərləri Mahir Mirzəyev və Şahin Qasımovun rəhbərliyi altında həmin müəssisənin podratçıları tərəfindən heç bir qanuni əsas olmadan yenə də ərazidə ağır texnikalardan istifadə etməklə söküntü işləri davam etdirilir. Bunun nəticəsində onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən mənzilə İddiaçı MMC və onun podratçıları tərəfindən zərər vurulması təhlükəsi yaranmışdır. Göstərilənlərə əsasən ilk iddianın rədd olunması və mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən mənzilə gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin cavabdeh İddiaçı MMC-yə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə öz təşəbbüsü ilə Bakı Şəhəri İcra Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
8. Nəsimi Rayon Məhkəməsinin 2(006)-42/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.
9. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
10. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, "xxxx" MMC öz iddia ərizəsində digər cavabdehlərlə yanaşı Cavabdeh6 da cavabdeh qismində mülki işə cəlb etmişdir. Cavabdeh6 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmamasına dair qətnamə təqdim edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi Qəyyumluq və himayəçilik orqanının məhkəmədə iştirakını təmin etməmiş və hətta qəbul etdiyi Qətnamənin yekun hissəsində də Cavabdeh6 üzərinə haqsız olaraq öhdəliklər qoymuşdur. Bununla yanaşı, rayon məhkəməsi ilk iddiada cavabdehlərin AR MM-nin 560-cı maddəsi ilə nəzərdə tutulmuş hansı hüquqlardan sui-istifadə etdiklərini göstərə bilməmişdir. Rayon məhkəməsi öz Qətnaməsində qeyd edir: 66. Bundan əlavə məhkəmə tərəflər arasında mübahisəli mənzillərin pul əvəzi olaraq əvəzləşdirilməsi hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddia üzrə cavabdehlər özmənzillərinin əvəzinə 1.200.000 (bir milyon iki yüzmin manat) pul vəsaitinin ilkin iddia üzrə iddiaçıya təklif edilməsinə baxmayaraq o bununla razışlaşmamış, qeyd edilən vəsaitin 600.000 manat hissəsi ilə razılaşa biləcəklərini qeyd etmişdir. Bu isə tərəflər arasında ixtilafın olması kimi qiymətləndirilməli və gələcəkdə 1.200.000 manat vəsaitin təmin olunacağı təqdirdə isə tikinti şirkətinin süni şəkildə borclanmasına, vəsait çatmazlığına və s kimi maddi çətinliklərə gətirə biləcəyindən qeyd edilən təklif məhkəmə tərəfindən qəbul edilə bilməz. Belə çıxır ki, məhkəmə külli miqdarda pul qazanmaq niyyəti ilə tikinti işlərinə girişmiş hansısa şirkətin müdafiəçisi qismində çıxış edir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmranQasımov bə Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsi yeni yaşayış binalarının tikintisi üçün İddiaçı icarə əsasında istifadə-sinə verilməsi və onunla bu günə kimi yalnız “İcarə müqaviləsi” bağlandığı, həmin ərazidə söküntü və tikinti işlərinin həyata keçirilməsi üçün hər hansı digər sərəncamların olmadığı, yəni "xxxx" MMC tərəfindən indiyə qədər həyata keçirilmiş söküntü və tikinti işlərinin qeyri-qanuni olduğu məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə bu halları nəzərə almamış və öz Qətnaməsi ilə qeyri-qanuni inşa edilən çoxmənzilli yaşayış binasından ilk iddia üzrə cavabdehlərin mülkiyyətinə mənzillərin verilməsini qət etmişdir. Bu fakt Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 03 mart 2022-ci il tarixli məktubunda öz təsdiqini tapmışdır. Bununla da hesab edilir ki, məhkəmə öz Qətnaməsini mülki hüquq normalarını pozmaqla qəbul etmişdir. Tərəflərin izahatı:
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili, eləcə də digər Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Bundan başqa, onlar iddiaçı MMC-in nümayəndəsinin sonuncu məhkəmə iclasında mübahisənin dərhal başa çatması məqsədi ilə mənzillərinin faktiki sahəsinin hər kv.m. üçün ilk olaraq təkif edilən 3000 manatın, daha sonra isə ümumilikdə 650.000 manatın (cavabdehlərə məxsus 3 mənzilin faktiki sahəsi 190 kv.m. olduğunu nəzərə aldıqda- 650.000 :190=3421 manat),başqa sözlə desək, hər kv.m. üçün 3420 manat pul vəsaitinin qəbulundan imtina etdilər.
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin MMC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və izahatında göstərdi ki, artıq neçə müddətdir ki, həmin ünvanda 162 ailəni köçürmüşlər, həmin sakinlər yeni binanın tikilməsini gözləyir, bu müddət ərzində isə şirkət onlara böyük məbləğdə kirayə haqqları ödəyir, artıq üç ildir ki, cavabdehlər şirkətin fəaliyyətini paralizavat ediblər, şirkətin işləri donub qalıb, hazırda dərhal razılığın əldə olunması üçün onlar cavabdehlərin mənzillərinin hər kv.m. üçün 3000 manat ödəməyə hazırdır, bir qədər sonra nümayəndə bildirdi ki, yaranmış vəziyyətlə əlaqədar olaraq, xüsusən də çoxsaylı digər sakinlərin mənzil hüquqlarının təmini üçün rəhbərlik razıdır ki, cavabdehlərə ümumilikdə 650.000 manat kompensasiya ödəməklə mübahisə bitsin, hətta həmin məbləği elə bu gün cavabdehlər verə bilərlər, yox əgər bu təkliflər qəbul olunmazsa, onda MMC cavabdehlərin hər mənzilinə görə ödəniləcək kirayə haqını 100 manat artırmaqla qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi və müvafiq yazılı ərizəsini məhkəməyə təqdim etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir.
14. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
15. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC- nin icarə əsasında istifadəsinə verilmişdir.
16. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MMC-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1635 №-li, 19 yanvar 2021-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır.
17. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 may 2021-ci il tarixli, 11 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8 (səkkiz), 2 ədəd 10 (on), 2 ədəd 14 (on dörd) mərtəbəli yaşayış binaları və 5 ədəd 1 (bir) mərtəbəli qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir.
18. İddiaçı MMC söküləcək evlərdə yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində olan sahədən 20 % artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq kirayə haqları verilməklə Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4 ünvanında yerləşən və kəskin qəzalı vəziyyətdə olan binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. Lakin Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113, 114 və 115 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş mənzillərin mülkiyyətçiləri ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh4 qızı MMC qarşısında yüksək məbləğdə tələb irəli sürdüyündən nəticədə onlarla razılıq əldə olunması mümkün olmamışdır.
19. 14 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 114 ünvanında mənzildə qeydiyyatdadır.
20. 14 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 ünvanında yerləşən mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir. Cavabdeh3, X6, X8 həmin mənzildə qeydiyyatdadırlar.
21. 14 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən mənzil X7 xüsusi mülkiyyətindədir. X11, Cavabdeh6 və X9 həmin mənzildə qeydiyyatdadırlar.
22. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsindən görünür ki, M.Qasımov küçəsindəki 4 nömrəli yaşayış evinin 113 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2001-ci il tarixdə qeydiyyat aparılmışdır.
23. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, 115 saylı mənzil X7 xüsusi mülkiyyətindədir.
24. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 21 may 2020-ci il tarixli rəyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4 saylı ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasına baxış keçirilərək, müəyyən olunmuşdur ki: - binanın girişlərində və fasad hissələrində suvaq qatları və hörgü həhlulları aşınmışdır; -fasadlarda, ümumi sahələrdə və mənzillərdə qalınlığı 2-3 mm olmaqla müxtəlif istiqamətli çatlar yaranmışdır; -binanın dam hissəsi uzun müddət təmirsiz istismar edildiyindən atmosfer sularının təsirindən baxış keçirilən sonuncu mərtəbələrdəki mənzillərin tavan hissələrində və ümumi sahələrində rütubət izləri yaranmışdır; -yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşından hörülmüş divarlarda sakinlər tərəfindən gücləndirmə tədbirləri görülmədən müxtəlif ölçüdə boşluqlar açılmışdır ki, bu da binaların yükgötürmə qabiliyyətinin azalmasına səbəb olmuşdur; -binanın pilləkən qəfəsslərində sakinlər tərəfindən metal tirlər üzərində müxtəlif tutumlu su çənləri quraşdırılmışdır; -baxış keçirilən mənzillərin əksəriyyətində ağac materialından olan döşəmə hissələri deformasiyaya uğramışdır; -binanın kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir. -binanın daxili həyət hissəsində əksər açıq eyvanlar sakinlər tərəfindən əlavə dirəklərlə tikilərək bağlanmış, ön fasad hissəsində müxtəlif inşaat materiallarından olmaqla əlaqə yaşayış sahələri inşa edilmiş, bəzi mövcud eyvanlar inşaat materialları ilə tikilərək genişləndirilmişdir. Həmçinin, binanın 3-cü mərtəbəsi XX əsrin ortalarında sonradan inşa edilmişdir. İnşa edilmiş bu artırmalar binanın əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və fəza sərtliyini xeyli zəiflətmişdir; -sonradan inşa edilən mərtəbənin və yaşayış sahələrinin dəmir-beton hissələrinin beton mühafizə qatları aşınmış, armaturlar isə ciddi şəkildə korroziyaya uğramışdır; -yaşayış binası mövcud tikinti norma və qaydalarına cavab vermir; -yaşayış binası memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir; -yaşayış binasına baxış keçirilən zaman əksər mənzillərə daxildən baxış keçirilməsi üçün şərait yaradılmadı. ünvan 11 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binası texniki cəhətdən yolverilməz vəziyyətdədir.
25. “Torpaq sahəsinin icarəyə veriməsi” haqqında 19 yanvar 2021-ci il tarixli, 1635 nömrəli müqavilənin sürətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti adından çıxış edən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizov ilə İddiaçı arasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamını və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli yerquluşu planına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır.
26. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X4 X1 Ekspertiza Baş İdarəsinin 15 iyul 2024-cü il tarixli, 3-18-7/2-3098/24 nömrəli məktubundan görünür ki, “Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə yaşayış və qeyri-yaşayış binaları” üzrə layihə sənədləri və rəyi xx.xx.2021-ci il tarixli, 32117 nömrəli ekspertiza rəyi ilə razılaşdırılmışdır.
27. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 11 iyul 2024-cü il 3-35/2-4525/2024 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində inşa olunması nəzərdə tutulmuş binanın razılaşdırılmış memarlıq-planlaşdırma layihəsinin surəti məhkəməyə təqdim olunmuşdur.
28. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9262 nömrəli məktuba əsasən ekspertizaya məlumat təqdim edilmədiyindən, 29 noyabr 2024-cü il tarixli, 3-16-16/2- 10/7656-9/7967 nömrəli məktuba əsasən mülkiyyətçilər tərəfindən ekspertiza üçün şərait yaradılmadığından mənzilə baxış keçirilməsi mümkün olmamış, məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
29. "xxxx" MMC tərəfindən verilən Daşınmaz əmlakın sahəsinin müəyyən edilməsi ilə bağlı 26 yanvar 2025-ci il tarixli, UNİ/Y 13- 013/25 nömrəli Arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan çıxarışda ümumi sahəsi 51.1 kv.m olan mənzilin faktiki sahəsi (içdən-içə ölçülərlə və azalma əmsalı tətbiq edilmədən, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun sahə hesab oluna biləcək hissələr nəzərə alınmaqla) 79.2 kv.m (mənzilin ümumi sahəsi 75,24 kv.m, balkonun ümumi sahəsi 3,91 kv.m); Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 114 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olan çıxarışda ümumi sahəsi 46.85 kv.m olan mənzilin faktiki sahəsi (içdən-içə ölçülərlə və azalma əmsalı tətbiq edilmədən, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun sahə hesab oluna biləcək hissələr nəzərə alınmaqla) 57.7 kv.m (mənzilin ümumi sahəsi 52,64 kv.m, balkonun ümumi sahəsi 5,06 kv.m); Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən Cavabdeh4 qızının mülkiyyətində olan çıxarışda ümumi sahəsi 49.9 kv.m olan mənzilin faktiki sahəsi (içdən-içə ölçülərlə və azalma əmsalı tətbiq edilmədən, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun sahə hesab oluna biləcək hissələr nəzərə alınmaqla) 53.3 kv.m(mənzilin ümumi sahəsi 49,50 kv.m, balkonun ümumi sahəsi 3,81 kv.m) təşkil edir.
30. "xxxx" MMC tərəfindən verilən Daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı 26 yanvar 2025-ci il tarixli, UNİ/Y 13-013/25 nömrəli Arayışdan görünür ki, kirayə dəyərini tapmaq üçün müəyyən edilən analoqlara düzəlişlər edildikdən sonra düzəlişlərin sayı və cəmi nəzərə alınmaqla (beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun olaraq) Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 ünvanında yerləşən mənzilin 1 kv.m-nin dəyəri 2420 (mənzilin bazar dəyəri 182100) manat, ona uyğun mənzillərin aylıq kirayə dəyəri 600 (altı yüz) manat, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 114 ünvanında yerləşən mənzilin 1 kv.m-nin dəyəri 2420 (mənzilin bazar dəyəri 127400) manat, ona uyğun mənzillərin aylıq kirayə dəyəri 550 (beş yüz əlli) manat, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən mənzilin 1 kv.m-nin dəyəri 2420 (mənzilin bazar dəyəri 119800) manat, ona uyğun mənzillərin aylıq kirayə dəyəri 550 (beş yüz əlli) manat təşkil müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 12.1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı) Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
35. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
36. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Hazırkı halda iddiaçı tərəfindən rayon məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 şikayətinə əsasən ona aid hissədə yoxlanılır. Apellyasiya Məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə kiryə haqqı hissəsində dəyişirilməlidir, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 münasibatdə mənzilin ona təhvil verilməsinə qədər ona ödəniləcək aylıq kirayə haqqının məbləği hər mənzilə münasibətdə 100 manat artırılaraq, aylıq kirayə haqqı 113 saylı mənzilə münasibətdə müvafiq olaraq 700 manat, 114 saylı mənzilə münasibətdə isə 650 manat müəyyən edilməlidir.
43. Cavabdeh1 şikayət və izahatlarında iddiaçı MMC tərəfindən qeyd edilən ərazilərdəki binaların qanunsuz olaraq söküldüyünü, onun subyektiv hüququ olmadığını bildirmişdir.
44. Halbuki, qeyd edilən dəlil mülki iş materiallarında olan sübutlarla təkzib edilir, qeyd edilən ərazidəki qəzalı binaların sökülməsi ilə bağlı müvafiq icarə və müqavilələrin, eləcə də tikiləcək binaların layihələrinin razılaşdırılaraq təsdiq edilməsi müəyyən olunur.
45. Məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh1 öz mənzillərinə münasibtdə qeyri-mütənasib kompensasiya tələb etmiş, nəticədə iddiaçı ilə razılığa gəlinməmiş, bu zəmində tərəflər arasında mübahisə yaranmışdır. Nəzərdən qaçırmaq olmaz ki, son dövrlər şəhərin müxtəlif ərazilərində istismar müddəti keçmiş və qəzalı vəziyyətdə olan binaların sökülməsi ilə bağlı həyata keçirilən layihələrdə güdülən əsas məqsəd heç də sakinlərin (mülkiyyətçilərin) qeyri-mütənasib kompensasiya tələb edərək əsassız varlanmasına yox, məhz onların mənzilkommunal şəraitinin yaxşılaşması, müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edilməsi, eləcə də, ümumilikdə paytaxt Bakı şəhərinin Baş planına uyğun şəkildə şəhərin görkəminin günün tələblərinə cavab verən şəkildə yenidən qurulması, gözəlləşdirilməsi və abadlaşdırılmasına xidmət etməkdir.
46. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, AR-da mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Lakin AR Mülki Məcəlləsinin 6.3-cü maddəsinə görə, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. "xxxx" MTK-nın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub: “... konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun mədudlaşdırılması üçün əsas kimi çıxış edə bilər”.
47. Hazırkı işin halları baxımından müəyyən olunmuşdur ki, MMC qeyd edilən ərazidə istismar müddəti keçmiş və qəzalı vəziyyətdə olan binaların sökülüb yerində yeni, müasir tələblərə cavab verən, həm sakinlərin mənzil şəraitinin yaxşılaşmasına, həm də paytaxt Bakı şəhərinin təsdiq olunmuş baş planına uyğun qurulmasına və yenilənməsinə xidmət edən layihələrə əsasən həyata keçirirdiyi işlər əsasında sakinlərin böyük əksəriyyəti ilə razılaşaraq onları köçürmüş, lakin hazırkı iş üzrə cavabdehlər digər sakinlərlə əldə olunmuş razılaşmalardan tam fərqli, mütənasib olmayan tələblər irəli sürmüş, bu səbəbdən də onlarla razılıq əldə olunmamış, iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmiş və məhkəmə qaydasında cavabdehlərin mübahisənin həllini istəmişdir. Rayon məhkəməsi zəruri araşdırmalar apararaq hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Həmin qətnamə ilə mübahisə aşağıdakı qaydada həll edilmişdir: -cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 ünvanında yerləşən 79,2 m2 sahədən ibarət olan mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin; -İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 ünvanında yerləşən faktiki olaraq 79,2 m2 sahədən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada layihə üzrə Nəsimi rayonu, İmran Qasımov küçəsi istiqamətinə tərəf olan 1-ci blok, 4-cü mərtəbədə, 95.7 m2 ölçüdə, 2 otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə Cavabdeh1 təhvil verilsin; -Boşaldılaraq təhvil verilməsi nəzərdə tutulan Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 113 ünvanında yerləşən faktiki olaraq 79,2 m2 sahədən ibarət olan mənzilin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 600 (altı yüz) manat məbləğində kirayə haqqı ödənilsin; -Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 114 ünvanında yerləşən 57,7 m2 sahədən ibarət olan mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 114 ünvanında yerləşən faktiki olaraq 57,7 m2 sahədən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada layihə üzrə Nəsimi rayonu, İmran Qasımov küçəsi istiqamətinə tərəf olan 6-cı blok, 4-cü mərtəbədə, 70.10 m2 ölçüdə, 1 otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə Cavabdeh1 təhvil verilsin. -Boşaldılaraq təhvil verilməsi nəzərdə tutulan Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 114 ünvanında yerləşən faktiki olaraq 57,7 m2 sahədən ibarət olan mənzilin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilsin. -Cavabdehlər Cavabdeh4 qızı, Cavabdeh5 və Cavabdeh6 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən 53,3 m2 sahədən ibarət olan mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. -İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən faktiki olaraq 53,3 m2 sahədən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada layihə üzrə Nəsimi rayonu, İmran Qasımov küçəsi istiqamətinə tərəf olan 6-cı blok, 4-cü mərtəbədə, 64.40 m2 ölçüdə, 1 otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə Cavabdeh4 qızına təhvil verilsin. -Boşaldılaraq təhvil verilməsi nəzərdə tutulan Nəsimi rayonu, X2 küçəsi, ev 4, mənzil 115 ünvanında yerləşən faktiki olaraq 53,3 m2 sahədən ibarət olan mənzilin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh4 qızına hər ay 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilsin.
48. Yuxarıda da qeyd olunduğu kimi, hazırda qətnamədən ancaq Cavabdeh1 apellyasiya şikayəti verdiyindən, qətnamə yalnız ona aid hissədə yoxlanlır.
49. Göründüyü kimi, Cavabdeh1 həmin ünvandakı 113 saylı və faktiki sahəsi 79.2 kv.m olan mənzilinin əvəzinə 95.7 kv.m. sahəsi olan tam təmirli iki otaqlı, həmin ünvandakı 114 saylı və faktiki sahəsi 57,7 kv.m. olan mənzilinin əvəzinə isə 70,1 kv.m.sahəsi olan tam təmirli bir otaqlı mənzilin, eləcə də yeni mənzillərin təhvil verilənədək isə müvafiq olaraq 600 və 550 manat kirayə haqqının ödənilməsi müəyyən olunmuşdur.
50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müvafiq hallarda əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əlverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır.
51. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
52. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.
53. Məhkəmə kollegiyası xatırladır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş).
54. Məhkəmə kollegiyası həmçinin, qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunduğu kimi, mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyri-yaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MTK-ya həvalə olunmuşdur. Mübahisəli yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır.
55. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).
56. Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.
57. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).
58. Qərarda eyni zamanda göstərilir ki: Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur.
59. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı mübahisə baxımından iddiaçının hazırkı tələblərlə çıxış etməsi heç vəclə cavabdehin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki tərəflər arasında cavabdehə məxsus mənzilin sökülməsi ilə bağlı ixtilaf yoxdur, başqa sözlə desək, cavabdeh də istismar müddəti ötmüş mənzilinin sökülməsi və müqabilində yeni inşa ediləcək, müasir tələblərə və standartlara cavab verən çoxmənzilli binada mənzillə təmin edilməsini arzu edir. Bununla belə, tərəflər arasında ixtilaf mövcuddur, lakin bu ixtilaf mənzilin sökülməsi ilə bağlı olmayıb, yalnız və yalnız, həm də bariz şəkildə cavabdehin sökülməli olan mənzilinin müqqabilində ona veriləcək əvəzin (istər naturada, istərsə də pul ekvivalenti olaraq) həcmi ilə bağlıdır (bax, cavabdehin həm rayon məhkəməsində, həm də apellyasiya icraatı zamanı mənzillərinin sökülməsi müqabilində konkret pul məbləğləri tələb etmələrinə dair izahatlar). Belə olan halda isə hazırkı mübahisədə cavabdehə məxsus mülkiyyət hüququna müdaxilənin olubolmaması, eləcə də onun qanuni əsaslarının yoxlanılmasına zərurət aradan qalxır. Çünki cavabdehlər özləri də mənzillərinin sökülməsini arzu edir- istəyir, lakin bunun müqabilində əvəz olara tələb etdikləri kompensasiyanın həcmi ilə bağlı tərflər arasında ixtilaf mövcuddur. Demək ki, belə olan halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır.
60. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hazırkı işin halları baxımından tərəflər arasında fikir ayrılığı söküləcək mənzillərin yerinə veriləcək kompensasiyanın məbləği ilə bağlıdır. İddiaçı tərəfindən təqdim edilən iddia tələblərinə, eləcə də apellyasiya icraatı zamanı kirayə haqqının artırılmasına dair ərizəyə əsaən Cavabdeh1 həmin ünvandakı 113 saylı və faktiki sahəsi 79.2 kv.m. olan mənzilinin əvəzinə 95.7 kv.m. sahəsi olan tam təmirli iki otaqlı, həmin ünvandakı 114 saylı və faktiki sahəsi 57,7 kv.m. olan mənzilinin əvəzinə isə 70,1 kv.m.sahəsi olan tam təmirli bir otaqlı mənzilin verilməsi, eləcə də yeni mənzillərin təhvil verilədək müvafiq olaraq birinci mənzilə görə 700 manat, ikinci mənzilə görə isə 650 manat kirayə haqqının ödənilməsi təklif edilir.
61. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, son illərin oturuşmuş təcrübəsi ondan ibarətdir ki, istismar müddəti bitmiş və yaşayış üçün yararlı olmayan, eləcə də sürətlə inkişaf edən paytaxtın görünüşünə xələl gətirən, sakinlərin daha geniş, rahat və müasir tələblərə cavab verən mənzillərlə təmin edilməsi sahəsində həyata keçirilən layihələr (o cümlədən pilot layihələr) üzrə binaların sökülməsi zamanı sakinlərə mülkiyyətində olan mənzillərin sahələrinə əsasən 20 faiz əlavə etməklə yeni mənzil sahəsi ilə təmin edilməsi və mənzillərdən müvəqqəti kirayə mənzillərə köçürülməsi ilə bağlı konkret təkliflər cavabdehlərə təqdim olunur. Bu işdə də idiaçı MMC-in cavabdehə məxsus mənzillərin sökülməsi müqabilində təklif etdiyi kompensasiya oxşar işlərdə təklif edilən kompensasiyalara uyğun olmaqla yanaşı, həm mütənasiblliklə bağlı tələblərə cavabb verir, həm də ədalətlidir.
62. Məhkəmə kollegiyası onu da xüsusi olara qeyd edir ki, hazırkı mülki iş üzrə apellasiya icraatı zamanı iddiaçı MMC-in səlahiyyətli nümayəndəsi cavabdehlə mübahisənin dərhal sonlanması müqabilidə onun mənzilinin faktiki sahəsinin hər kv.m. üçün 3000 manat ödəməyə hazır olduqlarını, daha sonra isə nümayəndə ümumilikdə cavabdehlər məxsus mənziilərin dərhal sökülməsinə razılıq verəcəkləri halda, onlara bunu əvəzi olaraq 650.000 manat ödəməyə və həmin vəsaiti də elə həmin günü cavabdehlərə təqdim etməyə hazır olduqlarını bildirmişdir. Cavabdeh tərəf bu təkliflərlə razılaşmamışdır. Halbuki son təklif olunan 650.000 manat cavabdehlərə məxsus üç mənzilin ümumi faktiki sahəsinin 190 kv.m olduğu nəzər alındıqda, məlum olur ki, iddiaçı MMC son təklifi faktiki olaraq cavabdehlərə məxsus mənzillərin faktiki sahəsinin hər kv.m üçün (650.000: 190=3421) 3420 manat təşkil edir ki, bu da hazırda Bakı şəhərində söküntü aparılan sahələrdə sakinlərə təklif edilən 2700 manatdan əhəmiyyətli dərəcədə artıqdır.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi vacib hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlosakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.
65. Məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçı MMC-in apellyasiya icraatı zamanı cavabdehlərə son olaraq etdiyi təklifin sonuncular tərəfindən qəbulundan imtina edilməsi ilə bağlı davranışları, mahiyyət etibarı ilə Konstitusiya Məhkəməsinin istinad olunan qərarlarında şərh olunmuş hüquqi mövqeyin təsiri altına düşür.
66. Məhkəmə kollegiyasının iclasında MMC-nin nümayəndəsi cavabdehlərin onların son təkliflərilə razı olmayacaqları halda, cavabdehə məxsus söküləcək hər mənzilə görə ona ödəniləcək aylıq kirayə haqqını 100 manat artırdıqlarını bildirmiş və müvafiq yazılı ərizəsini təqdim etmişdir.
67. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən dəyişdirilməli, Cavabdeh1 yeni tikiləcək binada təhvil verilməli mənzillər ona verilənədək, ödənilməli aylıq kirayə haqqı dəyişdirilərək, 113 saylı mənzilə görə ödəniləcək kirayə haqqının məbləği 700 manat, 114 saylı mənzilə görə isə 650 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
68. Məhkəmə kollegiyası cavabdehlərin qarşılıqlı iddiası ilə bağlı isə qeyd edir ki, prosessual qənaət prinsipi baxımından onun ayrıca əsaslandırılmasına zərurət qalmır. Çünki ilkin iddianın təmini, öz-özlüyündə qarşılıqlı iddianın təminini istisna edir. Nəticə:
69. Göstərilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən dəyişdirilməli, Cavabdeh1 yeni tikiləcək binada təhvil verilməli mənzillər ona verilənədək, ödənilməli aylıq kirayə haqqı dəyişdirilərək, 113 saylı mənzilə görə ödəniləcək kirayə haqqının məbləği 700 manat, 114 saylı mənzilə görə isə 650 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
71. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
72. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-42/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən, Cavabdeh1 söküləcək mənzillərinin əvəzində yeni mənzillərin verilməsinədək ödənilməli kirayə haqqı hissədə dəyişdirilsin. Cavabdeh1 məxsus Bakı şəhəri, X2 küçəsi, ev 4, ünvandakı 113 saylı mənzilin sökülməsi ilə bağlı ödəniləcək aylıq kirayə haqqının məbləği 700 manat, ona məxsus həmin ünvandakı 114 saylı mənzilə görə isə aylıq ödəniləcək kirayə haqqı 650 manat müəyyən edilsin. Qətnamə onun şikayətinə əsasən mübahisələndirlən qalan hissədə dəyişdirilmədənsaxlanılsın Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.