Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-341/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adı çəkilən şəxsin İB-nə vurduğu 5745,50 manat zərərin əvəzinin, 166,18 manat debitor borcun və 30 manat dövlət rüsumunun, yəni cəmi 5941,68 manatın ondan İddiaçı İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 23.05.2013-cü il tarixdə 1033 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmış, İddiaçı İB cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmiş, ünvana Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********60000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh qazdan qeyri-qanuni istifadə etdiyindən Birliyin əməkdaşları tərəfindən 27.04.2016-cı il tarixli ******* saylı akt əsasında 194,40 manat, 11.12.2016-cı il tarixli ******* saylı akt əsasında 504,40 manat, 23.01.2017ci il tarixli ******* saylı akt əsasında 207,20 manat, 30.01.2017-ci il tarixli ******* saylı akt əsasında 101,60 manat, 27.03.2017-ci il tarixli ******* saylı akt əsasında 408,40 manat, 17.04.2017-ci il tarixli ******* saylı akt əsasında 136 manat, 11.05.2017-ci il tarixli ******* saylı akt əsasında 29,40 manat, 17.12.2017-ci il tarixli ******* saylı akt əsasında 432 manat, 17.01.2018-ci il tarixli ******* saylı akt əsasında 580,80 manat, 14.03.2018-ci il tarixli ******* saylı akt əsasında 350 manat, 30.04.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, 21.05.2018-ci il tarixli ******* saylı akt əsasında 20,2 manat, 21.06.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 30.07.2018-ci il tarixli ******* saylı akt əsasında 345,60 manat, 29.08.2018-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat, 28.09.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 31.10.2018-ci il tarixli 0187290 saylı akt əsasında 57,60 manat, 30.11.2018-ci il tarixli 0180259 saylı akt əsasında 97,20 manat, 28.12.2018-ci il tarixli 0193180 saylı akt əsasında 97,20 manat, 31.01.2019-cu iltarixli 0203272 saylı akt əsasında 133,20 manat, 28.02.2019-cu il tarixli 0206156 saylı akt əsasında 133,20 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019cu il il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.01.2020-ci il tarixli 0267670 saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli 0273170 saylı akt əsasında 295,20 manat, 13.03.2020-ci il tarixli ******* saylı akt əsasında 127,90 manat olmaqla cəmi 5745,50 manat məbləğində itirilmiş qaz sərfiyyatı hesablanmış, eyni zamanda onun 2020-ci il üçün 81,20 manat, əvvəlki illərdən isə 84,98 manat sayğac borcu qalmışdır. Buna görə də ümumilikdə 5941,68 manat ondan tutulmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh İddiaçı xeyrinə 194,40 manat dəymiş maddi zərərin əvəzinin, 81.20 manat təbii qazdan istifadəyə görə borcun və ödənilmiş 15 manat dövlət rüsumunun, yəni cəmi 290 (iki yüz doxsan) manat 60 (altmış) qəpik pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin təmin olunmayan hissəsində - ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyi, hüququn tətbiqində səhvə yol verdiyi, maddi hüquq normasını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmayan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmişdir; iddiaçı isə qətnamənin iddianın təmin olunmayan hissəsində ləğvini xahiş etmişdir. Başqa sözlə qətnamə, iddianın qismən təmin edildiyi hissədə yoxlanılmır. İş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq kollegiya hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan halına əsasən, ünvan 2 ünvanında yerləşən evdə yaşayan Cavabdeh İddiaçı İB-nin abonentidir; 23.05.2013-cü il tarixdə onunla İddiaçı İB arasında qazın alqı-satqısına dair müqavilə bağlanmış, bununla belə o, 2010-cu ildən etibarən təbii qazı istehlak etmiş, İddiaçı İB-nin əməkdaşları tərəfindən 27.04.2016-cı il tarixli ******* saylı; 11.12.2016-cı il tarixli ******* saylı; 23.01.2017-ci il tarixli ******* saylı; 30.01.2017-ci il tarixli ******* saylı; 27.03.2017-ci il tarixli ******* saylı; 17.04.2017-ci il tarixli ******* saylı; 11.05.2017-ci il tarixli ******* saylı; 17.12.2017-ci il tarixli ******* saylı; 17.01.2018-ci il tarixli ******* saylı; 14.03.2018-ci il tarixli ******* saylı; 30.04.2018-ci il tarixli ******* saylı; 21.05.2018-ci il tarixli ******* saylı; 21.06.2018-ci il tarixli ******* saylı; 30.07.2018-ci il tarixli ******* saylı; 29.08.2018-ci il tarixli ******* saylı; 28.09.2018-ci il tarixli ******* saylı; 31.10.2018-ci il tarixli 0187290 saylı; 30.11.2018-ci il tarixli 0180259 saylı; 28.12.2018-ci il tarixli ******* saylı; 31.01.2019-cu il tarixli 0203272 saylı; 28.02.2019-cu il tarixli ******* saylı; 29.03.2019-cu il tarixli ******* saylı; 30.04.2019-cu il tarixli ******* saylı; 30.05.2019-cu il tarixli ******* saylı; 28.06.2019-cu il tarixli ******* saylı; 31.07.2019-cu il il tarixli ******* saylı; 30.08.2019-cu il tarixli ******* saylı; 30.09.2019-cu il tarixli ******* saylı; 30.10.2019-cu il tarixli ******* saylı; 29.11.2019-cu il tarixli ******* saylı; 30.12.2019-cu il tarixli ******* saylı; 30.01.2020-ci il tarixli 0267670 saylı; 28.02.2020-ci il tarixli 0273170 saylı; 13.03.2020-ci il tarixli ******* saylı aktlar tərtib olunaraq həmin aktlarda Cavabdeh qazdan sayğacdan kənar istifadə etdiyi göstərilmiş və ona ümumilikdə 5745,50 manat məbləğində itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan abonent saldosundan aydın olur ki, cavabdehin barəsində 27.04.2016-cı il tarixdə ******* saylı akt tərtib edilənə və onunla qazdan istifadəyə görə müqavilə bağlanana qədər də o, təbii qazı istehlak etmiş, bu xüsusat cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmin abonent saldosundan həmçinin aydın olur ki, cavabdehin yaşadığı evə 13.03.2020-ci il tarixdə sayğac quraşdırılmış, 2010-cu ildən etibarən o, qazdan istifadəyə görə müxtəlif tarixlərdə müəyyən məbləğlərdə ödəniş həyata keçirmiş, sayğacın quraşdırıldığı tarixdən sonrakı müddət ərzində 81,20 manat dəyərində qaz istehlak etmişdir. Birinci instansiya məhkəməsi “27.04.2016-cı il tarixli akt istisna olmaqla, digər aktlar əsasında cavabdehin qaz sayğacından kənar qazdan qeyri-qanuni istifadə etməsinin sübuta yetirilmədiyini” vurğulamaqla müvafiq nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmənin qənaəti işin hallarına uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 6.5-ci bəndinə görə isə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İşin yuxarıda göstərilən müəyyən olunan hallarına görə cavabdeh təbii qazdan 2010-cu ildən etibarən istifadə etsə də, onunla müqavilə 23.05.2013-cü il tarixdə bağlanmış, 27.04.2016-cı il tarixdə onun qazdan sayğacdan kənar istifadə etdiyi və bu tarixədək borcunun yarandığı müəyyənləşdirilmiş, 13.03.2020-ci il tarixinə qədər onun evinə sayğac quraşdırılmamış, qazdan sayğacdan kənar istifadə etdiyi məlum olduğu halda hər ay onun barəsində formal aktlar tərtib edilmiş, beləliklə də qazdan sayğacsız istifadə etməsinə bilavasitə İddiaçı İB-nin əməkdaşları tərəfindən şərait yaradılmışdır. Bu baxımdan kollegiya hesab edir ki, müvafiq dövrdə Cavabdeh qazdan sayğacsız istifadə etməsinin məsuliyyəti İddiaçı İB-nin öz vəzifələrini lazımi qaydada icra etməyən əməkdaşlarına aid olunmalıdır və məhkəmənin, yalnız ilk akta görə hesablanmış ödəniş məbləğinin ondan tutulmalı olması qənaəti həm qanunvericiliyə, həm də işgüzar adətlərə uyğundur. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda istehlakçının təqsiri olmadan sayğacda yaranmış nasazlıq zamanı hansı metodla hesabat aparılmalı olduğu göstərilməsə də, kollegiyanın qənaətinə görə belə halda ən çox 1 aylıq dövr üçün qaz itkisinin hesablanması daha ağlabatandır. Çünkü adı çəkilən Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa, onu işlək sayğacla əvəz etməlidir. Başqa sözlə, əgər sayğaca müdaxilənin istehlakçı tərəfindən edildiyi sübuta yetirilmirsə, yaxud sayğac yoxdursa və ya sayğacda istehlakçının təqsiri üzündən yarandığı sübuta yetirilməyən nasazlıq varsa, bu halda sayğac quraşdırılmalıdır (yeni sayğacla dəyişdirilməlidir) və istehlakçıdan yalnız sayğaca baxış keçirilməli olan sonuncu tarixdən sonrakı 1 ay üçün ödəniş tələb oluna bilər. Bənzər münasibətləri tənzimləyən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə görə də, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, aktlara görə (birinci akt istisna olmaqla) hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu sübut edə bilməmişdir və istinad etdiyi aktlar cavabdehin və hal şahidlərinin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və onlara əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alılr ki, apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın rəyi ilə, Cavabdeh yaşadığı evdə sayğacdan kənar hər hansı qoşulma halının, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmya xas olan izlərin aşkar edilmədiyi müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümayəndəsinin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1051/2021 saylı iş üzrə 12 aprel 2021-ci il il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı İB-nə aid olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçındən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-341/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-341/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver