Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3410/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, X1 nümayəndəsi vəkil X6 iştirakı ilə, X1 Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-633/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X2 Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 3 saylı Bakı "Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində xx xxxx 2019-cu il tarixdə qeydə alınmış nikah qeydinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-633/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə X2 ilə Cavabdeh arasında 3 saylı Bakı "ASAN” Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində xx xxxx 2019-cu il tarixdə qeydə alınmış nikah qeydinin etibarsız hesab olunması barədə X3 iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1, 10-12, 13.7, 25.2, 27.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, X2 ilə Cavabdeh arasında 3 saylı Bakı "ASAN” Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində xx xxxx 2019-cu il tarixdə qeydə alınmış nikah qeydinin etibarsız hesab olunması üçün iddiaçı tərəfin irəli sürdüyü əsaslar məhkəmədə sübuta yetirilmir. İddiaçı tərəf nikahın formal bağlanıldığını qeyd etsə də, bunu məhkəmədə sübuta yetirə bilməmiş, yalnız iddiaçının nümayəndəsinin izahatı ilə kifayətlənmişdirlər. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli (İş № 2(004)-633/2020) Qətnaməsini ləğv edərək, işə təzədən mahiyyəti üzrə baxaraq, Cavabdeh ilə aralarında bağlanmış nikah qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.2, 357, 384; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3, 3.0.2, 13.7, 25.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh ilə xx xxxx 2019-cu il tarixdə 3 Saylı Bakı "ASAN" Xidmət mərkəzinin qeydiyyat Şöbəsində qeyd etdirmişlər. Bundan sonra cavabdehin valideynləri ona hədiyyə olaraq bir ədəd qızıl nişan üzüyü və bir ədəd qızıl sep gətirmişdilər. Oğlan toyunun Bakı şəhərində olacağı qərarına gəlsələr də, toyun hansı şadlıq evində və hansı tarixdə olacağı müəyyən olunmamışdır. Cavabdehlə bir neçə dəfə görüşüb söhbət edərkən başa düşmüşdür ki, xasiyyətləri qətiyyən uyğun gəlmir, bir-birilərini başa düşə bilmir, cavabdehlə aralarında olan ən adi söhbətləri narazılıqla başa çatır. Cavabdeh haqsız olsa da, öz fikrini qəbul etdirmək, onun dediklərini sözsüz qəbul etməyini istəyir. Başa düşüb ki, quracağı ailənin təməli möhkəm deyil, ailələri dağılacaq. Bundan sonra, cavabdehə bildirib ki,artıq onunla ailə qurmaq fikri yoxdur, xasiyyətləri uyğun gəlmir. Sonra cavabdehin valideynlərinin hədiyyə olaraq verdikləri bir ədəd qızıl nişan üyğun gəlmir dən toy hədiyyəsi olaraq verilmiş bir ədəd qızıl üzüyü və bir ədəd qızir ədəd qızıl sepi onlara qaytarıb. Bundan sonra,başqa bir şəxslə faktiki olaraq ailə qurub ər-arvad münasibətinə daxil olub və hazırdada həmin şəxslə ər-arvad münasibətində yaşayır.Birinci instansiya məhkəməsinin hazırlıq iclasında Cavabdeh, cavabdehin anası, bacısı və qardaşı iştirak edərək, iddia tələbində yazdığı faktları təsdiq edərək məhkəməyə bildirmişdilər ki, nikah qeydə alınsa da toy olmamış, iddiaçı evlərinə gəlin gəlməmişdir. Toy olma mərhələsində başqa bir oğlana qoşulub onunla qurub və onlarda acıqla boşanmaq istəmirlər, iddiaçını məhkəmələrdə sürüdəcəklər. Lakin məhkəmə hazırlıq iclasında tərəflər mahiyyəti üzrə dinlənilmədiyindən, cavabdehin və onunla birlikdə gələn cavabdehin anası, bacısı və qardaşının sözləri iclas protokoluna yazılmamışdır. (Cavabdehin ’Cavabdeh, anasının, bacısının və qardaşının məhkəmənin xx xxxxxx 2019-cu il tarixdə, saat 12-də keçirilən məhkəmə hazırlıq iclasının vidio çəkilişində öz əksini tapmışdır).xx xxxxxx 2019-cu il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehə, məhkəmə iclasının xx xxxxxx 2010-ci il tarixdə, saat 10:40-da keçiriləcəyi barədə məhkəmə bildirişi verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. xx xxxxxx 2020-ci il tarixdə cavabdeh məhkəmə iclasında bilərəkdən iştirak etmədiyindən, məhkəmə hesab etmişdir ki, "nikahın etibarsız hesab olunması barədə" qətnamə çıxartmaq üçün cavabdehin məhkəmə iclasında mütləq iştirak etməsi və nigah qeydə alınsa da ailənin qurulmamağını, ər-arvad münasibətinə daxil olmamaları barədə fikri əsas götürülür və s. Həm iddia ərizəsində yazaraq və məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, cavabdehlə nikahları rəsmi olkaraq 3 Saylı Bakı "ASAN" Xirmət mərkəzi Qeydiyyat Şöbəsində Qeyd etdirsək də, toyları olmamış, cavabdehin evinə gəlin köçməmiş, cavabdehlə ər-arvad münasibətinə daxil olmamışdır. Qeyd etdiklərini, yəni cavabdehlə aralarında nikah bağlanması qeydə alınsa da, toylarının olmamasını, cavabdehin evinə gəlin köçməməy, ailələrinin qurulmamağını təsdiq edə bilən çoxsaylı şahidlər var, lakin onlar Xaçmaz rayonunda yaşadıqlarından və maddi imkansızlıqdan Xaçmaz rayonundan Bakı şəhərinə gəlmək üçün maddi imkanları olmadığından, həmin şahidlər məhkəmə iclasında iştirak edə bilmımişlər. Hazırkı vəziyyətdə iddia tələbilə əlaqədar məhkəmə iclasında şahidlərin iştirakı vacibdir və həmin şahidlərin məhkəmə iclasında iştirakını təmin edəcəkdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X1 nümayəndəsi vəkil X7 apellyasiya şikayətini müdafiə edərək, nikah qeydinin etibarsız hesab olunması barədə tələb irəli sürsələrdə əslində nikahın etibarsızlığın tələb etmişlər, tərəflərin rəsmi olaraq nikaha daxil olsalar belə faktiki olaraq ər-arvad münasibətlərinin olmadığını, iddiaçının hal-hazırda başqa biri ilə ailə qurduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh iştirakını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını AM-in 1.3, 3, 11- 13, 25- 28; MPM 14.2, 76.1, 76.2, 77.1, 80- 82.1, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə mövcud olmayan sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və ya dəyişdirilməsi üçün əsaslar (maddi hüquq normalarının tələblərinə uyğun sübuta yetirilən dəlillər) təqdim edilməmişdir. İlk olaraq qeyd edilməlidir ki, iddiaçı qanunvericilikdə təsbit edilmiş “nikahın” deyil “nikah qeydinin” etibarsız hesab olunması barədə tələb irəli sürmüşdür. Qeyd edilməlidir ki, prosessual qanunvericilik baxımından qeyd edilən tələbin mahiyyəti və yönəlməsi fərqli anlamda müəyyən edilir, iddiaçının isə bu tələbin müdafiə etməməsi və bu səhvin apellyasiya instansiyasında (hədlər baxımından) düzəldilməsi mümkünsüzlüyü sübuta yetirilməyən dəlillərin müzakirəsin belə zəruri etmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-in 119-cu maddəsinə əsasən məhkəmələrə müraciətlə əlaqədar verilməsi üçün ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri ödəyən şəxslərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-633/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3410/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3410/2020
20.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver