Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3410/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Milli X1rşı qərarın ləğv edilməsi və üzvlüyə bərpa edilmə tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Milli Kulinariya X15 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2633/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı Azərbaycan Milli Kulinariya Asossiasiyasının üzvlüyündən çıxarılması və bununla bağlı məlumatın rəsmi olaraq WACS-a göndərilməsi, onun beynəlxalq yarış və tədbirlərdən uzaqlaşdırılması barədə Azərbaycan Milli Kulinariya X5 İdarə Heyətinin xx xxxx 2018-ci il tarixli qərarın İddiaçı aid hissədə ləğv edilməsi, Azərbaycan Milli Kulinariya X5 üzərinə İddiaçı Birliyin üzvlüyünə bərpa edilməsi vəzifəsinin qoyulması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Milli Kulinariya X5 İdarə Heyətinin xx xxxx 2018-ci il tarixli qərarının onun üzvlükdən xaric edilməsi hissəsində ləğv edilməsi, cavabdehin üzərinə onun Azərbaycan Milli X6 Birliyinə üzvlüyünün bərpa olunması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırlmışdır ki, o, uzun illərdir aşbaz kimi Azərbaycan Milli Kulinariya X5 üzvü olmuşdur. Lakin ona məlum olmayan səbəblərdən xx xxxx 2018-ci il tarixli Azərbaycan Milli Kulinariya X5 İdarə Heyətinin qərarı ilə üzvlükdən çıxarılmışdır. Hesab edir ki, onun Azərbaycan Milli Kulinariya X5 üzvlüyündən çıxarılması qanunsuz və əsassız olmuşdur. Hazıkı dövrə qədər dəfələrlə həmin ictimai birliyə üzvlükdən çıxarılıb-çıxarılmaması barədə, əgər üzvlükdən çıxarılmışdırsa səbəbləri barədə yazılı və şifahi şəkildə dəfələrlə müraciət etməsinə baxmayaraq ona heç bir rəsmi cavab verilməmişdir. Hətta ictimai birliyin nizamnaməsini tələb etsə belə ona təqdim olunmamışdır. Azərbaycan Milli Kulinariya X5 İdarə Heyətinin iclasının 2 saylı protokolundan çıxarışda qeyd olunmuşdur ki, guya üzvlükdən çıxarılması üçün əsas olan səbəb üzvlük haqlarını ödəməməsidir. Bu hissə ilə bağlı olaraq bildirir ki, o, əvvəllər də dəfələrlə ictimai birliyin bank hesabını istəmişdir. Lakin ona bu barədə heç bir sənəd təqdim olunmamışdır. Həqiqətdə üzvlük haqları barəsində heç bir məlumat ona verilməmişdir. Azərbaycan Milli Kulinariya X5 İdarə Heyətinin xx xxxx 2018-ci il tarixli iclasının gündəliyi (məruzəçi Ceyran Əhmədova) üzvlük haqqını ödəməyən aşbazları Azərbaycan Milli Kulinariya Asossiasiyası sıralarından kənarlaşdırılması olmuşdur. Lakin Azərbaycan Milli Kulinariya X5 nizamnaməsinə nəzər salınsa məlum olur ki, üzvlük haqlarının ödənilməsi üzvlükdən xaric etməyə səbəb olmur. Azərbaycan Milli Kulinariya X5 nizamnaməsinin 5.11-ci bəndinə əsasən birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir: birliyin adma ləkə gətirən hərəkətlərə yol verdikdə; mütəmadi olaraq birliyin işində iştirak etməkdən boyun qaçırdıqda; nizamnamənin məqsədlərinə zidd hərəkət etdikdə. Göründüyü kimi, Azərbaycan Milli Kulinariya X5 nizamnaməsində üzvlük haqqını ödəməməsi səbəbindən üzvlükdən çıxarılma halı nəzərdə tutulmamışdır. Azərbaycan Milli Kulinariya X5 nizamnaməsinin 5.13-cü bəndinə əsasən birlik üzvünün həmin qərardan məhkəməyə şikayət etmək hüququ vardır. İdarə heyətinin 2 saylı iclas protokolunun 2-ci səhifəsində qeyd olunmuşdur ki, guya o və digərləri Azərbaycan Milli Kulinariya X2 nizamnaməsinin 5.8-ci bəndinin tələblərini pozmuşlar. Həmin nizamnamənin 5.8-ci maddəsinin tələbləri birliyin nizamnaməsinə əməl etmək, birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək, birliyin tədbirlərində iştirak etməkdən ibarətdir. Yəni, üzvlük haqqı ilə bağlı heç bir qeyd yoxdur. Digər tərəfdən, heç vaxt o, ictimai birliyin nizamnaməsi ilə tanış edilməmişdir. Həmçinin, həmin iclasa o dəvət olunmalı idi. Belə ki, onun ictimai birliyə üzvlüyü ilə bağlı məsələ müzakirə edilir, ancaq o, həmin iclasa dəvət olunmur. Bu hal özü tam qanunsuzluqdur. Əlavə olaraq bildirir ki, idarə heyətinin iclasında adları iştirak edənlər siyahısında yazılanların müəyyən bir hissəsi ümumiyyətlə həmin iclasda iştirak etməmişlər. Görünür həmin vaxt hətta iclas da keçirilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-2633/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Milli Kulinariya X9 prezidenti Tahir Əmiraslanov apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilmməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, Azərbaycan Milli Kulinariya X5 İdarə Heyətinin xx xxxx 2018-ci il tarixdə keçirilmiş iclasında AMKA-nın nizamnaməsinin 5.12-ci bəndi rəhbər tutularaq İddiaçı və digər adları çəkilən aşbazların Azərbaycan Milli Kulinariya Asossiasiyasının üzvlüyündən çıxarılması və bununla bağlı məlumatın rəsmi olaraq WACS-a göndərilməsi, iddiaçının və üzvlük haqqını ödəməyən digər aşbazların beynəlxalq yarış və tədbirlərdən uzaqlaşdırılması qərara alınmışdır. Qeyd olunan qərar qəbul edilərkən səsvermədə Ceyran Əsgərova, Oruc Əliyev, Araz Əhmədov, Seymur Cavadov, Ağa Salamov, Rəşad Ağayev, Tünzalə Məmmədzadə, Gülnar Ələsgərova, Emma Abdullayeva və Leyla Kərimli iştirak etmişdir. Adları çəkilən şəxslərin hamısı qərarın qəbul olunmasının lehinə səs vermişlər. Azərbaycan Milli Kulinariya X5 dövlət reyestrindən çıxarışda xx xxxxx 2017-ci il və xx xxxxxxx 2019-cu il tarixlərdə dəyişikliklər edilmiş və həmin dəyişikliklər qeyd olunan tarixlərdə qeydiyyatdan keçmişdir. Azərbaycan Milli Kulinariya X5 dövlət reyestrindən çıxarışda xx xxxxx 2017-ci il tarixdə edilmiş dəyişiklikdə İdarə heyətinin prezidenti X17, vitse-prezident X22, üzvlər - X11, X12, X18, X13, X46, X39, X35, X19 olmuşdur. Həmin dəyişikliyə əsasən iddiaçının üzvlükdən çıxarılması barədə qərarın qəbul edilməsində iştirak edən şəxslərdən yalnız 5 nəfəri səlahiyyətli olmuşdur. Azərbaycan Milli Kulinariya X5 dövlət reyestrindən çıxarışda xx xxxxxxx 2019-cu il tarixdə edilmiş dəyişiklikdə İdarə Heyətini üzvləri: X17 (prezident), X22 (vitse-prezident), X11, X18, X13, X23, X4, X46, X24, X20, X36, X25, X30, X21, X14, X7, X41, X37, X19 olmuşdur. Həmin dəyişiklikdən görünür ki, iddiaçının üzvlükdən çıxarılması barədə qərarın qəbul edilməsində iştirak edən şəxslərin hamısı İdarə Heyətinin üzvləri olmuşlar. Lakin iddiaçının üzvlükdən çıxarılması barədə qərar xx xxxx 2018-ci il tarixdə qəbul edilsə də, həmin qərarın qəbul edilməsində iştirak edən şəxslər xx xxxxxxx 2019-cu il tarixdə Birliyin dövlət reyestrindən çıxarışda edilmiş dəyişikliklərin qeydə alınmasından sonra səlahiyyətli olmuşlar, yəni səsvermədə iştirak edən 10 nəfərdən 5 nəfərin həmin tarixdə səlahiyyətli olmamışdır. Azərbaycan Milli Kulinariya X5 nizamnaməsinin 6.5-ci bəndindən görünür ki, ümumi yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır; 9.2-maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır; 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının Azərbaycan Milli Kulinariya X5 üzvlüyündən çıxarılması qanunsuz və əsassız oluğundan işə baxan birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməklə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh Azərbaycan Milli X6 Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3410/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3410/2021
15.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver