Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3410/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 5921/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən materialların dəyəri olaraq 7180 manat pulun, 3000 manat ödənilməyən məzuniyyət pulunun və və dövlət rüsumu kimi ödənilmiş 127 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5921/2022 saylı qətnaməsi ilə idddianın rədd edilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2023-cü il tarixdə “Elektron kabinet” vasitəsilə iş üzrə Bakı şəhəri Yasamal Rayon xx.xx.2022-ci il tarixli, 2(004)-5921/2022 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir.. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5921/2022 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5921/2022 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti qanunla nəzərdə tutulmuş müddətdə və qaydada verilmədiyindən geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 5921/2022 nömrəli qərardadının ləğv edilməsi və əks təqdirdə şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5921/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 5921/2022 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Həmçinin, İddiaçı poçt vasitəsilə şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(004)-5921/2022 nömrəli qərardadının ləğv edilməsi və əks təqdirdə şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5921/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən qərardaddan verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, poçt vasitəsilə məhkəməyə göndərildiyindən geri qaytarılmışdır. İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5921/2022 nömrəli qərardadının ləğv edilməsi və əks təqdirdə şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5921/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5921/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayət elektron kabinetlə verilsə də, gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza ilə imzalanmadığından (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5921/2022 nömrəli qərardadının ləğv edilməsi və əks təqdirdə şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5921/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5921/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayət elektron kabinetlə verilsə də, gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza ilə imzalanmadığından (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5921/2022 nömrəli qərardadının ləğv edilməsi və əks təqdirdə şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qərəzli xarakter daşıyır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5921/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və müki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinə Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən elektron kabinet vasitəsilə daxil olmuş etirazında qeyd edilir ki, şikayət əsassız və qanunsuzdur. İddiaçı tərəfindən şikayət elekron kabinet vasitəsilə verilsə də, onun tərəfindən elektron imza ilə yox, əl imzası ilə imzalanmışdır. Bu isə qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5921/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5921/2022 nömrəli qərardadından verilmiş şikayət elektron kabinet vasitəsilə verilsə də, onun tərəfindən elektron imza ilə yox, əl yazısı ilə imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2, 10-1.3 və 10.1.7-ci maddələrinin tələblərinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “ 15” iyul 2019-cu il tarixli “17- N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Qeyd edilən xüsusatlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5921/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və 384-395-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5921/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3410/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3410/2023
08.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver