Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3412/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1511/2014 saylı, 08.04.2014-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1511/2014 saylı, 08.04.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “mənzilin geri qaytarılması tələbinə dair” iddiası təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal y/m, Ə.Əhmədov küçəsi, bina 1, blok B, 3-cü mərtəbədə yerləşən 24 nömrəli mənzilin boşaldılaraq iddiaçıya qaytarılması və cavabdehdən 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2(103)-1832/2022 saylı qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1511/2014 saylı iş üzrə 05 mart 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08.04.2014-cü il tarixli qətnaməsindən Cavabdeh arvadı Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Qətnamədən Maraqlı şəxs təkrarən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1511/2014 saylı iş üzrə 29 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, hazırki halda qətnamədən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması mümkün olmadığından qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. İş materiallarından göründüyü kimi, Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1511/2014 saylı, 08.04.2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətini səhvən qərardaddan verilmiş şikayət kimi qəbul edərək baxaraq hüquqi qiymət vermişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1511/2014 saylı, 08.04.2014-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1511/2014 saylı, 08.04.2014-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3412/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3412/2022
08.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver