Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3416/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X10rşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3416/2025 (Açar sözlər: əmrin ləğvi, işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X10rşı “əmrin ləğv edilməsi, işə bərpavə məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-2018/2025 saylı qətnaməsindən cavabdeh nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 18 iyun 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında 03 may 2023-cü il tarixdə onlayn əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsindən görünür ki, müqavilə müddətli əsaslarla bağlanılmış (2.1-ci bənd), işin birinci 3 ayı sınaq müddəti hesab olunmuşdur (2.2-ci bənd). Sınaq müddəti ərzində tərəflərdən biri digərini gün əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəfli qaydada poza bilər (2.3-cü bənd). Bu Əmək müqaviləsi “47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res. Əmək Məcəlləsi)" bəndində qeyd olunan səbəbə görə xx.xx.2023 tarixindən xx.xx.2023-cü il tarixinədək 6 ay 1 gün müddətinə bağlanmışdır.” Beləliklə, tərəflər arasında onlayn əmək müqaviləsinə əsasən iddiaçı ilə cavabdeh arasında 6 aylıq müddətə müddətli əmək müqaviləsi bağlanılmış, bunun ilk 3 ayı sınaq müddəti kimi müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehdə 3 saylı Bakı DOST Mərkəzi/Xidmətlər şöbəsində Mütəxəssis (məşğulluq məsələləri üzrə sosial agent) vəzifəsində işə başlamışdır. 03 may 2023-cü il tarixli əmək müqaviləsi daha soradan bir neçə dəfə olmaqla uzadılmış, yenidən 6 aylıq müddətlərlə yeni müqavilələr bağlanmış, sonuncu dəfə 04 noyabr 2024-cü il tarixli 2025-ci ilin may ayınadək qüvvədə olan əmək müqaviləsində müqavilə müddətinə dəyişiklik edilərək, (ƏMAS sistemdə yeni müqavilə olaraq rəsmiləşdirilmiş) azaldılmış, 1 aylıq müddət müəyyən edilməklə müddətin sonu xx.xx.2024-cü il tarixdə bitəcəyi göstərilmişdir. İşəgötürənin xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X10rşı “əmrin ləğv edilməsi, işə bərpavə məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, cavabdeh “DOST” X3 sədri F.Məmmədovun “İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında” 3-17-7/3-4- 4719/2024 saylı, 4 dekabr 2024-cü il tarixli əmrinin ləğv edilməsi; İddiaçı əvvəlki işinə cavabdeh DOST Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsinin mütəxəssisi (məşğulluq məsələləri üzrə sosial agent) vəzifəsinə işə bərpa olunması; İddiaçı məcburi iş buraxma müddəti üzrə əmək haqlarının, yəni işçinin qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixə kimi əmək haqqı və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq ödənilməsi: məcburi işburaxma müddəti üzrə əmək haqqının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinə müvafiq olaraq tərkib hissəsini təşkil edən bütün ödənişlərin, o cümlədən aşağıdakı ödənişlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi: müvafiq dövrlər üzrə məzuniyyət haqlarının; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2021-ci il tarixli **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin həvəsləndirmə Qaydası”nın 12-ci bəndində müəyyən edilmiş bir aylıq vəzifə maaşı həcmində müavinətin; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2021-ci il tarixli **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin həvəsləndirmə Qaydası”nın 9-cu bəndinə müvafiq olaraq ödənilən kollektiv mükafatların; müvafiq qaydalara uyğun olaraq ödənilən rüblük fərdi mükafatların; mediasiya xərclərinin əvəzi qismində 60 (altmış) manat rüsumun və poçt xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; hüquqi yardım xərcləri qismində iddiaçı tərəfindən vəkilə ödənilmiş 500 (beş yüz) manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X17 (bundan sonra – DOST Agentliyi) Azərbaycan Respublikası Prezidentinin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanının 1-ci bəndinə müvafiq olaraq yaradılmışdır. İstinad olunan Fərmanın 4-cü bəndinə müvafiq olaraq müəyyən edilmişdir ki, “DOST” mərkəzlərində xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilsin, vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin edilsin və vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlərin həyata keçirilməsi təmin edilsin. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış onlayn əmək müqaviləsindən görünür ki, müqavilənin: 2.1-ci bəndinə əsasən müqavilə müddətli əsaslarla bağlanılmış. 2.2.-ci bəndinə əsasən işin birinci 3 ayı sınaq müddəti hesab olunur. Sınaq müddəti ərzində tərəflərdən biri digərini gün əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəfli qaydada poza bilər. 2.3. Bu Əmək müqaviləsi “47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res. Əmək Məcəlləsi)" bəndində qeyd olunan səbəbə görə xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinədək 6 ay 1 gün müddətinə bağlanmışdır.” Beləliklə, tərəflər arasında onlayn əmək müqaviləsinə əsasən iddiaçı ilə cavabdeh arasında 6 aylıq müddətə müddətli əmək müqaviləsi bağlanılmış, bunun ilk 3 ayı sınaq müddəti kimi müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehdə 3 saylı Bakı DOST Mərkəzi/Xidmətlər şöbəsində Mütəxəssis (məşğulluq məsələləri üzrə sosial agent) vəzifəsində işə başlamış, həmin müqavilənin 3.1-ci bəndinə əsasən iddiaçının əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: “3.1. İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür: 3.1.1. Müvafiq qayda, təlimat və standartlara uyğun olaraq Mərkəzə müraciət edən şəxslərə aidiyyəti üzrə məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində birbaşa canlı, telefon vasitəsilə və onlayn rejimdə xidmətlər göstərmək; Vətəndaşlardan daxil olan sənədlərintamlığını yoxlamaq, hər hansı bir çatışmazlıq olmadıqda onları qəbul etmək və vətəndaşa sənədlərin qəbulunu təsdiq edən qəbzi təqdim etmək; Vətəndaşlardan daxil olan sənədlərdə çatışmazlıq olduqda bütün çatışmazlıqlar göstərilməklə vətəndaşa həmin çatışmazlıqların aradan qaldırılmasına dair yazılı bildiriş vermək; Xidmətin nəticəsinin müraciət edilən vaxt təqdim olunması mümkün olduğu hallarda xidmətin nəticəsi üzrə müvafiq qərar qəbul etmək və vətəndaşa təqdim olunmasını təmin etmək; “Arxa ofis”dən əldə edilmiş hazır sənədləri vətəndaşlara təqdimedilməsi təmin etmək; Vətəndaşların müraciətlərinin e-Sosial, avtomatlaşdırılmış pensiya təyinatı sistemi, məşğulluq portalı və digər əlaqədarsistemlərdə qeydiyyatdan keçirilməsində iştirak etmək; Müvafiq xidmət sahəsi üzrə müraciət etmiş şəxslərə zəruri maarifləndirici məlumat,məsləhət və istiqamətlər vermək; Zərurət yarandıqda vətəndaşlara iş və ya yaşayış yerlərində, habelə olduqları yerlərdə müvafiq səyyar xidmətlərin göstərilməsində iştirak etmək; Müraciət aidiyyəti üzrə olmadığı hallarda müraciət edən şəxslərə müvafiq istiqamətlərin verilməsini təmin etmək; Zərurət yarandıqda vətəndaşın digər xidmətlərə - psixoloqa, hüquqşünasa və s. yönləndirilməsini təmin etmək; Müvafiq sahədəxidmətlərin təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqi ilə əlaqədar təkliflərin verilməsində iştirak etmək; Fəaliyyət istiqamətlərinə uyğun olaraq və qanunvericiliyə əsasən şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.” Göründüyü kimi, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun işi və göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Həmçinin, iddiaçının işçi kimi həyata keçirdiyi funksiyalar cavabdeh qurumun bilavasitə Nizamnamə vəzifələri və fəaliyyət istiqamətlərinin icrası ilə bağlı funksiyalardır. Lakin buna baxmayaraq, sözügedən əmək müqaviləsinin 2-ci bəndinə əsasən ona müqavilənin standart şərti kimi işin birinci 3 ayı sınaq müddəti olmaqla onunla 6 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı əmək funksiyalarının və işinin daimi xarakterə malik olduğu halda onunla mövsümi işçi kimi müddətli əmək müqaviləsi bağlanmasına etiraz etdikdə cavabdeh qurumun kadr məsələləri üzrə struktur bölməsi tərəfindən ona bütün işçilərlə müddətli əmək müqaviləsi bağlandığını, onlarda əmək müqaviləsinin bu qaydada bağlandığını, bu şərtin şablon olduğu, razı deyilsə işə götürülməyəcəyi bildirilmişdir. Belə olan halda iddiaçı hüquq bərabərliyinə əsaslanmayan şəraitdə və azad iradəsinə zidd olaraq hazırki işi itirməmək üçün müqaviləni formal olaraq imzalamağa məcbur qalmışdır. Çünki, iddiaçı başa düşürdü ki, daimi xarakterə malik əmək funksiyalarını yerinə yetirdiyinə görə stabil iş yeri ilə təmin olunmaq hüququnu qətiyyətlə tələb etmiş olsa idi, işəgötürən tərəfindən ümumiyyətlə işlə təmin olunmayacaqdı. Beləliklə, daimi xarakterə malik əmək funksiyalarını yerinə yetirdiyi halda stabil iş yeri və müddətsiz əmək müqaviləsi bağlanması hüququndan könüllü surətdə imtina etməsi üçün iddiaçının hər hansı motivi və məqsədi olmamış, bu qeyri-bərabər şəraitdə, işəgötürənin iqtisadi və təşkilati-sərəncamverici imkanları, işçinin isə iqtisadi cəhətdən ondan asılı olması və iş yerinə ehtiyac duyması səbəbindən - məcburiyyət qarşısında baş vermişdir. Həmçinin, məlumat üçün bildiririk ki, iddiaçı 15 avqust 2022-ci il tarixindən etibarən cavabdeh qurumda 2 ay müddətinə “Könüllü DOST” proqramı çərçivəsində könüllü proqramında iştirak etmiş, bundan sonra isə 2023-cü ilin yanvar aydından etibarən həmin qurumda məşğulluq sahəsi üzrə təcrübədə olmuş, proqramın şərtlərinə əsasən cavabdeh quruma işçilər könüllülər arasından müsabiqə əsasında götürüldüyündən iddiaçı da bu müsabiqədən müvəffəqiyyətlə keçərək cavabdehdə işə qəbul olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş DOST Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış 22 fevral 2023-cü il tarixli elektron poçt göndərişində qeyd olunmuşdur ki “DOST Agentliyi tərəfindən 2023-ci il 22 fevral tarixində Sizinlə keçirilmiş müsabiqədə uğur qazanmısınız. Seçimin növbəti mərhələsi barədə Sizə məlumat veriləcəkdir.” İddia ərizəsinə əlavə edilmiş DOST Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış 2 mart 2023-cü il tarixli elektron poçt göndərişində qeyd olunmuşdur ki, “nəzərə çatdırır ki, DOST Agentliyində işə qəbul prosesinin növbəti mərhələsində uğur qazanmısınız. Aşağıda qeyd olunan sənədləri 3 iş günü ərzində DOST Agentliyinə təqdim etməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, sənədləri təqdim etdikdən sonra işə qəbul prosesi üzrə növbəti mərhələyə dəvət ediləcəksiniz. Bu müddət ərzində işlədiyiniz müəssisədən çıxmamağınız xahiş olunur…” Göründüyü kimi, iddiaçı cavabdehdə məhz müsabiqə yolu ilə işə qəbul edilmiş, lakin Əmək Məcəlləsinin 52-ci maddəsinin tələbinə zidd olaraq onunla müsabiqə yolu ilə müvafiq vəzifəni tutmasına baxmaraq sınaq müddəti ilə əmək müqaviləsi bağlanmış, bu barədə də iddiaçı öz mövqeyini bildirdikdə ona işəgötürən tərəfindən onlarda ümumi qaydanın belə olması, hamı ilə belə müqavilə bağlanması, müqavilənin şablon olması və s. əsaslar gətirilmiş, aşkar qanun pozuntusuna baxmayaraq iddiaçı əmək qanunvericiliyinin hazırki tələbinə zidd olan bu şərti də qəbul etməyə məcbur qalmışdır. İddiaçı və cavabdeh arasında bağlanmış onlayn əmək müqaviləsinə müxtəlif dövrlərdə əmək haqqının və digər əmək şəraiti şərtlərinin dəyişdirilməsi ilə bağlı əlavə və dəyişikliklər aparılmışdır. Əmək Məcəlləsinin 73-cü maddəsinin İ hissəsinin həmin dövrdə qüvvədə olan redaksiyasının tələbinə müvafiq olaraq onlayın əmək müqaviləsinə onun özündə müəyyən edilmiş müddətdə, yəni xx.xx.2023-cü il tarixdə xitam verilmədiyindən, habelə ondan sonrakı 1 həftə ərzində də tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən həmin müqavilə avtomatik olaraq növbəti 6 aylıq müddətə kimi, yəni xx.xx.2024-cü il tarixədək, daha sonra isə eyni qaydada xx.xx.2024-cü il tarixədək tərəflər arasında bağlanmış onlayn əmək müqavilələri ilə uzadılmışdır. Belə ki, məsələn tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli onlayn əmək müqaviləsinin 2.3-cü bəndindən görünür ki, tərəflər arasında əmək müqaviləsi xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Əmək Məcəlləsinin 73-cü maddəsinin İ hissəsinə 28 iyun 2024-cü il tarixli 1195-VİQD nömrəli Qanunla aparılmış dəyişiklərə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Bu baxımdan xx.xx.2024-cü il tarixdə iddiaçının əmək müqaviləsi bitdiyindən, həmin tarixədək azı 1 həftə qalmış işəgötürəndən hər hansı xitambildirişi daxil olmadığından həmin əmək müqaviləsi növbəti 6 aylıq müddətə, yəni xx.xx.2025-ci il tarixədək avtomatik uzanmışdır. Bundan sonra 26 noyabr 2024-cü il tarixdə iş vaxtı bitdikdən sonra, təxminən 18.35 radələrində iddiaçının işlədiyi Xidmətlər şöbəsinin rəhbəri 070 *** ** ** telefon nömrəsindən iddiaçıya məxsus 051 *** ** ** telefon nömrəsinə zəng edərək ona DOST Agentliyinin İnsan resurslarının idarə edilməsi şöbəsindən əməkdaşların onlayn əmək müqavilələrinin yenilənməsi ilə bağlı tapşırıq gəldiyini, bütün əməkdaşların əmək müqavilələrinin sistremdə yenilənməli olmasını, bunun texniki səbəblərlə bağlı olduğunu bildirmiş və təcili şəkildə Əmək və X7 elektron imzası ilə daxil olaraq ona gəlmiş onlayın əmək müqaviləsi bildirişini təsdiq etməsini və təsdiqdən sonra ekran şəklini göndərməsini tapşırmışdır. İddia ərizəsinə əlavə edilmiş onlayn əmək müqaviləsinə dəyişikliklərlə bağlı razılaşmalardan göründüyü kimi belə dəyişikliklər vaxtaşırı aparıldığından və iddiaçının şəxsi elektron kabinetinə belə bildirişlərlər işıgötürən tərəfindən vaxtaşırı daxil olduğundan, habelə əvvəlki dəyişikliklərdə işçinin əmək şəraiti şərtlərini daha da ağırlaşdıran müddəa mövcud olmadığından iddiaçı işəgötürənin əvvəlki davranışına, nəticə etibarilə dövlət təşkilatı və nazirliyin qurumu olmasına, vicdanlı davranış sərgiləyəcəyinə arxayın olaraq, habelə bu dəyişikliklərin və bildirişin texniki xarakter daşıdığına inanaraq bildirişi elektron imzası ilə mexaniki olaraq təsdiq etmiş, bildirişin mahiyyəti, məzmunu, onun əmək şəraiti şərtlərini ağırlaşdıracağı ilə bağlı işəgötürən tərəfindən ona hər hansı izah və ya şərh verilməmiş, həmçinin bunun Agentlikdən gələn rəhbərliyin tapşırığı olduğunu, təcili icra edilməli olduğunu, bütün işçilərlə bağlanmış müqaviləyə bu qaydada texniki səbəblərlə dəyişiklik aparılacağı barədə mülahizələri nəzərə alaraq icra etmişdir. Eyni zamanda, iddiaçı kadr inzibatçılığı sahəsində mütəxəssis olmadığından, ƏMAS sistemi üzrə ixtisaslaşmadığından rəhbərliyin qeyd olunan tapşırığının texniki məqsədlə aparıldığına inanaraq onun məzmununu anlamadan mexaniki olaraq sistemdə bildirişi təsdiq etmişdir. Beləliklə, iddiaçının həqiqi iradə ifadəsinə zidd olaraq, aldatma və s. üsullarla, hadisələrin yuxarıda təsvir olunmuş axarı ilə cavabdeh tərəfindən onunla onlayın əmək müqaviləsinə əlavə razılaşma imzalanmasına nail olunmuş, həmin müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin bitmə tarixi xx.xx.2024-cü il tarixədək, yəni 1 aylıq müddətlə bağlanmaqla məhdudlaşdırılmışdır. Həmin müqavilənin 3.1-ci bəndindən görünür ki, iddiaçının əmək funksiyalarında hər hansı dəyişiklik baş verməmiş, işin və həyata keçirirdiyi xidmətlərin daimi xarakteri qalmaqda olmuşdur. Görünür ki, iddiaçıya məlum olmayan səbəblərdən onu işdən çıxarmağı planlaşdıran işgötürən onun əmək müqaviləsinin 04 may 2025-ci il tarixədək uzandığını görüb, həmin müddəti qısaltmaq üçün qeyd olunan üsulla onun əmək müqaviləsinin şərtlərini dəyişdirərək 04 dekabr 2024-cü il tarixi ilə, yəni 1 ayla məhdudlaşdırmışdır. Hadisələrin axarından belə başa düşmək olar ki, işəgötürən məhz 2024-cü ilin noyabr ayının ikinci yarısında naməlum səbəb və motivlə iddiaçını işdən çıxarmaq barədə qərara gəlmiş, onun müqavilə müddətinin 04 may 2025-ci il tarixədək uzandığını, onu müddətin bitməsi əsası ilə işdən çıxarmaq üçün ən azı 5 ay gözləməli olduğunu görüb, bu müddəti qısaltmaq üçün belə metoda əl atmışdır. Təsadüfi deyildir ki, işəgötürən 26 noyabr 2024cü il tarixdə iddiaçının onlayın əmək müqaviləsi bildirişini yuxarıda göstərilmiş aldatma və s. üsullarla təsdiqinə nail olduqdan iddiaçıya cəmi 1 gün sonra, yəni 27 noyabr 2024-cü il tarixli 3-17- 7/3-1-26537/2024-cü il tarixli “Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında” xəbərdarlıq bildirişi təqdim etmiş, həmin bildirişdə aşağıdakılar qeyd olunmuşdur: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) sizinlə bağlanmış 2023-cü il 3 may tarixli Əmək müqaviləsinə 2024-cü il 4 dekabr tarixində xitam veriləcəyi barədə yazılı xəbərdar edilirsiniz.” Beləliklə, cavabdeh DOST X3 sədri F.Məmmədovun 3- 17-7/3-4-4719/2024 saylı 4 dekabr 2024-cü il tarixli əmri ilə əmək müqaviləsinin qurtarması əsası ilə iddiaçının əmək müqaviləsinə xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. Həmçinin, iddiaçının əmək kitabçasından çıxarışdan göründüyü kimi bununla bağlı onun əmək kitabçasına da müvafiq qeydlər aparılmışdır. İş gününün sonu olduğundan növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə işdənçıxma əmri iddiaçıya təqdim edilmişdir. Bununla da, cavabdeh qurumun demək olar ki, bütün işçilərinin əmək müqaviləsi müddətli şərtlərlə bağlandığı halda digər işçilərdən fərqli olaraq İddiaçı qarşı işəgötürən tərəfindən ayrıseçkiliyə yol verilərək məhz onun əmək müqaviləsinin müddəti uzadılmamışdır. Təbii ki, əmək funksiyalarının daimi xarakterə malik olduğu qabaqcadan açıq-aşkar məlum olan işçi ilə müddətli əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyinin tələblərinə zidd olmuş, lakin bununla belə həmin əmək müqaviləsinin qanunazidd və etibarsız olan həmin şərtini şərti olaraq fakt kimi qəbul etdikdə belə, bütün digər işçilərin belə əmək müqavilələrinin müddəti uzadıldığı halda, məhz İddiaçı əmək müqaviləsinin müddətinin uzadılmaması ayrı-seçkilik olmuşdur. Daha sonra iddiaçıya məlum olmuşdur ki, digər işçilərin yox, məhz onun əmək müqaviləsinə dəyişiklik aparılaraq 1 ay müddətlə məhdudlaşdırılmış, bu hal digər işçilərdə baş verməmiş, iddiaçı işəgötürən tərəfindən bu baxımdan da aldadılmışdır. Həmçinin, iddiaçının 04 may 2025-ci il tarixədək müddəti olan əmək müqaviləsinin müddət şərtlərinin 04 dekabr 2024-cü il tarixədək, yəni 6 aydan 1 ayadək məhdudlaşdırılmasına, öz əmək şəraiti şərtlərinin məhdudlaşdırılmasına şüurlu surətdə, məqsədyönlü şəkildə, öz həqiqi iradəsi ilə razı olması ağlabatan deyil. İddia ərizəsinə əlavə edilmiş İddiaçı Mərkəzləşdirilmiş Kredit Reyestrindən E**********F saylı xx.xx.2025-ci il tarixli çıxarışından göründüyü kimi iddiaçının 3 sayda kredit öhdəlikləri mövcuddur və aktiv kreditlərinin qalıq məbləği 8151,99 manat, aylıq kredit öhdəliyi isə 643 manat təşkil edir. Belə olan təqdirdə, muzdlu işdən əldə etdiyi 1700 manat əmək haqqından başqa gəliri və ya qazancı olmayan, yuxarıda qeyd olunmuş kredit öhdəlikləri olan iddiaçının ən azından qanunsuz da olsa bağlanmış əmək müqaviləsinə əsasən 04 may 2025-ci ilədək işdə qalmaq imkanı olduğu halda, işəgötürənə şüurlu surətdə, öz həqiqi iradəsi ilə onu 1 aydan sonra işdən çıxarmaq imkanı verən 26 noyabr 2024-cü il tarixli əmək müqaviləsinə dəyişikliyə və müqavilə müddətinin 1 ayadək məhdudlaşdırılması şərtinə razılaşması motivi və məqsədi məlumdeyil və ağlabatan deyil. Kredit öhdəlikləri olan işçinin yeganə gəlir və qazanc yeri olan iş yerindən 1 ay sonra çıxarılmasına şərait yaratmaqda məqsədi və motivi nə ola bilərdi? Qeyd edilməlidir ki, əmək hüquqi şəxslərin heç biri ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Bildirmişdir ki, İddiaçı cavabdehdə işlədiyi dövrdə dövri olaraq kollektiv mükafatlar almaqla yanaşı, məhz bu qaydalara əsasən dəfərlərlə ardıcıl olaraq xidməti fəaliyyətinə görə fərdi qaydada əmək haqqının 1 misli miqdarında mükafatlandırılmışdır. Əgər İddiaçı qanunsuz olaraq işdən azad edilməsəydi müvafiq Qaydaların şərtlərinə uyğun olaraq həm kollektiv, həm də fərdi qaydada mükafatlandırılacaqdı. Ona görə də hesab edir ki, iddiaçıya məcburi işburaxma dövrü üzrə əmək haqqı ilə yanaşı, onun tərkib hissəsi olan bütün ödənişlər - vəzifə maaşı, qanunvericiliklə müəyyən edilmiş milli bayram günləri ilə əlaqədar kollektiv mükafatlar, habelə məzuniyyət haqqı ilə yanaşı müvafiq məzuniyyət dövrləri üzrə bir aylıq vəzifə maaşı həcmində müavinətlər, həmçinin hər rüb üzrə əmək haqqının 1 misli məbləğində fərdi mükafatlar da cavabdehdən tutularaq ödənilməlidir. Eyni zamanda, iddiaçı 18 saylı Bakı Mediasiya təşkilatına müvafiq ödəniş qəbzinə əsasən xx.xx.2025-ci il tarixdə mediasiya rüsumu və poçt xərcləri üzrə cəmi 60 (altmış) manat ödəmiş, vəkillə bağlanmış “Hüquqi yardımın göstərilməsi haqqında” EM-2713VK9118/25 saylı xx.xx.2025-ci il tarixli müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq 500 (beş yüz) manat xidmət haqqı ödənilmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin Qeyd hissəsində qanunsuz olaraq işdən azad edilmiş işçiyə dəymiş zərər qismində həmçinin fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği də daxildir. Həmçinin bildirmişdir ki, işdənçıxma əmri iddiaçıya iş gününün sonu olması ilə əlaqədar xx.xx.2024- cü il tarixdə təqdim olunmuş, həmin tarixdə ona əmək kitabçası təhvil verilmiş, 28 dekabr 2024-cü il tarixdə iddiaçı işəgötürənə "xxxx" MMC kuryer şirkəti vasitəsilə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, Bakı 18 saylı Mediasiya təşkilatının X1 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışına əsasən mediasiya prosesində tərəflər arasında razılıq əldə olunmamışdır. Daha öncə isə iddiaçı deməsinə görə, elektron qaydada cavabdeh DOST Agentliyinin İH sədri F.Məmmədovun qəbuluna yazılmış, bundan sonra Agentliyə dəvət olunmuş, həmin Agentliyinin İnsan resusları departamentinin rəhbərliyi ilə görüşmüş, görüş zamanı həmin departamentin rəhbəri xanım Leyla Hüseynova tərəfindən ona əmək müqaviləsinə xitam verilməsi qərarının rəhbərlik tərəfindən verildiyi, bunun əsasən kadrların ixtisar olunması prosesinin tərkib hissəsi olması və normal qəbul edilməli olması bildirilmiş, iddiaçı niyə məhz onun bu üsulla işdən kənarlaşdırılmasının səbəbini aydınlaşdırmağa çalışsa da ona bununla bağlı hər hansı məlumat verilməmişdir. Buna görə də iddiaçı sözügedən fərdi əmək mübahisəsinin həlli məqsədilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, cavabdeh “DOST” X3 sədri F.Məmmədovun “İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında” 3-17-7/3-4-4719/2024 saylı 4 dekabr 2024-cü il tarixli əmrinin ləğv edilməsi; İddiaçı əvvəlki işinə - cavabdeh “DOST” Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsinin mütəxəssisi (məşğulluq məsələləri üzrə sosial agent) vəzifəsinə işə bərpa olunması; İddiaçı məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq ödənilməsi: mediasiya xərclərinin əvəzi qismində 60 (altmış) manat rüsumun və poçt xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; hüquqi yardım xərcləri qismində iddiaçı tərəfindən vəkilə ödənilmiş 500 (beş yüz) manat hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 2018/2025 saylı qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X9 əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-17-7/3-4-4719/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı 3 saylı Bakı Dost Mərkəzinin Xidmətlər şöbəsinin mütəxəssisi (məşğulluq məsələləri üzrə sosial agent) vəzifəsinə bərpa edilməsi, İddiaçı işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məhkəmə məsrəfinin (mediasiya və poçt xərcləri) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X11 tutularaq İddiaçı ödənilməsi, hüquqi xidmətə görə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X11 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 47-ci maddəsinin “f“ bəndi, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 73-cü maddəsinin 1-ci hissəsi, 83-cü maddəsinin 1-ci vəm 2-ci hissəsi, 84, 300.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 121.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən həmin maddədə qeyd olunan 47-ci maddənin “f” bəndinin istisna edilməsi halı nəzərə alınmamışdır. Belə ki, “DOST” mərkəzlərinin fəaliyyət istiqamətləri əmək, sosial müdafiə və təminat, həmçinin Azərbaycan Respublikası Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin xidmətlərin “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi və təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqi kimi davamlı inkişafa yönəlmiş mexanizmləri əhatə edir. Bu fəaliyyətin spesifikası nəzərə alındıqda, göstərilən xidmətlərin həcmi və işçi ehtiyacı müəyyən dəyişkənliyə məruz qaldığından, habelə xidmətlərin elektronlaşdırılma səviyyəsi (belə ki, “Dayanıqlı və OperativSosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanında dəyişiklik edilməsi barədə” 12 mart 2025-ci il tarixli 350 nömrəli Fərmanı ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı” yeni redaksiyada təsdiq edilmiş, xidmətlərin dairəsi dəqiqləşdirilmiş, sistemləşdirilmiş və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulan xidmətlər siyahıdan çıxarılmışdır), vətəndaş axınının dinamikası və digər obyektiv amillər “DOST” mərkəzlərindəişçi qüvvəsinə olan tələbatın dəyişməsinə səbəb ola bilər. Bu isə öz növbəsində, işəgötürənə əmək qanunvericiliyində nəzərdə tutulan hüquqlar çərçivəsində işçi ehtiyacını çevik tənzimləmək imkanı yaradır. Bu məqsədlə əmək qanunvericiliyində işəgötürən və işçilər üçün təsbit olunmuş müstəsna hüquqdan irəli gələrək Agentlikdə yeni işə qəbul edilən işçilərlə müddətli əmək müqaviləsi bağlanılması qanunvericiliyə tam uyğundur və işəgötürənin bu müqavilə formasını seçməsi, bir halda ki, qanunvericiliyin müvafiq normasına və tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanır, hüquqi baxımdan əsassız sayıla bilməz. Bununla yanaşı, müddətli əmək müqaviləsi bağlanılarkən iddiaçının cavabdeh işəgötürən ilə hər hansı asılılığı olmamış, müddətli müqavilə rəsmiləşdirilənədək tərəflərin həmin müqaviləni ümumiyyətlə bağlamamaq imkanı və seçimi, müqavilə rəsmiləşdirildikdən sonra isə bu hüququnun pozulmasına istinadən iddiaçının əmək müqaviləsinin müvafiq bəndini dəyişdirilməsini tələb etmək hüququ olmuşdur. Lakin iddiaçı tərəfindən qeyd olunan məsələ ilə bağlı əmək fəaliyyəti dövründə işəgötürənə hər hansı müraciət, təklif, şikayət və s. ünvanlanmamışdır. Bu baxımdan işçinin işinin mahiyyəti məhkəmə tərəfindən daimi xarakterli hesab edilsə belə onunla müddətli bağlanmış əmək müqaviləsinin bu bəndi etibarsız hesab edilə bilməz. Məhkəmə isə qeyd olunan halları dəyərləndirmədən, heç bir dəlilə əsaslanmadan əmək müqaviləsində müddət təyin edilməsinin iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılması məqsədinə xidmət etdiyi qənaətinə gəlmişdir. Məhkəmə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinə və iddiaçının iradə ifadəsinə düzgün qiymət verməmiş, iddiaçı tərəfindən verilən izahata əsaslanmaqla mübahisələndirilən qətnamədə qeyd etmişdir ki, müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmamışdır. Halbuki iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı işə qəbulla bağlı ərizəsində də müddətli əmək müqaviləsi ilə işə qəbul edilməsini qeyd etmişdir. Eyni zamanda müddətli əmək müqaviləsinin müddəti davamlı olaraq uzadıldıqda da bu barədə işçi etirazını bildirməmiş, əksinə, bunu davamlı olaraq öz imzası ilə təsdiq etmişdir. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir ki, işəgötürən tərəfindən şəxsin müqavilə müddətinin 1 aylıq müəyyən edilməsinə dair xxxxxxx00034 nömrəli sənəd işəgötürən tərəfindən “Əmək və Məşğulluq” altsistemi (bundan sonra – ƏMAS) vasitəsilə iddiaçıya imza üçün təqdim olunmuş, iddiaçı isə öz gücləndirilmiş elektron imzası ilə müqaviləyə dəyişikliyi təsdiq etmişdir. Göründüyü kimi iddiaçı öz iradə ifadəsini göstərmi ş xx.xx.2024-cü il tarixdə (qeyd olunan dəyişiklikdən sonra) əmək müqaviləsinə dəyişikliyi imzalamış və dəyişikliklər iddiaçı tərəfindən gücləndirilmiş elektron imzası ilə imzalandıqdan sonra qüvvəyə minmişdir. İddiaçının mütəmadi olaraq imzaladığı əmək müqaviləsinə dəyişikliklər yalnız qeyd olunan hissədə qiymətləndirilməməli və mübahisələndirilməməli, əksinə qanunvericilik tələbləri gözlənilməklə, sərbəst iradə ifadəsi nəzərə alınmaqla, iddiaçı tərəfindən imzalandığı nəzərə alınmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək onun təmin olunmamasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.
11. Məhkəmə baxışı zamanı iddiaçı verilmiş apellyasiya şikayətini etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir.
12. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili verilmiş apellyasiya şikayətini etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi (mübahisənin mövcud olduğu tarixə uyğun olaraq yeni redaksiyada)
13. Maddə 43. 2-ci hissə “d” bəndi. Əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir.
14. Maddə 45. 1-ci hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
15. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
16. Maddə 46. 6-cı hissə. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir.
17. Maddə 47, “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
18. Maddə 49.1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.
19. Maddə 49.5. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz.
20. Maddə 68. 2-ci hissə “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.
21. Maddə 73. 1-ci hissə Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
22. Maddə 83. 1-ci hissə. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
23. Maddə 83. 2-ci hissə. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
27. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.
32. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və məhkəmənin qətnamədə gəldiyi nəticə işin hallarına uyğun gəlmir.
33. Ümumilikdə, işin halları ondan ibarətdir ki, İddiaçı ilə cavabdeh arasında 03 may 2023-cü il tarixdə elektron qaydada əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsindən görünür ki, müqavilə müddətli əsaslarla bağlanılmış (2.1-ci bənd), işin birinci 3 ayı sınaq müddəti hesab olunmuşdur (2.2-ci bənd). Sınaq müddəti ərzində tərəflərdən biri digərini gün əvvəl xəbərdarlıq etməklə Əmək müqaviləsini birtərəfli qaydada poza bilər (2.3-cü bənd). Bu Əmək müqaviləsi “47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res. Əmək Məcəlləsi)" bəndində qeyd olunan səbəbə görə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 6 ay 1 gün müddətinə bağlanmışdır.” Beləliklə, tərəflər arasında onlayn əmək müqaviləsinə əsasən iddiaçı ilə cavabdeh arasında 6 aylıq müddətə müddətli əmək müqaviləsi bağlanılmış, bunun ilk 3 ayı sınaq müddəti kimi müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehdə 3 saylı Bakı DOST Mərkəzi/Xidmətlər şöbəsində Mütəxəssis (məşğulluq məsələləri üzrə sosial agent) vəzifəsində işə başlamışdır. 03 may 2023-cü il tarixli əmək müqaviləsi daha sonradan bir neçə dəfə olmaqla uzadılmış, yenidən 6 aylıq müddətlərlə yeni müqavilələr bağlanmış, sonuncu dəfə 04 noyabr 2024-cü il tarixli 2025-ci ilin may ayınadək qüvvədə olan əmək müqaviləsində müqavilə müddətinə dəyişiklik edilərək, (ƏMAS sistemdə yeni müqavilə olaraq rəsmiləşdirilmiş) azaldılmış, 1 aylıq müddət müəyyən edilməklə müddətin sonu xx.xx.2024-cü il tarixdə bitəcəyi göstərilmişdir. İşəgötürənin xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir
34. Birinci instansiya məhkəməsi iddianın əsaslılığı ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinin və həmin əmək müqaviləsinə bağlanmış əlavə razılaşmaların məzmunundan göründüyü kimi iddiaçının daşıdığı vəzifə öhdəlikləri və əmək funksiyaları daimi xarakterə malik olduğu halda onun iradəsinə zidd olaraq hüquqları məhdudlaşdırılmış və onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsində müddətin təyin edilməsi iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Məhkəmə bildirir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır.
35. Məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin gəldiyi qənaəti əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
36. İş materiallarında görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X14 İddiaçı ünvanladığı 27 noyabr 2024-cü il tarixli məktubuna əsasən o, 03 may 2023-cü il tarixli əmək müqaviləsinə 04 dekabr 2024-cü il tarixdə xitam veriləcəyi barədə yazılı xəbərdar edilmişdir.
37. Görüdüyü kimi işəgötürən tərəf olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X16 müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunvericiliklə müəyyən olunan müddət ərzində öz iradə ifadəsini bildirmiş və nəticə olaraq əmək müqaviləsinə xitam verilmiş, hazırki halda işəgötürən tərəfindən hər hansı “tələb etməmə” halı müəyyən olunmamışdır.
38. Bundan əlavə qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
39. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
40. “Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi və 35- ci maddəsinin İ-V və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli Plenum Qərarında da göstərilmişdir ki, qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir.
41. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.
42. Hazırki işin hallarından, o cümlədən göründüyü kimi cavabdeh DOST Agentliyinin Nizamnaməsinə və "DOST” mərkəzlərinin nümunəvi nizamnaməsi”ndən görünür ki, "DOST” mərkəzi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin göstərilməsini təmin edən X17dir və "DOST” mərkəzinin fəaliyyət istiqamətləri müvafiq sahədə xidmətlərin "bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi və təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqi kimi davamlı inkişafa yönəlmiş mexanizmləri əhatə edir. Bu fəaliyyətin spesifikası nəzərə alındıqda, göstərilən xidmətlərin həcmi və işçi ehtiyacı müəyyən dəyişkənliyə məruz qala bilər. Bu səbəbdəndir ki, cavabdeh qurumda bu kateqoriyadan olan işçilərlə müvafiq maddəyə istinad edilməklə müddətli əmək müqaviləsi bağlanıldığından iddiaçıya qarşı hər hansı ayrı-seçkilik tətbiq edilməmişdir. İddiaçı öz mövqeyində cavabdehin müddətli əmək müqaviləsi bağlanmasında məqsədinin müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaqdan ibarət olmasını vurğulasa da, iddiaçıdan fərqli olaraq onunla eyni və ya oxşar vəzifələrdə işləyən şəxslərlə müddətsiz əmək müqaviləsinin bağlanmasına dair hər hansı dəlil təqdim etməmişdir.
43. Bundan əlavə birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işəgötürən hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. şçinin izahatından görünür ki, o əmək müqaviləsinin müddətinin 6 aydan 1 aya azaldılması ilə bağlı razılığı olmamışdır, demək ki onun bir aylıq müddətə münasibətdə motivi (dərk olunmuş marağı) yoxdur, işəgötürənin nümayəndəsi isə bunun əksini təsdiq edən sübut təqdim edə bilmir. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur.
44. Göstərilən mövqe ilə razılaşmayan kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı DOST X5 ünvanladığı 28 aprel 2023-cü il tarixli ərizəsinə əsasən onu müddətli əmək müqaviləsi ilə 3 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsində mütəxəssis (məşğulluq məsələləri üzrə sosial agent) vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. **********910 saylı əmək müqaviləsinə əsasən İddiaçı ilə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X17 arasında 03 may 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı 3 saylı Bakı Dost Mərkəzinin Xidmətlər şöbəsinin mütəxəssisi (məşğulluq məsələləri üzrə sosial agent) vəzifəsinə təyin olunmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi xx.xx.2024-cü il tarixinədək 1 il 7 ay 2 gün müddətinə bağlanmışdır. Əmək müqaviləsinə əsasən İddiaçı ilə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X17 arasında 24 iyul 2024-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 1 il 1 gün müddətinə bağlanmışdır. **********910 saylı əmək müqaviləsinə əsasən İddiaçı ilə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X17 arasında 03 may 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 6 ay 1 gün müddətinə bağlanmışdır. **********910 saylı əmək müqaviləsinə əsasən İddiaçı ilə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X17 arasında 01 noyabr 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqavilənin 2.3cü bəndinə əsasən əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 1 il 1 gün müddətinə bağlanmışdır. **********910 saylı əmək müqaviləsinə əsasən İddiaçı ilə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X17 arasında 03 may 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi xx.xx.2024-cü il tarixinədək 1 il 6 ay 2 gün müddətinə bağlanmışdır.
45. İşin yuxarıda qeyd edilən hallarından da göründüyü kimi iddiaçı hələ ilk dəfə işə qəbul olunarkən onun 3 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsində mütəxəssis (məşğulluq məsələləri üzrə sosial agent) vəzifəsinə məhz müddətli əmək müqaviləsi ilə işə qəbul edilməsini xahiş etmiş, bundan sonrakı bütün dəyişikliklərdə müddətlə bağlı məqamlar ehtiva olunmuş və iddiaçı buna razılığını bildirmiş, son dəfə müqavilə müddətinin 1 aylıq müəyyən edilməsinə dair xxxxxxx00034 nömrəli sənəd işəgötürən tərəfindən “Əmək və Məşğulluq” altsistemi vasitəsilə iddiaçıya imza üçün təqdim olunmuş, iddiaçı isə öz gücləndirilmiş elektron imzası ilə müqaviləyə dəyişikliyi təsdiq etmişdir.
46. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin İ hissəsinə 28 iyun 2024-cü il tarixli 1195-VİQD nömrəli Qanunla aparılmış dəyişiklərə əsasən həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.
47. Göründüyü kimi, birinci instansiya məhkəməsi əmək müqaviləsindəki dəyişikliklə bağlı işçinin iradə ifadəsinin və razılığının olmamasını bildirsə və bunu işçinin izahatı ilə əsaslandırsa da, iddiaçı onun əmək müqaviləsində edilmiş bütün dəyişiklikləri, xüsusən də müqavilə müddətinin 1 aylıq müəyyən edilməsi ilə bağlı dəyişikliyi öz imzası ilə təsdiq etmiş, bununla bağlı iradə ifadəsini də qanunvericilikdə göstərildiyi qaydada işəgötürənə bildirmişdir. Bu halda işçinin sonradan verilmiş izahatına istinad etmək məntiqi olmamaqla birlikdə qanunvericiliyin tələblərinin də görməzdən gəlinməsi olardı.
48. Həmçinin iddiaçı onun cavabdeh orqanda işə müsabiqə yolu ilə qəbul edilməsinə baxmayaraq onunla əmək münasibətlərinin Əmək Məcəlləsinin 50-ci maddəsinə zidd olaraq aparılmasını bildirmişdir. Buna münasibətdə kollegiya bildirir ki, sözügedən maddənin tələblərinə görə müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir və hazırki işdən göründüyü kimi cavabdeh orqan sözügedən müəssisələr dairəsinə daxil olmamaqla öz daxili qaydalarına əsasən işə götürmə prosesi ilə bağlı qaydaları özü müəyyən etmiş, iddiaçı da həmin qaydalar çərçivəsində müsabiqə deyil, müsahibə mərhələsindən keçərək müddətli əmək müqaviləsi ilə işə başlamışdır. Nəticədə işə qəbul və sonrakı proseslərdə də işəgötürən tərəfindən hər hansı pozuntuya yol verilməmişdir.
49. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə nəzərə alaraq hesab edir ki, “DOST” X3 sədri F.Məmmədovun “İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında” 3-17-7/3-4-4719/2024 saylı, 4 dekabr 2024-cü il tarixli əmri qanunvericilyin tələbinə əsasən qanuni olmuşdur. Buna görə də apellyasiya şikayəti əsaslı hesab edilməklə, qətnamə ləğv edilməli, iddia tələbi isə təmin edilməməlidir.
50. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
51. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 2018/2025 saylı tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev