Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3417/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxslər Bakı Şəhər Baş Səhiyyə İdarəsi Həmkarlar İttifaqı Komitəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidmətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) cəlb edilməklə «iş stajı faktının müəyyən olunması” barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), ğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi Nümayəndə2, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Bakı Şəhər Baş Səhiyyə İdarəsi Həmkarlar İttifaqı Komitəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidmətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə «iş stajı faktının müəyyən olunması” barədə ərizəsi üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-252/2025 nömrəli qətnaməsindən Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi maraqlı şəxs Bakı Şəhər Baş Səhiyyə İdarəsi Həmkarlar İttifaqı Komitəsinə qarşı «iş stajı faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun X4 xx.xx.1991-cü il tarixindən xx.xx.2002-ci il tarixədək işləməyi barədə hüquqi faktm müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3726/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxs Bakı Şəhər Baş Səhiyyə İdarəsi Həmkarlar İttifaqı Komitəsinə qarşı iş stajının müəyyən edilməsi faktına dair mülki iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidməti maraqlı şəxs kimi cəlb edilməsi qərara alınmışdır.
3. Ərizəçi və vəkili və Vəkil xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizəyə dəqiqləşmə tədim edərək, Ərizəçi X4 xx.xx.2002-ci il tarixədək işləməyinə dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-252/2025 nömrəli, 03 fevral 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs kimi cəlb edilməsi qərara alınmışdır.
5. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 tərəfindən xx.xx.2025-ci il tarixdə Ərizəçi "iş stajının müəyyən edilməsi" tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)- 252/2025 nömrəli qətnaməsi ilə (hakim Q.M.Əbilov) ərizə təmin edilmişdir.
Apellyasiya instansiya məhkəməsində icraat
7. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-252/2025 nömrəli qətnaməsində məhkəmənin təşəbbüsü ilə yanlışlığın aradan qaldırılması zərurəti yarandığından mülki işin Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiyini bildirdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxslər Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiklərini bildirdilər.
11. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər maraqlı şəxs X2 Xidmətinə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 384.0. və 384.0.6. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli, 2(103)- 3417/2025 nömrəli qərardad ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-252/2025 nömrəli qətnaməsində yol verilmiş yanlışlığın məhkəmənin təşəbbüsü ilə aradan qaldırılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
14. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli, 2(103)-3417/2025 nömrəli qərardad ləğv edilsin, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-252/2025 nömrəli qətnaməsində yol verilmiş yanlışlığın məhkəmənin təşəbbüsü ilə aradan qaldırılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və iş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: