Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-342/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MKM-ə qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi və qanunsuz zəbt edilmiş torpaq sahələrinin azad edilməsi» tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh tərəfindən iddiaçıya məxsus olan mağazaların sökülərək məhv edilməsi, yerləşdiyi torpaq sahələrinin qanunsuz olaraq zəbt edilməsi nəticəsində dəymiş zərərlə əlaqədar olaraq 300000 manat pul vəsaitinin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus olan, Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahələrinin dərhal azad olunması barədə qətnamə, eyni zamanda cavabdehin əməlində olan cinayət əlamətlərini nəzərə alaraq onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etiraz edərək bildirmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının mülkiyyətində olan mağazalar qanunsuz yox, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhərinin Qaradağ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 22 yanvar 2016-cı il tarixli 8 saylı Qərarına, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 15 avqust 2016-cı il tarixli 89 nömrəli və 18 yanvar 2018-ci il tarixli 03A nömrəli Sərəncamlarına əsasən cavabdeh tərəfindən aparılan tikinti işləri zamanı sökülmüşdür. Həmin mağazalar 1950 və 1960-cı illərdə inşa olunmaqla qəzalı vəziyyətdə olmuş və şəhərin ümumi görünüşünə xələl gətirmişdir. Ərazidə tikinti işləri başlayan dövrdə orada məcburi köçkün ailəsi yaşamış, cavabdeh müəssisə həmin məcburi köçkün ailəsini kirayə mənzillə təmin etmiş və mənzili öz vəsaiti hesabına təmir etmişdir. Tikinti başlayandan bir neçə ay sonra iddiaçı mağazaların ona məxsus olduğunu bildirmiş və ona kompensasiya ödənilməsini tələb etmişdir. Tərəflər arasında sökülmüş obyektlərə görə kompensasiyanın ödənilməsi barədə danışıqlar aparılmış, lakin cavabdehin adekvat kompensasiya ilə bağlı təklifləri qəbul edilmədiyindən, mübahisənin həlli mümkün olmamışdır. Cavabdeh müəssisə sökülmüş mağazaların bazar dəyəri ilə bağlı müstəqil qiymətləndiricidən rəy almış və mağazalardan birinin dəyərinin 32000 manat, digərinin dəyərinin isə 27000 manat olması müəyyən edilmişdir. Beləliklə, iddiaçının mülkiyyətində olmuş əmlakın bazar dəyəri cəmi 59000 manatdır. İddiaçı ona 300000 manat məbləğində ziyan dəyməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, sökülmüş mağazalar 1950 və 1960-cı illərdə inşa olunmaqla qəzalı vəziyyətdə olmuş, mağazalardan biri iddiaçı tərəfindən 2012-ci ildə alqısatqı müqaviləsi əsasında 20000 manata alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı məxsus mağazaların sökülməsi ilə əlaqədar dəymiş zərərə görə Cavabdehndən 97500 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəməninn Mülki Kollegiyasının 29 yanvar 2020-ci il tarixli qərarına əsasən, İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. Apelyasiya şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə tərəfindən maddi və prossesual hüquq normaları pozulmaqla qətnamə qəbul edilmişdir. İctimai ehtiyaclar üçün isə mülkiyyətin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən irəli gələn tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən qeyd edilənlər nəzərə alınmayaraq əsassız və qeyri-qanuni qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apelyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış, notarial qaydada təsdiq edilmiş 03.04.2010-cu il tarixli ərizənin surətinə əsasən, o, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 5/1 saylı mağazanın müdiri vəzifəsində işləmişdir, həmin qeyri-yaşayış sahəsində Laçın rayonundan məcburi köçkün ailəsi müvəqqəti məskunlaşmışdır. Həmin mağazanı özəlləşdirmək istəyir və həmin məcburi köçkünlər başqa yerdə daimi məskunlaşana qədər onların oradan çıxarılmasını tələb etməyəcəkdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətinə əsasən, 16.10.2010-cu il tarixdə ünvan 1 ünvanında ümumi sahəsi 71.3 kv.m, torpaq sahəsi 0.00819 ha olan qeyri-yaşayış binası (5/1 saylı çörək mağazası) xüsusi mülkiyyət üzrə İddiaçı mülkiyyətində olması barədə qeydiyyat aparılmışdır. RX seriyalı, ******* saylı çıxarışın surətinə əsasn, 17.01.2013-cu il trixdə qeyd olunan ünvanda ümumi sahəsi 62.3 kv.m, torpaq sahəsi 0.00651 ha olan qeyri-yaşayış binası (5/1 saylı mağaza) xüsusi mülkiyyət üzrə İddiaçı mülkiyyətində olması barədə qeydiyyat aparılmışdır. AN-İ ******* saylı, 30.11.2012-ci il tarixli alqı-satqı müqaviləsinin surətinə əsasən, X5 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 62.3 kv.m olan qeyri-yaşayış sahəsini (5/1 saylı mağaza) və mülkiyyətində olan 0.00651 ha torpaq sahəsini İddiaçı 20000 manat müqabilində satmışdır. QİH-nin Başçısının 15.08.2016-cı il tarixli, 89 nömrəli Sərəncamının surətinə əsasən, Nazirlər Kabinetinin 8 saylı, 22 yanvar 2016-cı il tarixli “Bakı şəhərinin Qaradağ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə QİH-yə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının tikintisi üçün söküləcək yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Bu məqsədlə yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanması məqsədi ilə qəza vəziyyətində olan binaların sakinlərinin qarışılıqlı razılaşma əsasında yeni mənzillə təmir edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsi, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq qəzalı binaların sökülməsi Cavabdehnə həvalə edilmişdir. Həmçinin, yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə Lökbatan qəsəbəsi, 28 may və D.Bünyadzadə küçələrinin kəsişməsində 1.91 ha torpaq sahəsi “xxxx” X4 verilmiş, habelə ayrılmış torpaq sahələrinə Cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsinə sərəncam verilmişdir. QİH-nin Sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Komissiyanın 30.08.2016-cı il tarixli Aktının surətinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, 28 may, D.Bünyadzadə küçələrinin kəsişməsində ayrılmış 1.91 ha torpaq sahəsində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, mövcud şəhərsalma normalarına cavab verməyən, yaşayış üçün yararsız, XİX əsrin sonları, ötən əsrin əvvəllərində tikilmiş, qamış və taxta konstruksiyalardan ibarət 2 mərtəbəli, 12 ədəd yaşayış və qeyri-yaşayış obyektlərinə baxış keçirilmiş, həmin obyektlərin sökülməsi və yenidən qurulması məqsədilə ərazi hissələrinin müfəssəl baş planının, şəhərsalma əsaslandırması layihəsinin layihəçi tərəfindən hazırlanaraq razılaşdırılmaq üçün QİH-yə təqdim edilməsi qərara alınmışdır. QHİ-nin Başçısının 18.01.2018-ci il tarixli, 03A nömrəli Sərəncamına əsasən, Nazirlər Kabinetinin 8 saylı, 22.01.2016-cı il tarixli Qərarına əsasən, Lökbatan qəsəbəsində çoxmənzilli yaşayış binalarının tikintisinə icazə verilməsi barədə “xxxx” X3 müraciətini və Nazirlər Kabinetinin 22.01.2016-cı il tarixli, 8 saylı Qərarını nəzərə alaraq Cavabdehnə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may və D.Bünyadzadə küçələrinin kəsişməsində 2 mərtəbəli yaşayış binalarının sökülərək 2 bloklu H və 1 bloklu G9+1 mansardı olan yaşayış binalarının tikintisinə icazə verilmişdir. 22.01.2018-ci il tarixli, tikinti işlərinə hazırlıq üçün əsas olan Xüsusi Nişanın surətindən görünür ki, 1. tikinti obyektinin sifarişçisi- Cavabdeh MKM; 2. obyektin ünvanı – ünvan 4; 3. obyektin təyinatı – yaşayış evlərinin (9+1 mans.) tikintisi; 4. tikintiyə icazə verən icra hakimiyyəti orqanının adı, müvafiq sərəncamının nömrə və tarixi – Qaradağ rayon İcra Hakimiyyəti başçısının 03a nömrəli, 18.01.2018-ci il tarixli sərəncamı; 5. tikinti layihəsinin memarlıq və planlaşdırma bölməsinin razılaşdırılması haqqında – Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 28.10.2016-cı il tarixli, 5/703 nömrəli məktubu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirilyinin 37/36-02736 nömrəli məktubu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 26.10.2016-cı il tarixli, 15/3920 nömrəli məktubu; 6. tikintinin layihəçisi – Arch Group “xxxx” MMC; 7. Tikintinin layihəsi üzrə dövlət ekspertiza orqanının mübət rəyi – FHN TTNDA təsisatdan kənar Dövlət Ekspertiza Baş İdarəsinin 09.01.2018ci il tarixli, 24725 nömrəli rəyi tikinti işlərinə hazırlıq üçün əsas olmuşdur. “xxxx” MMC-nin 18.03.2019-cu il tarixli, 155/E nömrəli ekspert rəyindən görünür ki, ekspertiza qarşısında qeyd olunan ünvandakı binaların 01.09.2017-ci il tarixinə olan bazar dəyərinin müəyyən edilməsi barədə suallar qoyulmuş, ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan 71.3 kv.m ümumi sahədən ibarət olan qeyri yaşayış binasının 2017-ci ilin sentyabr ayına olan bazar qiyməti 52000 manat, ünvan 5 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan 62.3 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının 2017-ci il sentyabr ayına olan bazar qiyməti 45500 manat, ümumilikdə 97500 manat müəyyən edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının mövqeyinə əsasən, əvvəlki qiymətləndirmələr əmlakın hazırkı bazar dəyərini əks etdirməməklə iddiaçıya dəymiş ziyanın məbləğinin azaldılmasına səbəb olur. Məhkəmə Kolllegiyası Ali Məhkəmənin mövqeyi ilə razılaşaraq, iş üzrə təkrar ekspertiza keçirilməsini zəruri hesab etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 17.06.2020-ci il tarixli qərarı əsasında “xxxx” MMCyə həvalə edilməklə məhkəmə-əmtəəşünaslıq ekspertiza keçirilmişdir. “xxxx” MMC-nin 10.10.2020-ci il tarixli PR/M-19/2020 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 5B ünvanında yerləşən, ümumi sahəsi 62.3 kv.m olan qeyri-yaşayış sahəsini (5/1 saylı mağaza) və mülkiyyətində olan 0.00651 ha torpaq sahəsini hazırki bazar dəyəri 26000 manat, ünvan 1 ünvanında yerləşən, mülkiyyətində olan 0,00819 ha torpaq sahəsində ümumi sahəsi 71.3 kv.m olan qeyri yaşayış binasının hazırki bazar dəyəri 29000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyləri arasıda olan kəskin qiymətlindirmə fərqinin aradan qaldırılması məqsədilə təkrarən məhkəmənin 10.02.2021-ci il tarixli qərarı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “xxxx” MMC-nin 15.03.2021-ci tarixli 24-086/21 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 5B ünvanında yerləşən, ümumi sahəsi 62.3 kv.m olan qeyri-yaşayış sahəsini (5/1 saylı mağaza) və mülkiyyətində olan 0.00651 ha torpaq sahəsini hazırki bazar dəyəri 30200 manat, ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan 71.3 kv.m ümumi sahədən ibarət olan qeyri yaşayış binasının hazırki bazar dəyəri 35400 manat müəyyən edilmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə sifarəşi əsasında keçirilən, Əmlak Ekspertiza Mərkəzi -tərəfindən verilən 09.02.2021-ci il tarixli ƏEM/F 47-129/21 saylı arayışa əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 62.3 kv.m olan qeyri-yaşayış sahəsini (5/1 saylı mağaza) və mülkiyyətində olan 0.00651 ha torpaq sahəsini hazırki bazar dəyəri 23000-25000 manat, ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan 71.3 kv.m ümumi sahədən ibarət olan qeyri yaşayış binasının hazırki bazar dəyəri 26000-28000 manat müəyyən edilmişdir. İddiaçı vəkili Vəkil şifarisi əsasında, “Legal Prime” ekspertize mərkəzi tərəfindən keçirilən, 26.01.2021-ci il tarixli LP-008/21 saylı ekspertiza rəyinə əsasasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 5B ünvanında yerləşən, ümumi sahəsi 62.3 kv.m olan qeyri-yaşayış sahəsini (5/1 saylı mağaza) və mülkiyyətində olan 0.00651 ha torpaq sahəsini hazırki bazar dəyəri 84000 manat,ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan 71.3 kv.m ümumi sahədən ibarət olan qeyri yaşayış binasının hazırki bazar dəyəri 96200 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, mağazaların sökülməsi ilə əlaqədar törədilən özbaşınalıq nəticəsində iddiaçının hüquqlarının pozulması bu gün də davam etdiyindən iddiaçıya əmlakın hazırkı bazar dəyərinə uyğun ədalətli kompensasiya ödənilməklə onun pozulmuş hüquqları bərpa edilməlidir. Cavadehin hüquqa zidd hərəkəti mülkiyyətin tam itirilməsi ilə nəticələndiyindən belə vəziyyətdə iddiaçıya dəymiş ziyanın yalnız əmlakın dəyərinin ödənilməsi ilə bərpa olunmasına və bu zaman qiymətin mütəxəssis rəyində qeyd olunduğu kimi azaldılmaqla hesablanmasına pozulmuş hüquqların ədalətli bərpası mümkün deyil. Məhkəmə Kollegiyası Ali Məhkəmənin göstərişinə əsasən keçirilən 10.10.2020-ci il tarixli ,15.03.2021-ci tarixli ekspertizaların nəticələrinə və iddiaçının təqdim etdiyi 26.01.2021-ci il tarixli ekspert rəyinə və cavadehin təqdim etdiyi 09.02.2021-ci il tarixli arayışa əsasən qeyd olunan məbləğlərə münasibətdə qeyd edir ki, ekspertiza rəylərində qeyd olunan məblələğlər iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi baxımından ədalətli kompensasiya üçün yetərli deyil. Odur ki, ədalətli kompensasiya ödənilməklə iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi üçün “xxxx” MMC-nin 18.03.2019-cu il tarixli ekspert rəyi əsas götürülməlidir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Odur ki, Kollegiya, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-74/2019 saylı iş üzrə 18 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-342/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-342/2021
28.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver