Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3425/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3425/2023 (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X9 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, maraqlarına toxunan şəxs X6 nümayəndəsi-vəkili Vəkil Rüfət oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-896/2018 saylı 29 yanvar 2018-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayətinə 21 iyun 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin şərtlərinə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv.m olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 588.000 manat təşkil edir. Qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən Cavabdeh MTK-ya tam şəkildə ödənilmiş və bu barədə xx.xx.2008-ci il tarixli maliyyə arayışı tərtib olunmuşdur.
2. Cavabdeh MTK ilə alıcı X13 arasında bağlanmışxx.xx.2010-cu il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 138.000 manat təşkil edir. X10 qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənildiyinə dair Cavabdeh MTK tərəfindən xx.xx.2010-cu il tarixli maliyyə arayışı verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 420,0 kv.m olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK-nın ünvan 2 ünvanda inşa ediləcək çoxmərtəbəli yaşayış binasından qeyri-yaşayış sahəsi almaq məqsədilə xx.xx.2008-ci il tarixdə aralarında bağlanmış qeyri-yaşayış sahəsinin tikintisinə dair müqaviləyə əsasən cavabdeh binanın 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 420,0 kv.m. olan qeyri-yaşayış sahəsini ona verməyi öhdəsinə götürmüşdür. Qeyriyaşayış sahəsinin müəyyən edilmiş ümumi dəyəri 588.000 manat tərəfindən ödənildikdən sonra ona "xxxx" MTK tərəfindən xx.xx.2008-ci il tarixli maliyyə arayışı verilmişdir. Müqavilə bağlanarkən üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Dəfələrlə tikinti rəhbərlərinə müraciət edərək üzərlərinə düşən öhdəliyi vaxtında yerinə yetirməyi tələb etdikdə, hər dəfə tikintidə yaranmış çətinliklərlə bağlı vaxtın uzadılmasını xahiş etmişdirlər. Cavabdeh müxtəlif bəhanələrlə üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırır. Belə olan halda həmin qeyri-yaşayış sahəsinə olan hüquqlarını həyata keçirə bilmir. Həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi haqqında tələbləri cavabdeh tərəfindən yerinə yetirilməmiş qalmışdır. Həmçinin MTK ilə aparılar danışıqlar heç bir nəticə verməmişdir. Qeyri-yaşayış sahəsi ona təhvil verilmədiyinə görə məhkəməyə müraciət edəcəyini bildirsə də, cavabdeh bundan heç bir nəticə çıxartmayaraq onun qanunla qorunan hüquqlarını pozmaqda davam etmişd
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-896/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) iddia təmin edilmiş, cavabdehin ünvan 3 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv.m olan qeyri-yaşayış sahəsinin sahiblik və istifadə etmək məqsədi ilə İddiaçı təhvil verilməsi Cavabdeh MTK-ya həvalə edilmiş, iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MTK-dan alınıb İddiaçı verilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin məhkəmədə araşdırılmış halları əsasında İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən cavabdehin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420.0 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürməsi, müqavilənin şərtlərinə uyğun olaraq qeyri-yaşayış sahəsinin dəyərinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi, lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi təsdiq edildiyindən iddia tələbi təmin edilərək həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi Cavabdeh MTK-ya həvalə edilməlidir. 8.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 385, 425, 442, 448, 646.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan X13 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsinin ləğv olunaraq iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kənan Quluzadə ilə "xxxx" MTK arasında 20 dekabr 2010-cu il tarixdə bağlanmış "yaşayış binasında mənzil tikintisi haqqında" müqaviləyə əsasən Baki şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində inşa edilmiş binanın 1-ci girişi, 1-ci mərtəbəsində yerləşən 115.0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi ona satılmışdır. Qeyri-yaşayış sahəsinin müəyyən edilmiş 138.000 manat dəyəri tam ödənilmiş, bu barədə 20 dekabr 2010-cu il tarixli maliyyə arayışı verilmişdir. Binanın inşası tamamlandıqdan sonra Cavabdeh MTK həmin qeyri-yaşayış sahəsini Kənan Quluzadəyə təhvil vermiş və artıq həmin qeyriyaşayış sahəsi onun sahiblik və istifadəsindədir. Bu yaxınlarda məlum olmuşdur ki, ona məxsus olan qeyri-yaşayış sahəsinin heç vaxt görmədiyi İddiaçı verilməsi barədə qətnamə qəbul olunmuşdur. İddiaçı mübahisə edilən qeyriyaşayış sahəsini hazırkı vaxta kimi istifadə etməmiş, həmin qeyri-yaşayış sahəsi 2010-ci il tarixdən onun istifadəsində olmuş və qeyriyaşayış sahəsinə dair iddiaçı 2010-cu il tarixdən bəri hər hansı bir hərəkət etməmişdir. Bu səbəbdən iddiaçının adına verilmiş 15 noyabr 2008-ci il tarixli müqavilənin saxta olması qənaətinə gəlmək olur. Bundan əlavə, həmin müqavilədə olan MTK-nın sədrinin imzası da saxtadır
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-214/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Rəfael Eyvazov və Ziya Şirinov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, qətnamədə ifadə edilmiş “1-ci giriş” hissəsi ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilsə də, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara tam uyğun gəlmədiyindən dəqiq olmayan nəticə hasil olunmuşdur. Belə ki, iddiaçı ilə yaranmış münasibətlərin Mülki Məcəlllənin 178.8-ci maddəsinə edilmiş dəyişiklərdən öncə yaranması bu müddəanın əski məğzinin tətbiqini ehtiva edir, burada isə qeyd edilirdi ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu mənada, kooperativin sübutlar təqdim etməməsi və mübahisənin mahiyyətinə dair mövqeyini nümayiş etdirməməsi məhkəmənin faktiki əsaslarla müəyyən edilən mövcud qənaətini tam təsdiq edə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlardan qismən səhv nəticəyə gələrək iddiaçının müqaviləsində “1-ci giriş” ifadəsi olmayan məzmunu qətnamənin nəticə hissəsində qeyd etmişdir. Qeyd edilməlidir ki, müqavilələrin hər ikisinin qüvvədə olduğu və mübahisələndirilmədiyi (tələb olmadığı) prosessual vəziyyətdə onların etibarsizlığı ilə bağlı dəlillərin müzakirəsi yolverilməzdir. Hər iki müqavilə üzrə müxtəlif sahələrin verilməsini birinci mərtəbədə öhdəsinə götürmüş MTK mülki məsuliyyət daşıyır və müqavilə ilə yerləşməsi dəqiq müəyyən edilməyən sahələrlə təmin etmək və ya müqavilədən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi də məhz MTK-ya mənsubdur. Müqavilədə qeyd edilmiş ünvanla tələbdə və qətnamədə göstərilən binanın yerləşdiyi ünvanın fərqli olması ekspertiza rəyləri və digər iş materialları ilə inkar edilməyərək iş üzrə mübahisələndirilmədiyindən bu hissədə araşdırmanın aparılmasına prosessual zərurət mövcud deyildir. Qeyd edilməlidir ki, iddiaçının müqavilə üzrə hüquqlarının təsdiq edilməsini tələb etməsi məhz onun məmnunluğunun təmin edilməsinə xidmət edən vəzifələrin cavabdeh tərəfindən həyata keçirilməsinə yönəlsə də, digər maraqlarına toxunan şəxslərin hüquqlarının məhdudlaşması istisna edilməlidir. Bu mənada hazırki mübahisə üzrə münasibətlərin bütün iştirakçıları arasında razılığın - mülki dövriyyədə olan əmlakın və ona dair hüquqların təmin edilməsi cavabdehin vəzifəsidir. Bu mənada apellyasiya şikayətinin tam təmin və iddianın rədd edilməsi üçün əsaslar mövcud deyildir. Bununla bərabər, ekspertiza tədqiqatı və yerində müayinə zamanı sahələrin faktiki olaraq üst-üstə düşdüyü və şikayət verənin maraqlarına toxunması, iddiaçının təqdim etdiyi ekspert rəyi ilə isə ona verilmiş sahənin ölçüsü ilə mübahisə edilən sahənin uyğunsuzluğu müəyyən edilir. Ona gorə cavabdehin müqavilə öhdəliyi üzrə vəzifələri nəzərə alınaraq iddiaçının hüquqları təmin edilməli, lakin müqavilədə əks edilməyən “1-ci giriş” ifadəsi hissəsi çıxılmaqla qətnamə dəyişdirilməlidir. Belə ki, iddiaçının sahibliyinə verilməli olan sahənin məhz burada yerləşməsi hər hansı hüquqi sənəd və ekspert rəyləri ilə sübuta yetirilmir
Kassasiya instansiya məhkəməsində birinci icraat
12. İddiaçı və Cavabdeh MTK kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5690/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) İddiaçı və Cavabdeh MTKnın kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli, 2(103)-214/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, iş yenidən baxılması üçün göndərilmişdir.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 2(103)-1861/2022 saylı qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) maraqlarına toxunulan şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-896/2018 saylı, 29 yanvar 2018-ci il tarixli qətnaməsi qismən - bu qətnamə ilə maraqlarına toxunan şəxs X13 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2010-cu il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən ona təhvil verilmiş 115,0 kv.m. qeyri-yaşayış sahəsi ilə üstüstə düşən hissəyə münasibətdə ləğv edilmiş, həmin hissədə iddianın təmin edilməməsi, qətnamənin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 14.1, 14.2, 14.2.1, 157.2, 157.4, 178.8, 324.1, 324.2, 389.1, 386.1, 385.1, 442, 452.1-ci, MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat
16. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 03 aprel 2023-cü il tarixli 2(102)-1478/2023 saylı qərarı ilə (hakimlər Zəki Babayev (sədrlik edən və məruzəçi),, Əhməd Nurməmmədov və Abiddin Hüseynov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1861/2022 saylı, 10 noyabr 2022-ci tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
18. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...Apellyasiya instansiyası məhkəməsi isə, qətnamə maraqlarına toxunulan şəxsin apellyasiya şikayətinə əsasən işə baxaraq birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni qismən ləğv etməklə iddianı qismən rədd edərkən, iddiaçının cavabdehdən təhvil verilməsini tələb etdiyi mübahisəli 420,0 kv.m. qeyri-yaşayış sahəsinin 115,0 kv.m. hissəsinin qətnamə ilə maraqlarına toxunan şəxs X13 ilə Cavabdeh MTK arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən real olaraq Kənan Quluzadəyə təhvil verilməsini və onun faktiki istifadəsində olduğunu, həmin sahənin müqavilə üzrə pay dəyərinin Kənan Quluzadə tərəfindən tam ödənilməsini qeyd etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Halbuki iş materiallarında 115,0 kv.m. hissənin qətnamə maraqlarına toxunan şəxs X10 real olaraq təhvil verilməsi barədə hər hansı sübut mövcud deyildir və apellyasiya instansiyası məhkəməsi də gəldiyi həmin nəticə ilə bağlı konkret sübuta istinad etməmişdir. Eyni zamanda, qətnamə maraqlarına toxunan şəxs Kənan Quluzadəyə ayrılmış qeyri-yaşayış sahəsinə dair ayrıc aktı və ya plan-sxemin mülki iş materiallarına əlavə edilmədiyindən, həmin qeyri-yaşayış sahəsinin sərhədlərini dəqiqliklə müəyyən etməyin mümkün olmaması, apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli 10/582 saylı ekspert rəyi ilə də təsdiqini tapmışdır. Eyni zamanda iş materialları ilə cavabdeh tərəfindən iddiaçıya 420,0 kv.m. qeyriyaşayış sahəsinə görə eskiz sxem verildiyi müəyyən edilsə də, qətnamə maraqlarına toxunan şəxsə belə bir sənədin təqdim edilməsi təsdiqini tapmır. Həmçinin apellyasiya instansiya məhkəməsi işə baxarkən, iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanan zaman MTK-da icraçı direktor vəzifəsində işləmiş X7 apellyasiya məhkəməsinin əvvəlki iclasında şahid qismində verdiyi ifadəsinə, xx.xx.2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən həyata keçirilən yerində müayinə zamanı işin müəyyən edilmiş hallarına hər hansı hüquqi qiymət verməmiş, cavabdehin nümayəndəsinin məhkəmə iclasında mövqeyini aydınlaşdırmamışdır. Halbuki cavabdehin nümayəndəsi bundan əvvəlki apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa iddiaçı tərəfindən hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra verilmiş icra sənədinə əsasən Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən tələb olunan sahənin iddiaçıya təhvil verilməsi barədə tərtib edilmiş aktın kserosurəti apellyasiya instansiya məhkəməsinə təqdim edilsə də, məhkəmə tərəfindən həmin icra işinin materialları tələb edilib öyrənilməmiş və hüquqi qiymət verilməmişdir. İddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin 420.kv.metrini qətnamə maraqlarına toxunan şəxs Kənan Quluzadədən daha əvvəl əldə etməsi, bununla da öhdəliyin iddiaçının xeyrinə daha əvvəl əmələ gəlməsi və onun daha əvvəl iddia irəli sürməsi şübhə dogurmadığından, həmçinin qeyd olunan hal müqavilənin digər tərəfi olan cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, hazırki mübahisə üzrə 15 noyabr 2008ci il tarixdə bağlanmış müqavilə daha üstün hüquqi qüvvəyə malikdir. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad edərək 115,0 kv.m. hissənin qətnamə ilə maraqlarına toxunan şəxs X10 real olaraq təhvil verilməsi barədə gəldiyi nəticə tam və əsaslı deyildir.. İddiaçı ona ayrılan sahənin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 420,0 kv.m. olan qeyri-yaşayış sahəsi olduğunu bildirir. Lakin bundan əvvəl də Bakı Apellyasiya Məhkəməsində baxılmış başqa mülki işdə mübahisələndirilən həmin sahədən digət şəxslərə də qeyri-yaşayış sahəsinin satılması halları müəyyən edilmişdir. Odur ki, işə yenidən baxılarkən apellyasiya instansiya məhkəməsi müxtəlif iddiaçılar və hazırki cavabdeh arasında eyni sahə ilə bağlı mövcud olmuş mübahisələrə dair məhkəmə qərarlarını öyrənməli, həmin işlərin birləşdirilərək eyni icraatda baxılmasının mümkünlüyü məsələsini müzakirə etməlidir...”
Proses iştirakçılarının izahatı
19. Təkrar apellyasiya baxışında iştirak edən maraqlarına toxunan şəxs X6 nümayəndəsi və vəkili Vəkil Rüfət oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
20. Təkrar apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
21. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh MTK məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin üçüncü şəxs qismində cəlb edilmiş X12 məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
23. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
26. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ, 158.1.2. əmlakdan istifadə hüququ, 158.1.3. servitutlar.
27. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
28. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
29. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918- VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).
30. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
31. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
35. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
38. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
45. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
47. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilir ki, İddiaçılə Cavabdeh MTK arasında xx.xx.2008-ci il tarixli müqavilə bağlanmışdır. Bu müqavilə “yaşayış binasında mənzil tikintisi haqqında” tərtib edilsə də, əslində Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ünvanında tikilməkdə olan yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv.m olan qeyri-yaşayış sahəsi (market) ilə bağlı olmuşdur. Müqavilənin şərtlərinə əsasən MTK həmin qeyri-yaşayış sahəsini alıcıya təhvil verməyi, alıcı həmin qeyri-yaşayış sahəsini qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən müqaviləyə əsasən mənzilin dəyərini təşkil edən 588.000 manat pulu Cavabdeh MTK-ya tam şəkildə ödənilmiş və bu barədə xx.xx.2008-ci il tarixli maliyyə arayışı tərtib olunmuşdur.
49. Həmçinin, müəyyən edilir ki, Cavabdeh MTK ilə hazırkı qətnamə ilə maraqlarına toxunan şəxs X13 arasında bağlanmış xx.xx.2010-cu il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verməyi, alıcı həmin qeyri-yaşayış sahəsini qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən 138.000 manat pul X13 tərəfindən tam olaraq Cavabdeh MTK-ya ödənilmiş və bu barədə xx.xx.2010-cu il tarixli maliyyə arayışı verilmişdir.
50. X17 qeyd edilən 115,00 kv.m qeyri yaşayış sahəsinin MTK tərəfindən ona təhvil verildiyini, həmin sahənin onun faktiki istifadəsində olduğunu, həmin sahəyə onun təşəbbüsü ilə öz adına qeydə alınmış su sayğacı da quraşdırıldığını bildirir.
51. İş üzrə birinci apellyasiya baxışı zamanı mübahisəli ərazinin məhkəmə heyəti tərəfindən yerində müayinəsi zamanı 1-ci blokun girişində liftlərlə üzbəüz qapıdan daxil olmaqla, 115 kv.m sahənin qətnamə ilə maraqlarına toxunan şəxs Kənan Quluzadənin istifadəsində olması, həmin sahənin açarlarının onda olması müəyyən edilmişdir. Həmin sahənin Kənan Quluzadənin istifadəsində olmasını yerində müayinə zamanı özünü həmin ərazidə qeyri-rəsmi komendant işləyən şəxs kimi təqdim etmiş və şahid qismində ifadə vermiş X8 da təsdiq etmişdir.
52. Həm iddiaçı, həm də cavabdehin nümayəndəsi məhkəmə iclasında verdikləri izahatlarında müqavilə ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qətnamə ilə maraqlarına toxunan şəxs Quluzadə Kənanın mülkiyyətinə verilmiş 115 kv.m sahəni də əhatə etməklə, 1-ci blokda yerləşdiyini qeyd edirlər.
53. Bu halın müəyyən edilməsi məqsədi ilə birinci apellyasiya baxışı zamanı məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş, xx.xx.2021-ci il tarixli 10/1938 saylı ekspert rəyində İddiaçı xx.xx.2008-ci il tarixli müqavilə əsasında ayrılmış qeyri-yaşayış sahəsinin sərhədlərinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Həmin rəylə tədqiq edilən qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Kənan Quluzadəyə ayrılmış 115,00 kv.m sahəyə uyğun olduğu müəyyən edilmişdir.
54. Eyni zamanda, İddiaçı özünün təşəbbüsü ilə X3 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 153 saylı rəylə MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən binanın 1-ci mərtəbəsində yerləşən 420 kv.m qeyri-yaşayış sahəsinin planda, “Bərpa-Tikinti MMC tərəfindən 2007-ci ildə tərtib edilmiş eskiz layihəsi üzrə Marketin bir hissəsində, 9,10-13 rəqəm oxları ilə C1 -F hərf oxları arasında yerləşməsi müəyyən edilmişdir. Bu rəylə həmçinin müəyyən edilmişdir ki, tikilməkdə olan binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin eskiz layihəsi üzrə planda yerləşməsinə görə ümumi sahəsi xx.xx.2008-ci il tarixli müqavilədə nəzərdə tutulmuş sahədən azdır. Həmin sahənin az olmasına səbəb kimi isə qeyri-yaşayış sahəsinin bəzi hissələrinin arakəsmələr vasitəsilə hörülərək qapalı vəziyyətə salınması göstərilmişdir.
55. İkinci apellyasiya baxışı zamanı əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, AR Ədliyyə Nazirliyi MEM tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli 10/582 saylı ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan sxemə əsasən İddiaçı ayrılmış sahənin eskiz layihəsi üzrə C1 -F oxları və 9/10-13 oxları arasında yerləşməklə, arxa və yan sarhədlərinin binanın fasad divarları boyunca verildiyi, giriş hissədəki sərhəd divarının isə birbaşa lift şaxtasının qapıları olan divara bitişik verildiyi qeyd olunmuşdur (sxem əlavə olunur). Qeyd olunur ki, faktiki vəziyyətdə C1 oxu üzrə 10-13 oxları arasında, həmçinin binanın eskiz layihəsində və faktiki vəziyyətdə D oxu üzrə 9/10-13 oxları arasında bütöv divar olduğu, eləcə də lift şaxtasının qarşı hissəsinin liftlərə giriş-çıxış məqsədilə açıq vəziyyətdə olduğu müəyyən edilmişdir. X10 ayrılmış qeyri-yaşayış sahəsinə dair ayrıc aktı və ya plan-sxem mülki iş materiallarına əlavə edilmədiyindən, həmin qeyri-yaşayış sahəsinin sərhədlərini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Lakin ilkin baxış zamanı mübahisəli qeyri-yaşayış obyektinin ümumi sahəsininCavabdeh MTK ilə X13 arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədə göstərilən 115,00 kv.m (10,9x10,55 metr) sahəyə uyğun olduğu, hazırkı vəziyyətdə isə mübahisəli sahə genişləndirildiyindən, həmin sahənin X10 ayrılmış sahədən 19,0 kv.m çox olduğu müəyyən edilmişdir. Mülki iş materiallarının 96-cı vərəqindəki sxemdə göstərilən qeyri-yaşayış sahəsinin İddiaçı ayrıldığını və mübahisəli qeyri-yaşayış obyektinin ilkin vəziyyətdəki ümumi sahəsinin Cavabdeh MTK ilə X13 arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədə göstərilən 115,00 kv.m (10,9x10,55 metr) sahəyə uyğun olduğunu nəzərə aldıqda, həmin qeyri-yaşayış sahələrinin 115,0 kv.m hissəsinin üst-üstə düşdüyü müəyyən edilir. Tədqiq olunan obyektin kimin istifadəsində olmasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir.
56. Məhkəmə iclasında şahid qismində dindirilən X14 bildirmişdir ki, 2005-ci ildən Cavabdeh MTK-da rəsmi şəkildə işləmişdir. İddiaçı qeyri-yaşayış sahəsi almaq istədiyini bildirmiş, mübahisə edilən əmlakı təxmini 2008-ci ildə almış və ona təhvil verilmişdir. İddiaçı tərəfindən həmin sahədə hər hansı bir təmir tikinti işləri aparılmamışdır. Həmçinin qeyd etmişdir ki, Səlimova Günay və Quluzadə Kənana satılan yerlərin cizgiləri, planları olmamışdır və onlara əmlakın kimin satdığını da bilmir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, Kənan Quluzadəyə ayrılmış qeyri-yaşayış sahəsinə dair ayrıc aktı və ya plan-sxemin olmaması, yəni həmin qeyri-yaşayış sahəsinin sərhədlərini dəqiqliklə müəyyən etməyin mümkün olmaması, apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli 10/582 saylı ekspert rəyi ilə də təsdiqini tapmışdır.
58. Həmçinin, iş materiallarında 115,0 kv.m. hissənin X10 real olaraq təhvil verilməsi barədə hər hansı sübut mövcud deyildir.
59. Daha sonra, iş materiallarından müəyyən olunur ki, hazırki iş üzrə Cavabdeh MTK birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Hətta, birinci apellyasiya baxışında qətnamə dəyişdirilərkən Cavabdeh MTK kassasiya şikayəti verərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
61. Kollegiya həmçinin hesab edir ki, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin 420.kv.metrini qətnamə ilə maraqlarına toxunan şəxs Kənan Quluzadədən daha əvvəl əldə etməsi, bununla da öhdəliyin iddiaçının xeyrinə daha əvvəl əmələ gəlməsi və onun daha əvvəl iddia irəli sürməsi şübhə dogurmadığından, həmçinin qeyd olunan hal müqavilənin digər tərəfi olan cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, hazırki mübahisə üzrə 15 noyabr 2008-ci il tarixdə bağlanmış müqavilə daha üstün hüquqi qüvvəyə malikdir.
62. Bundan başqa məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş materiallardan görünür ki, hazırki iş üzrə qəbul edilmiş qətnamə əsasında verilmiş icra vərəqəsi artıq icra olunmuş və 420.0 kv. metr qeyri-yaşayış sahəsi artıq iddiaçıya təhvil verilmişdir.
63. Bundan başqa iddiaçı ona ayrılan sahənin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 420,0 kv.m. olan qeyri-yaşayış sahəsi olduğunu bildirir.
64. Həmçinin, Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş materiallardan görünür ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3338/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK-nın üzərinə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK tərəfindən inşa edilmiş, 16 mərtəbəli, 4 bloklu, binanın 1-ci girişin, pilləkənin sol tərəfindən daxili hissədə yerləşən, ümumi sahəsi 50 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçı X2 istifadəsinə təhvil verilməsi öhdəliyi qoyulması qət edilmiş və həmin qətnamə artıq icra edilmişdir. Lakin müəyyən olunur ki, G.Səlimovaya ayrılmış sahənin də plan-sxemi mövcud deyil.
65. X1 iş üzrə üçüncü şəxs qismində işə cəlb etmiş və məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir.
66. Həmçinin, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə müvafiq olaraq X11 və X5 iş üzrə üçüncü şəxs qismində işə cəlb etməsə də, kollegiya bu halı prosessual pozuntu kimi qiymətləndirmir, çünki bu hal işə baxan birinci instansiya məhkəməsinə məlum olmamışdır.
67. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
68. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
69. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
70. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
71. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-896/2018 saylı iş üzrə 29 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova