Məhkəmə qərarları › İş №2(103)-3425/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3425/2025

29.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3425/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İnqlab oğlunun cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı mülki iş üzrə (açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İnqlab oğlunun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı İnqlab oğlunun cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-1669/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə İddiaçı arasında bağlanan 25 sentyabr 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi Respublika Reabilitasiya Mərkəzinin Texniki şöbəsinin qazanxana operatoru vəzifəsinə müvəqqəti təyin edilmiş, işçinin xx.xx.2020-ci il tarixindən işə başlaması göstərilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun təyin edilir, 4.7-ci bəndinə əsasən işə başlama və bitmə vaxtı növbəlilik cədvəli əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron portalından olan İddiaçı əmək müqaviləsinin məzmununa dair çıxarışa görə aylıq əmək haqqı 800 manat, iş rejimi 6 günlük, iş vaxtı rejimi İ növbə saat 09:00 dan-21:00-dək, nahar fasiləsi 12:00-14:00, İİ növbə saat 21:00-dan –09:00-dək, nahar 00:00-02:00 olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin qazanxana operatorlarının 2024-cü ilin oktyabr ayı üçün növbəlilik qrafikinə görə İddiaçı oktyabr ayının 20-si tarixində gecə növbəsində işə çıxmalıdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlanan əmək müqaviləsinin ləğv edilməsinin razılaşdırılması haqqında xidməti məruzədə göstərilir: Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən Agentliyin tabeliyində olan qurumlarda daxili nəzarət tədbirləri çərçivəsində əməkdaşların nizam-intizam qaydalarına riayət edilmə məsələsi mütəmadi olaraq yoxlanılır ve monitorinq edilir. Belə ki, xx.xx.2024-cü il tarixində, saat 20:00 radələrində Agentliyin Respublika Reabilitasiya Mərkəzində (bundan sonra - Mərkəz) daxili nəzarət tədbirləri zamanı aparılmış növbəti monitorinq zamanı, həmin Mərkəzin Təsərrüfat və təminat şöbəsində qazanxana operatoru vəzifəsində çalışan İddiaçı iş yerində olmaması müəyyən edilmişdir. Aşkar olunmuş vəziyyətlə bağlı dərhal Mərkəzin məhsul şəxsləri ilə əlaqə saxlanılmış, İddiaçı iş yerinin tərk etməsi ilə bağlı heç bir icazə alınmaması müəyyən edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir (akt əlavə olunur). Göstərilən faktın araşdırılması və qiymətləndirilməsi məqsədi ilə Vəliyev X3 Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinə dəvət olunmuş və ondan məsələ ilə bağlı yazılı izahat alınmışdır (izahat əlavə olunur). İddiaçı verdiyi yazılı izahatı ilə səhhəti ilə əlaqədar rəhbərliyinə məlumat vermədən iş yerini tərk etdiyini bildirmiş, yol verdiyi nöqsanları tam etiraf etmişdır (izahat əlavə olunur). Bu zaman, İddiaçı tərəfindən səhhətində yaranmış problemlərlə bağ heç bir tibbi sənəd təqdim edilməmişdir. İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirilməsi və Agentliyinin intizam, etik və davranış qaydalarının tələblərini dəfələrlə pozduğuna görə, xx.xx.2022-ci il tarixli, **********1 nömrəli əmr ilə intizam tənbehi (töhmət), xx.xx.2023-cü il tarixli, 3-17-4/3-2-1723/2023 nömrəli əmri ilə yazılı xəbərdarlıq edilmişdir. Yuxarıda göstərilənlərlə və aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı ona tətbiq edilmiş intizam tənbehindən, eyni zamanda rəhbərlik tərəfindən onunla dəfələrlə aparılan profilaktik işlərdən heç bir nəticə çıxarmamış və ona həvalə olmuş əmək funksiyalarının vicdanla yerinə yetirilməsi istiqamətində pozuntu hallarına davam etmişdir. Bununla da, Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin, Daxili nəzarət və audit şöbəsi tərəfindən faktların araşdırılması və qiymətləndirilməsi nəticəsində Agentliyin Respublika X1 və təminat şöbəsində qazanxana operatoru vəzifəsində çalışan İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin "a", "b" bəndlərinin tələblərinin pozulması, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməsi müəyyən edilmişdir. Aparılmış araşdırmanın nəticələrini nəzərə alaraq, Agentliyin Respublika X1 və təminat şöbəsində qazanxana operatoru vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədrinə yazdığı xx.xx.2024-cü il tarixli izahatında göstərir: O, xx.xx.2019-cu ildən Respublika RM-də qazanxana operatoru vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixində səhhəti ilə əlaqədar xidməti yerini tərk etmiş, bunu rəhbər şəxsə bildirməmiş, səbəbi isə səhhətində olan problemlə əlaqədar olmuşdur. Baş vermiş halın bir daha olmayacağına və işini vicdanla yerinə yetirəcəyinə söz verir. Respulika X1 və təminat şöbəsinin müdiri Şahid, anbardarı X10, təsərrüfat bacısı X6 tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, həmin mərkəzin təsərrüfat - təminat şöbəsinin qazanxana operatoru vəzifəsində çalışan İddiaçı 20 oktyabr 2024-cü il tarixində saat 21:00 radələrində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 nəzarət, audit, monitorinq və təhlil departamentinin əməkdaşları tərəfindən aparılmış yoxlama nəticəsində iş yerində olmadığı müəyyən edilmişdir. Aparılan araşdırmalar nəticəsində təsdiqlənmiş aylıq tabeldəki növbəsinə əsasən İddiaçı xidmət yerində olmadığı məlum olmuş və bu barədə heç kəsə məlumat verməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika X1 və təminat şöbəsinin müdiri Şahid Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədrinə ünvanlanan izahatda göstərilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika X1 və təminat şöbəsində qazanxana operatoru vəzifəsində çalışan İddiaçı 2024-cü ilin oktyabr ayının 20-dən 21-nə keçən gün nöbəsinə və xidməti fəaliyyət yerinə gəlməmiş, bu barədə ona nə şifahi, nə də, yazılı məlumat verməmişdir. Azərbaycan Dövlət İdarələri və İtimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X8 Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika X1 və təminat şöbəsində qazanxana operatoru vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X8 Komitəsinin üzvlərinin iştirakı ilə müzakirə edilmişdir. Təqdim edilən xidməti məruzəyə əsasən Agentliyin Respublika X1 və təminat şöbəsinin qazanxana operatoru vəzifəsində çalışan İddiaçı əmək vəzifəsini kobud şəkildə pozması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasan xitam verilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli 3-17-4/3-2-2223/2024 saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika X1 və təminat şöbəsində qazanxana operatoru vəzifəsində çalışan İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tutduğu vəzifədən azad edilməsi və onunla 2020-ci ilin 28 sentyabr tarixində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə 2024-cü ilin 21 noyabr tarixindən xitam verilməsi, İddiaçı son haqq hesabı və istifadə edilməmiş 9 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmiş, əmrin verilməsinə əsas Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X8 Komitəsinin razılıq məktubu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2024-cü il 07 noyabr tarixli razılşadırılması olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı və S.Qədimova intizam tənbehinin verilməsi haqqında xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin intizam, etik və davranış qaydalarının tələblərinin pozulmasına görə Dövlət Tibbi–Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan Respublika Reabilitasiya Mərkəzinin texniki şöbəsinin qazanxana operatorları İddiaçı və X7 töhmət verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı xəbərdarlıq edilməsi haqqında xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, daxili nizam-intizam və ektik davranış qaydalarını kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika X1 və təminat şöbəsində qazanxana operatoru vəzifəsində çalışan İddiaçı xəbərdarlıq edilməsi əmr edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İnqlab oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehin 317-4/3-2-2223/2024 saylı xx.xx.2024-cü il tarixli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa olunması və məcburi işə buraxmaya görə əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi, İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində işlədiyi istirahət günləri üçün ödənilməli olan əlavə ödənişlər ödənilməsi, iddia ərizəsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixindən qanunsuz şəkildə vəzifəsindən azad olunduğu xx.xx.2024-cü il tarixinə qədər cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qazanxana operatoru vəzifəsində çalışmışdır. İddiaçı qeyd olunan müəssəsədə çalışdığı 4 ildən artıq müddət ərzində işini tam peşəkarlıqla yerinə yetirmiş, işinə heç bir zaman gecikməmiş və ya üzrsüz səbəblərdən işə getməmişdir. Əlavə olaraq iddiaçı müəssisədə işlədiyi müddət ərzində qanunla nəzərdə tutulan həftəlik istirahət günlərində və bayram günlərində heç bir əlavə ödəniş olunmadan işləmişdir. İddiaçının işinə belə məsuliyyətli və peşəkar yanaşmasına baxmayaraq onun əmək müqaviləsinə cavabdeh tərəfindən heç bir əsaslı səbəb olmadan qanunsuz şəkildə xitam verilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-4/3-2-2223/2024 saylı əmri ilə iddiaçı güya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Bildirir ki, qeyd olunan əmr qanunsuz və tam əsassızdır, ləğv edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsində 6 günlük iş həftəsi nəzərdə tutulsa da, iddiaçı nəzərdə tutulan istirahət günlərdində və bayram günlərində də heç bir əlavə ödəniş almadan işləmişdir. Bundan başqa, cavabdeh öz əmrində iddiaçıın güya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini qeyd etmişdir. Lakin hansı öhdəliklərini icra etmədiyini qeyd etməmiş bununla bağlı heç bir sübut və akt təqdim etməmişdir. Əlavə olaraq, bildirir ki, 4 il fasiləsiz işlədiyi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Respublika Reabilitasiya Mərkəzi”-nin qazanxanası bərbad vəziyyətdə olması onun sağlamlığına təsir göstərmiş və xəstə vəziyyətinə salmışdır. Nəticədə yalnız 1 gün xx.xx.2024-cü il tarixində xəstə olması ilə bağlı işə gedə bilməmişdir. Bunula bağlı tərəfindən şifahi şəkildə telefon vasitəsi ilə Respublika X1 müdürinə məlumat verilmişdir. Tərəfindən cavabdehə məlumat verilməsinə baxmayaraq xəstəliyi ucbatından yalnız 1 gün işə gəlməməsi nəzərə alınmamış, əsassız və qanunsuz şəkildə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ bəndinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Cavabdeh isə onun sağlam və təhlükəsiz şəraitdə işləmək hüququnu pozmuşdur. Nəticədə o, xəstələnmiş və işə gedə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən hər kəsin istirahət hüququ vardır və əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Lakin cavabdeh onun istirahət hüququmu pozmuş əmək müqaviləsi üzrə həftəlik 6 günlük iş rejimi olmasına baxmayaraq istirahət günlərində də, işləməyə məcbur etmiş və əlavə ödənişlər etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-cı maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Lakin hazırki iş üzrə iddiaçı üzrlü səbəbdən xx.xx.2024-cü il tarixində işə gəlməməsinə baxmayaraq, cavabdeh tərəfindən intizam tənbehi xx.xx.2024-cü il tarixində, yəni qanunvericilikdə icazə veriləndən daha sonra tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Əfqan müəllimlə telefon danışığının olmasını desə də, lakin tarixi səhv xatırlamışdır. Onun Əfqan müəllimlə telefon danışığı həmin gündən əvvəlki növbədə olmuşdur. Hansı ki, həmin gün də halı yox idi və onun həmkarı onun bu vəziyyətini görərək Əfqan müəllimə zəng vurmuş və onun vəziyyəti barədə məlumat vermişdir. Lakin o, belə xatırlayır ki, xx.xx.2024-cü il tarixdə Əfqan müəllimə zəng vursa da sonuncu telefonu götürməmişdir. Verilən suallara cavab olaraq iddiaçı bildirdi ki, xx.xx.2024-cü il tarixdə işə çıxa bilməməsi barədə nə iş yoldaşına məlumat vermiş, nə də Əfqan müəllimlə danışa bilməmişdir. Orda iş şəraiti çox bərbad olmuş və bir qızdırıcı belə qoyulmamışdır. Bu səbəbdən də böyrək ağrısından əziyyət çəkmişdir. Həmin gün də vəziyyəti pis olduğuna görə işə gəlməyəcəyi barədə məlumat verə bilməmişdir. Lakin onun vəziyyəti barədə 2 gün əvvəl Əfqan müəllimdə məlumat olmuşdur. Bazar günləri mərkəz işləməmiş çox vaxt boş-boşuna işə getmişlər. İlin həmin vaxtında ümumiyyətlə qazanxana fəaliyyət göstərməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatına bildirmişdir ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Respublika Reabilitasiya Mərkəzi”-nin qazanxanası bərbad vəziyyətdə olması onun sağlamlığına təsir göstərmiş və xəstə vəziyyətinə salmışdır. Nəticədə yalnız 1 gün xx.xx.2024-cü il tarixində xəstə olması ilə bağlı işə gedə bilməmişdir. Bununla bağlı tərəfindən şifahi şəkildə 3 dəfə telefon vasitəsi ilə Respublika X1 müdiri Əfqan müəllimə məlumat vermək istəsə də, telefon zəglərinə cavab verməmişdir. Lakin buna baxmayaraq xəstəliyi ucbatından yalnız 1 gün işə gəlməməsi nəzərə alınmamış, əsassız və qanunsuz şəkildə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. O, hətta işə başlamazdan bir gün əvvəl iş yoldaşı Gülağa adlı şəxsin yanında Respublika X1 müdüri Əfqan müəllimə zəng edərək, səhhəti ilə əlaqədar işə gələ bilməyəcəyini bildirmişdir. Hətta iş yoldaşı Gülağa da onun tər içində olduğunu, ümumiyyətlə səhhətinin pis olmasını Əfqan müəllimə bildirmişdir. Lakin Əfqan müəllim 15 dəqiqədən sonra onunla əlaqə saxlayacağını bildirsə də, geri zəng etməmişdir və telefon zənglərinə cavab verməmişdir. Ondan əvvəl növbədə olmalı olan iş yoldaşı da işdə olmamışdır. Belə olan halda həmin şəxsi də işdən çıxarmalı idilər, lakin Gülağanı işdən çıxarmamışlar. O, işində məsuliyyətli olmuş, oğurluq edən şəxsi tutub rəhbərliyə təhvil vermişdir. O, cavabdehin qanunsuz hərəkətləri barədə Əmək Müfəttişliyinə şikayət etsə də, şikayətinə baxılmamışdır. Onun izahatı da, alınmamışdır. xx.xx.2024-cü il tarixdə işə gəldikdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyə getməyini bildirdilər. Agentlikdə olan zaman səhhəti ilə bağlı işə gəlmədiyini bildirmiş, lakin onu dinləyən olmamışdır. Daha sonra isə ona işində olmağı bildirilmiş və 1 ayda əlavə işlədib, daha sonra işdən çıxarmışlar. İşdə olmadığı günün səhərisi Səfəralı adlı iş yoldaşıma zəng edərək, işdə olmadığı vaxt hər hansı bir problemin olub-olmadığını soruşmuş, Səfərəli isə işdə heç bir problemin olmadığını bildirmişdir. Əlavə olaraq bildirir ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Respublika Reabilitasiya Mərkəzi”-nin qazanxanası bərbad vəziyyətdə olması onun sağlamlığına təsir göstərmiş və xəstə vəziyyətinə salmışdır. Belə ki, iş yerinin soyuq olmasına baxmayaraq, dəfələrlə müraciəti etsələr də, otağa qızdırıcı qoyulmamışdır. Nəticədə yalnız 1 gün xx.xx.2024-cü il tarixində xəstə olması ilə bağlı işə gedə bilməmişdir. Bununla bağlı tərəfindən şifahi şəkildə 3 dəfə telefon vasitəsi ilə Respublika X1 müdüri Əfqan müəllimə məlumat vermək istəsə də, telefon zəglərinə cavab verməmişdir. Lakin buna baxmayaraq xəstəliyi ucbatından yalnız 1 gün işə gəlməməyi nəzərə alınmamış, əsassız və qanunsuz şəkildə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. xx.xx.2024-cü il tarixli izahatı özü yazmamış, izahatı Mərkəzin Coşqun adlı əməkdaşı yazmışdır, o, isə oxumadan imzalamışdır. Özü latın əlifbası ilə nə yaza, nə də ki, oxuya bilmir. Komissiyanın iclasında Əfqan iştirak etməmiş, icazəni Əfqan müəllimdən almışlar, lakin bu günə kimi bir dəfə olsun o, icazə almamışdır. Son vaxtlar bazar günü iş olmadığına görə işə getməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, əmr əsaslandırılmamışdır və bununla bağlı Ali Məhkəmədə formalaşmış məhkəmə təcrübəsi vardır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, İddiaçı uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qazanxana operatoru vəzifəsində çalışmışdır. İddiaçı xx.xx.2024-cü il tarixində xəstə olması ilə bağlı 1 gün işə gedə bilməmişdir. Bununla bağlı iddiaçı şifahi şəkildə telefon vasitəsi ilə Respublika Reabilitasiya Mərkəzinin rəhbərliyinə məlumat vermək istəsə də, bazar günü olduğundan heç kimlə əlaqə saxlaya bilməmişdir. Daha sonra əsassız və qanunsuz şəkildə, yəni 1 ay sonra xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı işdən azad olunmuşdur. Hətta əmrin məzmunu da əsassız şəkildə tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarından da görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri baxımından işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda, mübahisələndirilən əmrdə ümumi olaraq “əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyi” göstərilmiş, konkret olaraq hansı öhdəliyi və funksiyanı yerinə yetirmədiyi qeyd olunmamış, yəni əmr qeyd olunan normanın tələbləri baxımından əsaslandırılmamışdır. Hazırki iş üzrə də cavabdeh tərəfindən verilən xx.xx.2024-cü il tarixli əmr də iddiaçının hansı öhdəliklərini yerinə yetirmədiyi qeyd olunmamış, ümumi sözlərlə əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün əmək müqaviləsinə xitam verildiyi qeyd olunmuşdur. Hesab edir ki, işçinin 1 gün işə getməməsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması düzgün deyildir, iddiaçı barəsində başqa intizam tənbehi tətbiq edilə bilərdi. Bundan başqa iddiaçı qeyd olunan müəssəsədə 5 il yarımdan çox işlədiyi müddətdə işini tam peşəkarlıqla yerinə yetirmiş, işinə heç bir zaman gecikməmiş və ya üzrsüz səbəblərdən işə getməmişdir. Əlavə olaraq iddiaçı müəssəsədə işlədiyi müddət ərzində qanunla nəzərdə tutulan həftəlik istirahət günlərində və bayram günlərində heç bir əlavə ödəniş olunmadan işləmişdir. İddiaçının işinə belə məsuliyyətli və peşəkar yanaşmasına baxmayaraq onun əmək müqaviləsinə cavabdeh tərəfindən heç bir əsaslı səbəb olmadan qanunsuz şəkildə xitam verilmişdir. Müəssisədə hər gün iş olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və iddiaçının dedikləri ilə razılaşmayaraq bildirmişdir ki, mərkəzdə həmişə əlillər və reabilitasiya olunmalı şəxslər olmuşdur. Rəhbərliyin də narazılığı məhz ondan ibarət olmuşdur ki, belə bir məsuliyyətli vəzifəyə iddiaçı laqeyd yanaşmış və heç kimə məlumat vermədən işə gəlməmişdir. Həmin vaxt istənilən hadisə baş verə bilərdi və mərkəzin xarakteri nəzərə alındıqda ağır nəticələrə səbəb ola bilərdi. Bundan başqa barışıq üçün məhkəmə tərəfindən əlavə vaxt verilməsinə zərurət görmür, çünki bu barədə dəfələrlə rəhbərliklə söhbətləri olmuş və iddiaçının əmrinin dəyişdirilməsinə razılıq verilməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi izahatlarında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, Respublika Reabilitasiya Mərkəzi yüksək təhlükə mənbəyi olan yerdə, yəni idiaçı qazanxana operatoru vəzifəsində işləməsinə baxmayaraq, heç kimə məlumat vermədən özbaşına iş yerini tərk etməsi, iş yerində olmaması kobud pozuntudur. İddiaçı işdən azad olunmamışdan əvvəl iddiaçının iştirakı ilə komissiyanın iclası keçirilmişdir. Özü də komissiyanın üzvü olmuşdur. İddiaçı iclasda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasını yox, öz ərizəsi ilə işdən azad olunmasını xahiş etmişdir. Bu barədə rəhbərliyə məruzə etsələr də, rəhbərlik tərəfindən iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasını bildirilmişdir. Hətta rəhbərlik onun mediasiya mərhələsində iştirak etməsinə icazə verməmişdir. Bundan başqa iş barədə daha ətraflı Əfqan müəllim izahat verə bilər. Məhkəmə baxış iclasında Əfqan şahid qismində məhkəmədə izahat verə bilər. Belə ki, işlə bağlı Əfqanın daha çox məlumatı vardır. Cavabdehin nümayəndəsi iddiaya etirazında göstərir: İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika X1 və Təminat şöbəsində növbəli iş rejimi ilə qazanxana operatoru vəzifəsində çalışmışdır. İddiaçının əmək funksiyalarına əmək müqaviləsi ilə öhdəlik götürdüyü: Qazanların qızdırılması, işə salınması və dayandırılması və onlarnı su ilə qidalandırılması, qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemə verilən suyun temperaturuna nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən müşahidə, əsas aqreqatlara xidmət zonasında yerləşən istilik qovşağı boyler qurğularına və ya işlənmiş buxar stansiyasına xidmət, işlənmiş buxarın təmizlənməsi və suyun deaeriyası, Nasos mühərriki, hava dəyişdirici və digər köməkçi mexanizmlərin işə salınması və dayandırılması, armatur və qazan cihazlarının təmizlənməsi və xidmət olunan avadanlığın təmirində iştirak etmək aiddir. Növbəli iş rejimi cədvəlinə uyğun iş yerində olmalı olduğu xx.xx.2024-cü il tarixdə müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini pozmuş və bütün iş günü ərzində öz xidmət yerində olmamışdır. Bununla bağlı eyni tarixli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı izahatı alınmışdır. Şəxs xidmət yerində olmadığını etiraf etmiş, xidmət yerində olmama səbəbini səhhəti ilə bağlı problemlərlə bağlı olduğunu izahatda qeyd etmiş, lakin bu halla bağlı heç bir zəruri sübut təqdim etməmiş və heç kimi bu barədə xəbərdar etməmişdir. Həmçinin iddiaçı özünü təqsirli bilmişdir. İddiaçı öz iddiası ilə açıq şəkildə bütün iş günü ərzində işdə olmadığını etiraf edir, o, işdə olmamasının üzürlü səbəbi (xəstəliyi və s) barədə iş yerində heç kimə məlumat verməmişdir, işəgötürənə hər hansı rəsmi sənəd təqdim etməmişdir. İddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli işdən azad edilmə əmri prosessual müddət çərçivəsində, müddət ötürülməməklə 1 ay ərzində verilmişdir. Belə ki, iddiaçının bütün iş günü ərzində işdə olmaması xx.xx.2024-cü il tarixdə aşkar edilib aktlaşdırılıb, xx.xx.2024-cü il tarixdə izahatı alınıb və xx.xx.2024-cü il tarixində (bir aylıq müddət daxilində) əmri verilib. Əmək Məcəlləsinin 8-ci maddəsinin 2-ci hissəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. İddiaçının əmək müqaviləsinin 4.7-ci bəndində açıq-aydın yazılıb ki, işçinin işə başlama və bitmə vaxtı növbəlilik cədvəli əsasında müəyyən edilir. xx.xx.2024-cü il tarixi onun növbəli iş rejimi cədvəli üzrə iş günü olmuşdur. Əlavə olaraq İddiaçı işlədiyi müddətdə əvəllər də dəfələrlə əmək intizamını və vəzifə öhdəliklərinin icrasını pozmuş, buna görə də onun barəsində xx.xx.2022-ci il tarixli, **********1 nömrəli əmr ilə intizam tənbehi (töhmət) verilmiş və xx.xx.2023-cü il tarixli, 3-17- 4/3-2-1723/2023 nömrəli əmri ilə yazılı xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid izahatında bildirmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə ona zəng vurmamışdır və onunla hər hansı formada danışığı olmamışdır. Lazım gələrsə telefon danışıqlarının çıxarılmasına etiraz etmir. Həqiqətən həmin vaxt istilik sistemi qoşulu olmamış, belə ki, istilik sistemi dövlətdə olduğu kimi noyabr ayının 15-i aktivləşir. Gecə vaxtı rəhbərlikdən ona zəng gəlmiş və əməkdaşın qazanxanada olmadığının daxili nəzarət tərəfindən aşkar edildiyi bildirilmiş və yerində müşahidə edib aktlaşdırması tapşırılmışdır. O isə gecə vaxtı iş yerinə getmiş və həqiqətən heç kimin olmadığını aşkar etmiş və səhərisi gün bu barədə akt tərtib etmişdir. Qazanxananın binası köməkçi tikilidir və o, eyni zamanda ərazidə yerləşən əlillərin yaşayış binasını da istiliklə təmin edir. Bundan başqa iddiaçının xx.xx.2024-cü il tarixdə ona zəng vurmasını xatırlamır və əgər belə bir hadisə olsaydı mütləq yadına gələrdi. xx.xx.2024-cü il tarixdə gecə vaxtı ona zəng vurulandan sonra məsələni araşdırmaq üçün iddiaçıya zəng vurmamışdır, düşünmüşdür ki, həmin məsələni sabah aydınlaşdırar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-1669/2025 nömrəli qətnaməsi ilə İddiaçı İnqlab oğlunun Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halı kimi müəyyən edilir ki, işçi növbəlilik üzrə xx.xx.2024-ci il tarixdə 21:00-dan növbəti gün 09:00-dək işdə olmalı olduğu halda işə çıxmamışdır. İşçi işə çıxmamasının üzrlü səbəbləri barədə hər hansı sübut təqdim etməmiş, şöbə müdirinə məlumat verməsi barədə iddia ərizəsində göstərdiyi dəlillərini isə şahidin dindirilməsi zamanı təqzib etmişdir. Bununla yanaşı bazar günlərində işə çıxılmasına, qazanxananın işləmədiyi dövrdə hər hansı əmək funksiyasının icra edilməsinə zərurət olmadığı, iş yerinin soyuq olmasına görə (işəgötürən tərəfindən qızdırıcı qoyulmamasından narazı şəkildə) gecə qalmağın mümkün olmadığı, səhərisi gün işi təhvil almağa gələn növbə yoldaşından gecə hər hansı problem olmadığını soruşması barədə fikirləri məhkəmədə onun əmək müqaviləsi üzrə vəzifələrinin icrasına vicdanla yanaşmadığı barədə qənaət formalaşdırmışdır. Bundan əlavə iddiaçı avadanlıqlara xüsusi nəzarətin tələb edildiyini bildiyi halda ən azından növbə yoldaşını və ya digər əməkdaşları işə gəlməyəcəyi barədə məlumatlandırmamış, iş növbəsinin başqa əməkdaşla yerdəyişməsinə cəhd etməmişdir. Nəticə etibarı ilə işçi qazanxana kimi yüksək təhlükə mənbəyinin operatoru kimi əməyin mühafizəsi qaydalarına etinasız yanaşaraq əmək və icra intizamının normal ahəngini pozmuşdur. Əmrin əsaslandırılmaması və əmrdə kobud pozuntunun nədən ibarət olmasının göstərilməməsi barədə iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, əmrdə Əmək Məcəlləsinin 84.1-ci maddəsində nəzərdə tutulan məlumatlar göstərilmiş və işçiyə işdən azad edilməsinin səbəbi məlum olmuşdur. Belə ki, bununla bağlı komissiya təşkil edilmiş, işçinin, şöbə müdirinin izahatı alınmışdır. Bundan əlavə işəgötürən əmək müqaviləsinə xitam verilməsi qaydalarına riayət etmiş, yəni həmkarlar ittifaqının razılığını almış və intizam tənbehi verilməsi qaydalarına uyğun olaraq əmək və ya icra intizamının pozulduğunu aşkar etdiyi gündən bir ay keçənədək intizam tənbehi vermişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, İddiaçı İnqlab oğlunun Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68.1, 70, 71.2, 71.3, 72, 76.1, 80.1, 83.1, 83.2, 84.2, 186.2, 186.3, 187.1, 187.2, 300.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-1669/2025 nömrəli qətnaməsindən İddiaçı İnqlab oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi işəburaxmaya görə əmək haqqı ödənilməsinə dair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. cavabdehin 317-4/3-2-2223/2024 saylı xx.xx.2024-cü il tarixli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, 2. İddiaçı işə bərpa olunması və məcburi işə buraxmaya görə əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi,

3. İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində işlədiyi istirahət günləri üçün ödənilməli olan əlavə ödənişlərin ödənilməsi, 4. iddia ərizəsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 71.3-cü maddələrinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin hazırki iş üzrə, iddiaçı xx.xx.2024-cü il tarixində, bazar günündə, “Respublika Reabilitasiya Mərkəzi”-də iş olmayan vaxta təsadüf edir. Həmin tarixdə qazanxana fəaliyyət göstərməmiş, iddiaçının qazanxana operatoru kimi həmin tarixdə hər hansı əmək funksiyası olmamışdır. Lakin birinci instansiya məhkəməsi öz qətnaməsində bu faktı nəzərə almamış, işçinin həmin gün hər hansı əmək funksiyası olmasa belə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasını əsaslı saymışdır. Lakin Əmək Məcəlləsinin 71-ci maddəsində də qeyd olunduğu kimi işçinin 70-ci maddənin “ç” bəndi ilə işdən çıxarılması üçün müəyyən əsaslar olmalıdır. Lakin hazırki iş üzrə iddiaçının qeyd olunan gündə heç bir əmək funksiyası olmamışdır. Belə olan halda işçinin üzrlü səbəbdən işə gəlməməsi işin ahəngini pozmamış, işçinin işlədiyi müəssisədə işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Əmək Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri baxımından işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda, mübahisələndirilən əmrdə ümumi olaraq “əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyi” göstərilmiş, konkret olaraq hansı öhdəliyi və funksiyanı yerinə yetirmədiyi qeyd olunmamış, yəni əmr qeyd olunan normanın tələbləri baxımından əsaslandırılmamışdır. Hazırki iş üzrə də cavabdeh tərəfindən verilən xx.xx.2024-cü il tarixli əmrdə iddiaçının hansı öhdəliklərini yerinə yetirmədiyi qeyd olunmamış, ümumi sözlərlə əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün əmək müqaviləsinə xitam verildiyi qeyd olunmuşdur. Lakin birinci instansiya məhkəməsi qeyd olunan məsələyə öz qətnaməsində düzgün hüquqi qiymət verməmiş, Əmək Məcəlləsinin 84.1-ci maddəsinə əsasən əmrin düzgün tərtib olunduğunu qeyd etmişdir. Lakin qeyd olunan maddədə nəzrədə tutulmuşdur ki, əmək müqaviləsinə xitam verilməsinin əsası əmrdə qeyd olunmalıdır birmənalı şəkildə. Məhkəmə isə qeyd edir ki, işçiyə işdən azad edilməsinin səbəbi məlum olmuşdur. Məhkəmə işçiyə işdən azad edilməsinin səbəbi məlum olmasını əsas gətirərək Əmək Məcəlləsinin qeyd olunan maddəsinin pozulmasını görməzdən gəlmişdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən “qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” Lakin hazırki işin halları və tərəflərin münasibətləri birinci instansiya məhkəməsi tərəfindən aydın və düzgün şəkildə şərh edilməmişdir. Məhkəmə sübutları araşdırarkən işin hallarını tam və hərtərəfli araşdırmamış, tədqiq edilən sübutları tədqiq edilməli olan hüquq normalarına müvafiq qiymətləndirməmiş və səhv hüquqi nəticəyə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-1669/2025 saylı qətnaməsi tərəflər arasındakı münasibətlərə doğru hüquqi qiymət vermədiyi üçün prosessual hüquq normasının pozulmasını ehtiva etməklə hər hansı bir hüquqi qüvvəyə malik deyildir. Birinci instansiya məhkəməsi iş üçün mühim əhəmiyyət kəsb edən faktiki hal olan iddiaçının xx.xx.2024-cü il tarixdə işə getməməsi və getməməsinin səbəblərini aydınlaşdırmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixində evdə xəstə halda yatması və bununla bağlı şahid qismində özü ilə gətirdiyi qonşusu X9 iddiaçının evdə xəstə halda yatmasını və bununla bağlı iddiaçıya dərmanlar almasını qeyd etsə də, məhkəmə buna fikir bildirməmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, iddiaçı avadanlıqlara xüsusi nəzarətin tələb edildiyini bildiyi halda ən azından növbə yoldaşını və ya digər əməkdaşları işə gəlməyəcəyi barədə məlumatlandırmamış, iş növbəsinin başqa əməkdaşla yerdəyişməsinə cəhd etməmişdir. Lakin məhkəmə iclaslarında cavabdehin nümayənələri etiraf etmişdirlər ki, iddiaçının işdə olmadığı tarixdə qazanxana ümumən fəaliyyət göstərməmiş, avadanlıqlar işlək vəziyyətdə olmamışdır. Belə olan halda məhkəmənin öz qətnaməsində avadanlıqlara iddiaçı tərəfindən xüsusi nəzarət göstərməli olduğunu qeyd etməsi, işin halları ilə uyğunluq təşkil etmədiyi kimi, əsassız şəkildə iddiaçının öz işinə məsuliyyətlə yanaşmaması düşüncəsini formalaşdırır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

Apellyasiya şikayətinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə kollegiyasının iclasında İddiaçı İnqlab oğlunun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 8.

1. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir.

2. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır.

3. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir.

4. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 11.

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 12.

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Maddə 76. 1.İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 80.

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2.Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83. 1.Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 2.Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 84. 1.Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə 186.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187. 1.İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia rədd edildiyindən, qətnamə apellyasiya şikayətinə əsasən, iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qazanxana operatoru vəzifəsində çalışmış və onun əmək müqaviləsi üzrə vəzifəsi qazanları qızdırmaq, işə salmaq, dayandırmaq və onları su ilə qidalandırmaq, qazanları suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemə verilən suyun temperaturuna nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən müşahidə, əsas aqreqatlara xidmət zonasında yerləşən istilik qovşağı boyler qurğularına və ya işlənmiş buxar stansiyasına xidmət, işlənmiş buxarın təmizlənməsi və suyun dearasiyası, nasos mühərriki, hava dəyişdirici və digər köməkçi mexanizmlərin işə salınması və dayandırılması, armatur və qazan cihazlarının təmizlənməsi, xidmət olunan avadanlığın təmirində iştirak etmək olmuşdur. Növbəlilik üzrə iş rejiminə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə 21:00-dan 09:00-a dək iş vaxtı olmuşdur. Lakin İddiaçı həmin gün iş növbəsinə gəlməmişdir. Bunu Agentliyin daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin əməkdaşları yoxlama zamanı müəyyən etmişlər. İşçinin işə çıxmaması barədə şöbənin müdirinin məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə iddiaçının sözləri ilə yazılmış izahat İddiaçı tərəfindən imzalanmışdır. İddiaçı səhhətində olan problemə görə xx.xx.2024-cü il tarixdə işə çıxmadığını etiraf edir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin razılaşdırılması barədə Agentliyin idarə heyətinin sədr müavini tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə xidməti məruzə edilmiş, sonuncunun və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X8 Komitəsinin razılığına əsasən işçi ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bu barədə Agentliyin sədr müavini tərəfindən xx.xx.2024-cü il tarixdə əmr verilmişdir. İşəgötürən əmri Agentliyin Təsərrüfat və təminat şöbəsində qazanxana operatoru vəzifəsində çalışan İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməli olması ilə əsaslandırmışdır. İddiaçı işdən çıxarılması barədə əmrin əmək qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilməsini, qeyri-iş günlərində cavabdeh tərəfindən işə cəlb edilməsini bildirsə də, apellyasiya şikayətinin dəlillərinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Əksinə araşdırma zamanı müəyyən olunmuşdur ki, işəgötürən iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə əməl etmiş, iddiaçının istirahət günlərində işə cəlb edilməsi faktı isə mövcud deyildir. Belə ki, iddiaçı iddia tələbində istinad etdiyi halları, yəni xəstə olduğu üçün işə gələ bilməməsini, qeyri işgünlərində işlədilməsini və s. təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, növbəlilik üzrə iş rejimi ilə işləməsini bilən iddiaçının apellyasiya şikayətində xx.xx.2024-cü il tarixinin bazar günü olmasını, Respublika Reabilitasiya Mərkəzinin bazar günündə işləməməsini, həmin tarixdə qazanxananın fəaliyyət göstərməməsini, onun qazanxana operatoru kimi həmin tarixdə hər hansı əmək funksiyasının olmadığını qeyd etməklə öz işinə məsuliyyətsiz yanaşmasını bir daha nümayiş etdirir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı İnqlab oğlu ilə bağlanmış əmək müqaviləsinə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin hər hansı bir tələbinin pozulması halı araşdırma zamanı öz təsdiqini tapmadığından, iddiaçı növbəlilik üzrə xx.xx.2024-ci il tarixdə saat 21:00-dan növbəti gün saat 09:00-dək işdə olmalı olduğu halda heç bir üzrlü səbəb təqdim etmədən işə çıxmamaqla qazanxana kimi yüksək təhlükə mənbəyinin operatoru kimi əməyin mühafizəsi qaydalarına etinasız yanaşaraq əmək və icra intizamının normal ahəngini pozaraq bağladığı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən, bu faktı işəgötürənə yazdığı öz izahatı ilə də etiraf etdiyindən cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verərkən haqlı olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İnqlab oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-1669/2025 nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar