Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3429/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X18 və X9 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı, Cavabdeh və nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6211/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2011-ci il tarixdə vəfat etmiş qardaşı X1 miras qalan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,12 ha, 110 saylı bağ sahəsinin (miras əmlakın) faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsinin, xx xxxxxxx 2011-ci il tarixdə vəfat etmiş qardaşı X1 miras qalan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,12 ha, 110 saylı bağ sahəsinə (miras əmlaka) vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6211/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,12 ha, 110 saylı bağ sahəsini (miras əmlakı) faktiki qəbul etməsinin müəyyən edilməsi, İddiaçı xx xxxxxxx 2011-ci il tarixdə ölmüş xx.xx.1958-ci il təvəllüdlü X1 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,12 ha, 110 saylı bağ sahəsinə qanun üzrə vərəsəlik hüququnun tanınması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6211/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin olaraq məhkəmə prosessual hüquq normalarını pozaraq tələblərdən bir qismi iddia icraatı digər hissəsi isə xüsusi icraat qaydasında baxılması gərəkdiyi halda buna məhəl qoymayaraq iddia tələbini icraata qəbul etmiş, həmin tələblər üzrə müvafiq qətnamə çıxarmışdır. Hansı ki, MPM-in 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır. X5 Qasım oğlu xx.xx.2011-ci il tarixdə vəfat edərkən onun anası X8 olmuşdur. Birinci növbə üzrə vərəsə olaraq miras əmlakını qəbul etməklə ona sahiblik etmiş, xx xxxxx 2012-ci il tarixdə anası Maral Qasımova ölmüşdür. Onun tərəfindən 20 saylı notariat ofisinə müraciət edilərək miras qalmış Novxanı qəsəbəsi 110 saylı bağ sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və xx xxx 2012-ci il tarixdə müvafiq vərəsəlik işi açılmışdır. İddiaçı miras əmlakı heç vaxt qəbul etməmişdir. Qardaşının vəfatından sonra anası X13 ilə birlikdə dəfələrlə bağ sahəsinə gəlmiş, uşaqları, əri və digər qohumları ilə birlikdə ayrı-ayrı vaxtlarda dəfələrlə həmin bağ sahəsində olmuşdur. Hətta qardaşının vəfatından sonra anasını öz yanına aparmış, vəfat edənə kimi anasına öz evlərində qulluq etmiş, qayğısına qalmışdır. Hətta qardaşının vəfatından sonra anası ona etibarnamə də vermişdir. İddiaçı tərəf heç vaxt anasına qayğı göstərməmiş, onunla maraqlanmamışdır. Anasının vəfatından sonra bütün yas mərasimlərini o təşkil etmiş. Xərclərini özü qarşılamışdır. Hətta 2012-ci ildə anası vəfat etdikdən sonra qonşuların iştirakı ilə akt da tərtib olunmuşdur ki, İddiaçı heç bir zaman anası ilə maraqlanmamışdır. Məhkəmə iclasında cavabdeh və nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, X10 xx xxxxxx 1958-ci il tarixdə anadan olmuş və xx xxxxxxx 2011-ci il tarixdə “kəskin ürək çatmamazlığı” səbəbi ilə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,12 ha, 110 saylı bağ sahəsi onun mülkiyyətində olmuşdur. İddiaçı və Cavabdeh onun bacılarıdır. X3 ölümündən sonra onun mülkiyyətində olan bağ sahəsi iddiaçı (bacısı) İddiaçı istifadə və sahibliyində olmuş, həmin sahə ilə bağlı təssərüfatı idarə etmişdir. Miras qalmış həmin bağ sahəsinin miras əmlak olaraq qəbul edilməsi üçün iddiaçı Bakı şəhəri 20 saylı Notariat kontoruna müraciət etmiş, lakin müddətin ötürülməsi səbəbi ilə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı miras əmlakın faktiki qəbul etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, onunla bacısı, yəni hazırkı iş üzrə cavabdeh olan Cavabdeh arasında bu əmlakla bağlı mübahisə olduğundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4743/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə baxımamış saxlanılmış və iddiaçıya hazırkı məsələ ilə bağlı ümumi əsaslarla iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı da hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə hər hansı tədbir görməmiş, ümumiyyətlə mübahisəli bağ sahəsində olmamış, bu barədə fikir söyləsə də onun mübahisəli bağa iddiaçı tərəfindən buraxılmamasını təsdiq edən sübut mövcud deyil. İş üzrə şahid qismində ifadəsi alınmış şahidlər X16 və X20 mübahisəli bağ sahəsi ilə təmasda olan şəxslər olmasına baxmayaraq, cavabdehi heç vaxt orada görmədiklərini bildirirlər. Şahid X17 cavabdehin heç vaxt mübahisəli bağ sahəsində olmadığını bildirir və bununla bağlı eşitiklərinə istinadən cavabdehin oraya iddiaçı tərəfindən buraxılmamasını söyləyir. Lakin şəxsən belə bir halın şahidi olmadığını qeyd edir. X4 birinci dərəcəli vərəsəsi yoxdur. X10 tərəfindən hər hansı formada vəsiyyətnamə tərtib edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1159.1.1, 1159.2, 1160, 1243.1, 1243.2, 1246, 1255, 1262, 1263 və 1273-1 maddələrinə istinad edərək əsaslı olaraq qeyd etmişdir ki, xx xxxxxxx 2011-ci il tarixdə ölmüş X11 tərəfindən vəsiyyətnamə tərtib edilməmişdir. O, öldükdən sonra onun birinci dərəcəli vərəsəsi olmamış, ondan miras qalmış əmlakın (mirasın) qəbul edilməsi və ya qəbul etməkdən imtina edilməsi üçün İddiaçı başqa hər hansı şəxs müraciət etməmişdir. xx xxxxxxx 2011-i il tarixdə X4 bacısı Cavabdeh 2-ci növbəli vərəsə olmaqla Mülki Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etməmiş, eyni zamanda, mirasın qəbulundan imtina etməmişdir. X11 oldükdən sonra onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,12 ha, 110 saylı bağ sahəsinə faktiki olaraq məhz İddiaçı sahiblik etməyə və eyni zamanda, həmin əmlakı idarə etməyə başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edildikdə hakim ərizəni baxılmamış saxlamaqla maraqlı şəxsə ümumi əsaslarla iddia vermək hüquqlarını izah edir. Hazırkı halda da mübahisə olduğundan mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə xüsusi icraat qaydasında baxıla bilməz. Tərəflərin anaları X13 oğlu X7 öldükdən sonra sağ olmasına və birinci növbədən vərəsə olmasına baxmayaraq mübahisə predmeti olan bağ sahəsinin vərəsəlik qaydasında ona keçməsinə dair hər hansı müraciət etməmişdir. Cavabdeh isə vərəsəlik işinin açılması ilə bağlı xx.xx.2012-ci il tarixdə, yəni qardaşı X2 ölümündən 6 ay keçdikdən sonra müraciət etmiş, həmin bağ sahəsinə faktiki olaraq sahiblik etməsi isə iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6211/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-3429/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3429/2020
20.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver