Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3429/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: " pul tələbi") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-719/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında müvafiq olaraq xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə notarial qaydada təsdiq edilmiş kredit müqavilələri bağlanmışdır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Faqi Nəcəfov tərəfindən Cavabdeh 100.000 (yüz min) manat xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 20.000 (iyirmi min) xx.xx.2022-ci il tarixədək , xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 50.000(əlli min) manat xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 70.000 (yetmiş min) manat məbləğində borc pul xx.xx.2023-cü ilədək borc verilmişdir. Cavabdeh birgə nikahda olduğu həyat yoldaşı X3 borcun alınması barədə razılıq ərizəsi təqdim etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş borc müqaviləsi üzrə götürdüyü 100.000( yüz min) manat borcdan 70.000 ( yetmiş min) manatın notarial qaydada bank depozit vasitəsilə qaytarılmasını təmin etmişdir, lakin həmin müqavilə üzrə 30.000 ( otuz min) manat vəsaitin qaytarılmasını təmin etməmişdir. Bundan başqa digər başa çatmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə borc vəsaitlərini geri qaytarmamışdır. Hələ də həmin borc müqavilələri üzrə qalan ödənişlər Cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdehlərə pretenziya göndərilmiş lakin cavabdehlər tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Məbləğlər aşağıdakı kimidir: - xx.xx.2021-ci il tarixli borc müqaviləsinin 2-ci bəndinə əsasən borc xx.xx.2022-ci il tarixədək qaytarılmadığı halda hər keçən gün üçün 0.1% dəbbə pulu hesablanacaqdır. 30.000( otuz min) manat x0.1%=30 manat x 316 gün = 9480 (doqquz min dört yüz səksən) manat. - xx.xx.2022-ci il tarixli borc müqaviləsinin 8-ci bəndinə əsasən borc xx.xx.2022-ci il tarixədək qaytarılmadığı halda hər keçən gün üçün 0.2 % dəbbə pulu hesablanacaqdır. 20.000 ( iyirmi min) manat x0.2% =40 manat x130 gün= 5200 ( beş min iki yüz) manat. - xx.xx.2022-ci il tarixli borc müqaviləsinin 8-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixədək borc qaytarılmadıqda hər keçən gün üçün 0.2% dəbbə pulu hesablanacaqdır. 50.000 (əlli min) manat x 2% =100 manat x124 gün =12400 ( on iki min dört yüz) manat. Qeyd edilənlərə əsasən xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, həmin müqavilə üzrə 70.000 (yetmiş min) manat əsas borc, xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 30.000 (otuz min) manat əsas borc, 9480 (doqquz min dört yüz səksən ) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 20.000 (iyirmi min)manat əsas borc , 5200 (beş min iki yüz ) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 50.000 (əlli min) manat əsas borc, 12.400 (on iki min dört yüz) manat dəbbə pulu və 488 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-719/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 70.000 (yetmiş min) manat əsas borc, xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənilməmiş 30.000 (otuz min) manat əsas borc, 1500 (bir min beş yüz) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 20.000 (iyirmi min) manat əsas borc, 1000 (bir min) manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə ödənməmiş 50.000 (əlli min) manat əsas borc, 2000 ( iki min ) manat dəbbə pulu, ümumilikdə 174.500 (bir yüz yetmiş dörd min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 488 (dörd yüz səksən səkkiz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində, yəni dəbbə pulu ilə bağlı hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, Məhkəmə tərəfindən işin bütün faktiki halları araşdırılmamışdır. Belə ki, götürülən borclar üzrə birinci müqavilə ilə alınan 100 000 manatdan 70 000 manatı qaytarılmış, həmçinin ayrı-ayrı müqavilələr üzrə də 23 500 manat ödəniş edilmişdir. Bunlar cavabdehin borcu ödəməkdən yayınmadığını göstərir, lakin iddiaçı həddən artıq dəbbə pulu tələbi ilə məhkəməyə müraciət etmiş məhkəmə tərəfindən yüksək məbləğdə dəbbə pulu tutulmuşdur. Eyni zamanda cavabdeh bildirmişdir ki, rayon məhkəməsinin ayrı-ayrı vaxtlarda 23 500 manat ödəniş etdiyininin sübut olunmaması barədə mövqeyi ilə razılaşmır, belə ki həmin ödənişləri təsdiq edən yazışmalar məhz iddiaçının faktiki istifadəsində olan nömrə ilə “Whatsapp” proqramı vasitəsilə aparılmışdır. Cavabdeh məhkəmə qətnaməsinin dəbbə pulu hissəsində tam rədd edilməsi, əsas borca münasibətdə isə ödənilmiş məbləğlər nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin müdafiə edərək və cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, cavabdehin apellyasiya şikayəti verməsi qərarın icrasının uzadılması məqsədi daşıyır, əsas borcla bağlı mübahisə yoxdur, tərəf özü də borcu tam etiraf edir, cavabdeh 100 000 manat, 70 000 manat, 50 000 manat və 20 000 manat olmaqla ondan borc pul alıb və bunun sadəcə 70.000 manatını qaytarıb. Dəbbə pulu müqavilə bağlanarkən tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş, cavabdeh də müqaviləni imzalamaqla dəbbə pulu ilə bağlı hissəylə də razılaşmışdır. Cavabdehin ona 23 500 manat ödəməsi və bu barədə “Whatsapp” proqramı vasitəsilə aparılan yazışmalara dair dəlilinə münasibətdə isə bildirdi ki, 8.000 min manatın ona ödənilməsini yazsa da, iddiaçıya əslində heç bir ödəniş edilməyib, digər ödənişlər isə cavabdehin vəkili kimi çalışdığından vəkillik fəaliyyəti ilə əlaqədar ödənişlərdir və bu borcun qaytarılması ilə qətiyyən əlaqəli deyildir. Buna görə də rayon məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində də təmin edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etdi, eyni zamanda da göstərdi ki, əslində qarşı tərəflə bugün də yaxşı münasibətləri var, sadəcə olaraq cavabdeh bildiriri ki, müəyyən çətinlikləri səbəbindən ödəməni edə bilmir, cavabdeh vaxt qazanmaq məqsədi ilə şikayət vermişdir, o, razıdır ki, əgər cavabdeh şikayətindən imtina etsə, o da imtina etsin.
7. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh əsas borcu qətiyyən mübahisələndirmir və borcu etiraf edir, borcun 70000 manatını da ödəmişdir, lakin hazırda işləri ilə bağlı olaraq borcun ödənilməsinə maddi imkanları kifayət etmir. Məhkəmə qətnaməni qəbul edərkən cavabdehin borcun bir hissəsini qaytardığını, borcu qaytarmaq niyyətini nəzərə almadan dəbbə pulunu yuxarı miqdarda müəyyən etmiş, eyni zamanda cavabdeh tərəfindən ödənilən 23 500 manatı nəzərə almamışdır. İddiaçının apellyasiya şikayəti isə tam əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Sübutların tədqiqi:
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı ərazi İdarəsi tərəfindən “Güvən” vəkil bürosuna ünvanlanan **********06 nömrəli, xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0700 ha və 0.0300 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələri qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X1 adına isə Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.0545 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
9. xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 20.000 (iyirmi min) AZN manat məbləğində pul xx.xx.2023-ci il tarixədək borc vermişdir.
10. "xxxx" Azadlıq filialının 21 yanvar 2022-ci il tarixli qəbzindən görünür ki, 20.000 ( iyirmi min ) AZN manat məbləğində pul İddiaçı tərəfindən "xxxx" ın AZ 21 MUGA**********00001 AZM 53 nömrəli depozit hesabına köçürülmüşdür.
11. Ü.F.Kərimov tərəfindən 21 yanvar 2021-ci il tarixli B-152 nömrəli Bakı şəhəri "xxxx" ASC-nin 7 saylı şöbəsinə təqdim etdiyi ərizədə qeyd olunmuşdur ki, notarial qaydada təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 20.000 ( iyirmi min) manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra onun məktubu əsasında Bakı şəhəri, İ.Hacıyev küçəsi, ev 63 G, m 39-da qeydiyyatda olan Cavabdeh verilməsi üçün bankda olan AZ 21 MUGA **********00001AZM53 nömrəli depozit hesabına qoyulmasını xahiş etmişdir.
12. xx.xx.2022-ci il tarixli ərizədə göstərilmişdir ki, 51 saylı notariat ofisinin xüsusi notariusu Ü.F.Kərimov tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən İddiaçı və Cavabdeh 20.000 ( iyirmi min manat ) depozit hesaba qoyulması barədə razılığa gəlmişlər.
13. xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş borc müqaviləsi ilə Cavabdeh 100.000 manat məbləğində borc pul verilmişdir.
14. "xxxx" Azadlıq filialının 12 yanvar 2021-ci il tarixli qəbzindən görünür ki, 100.000 ( yüz min ) AZN manat məbləğində pul İddiaçı tərəfindən "xxxx" ın AZ 43 MUGA**********0 2163 AZM 53 hesabına köçürülmüşdür.
15. Ü.F.Kərimov tərəfindən 12 yanvar 2021-ci il tarixli B-47 nömrəli Bakı şəhəri "xxxx" ASC-nin 7 saylı şöbəsinə təqdim etdiyi ərizədə qeyd olunmuşdur ki, notarial qaydada təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 100.000 ( bir yüz min) manat məbləğində pulun mvafiq müavilə təsdiq edildikdən sonra onun məktubu əsasında Bakı şəhəri, İ.Hacıyev küçəsi, ev 63 G, m 39-da qeydiyyatda olan Cavabdeh verilməsi üçün bankda olan AZ 43 MUGA 4104 **********3AZM 53 nömrəli depozit hesabına qoyulmasını xahiş etmişdir.
16. İş materiallarında olan ərizədə göstərilmişdir ki, 51 saylı notariat ofisinin xüsusi notariusu Ü.F.Kərimov tərəfindən xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən İddiaçı və Cavabdeh 100.000 ( bir yüz min manat ) depozit hesaba qoyulması barədə razılığa gəlmişlər.
17. "xxxx" Azadlıq filialının 20 dekabr 2021-ci il tarixli qəbzindən görünür ki, 70.000 ( yetmiş min ) AZN manat məbləğində pul Cavabdeh tərəfindən "xxxx" ın AZ 21 MUGA **********00001 AZM 53 hesabına köçürülmüşdür.
18. Ü.F.Kərimov tərəfindən 20 dekabr 2021-ci il tarixli 3459 nömrəli Bakı şəhəri "xxxx" ASC-nin 7 saylı şöbəsinə təqdim edilən ərizədə qeyd olunmuşdur ki, notarial qaydada təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 70.000 ( yetmiş min) manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra onun məktubu əsasında Bakı şəhəri, İ.Hacıyev küçəsi, ev 63 G, m 39-da qeydiyyatda olan İddiaçı verilməsi üçün bankda olan AZ 21MUGA **********00001AZM 53 nömrəli depozit hesabına qoyulmasını xahiş etmişdir.
19. xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 50.000(əlli min) manat AZN məbləğdə pul xx.xx.2022-ci il tarixədək borc verilmişdir.
20. "xxxx" Azadlıq filialının 26 yanvar 2022-ci il tarixli qəbzindən görünür ki, 50.000 ( əlli min ) AZN manat məbləğində pul İddiaçı tərəfindən "xxxx"ın AZ 21 MUGA **********00001 AZM 53 hesabına köçürülmüşdür.
21. Ü.F.Kərimov tərəfindən 26 yanvar 2022-ci il tarixli 196 nömrəli Bakı şəhəri "xxxx" ASC-nin 7 saylı şöbəsinə təqdim etdiyi ərizədə qeyd olunmuşdur ki, notarial qaydada təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 50.000( əlli min) manat məbləğində pulun mvafiq müavilə təsdiq edildikdən sonra onun məktubu əsasında Bakı şəhəri, İ.Hacıyev küçəsi, ev 63 G, m 39-da qeydiyyatda olan Cavabdeh verilməsi üçün bankda olan AZ 21 MUGA **********00001 AZM 53 nömrəli depozit hesabına qoyulmasını xahiş etmişdir.
22. xx.xx.2022-ci il tarixli ərizədə göstərilmişdir ki, 51 saylı notariat ofisinin xüsusi notariusu Ü.F.Kərimov tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən İddiaçı və Cavabdeh 50.000 ( əlli min manat ) depozit hesaba qoyulması barədə razılığa gəlmişlər.
23. xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 70.000 manat məbləğində borc pul xx.xx.2023-cü ilədək borc verilmişdir.
24. "xxxx" Azadlıq filialının 18 may 2022-ci il tarixli qəbzindən görünür ki, 70.000 ( yetmiş min ) AZN manat məbləğində pul İddiaçı tərəfindən "xxxx" ın AZ21MUGA **********00001 AZM 53 hesabına köçürülmüşdür.
25. Ü.F.Kərimov tərəfindən 18 may 2022-ci il tarixli 1330 nömrəli Bakı şəhəri "xxxx" ASC-nin 7 saylı şöbəsinə təqdim edilən ərizədə qeyd olunmuşdur ki, notarial qaydada təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 70.000 ( yetmiş min) manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra onun məktubu əsasında Bakı şəhəri, İ.Hacıyev küçəsi, ev 63 G, m 39-da qeydiyyatda olan Cavabdeh verilməsi üçün bankda olan AZ 21 MUGA **********00001AZM 53 nömrəli depozit hesabına qoyulmasını xahiş etmişdir.
26. Notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X3 notaria qaydada ərizə verəərk əri Cavabdeh 70.000 ( yetmiş min) manat pul məbləğini borc almasına etiraz etmədiyini bildirmişdir.
27. 22.11.2022-ci il tarixli Pretenziya məktubunda İddiaçı tərəfindən Cavabdeh və X2 xx.xx.2021 –ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə notarial qaydada təsdiq edilmiş borc müqavilələri üzrə borcun 3 gün ərzində ( 25 noyabr 2022-ci il tarixədək) ödənilməsini, əks halda xx.xx.2022-ci il tarixli müqaviləyə xitam verilməsi və müqavilə şərtlərinə uyğun olaraq borclar məhkəmə qaydasında tələb edilməsi qeyd olunmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür..
29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər
30. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
32. Maddə 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur.
33. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
34. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
35. Maddə 445.2-ci maddəyə görə aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
36. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
37. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
38. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.
39. 447-ci maddəyə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
40. 447.2-ci maddəyə görə aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.
41. 447.3-cü maddəyə görə aşağıdakı hallarda müqavilədən imtina yolverilməzdir: 447.3.1. öhdəliyin pozuntusu cüzi olduqda; 447.3.2. öhdəliyin pozulması üçün tamamilə və ya əsasən kreditorun özü məsuliyyət daşıdıqda; 447.3.3. öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda.
42. 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
47. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
48. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
49. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
53. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
54. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə münasibətdə dəbbə puluna dair iddia tələbinin təmin edilməyən və cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin dəbbə pulu hissəsi və əsas borcun 23.500 manat hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
55. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. İddiaçı apellyasiya şikayətində qətnaməni dəbbə puluna dair iddia tələbinin təmin edilməyən hissəsini mübahisələndirmişdir.
57. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən müəyyən edilən dəbbə pulunun aşağı olması ilə bağlı dəlilinə münasibətdə bildiririr ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüblük müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
58. Hazırda işin hallarına əsasən müəyyən olunur ki, tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələrə əsasən dəbbə pulu hesablanması nəzərdə tutulsa da, qanunun istinad olunan normasının tələbinə əsasən məhkəmə tərəfindən dəbbə pulu ağlabatan miqdarda azaldılmış, bu zaman hər hansı pozuntuya yol verilməmişdir. Belə olan halda məlum olur ki, iddiaçının apellyasiya şikayətini dəlili əsassızdır.
59. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə isə qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
60. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış notarial qaydada təsdiq edilmiş kredit müqavilələri üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda dəbbə pulunun tutulması nəzərdə tutulmuşdur, rayon məhkəməsi də Mülki Məcəllənin 467-ci maddəsinə əsasən işin hallarını nəzərə alaraq dəbbə pulunu azaltmışdır, bununla da müəyyən olunur ki, cavbdehdən dəbbə pulunun tutulması zamanı hər hansı pozuntuya yol verilməmiş, demək ki, cavabdehin apellyasiya şikayətinin həmin dəlili əsasızdır.
61. Məhkəmə kollegiyası iddiaçıya 23 500 manat ödənilməsi barədə cavbdehin şikayətinin dəlilinə münasibətdə isə bildirir ki, cavabdeh həmin məbləğin tərəflər arasında hazırda mübahisələndirilən müqavilə öhdəlikləri ilə bağlı qaytarılmasına dair mötəbər, biri digərini tamamlayan və əsaslı şübhədənkənar sübutlar təqdim etmədiyindən, onun həmin dəlili də əsassızdır.
62. Beləliklə də qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, rayon məhkəməsi iş üzrə düzgün nəticəyə gəldiyindən apellyasiya şikayətləri əsassızdır və təmin edilə bilməz. Nəticə:
63. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
64. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəflərin özlərinə aid edilməlidir.
65. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-719/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qətnaməsi apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov